Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-4779/2025 22.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Məhərrəmov Elvin Zamin oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 40. 000 (qırx min) manat pulun tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı aralarında barışıq sazişi bağlandığını, barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsin xahiş etdi. Azərbaycan Respubliksı Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizədə ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.2-1. Tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə baxışında tərəflər aralarında barışıq əldə edildiyi, barışıq sazişinin tam qanuni şəkildə bağlandığı, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmadığından və saziş qanunvericiliyə zidd olmadığından məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraata xitam verilir. Tərəflər arasında barışıq sazişi bağlandığından və bu saziş məhkəmə tərəfindən təsdiq edildiyindən iş üzrə icraata Azərbaycan Rspublikası Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261.0.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiaçı ilə, Cavabdeh arasında bağlanmış barışıq sazişi şərtləri aşağıdaki qaydada müəyyən edilməklə təsdiq edilsin: 1.Cavabdeh əsas məqsədi mənzil (fərdi yaşayış evi) alınması üçün 12.000 manat (on iki min) məbləğində pulu və aliment borcundan qalıq 1800 manat (min səkkiz yüz) məbləğində pulu İddiaçı ödədi.
2. İddiaçı Binəqədi şosesi Söyüdlər məhəlləsi Araz marketin yanında yerləşən mübahisəli fərdi yaşayış evində mövcud olan əşyalarını 5 gün müddətinə çıxarmağı öhdəsinə götürdü. Tərəflər arasında barışıq sazişi bağlandığından və saziş məhkəmə tərəfindən təsdiq edildiyindən, məhkəmənin icraatında olan e-2(008)-4779/2025 nömrəli mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Ruslan Mirzəliyev