Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4722/2024 28.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X4 qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə iddiaçı "xxxx" ASC Cavabdeh qarşı "borcla əlaqədar pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "borcla əlaqədar pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 4289,75 manat borc və ödənilmiş 62,90 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırılmışdır ki, abonent kodu **********90001 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçıya cəmi 4289,75 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı Cavabdeh dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 4289,75 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. İddiaçının əməkdaşları hər ay Cavabdehünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək, elektrik enerjisindən istifadəyə görə 4289,75 manat debitor borcun və 62,90 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia qismən təmin olunmalıdır. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü ildə bağlanmış "Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi"ndən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi ünvan 1 ünvana elektrik sayğacı quraşdırılmış, cavabdehə **********90001 nömrəli abonent kodu verilmişdir. - **********90001 nömrəli abonentin "Abunə haqqında"n görünür ki, Cavabdeh enerjidən istifadəyə görə 4164,75 manat məbləğində borcu mövcuddur. -xx.xx.2024-cü il tarixli "Maliyyə arayışı"ndan görünür ki, abonent kodu **********90001 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi nəticəsində iddiaçıya 493,42 manat məbləğində borcu yaranmışdır. -xx.xx.2024-cü il tarixli "Pretenziya"dan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi təklif edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.14-cü bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qaydaların 9.1-ci bəndinə görə, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Müəyyən edilir ki, tərəflər arasında elektrik enerjisinin alqı-satqısı barədə müqavilə bağlanmış, cavabdeh həmin müqavilənin şərtlərini pozaraq, müəyyən olunmuş qaydada ödənişlər etməmiş və nəticədə borcu yaranmışdır. Sadalanan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən həmin borcun ödənilməsini tələb etməkdə haqlıdır. Hazırkı işdə mübahisələndirilən hal cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğdir. "xxxx" ASC Cavabdeh elektrik enerjisindən istifadəyə görə 4289,75 manat məbləğində borcun tutulmasını xahiş etmişdir. Lakin iddiaçı tərəfindən təqdim edilən sənədlər tələb olunan məbləği təsdiq etmir. Belə ki, xx.xx.2023-cü il tarixli abunə haqqında cavabdehin 4164,75 manat məbləğində borcu olduğu, xx.xx.2024-cü il tarixli maliyyə arayışından isə 2020-ci il tarixdən hazırki günədək iddiaçıya borcu cəmi 493,42 manat olduğu göstərilmişdir. Göründüyü kimi, Cavabdeh 4289,75 manat borcu olduğu müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir müddəasına əsaslanaraq hesab edir ki, "xxxx" ASC Cavabdeh enerjidən istifadəyə görə borcun 4289,75 manat olduğu sübuta yetirə bilmədiyindən, iddia qsimən təmin edilməli, cavabdehdən təqdim edilmiş maliyyə arayışına uyğun olaraq 493,42 manat tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İşdən görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2023-cü ildə ********** nömrəli mədaxil qəbzlə 62,90 manat dövlət rüsumu ödənilmişdir. Cəmi 4289,75 manat məbləğində iddianın 493,42 manat hissəsi (11,50 faizi) təmin olunduğuna görə dövlət rüsumunun 11,50 faizi, yəni 7,23 manatı cavabdehə aid edilməli və həmin məbləğ ondan alınaraq iddiaçıya qaytarılmalı, qalan 55,67 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh elektrik enerjidən istifadəyə görə 493,42 manat, ödənilmiş dövlət rüsumunun əvvəzi 7,23 manat, cəmi 500,65 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 55,67 manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev.
Məhkəmə qərarları › İş №e-2(008)-4722/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4722/2024
28.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver