Məhkəmə qərarları › İş №e-2(008)-483/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-483/2024

14.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-483/2024 14.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 17 saylı notariat ofisinə və "xxxx" ASC-nə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinə qarşı "xxxx" ASC maraqlı şəxs, X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş 02 iyun 2023-cü il tarixli 8i- 4884 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o və həyat yoldaşı X4 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 13 iyul 2015-ci il tarixli 519/ZBGF nömrəli ipoteka krediti müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alınması məqsədilə ona 252 (iki yüz əlli iki) ay (yəni 21 (iyirmi bir) il) müddətinə, illik 8 (səkkiz) % dərəcəsi olmaqla, 50.000 (əlli min) AZN məbləğdə kredit verilib. O, qeyd edilən fərdi yaşayış evini almaq üçün bankdan kredit götürdüyü məbləğdən əlavə 55.000 (əlli beş min) AZN ilkin ödəniş də edərək, ümumilikdə satıcıya 105.000 AZN pul ödəyib. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli qərarına əsasən "xxxx" ASC-nin məcburi ləğv prosesinə başlanıb və Əmanətlərin Sığortalanması Fondu 24 iyul 2016-cı il tarixdən "xxxx" ASC-nin ləğvedicisi təyin edilib. Həmin vaxt "xxxx" ASC öz aktivlərinin bir qismini BANK "xxxx" Açıq Səhmdar Cəmiyyətinə satıb. Bank "xxxx" ASC-nin mülkiyyətinə keçmiş həmin aktivlər içərisində onun borcalan tərəf olduğu 13 iyul 2015-ci il tarixli 519/ZBGF nömrəli ipoteka krediti müqaviləsi üzrə tələb hüququ da yer alır. Bununla da o, həmin vaxtdan etibarən aylıq kredit ödənişlərini Bank "xxxx" ASC-nə etməyə başlayıb. O, kredit müqaviləsi bağlanan gündən (13 iyul 2015-ci il) 2017-ci ilin sonunadək müqavilə üzrə öhdəliyini heç bir gün də gecikmə olmadan, lazımınca, tam və vicdanla yerinə yetirib. Lakin 2017-ci ilin sonlarında onun səhhətində ciddi sağlamlıq problemləri yaranıb. Bu hal onun işinə də mənfi təsir göstərib, onun kiçik sahibkarlıq fəaliyyətində ciddi axsama meydana gəlib. Yaranmış bu xoşagəlməz vəziyyət onun kredit ödənişini ara-sıra gecikdirməsinə səbəb olub. Lakin elə bu məqamda xüsusilə vurğulayır ki, onun kredit ödənişində 2-3 aylıq gecikmə olduğu anlarda belə, o, 3-cü ayın sonunda gecikmiş bütün kredit ödənişlərini və faizlərini tam məbləğdə birdəfəlik şəkildə ödəyib. O, üzürlü səbəbdən bəzən gecikdirdiyi aylıq ödənişlərini növbəti ayın sonunda bütün borclarını tam ödəməklə icra etdiyi üçün Bank "xxxx" ASC bir dəfə də olsa ona hər hansı xəbərdarlıq etməyib. Sağlamlıq problemləri də nisbətən həll olunan kimi o, 2022-ci il sentyabr ayında özünə daimi iş tapıb. O, həmin vaxtdan indiyədək müntəzəm əmək fəaliyyəti ilə məşğul olur, aylıq sabit gəlir əldə edir. Onun artıq uzun müddətdir bir dəfə də olsun gecikməsi və ya az ödənişi olmayıb, son 12 ayda kredit müqaviləsi üzrə ödənişlərini fasiləsiz, vaxtı-vaxtında və tam məbləğdə ödəyib, indi də eyni qaydada davam edir. Hazırkı vəziyyətdə onun tərəfi olduğu 13 iyul 2015-ci il tarixli 519/ZBGF nömrəli ipoteka krediti müqaviləsi qüvvədədir, onun həmin müqavilə üzrə yığılmış heç bir borcu yoxdur, o, müqavilə üzrə öhdəliyini kredit müqaviləsinin şərtlərinə uyğun olaraq vaxtı-vaxtında, tam və lazımınca icra edir. Lakin bütün bunlara baxmayaraq, 2023-cü ilin yay aylarında Bank "xxxx" ASC-nin bir əməkdaşı tərəfindən ona telefonla zəng edərək bildirilib ki, “...bir neçə il əvvəl ara-sıra sənin aylıq ödənişlərdə gecikmələrin olduğu üçün səninlə müqaviləyə xitam verib, təcili fərdi yaşayış evini əlindən alacağıq”. O, bu cavabdan və münasibətdən şoka düşərək banka gələrək bildirib ki, “...mənim müqavilə üzrə bir manat belə borcum yoxdur, bir neçə il əvvəl ara sıra nə vaxtsa gecikmələrim olsa da ilk fürsətdə dərhal onu ödəmişəm və bank nə həmin vaxt, nə də ondan sonra bir dəfə də ona müqavilənin ləğv ediləcəyi və sair barədə adi şifahi xəbərdarliq belə etməyib”. Bank əməkdaşları bunu araşdırıb ona məlumat verəcəklərini bildiriblər. Lakin 08 sentyabr 2023-cü il tarixdə (həftənin cümə günü) "xxxx" MMC-nin (VÖEN: **********) bir əmıkdaşı ona telefon zəngi edərək bildirib ki, “...Bank ”BTB” ASC müraciəti əsasında Bakı şəhəri 17 saylı notariat ofisinin icra qeydi əsasında onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə tutma yönəldilib. Həmin icra qeydi icra olunması üçün "xxxx" MMC-nə göndərilib. Həmin hərrac təşkilatı artıq 2 dəfə hərrac keçirib. Lakin alıcı olmaması səbəbindən sonda hərrac baş tutmamış elan edilib. Belə olan halda "xxxx" MMC 04 sentyabr 2023-cü il tarixdə Bank "xxxx" ASC-nə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini almasını təklif edib. Əgər bir gün ərzində banka olan təxminən 40.000 AZN əsas borcunu tam ödəməsən evin artıq bankın mülkiyyətinə veriləcək”. Aldığı xəbərdən təşvişə düşərək dərhal Bank "xxxx" ASCnə yaxınlaşaraq əslində nə baş verdiyini öyrənmək istəyib. İddiaçı BANK "xxxx" ASC-yə bildirib ki, “...bir neçə il əvvəl bəzən ara sıra 1-2 aylıq gecikmələri olsa da, ilk fürsətdə bu çatışmazlığı aradan qaldıraraq bütün yığılmış borcu faizləri ilə birlikdə birdəfəlik ödəyib, hətta son 11-12 ayda onun ümumiyyətlə bir dəfə də olsa, cəmi bir gün də olsa gecikməsi olmayıb, kredit ödənişlərini hər ay vaxtında və tam məbləğdə ödəyir. Onun artıq bir iş yeri və aylıq sabit gəliri mövcuddur. Bu isə ona dəlalət edir ki, o, növbəti ayların kredit ödənişlərini də müntəzəm olaraq ödəməyə qadirdir”. Lakin Bank "xxxx" ASC onun dediklərinə heç bir məhəl qoymayıb. Belə olan halda, o, "xxxx" MMC-nə müraciət etməklə ən azından hərrac və icra qeydi barədə deyilənlərin həqiqət olub-olmadığını aydınlaşdırmaq istəyib. Həmin vaxt "xxxx" MMC tərəfindən ona aşağıdakı sənədlər əlbəəl təqdim edilib: Bakı şəhəri 17 saylı notariat ofisinin 02 iyun 2023-cü il tarixli 8i-4884 reyestr nömrəli icra qeydinin surəti; "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli hərracın keçirilməsinə dair onun adına yazılmış bildiriş məktubunun surəti; "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli hərracın baş tutmamasına dair protokolun surəti; "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli tarixli hərracın keçirilməsinə dair onun adına yazılmış bildiriş məktubunun surəti; "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli hərracın baş tutmamasına dair protokolun surəti; "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ipoteka predmetinin əldə edilməsi barədə Bank "xxxx" ASC-nə yazılmış təklif məktubunun surəti. Bu sənədlərin heç biri həmin vaxtadək nə notarius, nə bank, nə də hərrac təşkilatı tərəfindən ona göndərilməyib və ya hər hansı bir formada təqdim edilməyib. Beləliklə, 08 sentyabr 2023-cü ildə hərrac təşkilatı tərəfindən ona təqdim edilən bu sənədlərin araşdırılması zamanı ona belə məlum olub ki, Bakı şəhəri 17 saylı notariat ofisinin 02 iyun 2023-cü il tarixli icra qeydinə əsasən onun banka 40.353,46 (qırx min üç yüz əlli üç manat qırx altı qəpik) AZN (kredit müqaviləsinə əsasən, müddət üçün vaxtında ödənilməmiş 40.139,38 AZN məbləğdə ƏSAS BORC, 214.08 AZN məbləğdə FAİZ BORCU (!!! - yəni ümumiyyətlə ödənişdə gecikmə yoxdur) məbləğdə “kredit borcu” var. Buna görə də onun yaşadığı ev "xxxx" MMC tərəfindən xx.xx.2023-cü ildə ilk dəfə 95.000 AZN ilkin satış qiyməti ilə açıq hərraca çıxarılıb. Bu vaxt alıcı olmadığı üçün xx.xx.2023-cü ildə ikinci dəfə 15 % daha aşağı qiymətlə hərrac keçirilib (80.750 AZN). Bu dəfə də alıcı olmadığı üçün xx.xx.2023-cü il tarixli məktubu ilə ipoteka predmeti olan yaşayış sahəsi təkrar hərrac (2 dəfə) qiymətinin 25 %-dən az olmayan qiymətlə, yəni 60.562,5 AZN (altmış min beş yüz altmış iki manat əlli qəpik) məbləğdə Bank "xxxx" ASC tərəfindən alınması təklif edilib. Lakin bütün bu həngamədən, proseslərdən, yazışmalardan o xəbərdar edilməyib. Hətta hərrac təşkilatının əmıkdaşları hərracın keçirilməsi barədə bildirişlərin ona göndərilməsini unutduqlarını etiraf edərək, üzr də istəyiblər. Əlbəttə bu gec istənilmiş üzr onun yeganə yaşayış sahəsinin, hansı ki, onun əldə edilməsinə indiyədək ən azı 70.000 - 80.000 AZN pul xərcləyib, onun əlindən heçnəsiz alınmasına və bankın adına keçirilməsinə mane ola bilməyəcəkdi. Məsələnin ən açıq şəkildə görünən tərəfi odur ki, əgər hərrac təşkilatı evin artıq banka verilməsi ilə bağlı 08 sentyabr 2023-cü il tarixdə ona telefon zəngi etməsə idi, onun xəbəri olmadan tərtib edilmiş icra qeydi icra olunaraq, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi hərrac yolu ilə Bank "xxxx" ASC-nə satış qiymətindən ən azı 3 dəfə aşağı satılacaqdı. Bank dərhal Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə müraciət edərək öz adına mülkiyyət hüququna dair çıxarışın təqdim edilməsini tələb edəcəkdi. Əlbəttə bu işin faktiki hallarından xəbərsiz olan DƏDRX də BANK "xxxx" ASC-nin müraciəti əsasında onun adına olan çıxarışı ləğv edib, onun adına yeni çıxarış verəcəkdi. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, hazırkı mübahisədə qanunvericiliyin imperativ göstərişlərinə əməl edilməyib, daha dəqiq, a) Bank "xxxx" ASC ona icra qeydinin aparılacağına dair bildiriş göndərməməklə qanunda nəzərdə tutulan icra qeydinin verilməsindən öncəki prosedur qaydalara riayət etməyib; b) cavabdeh - Bakı şəhəri 17 saylı notariat ofisi icra qeydini tərtib etməzdən öncə ona bildiriş göndərilib-göndərilmədiyini, borcun həqiqətdə mövcud olub-olmadığını, varsa, bu borc məbləğinin mübahisəsiz olub-olmadığını araşdırmayıb; c) "xxxx" MMC hərrac keçirilməsinə dair xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli bildirişləri ona göndərməyib və nəticədə o, evini tam itirmək təhlükəsi ilə üz üzə qalıb. Odur ki, hüquq və qanuni mənafeləri kobud şəkildə pozulduğundan, onun cavabdehə qarşı müvafiq tələblə məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmayıb. Cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən tərtib edilmiş 02 iyun 2023-cü il tarixli 8İ-4884 reyestr nömrəli icra qeydi aşağıda qeyd edilənlərə əsasən qanunsuz və əsassızdır, buna görə də sözügedən icra qeydi ləğv edilməlidir: İcra qeydinin tərtib edilməsindən öncə qanunla nəzərdə tutulmuş qaydada icra qeydinin aparılacağına dair bildiriş ona HEÇ VAXT göndərilməyib: İddiaçı Bank "xxxx" ASC-nin 08 sentyabr 2023-cü il tarixdəki telefon zənginə qədər bütün prosesdən xəbərsiz olub. Onun nə 02 iyun 2023-cü il tarixli 8İ-4884 reyestr nömrəli icra qeydindən, nə də icra qeydi əsasında iki dəfə keçirilən, lakin alıcı olmadığı üçün baş tutmayan hərrac iclaslarından xəbəri olmayıb. Bank "xxxx" ASC icra qeydinin aparılmasından öncə ona bu niyyətini ifadə edən heç bir bildiriş göndərməyib. O, yalnız 08 sentyabr 2023-cü ildə hərrac təşkilatının təqdim etdiyi sənədlərin içində ilk dəfə icra qeydini görüb. Halbuki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76cı maddəsinin 6-cı hissəsinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Göründüyü kimi, cavabdeh notarius qanunveriicliyin bu tələblərinə əməl edilib edilməməsini araşdırmadan icra qeydi verib. Təkcə elə prosesin lap əvvəlindən ona icra qeydinin aparılacağına dair bildirişin göndərilməməsi 02 iyun 2023-cü il tarixli 8İ-4884 reyestr nömrəli icra qeydinin ləğvi üçün əsasdır. İcra qeydi tərtib edilməzdən öncə “borcun” mübahisəsiz olub-olmaması araşdırılmayıb: “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 2-ci hissəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Təkrarən bildirir ki, cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisi onun Bank "xxxx" ASC qarşısında həqiqətən də ödənilməmiş, əvvəlki aylardan yığılmış kredit borcu olub-olmadığını, əgər belə borc mövcuddursa, borc məbləğinin mübahisəsiz olub-olmadığını araşdırmayıb, bu faktı təsdiq edə biləcək müvafiq sübutların təqdim edilməsini Bank "xxxx" ASC-dən tələb etməyib. İcra qeydinin mətnindən də açıq görünür ki, bank yalnız əsas borcu və yalnız bundan sonra 15 il üçün ehtimal edilən 218 manat “faiz borcu”nu tələb edib. Elə burdan görünür ki, icra qeydinin verilməsini təmin edən notarius ən azından kredit və ipoteka müqaviləsini araşdırmalı, əgər gecikdirmə yoxdursa, həmçinin, bütün şərtlərinə tam riayət edilən kredit və ipoteka müqavilələri qüvvədədirsə icra qeydinin verilməsindən imtina etməli idi, yalnız bunun əksini təsdiq edən sənədlər olduğu halda icra qeydi verilə bilinərdi. Hazırkı mülki iş özü mahiyyət etibarilə mübahisəlidir. Çünki yuxarıda da qeyd edildiyi kimi, o, sağlamlıq problemi, sonrasında isə pandemiyanın başlaması ilə 2022-ci ilin sentyabr ayınadək (beş il ərzində) 1-2 dəfə qısamüddətli (ən çox halda 2-3 ay) gecikmələr etsə də hər dəfə həmin ayın sonunda gecikmiş bütün kredit ödənişlərini və faizlərini tam məbləğdə birdəfəlik icra edib. Həmin ərəfə Bank "xxxx" ASC ilə onun arasında yaranmış vəziyyətlə əlaqədar hər hansı narazılıq olmayıb. Digər bir tərəfdən və ən vacib olan hal odur ki, o, 2022-ci ilin sentyabr ayından bugünədək, yəni son 12 ay ərzində müqavilə üzrə öhdəliyini kredit müqaviləsinin şərtlərinə uyğun olaraq vaxtı-vaxtında, tam və lazımınca icra edib və etməyə də davam edir. Hal-hazırda o və Bank "xxxx" ASC arasında qüvvədə olan müqavilə hüquq münasibətləri davam etməkdədir, o da öz növbəsində kredit ödənişini hər ay gecikdirmədən həyata keçirir, onun nə icra qeydinin verildiyi vaxt, nə ondan sonra, nə də indi banka bir manat belə olsa borcu olmayıb və indi də yoxdur!!! Belə olan halda, ümumən onun kredit müqaviləsi üzrə əvvəldən yığılmış borcu olmasından söz gedə bilməz. Əgər onun yığılmış borcu yoxdursa, mövcud olmayan bu borcun mübahisəsiz olması da absurddur. İcra qeydləri isə yalnız təqdim edilmiş sənədlərin real borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılır. O ki qaldı Bank "xxxx" ASC-nin qeyd etdiyi “kredit müqaviləsinə əsasən müddət üçün vaxtında ödənilməmiş 40.139,38 AZN məbləğdə əsas borc” məbləğinə, bu iddiaçının 2036-cı ilədək ödəməli olduğu aylıq kredit ödənişlərinin məcmusudur. Bir halda ki bank bugünədək onunla aralarındakı müqavilə münasibətlərinin ləğv edilməsi istiqamətində heç bir tədbir görməyib, belə olan halda qanunvericiliklə nəzərdə tutulan prosedur qaydalara riayət etmədən, onun xəbəri olmadan, anidən icra qeydi alaraq bu məbləğin ödənilməsini tələb etməsi özlüyündə qəbuledilməzdir. Yeri gəlmişkən onu da qeyd edir ki, Bank "xxxx" ASC-nin iddia etdiyi 40.353,46 (qırx min üç yüz əlli üç manat qırx altı qəpik) AZN məbləğdə “kredit borcu” 2023-cü ilin aprel ayına münasibətdə müəyyən olunub. O isə cari ilin may, iyun, iyul, avqust və sentyabr aylarının kredit ödənişini vaxtında ödədiyi üçün bu məbləğ hazırda 38.712 (otuz səkkiz min yeddi yüz on iki) AZN-dir. Lakin təkrarən qeyd edir ki, 38.712 AZN məbləğdə pul vəsaiti onun yığılmış kredit borcu deyil, 2036-cı ilədək aylıq ödəməli olduğu kredit ödənişlərinin məcmusudur. Qanunvericilikdə icra qeydi institutu tələbkarla yanası, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə olan halda icra müddəti 2036-cı il tarixdə çatacaq kredit müqaviləsi üzrə ödənişi aybaay və tam məbləğdə həyata keçirən ondan 40.139,38 AZN məbləğdə vəsaitin birdəfəlik tələb edilməsi ağlasığmaz, qanunsuz və ədalətsizdir. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin real bazar dəyəri ilə gerçəkləşəcək hərrac satış qiyməti arasında mütənasibsiz fərq mövcuddur: İlk öncə nəzərə almaq lazımdır ki, o və LPO "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında kredit müqaviləsi 13 iyul 2015-ci il tarixdə bağlanıb. Onda olan məlumata əsasən hal-hazırda ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin icra qeydi üzrə ilkin satış qiyməti 95.000 (doxsan beş min) AZN məbləğində müəyyən edilib. Bu məbləğ isə həmin yaşayış sahəsinin 2015-ci ildəki bazar dəyərini əks etdirir. 2023-cü ildə, yəni aradakı 8 (səkkiz) illik fərq ipoteka predmeti olan yaşayış sahəsinin 8 il öncəki dəyəri ilə cari satış dəyəri arasında külli miqdarda artımla müşahidə olunur. Lakin iki dəfə keçirilməsi nəzərdə tutulmuş hərrac baş tutmadığı üçün "xxxx" MMC evin satış qiymətini 60.562,5 (altmış min beş yüz altmış iki manat əlli qəpik) AZN-ə endirib. 2023-cü təqvim ilinə nəzərən isə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin real bazar dəyəri təxminən 150.000 (bir yüz əlli min) AZN məbləğdədir. Bu isə ona dəlalət edir ki, daşınmaz əşya həqiqi bazar dəyərindən yetərincə aşağı qiymətə satışa çıxarılıb. Əslində onun qənaətinə görə Bank "xxxx" ASC bu addımı məqsədli olaraq atıb. Çünki o, ən azından son 12 ay ərzində bir dəfə də olsa öz öhdəliyini pozmayıb, müqavilə üzrə ödənişlərini lazımınca icra edir. Bank bu qədər uzun müddət ərzində onun kredit ödənişlərini hər hansı əsas gətirmədən normal qaydada qəbul edib. Bu nöqteyi nəzərdən Bank "xxxx" ASC-nin belə hərəkətsizliyi onun bir növ onun bir neçə il bundan qabaq arasıra və olduqca ciddi üzrlü səbəblərdən yol verdiyi gecikmələri diqqətə almadığını, bununla da onunla aralarındakı müqavilə hüquq münasibətlərinin problemsiz davam etdiyini ifadə etmiş olub. Bu hal onu bir daha əmin edib ki, o və bank arasında heç bir mübahisə yoxdur, o, aylıq kredit ödənişlərini normal qaydada həyata keçirə bilər. Yaranmış vəziyyətdən açıq şəkildə bəlli olur ki, Bank "xxxx" ASC-nin əsas məqsədi hazırkı bazar dəyəri təxminən 150.000 (bir yüz əlli min) AZN məbləğdə olan yaşayış sahəsinin 60.562,5 (altmış min beş yüz altmış iki manat əlli qəpik) AZN məbləğlə öz adına keçirilməsinə çalışır. Bu isə onun heç bir yığılmış borcu olmaya-olmaya onun mülkiyyətində olan daşınmaz əşyanın zorla əlindən alınması deməkdir. İcra qeydini öz xeyrinə əldə edən bank və ya onu verən notarius ən azından əmlakın qiymətləndirilməsində belə qanunvericiliyə roayət etməyiblər. Belə ki, «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Son olaraq onu da xüsusilə məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Bank "xxxx" ASC-nin ondan tələb etdiyi “kredit borcu” (bu məbləğ üzrə icra müddəti çatmadığı üçün borc hesab edilə bilməz, sözügedən məbləğ ödəniş cədvəlinə uyğun olaraq onun gələcək aylarda ödəməli olduğu kredit ödənişlərinin məcmusudur və o, hər ay vaxtı-vaxtında müntəzəm kredit ödənişlərini edir) məbləğ 40.353,46 (qırx min üç yüz əlli üç manat qırx altı qəpik) AZN-dir. Əgər ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi keçiriləcək hərracda təkrar hərrac (2 dəfə) qiymətinin 25 %dən az olmayan qiymətlə, yəni 60.562,5 (altmış min beş yüz altmış iki manat əlli qəpik) AZN məbləğdə Bank "xxxx" ASC tərəfindən alınsa, aradakı 20.209 (iyirmi min iki yüz doqquz) AZN məbləğdə vəsait ona geri qaytarılmayacaq. Hətta 60.562,5 (altmış min beş yüz altmış iki manat əlli qəpik) AZN məbləğə hərrac yolu ilə alınan yaşayış sahəsinin sonradan Bank "xxxx" ASC tərəfindən real bazar dəyərində, yəni təxminən azı 150.000 (bir yüz əlli min) AZN məbləğdə satması çox mümkündür. Beləliklə, cavabdeh notarius və bankın məqsədi onu və onun ailəsini sırf yaşamaq üçün indiyədək ən azı 80.000 azn vəsait xərcləyərək əldə etdiyi evindən heçnəsiz məhrum etmək və öz nəfinə əsassız olaraq varlanmaqdır!!! Təkrarən qeyd edir Kİ, nəzərə alınsa ki, Bank "xxxx" ASCnin ondan ödənilməsini tələb etdiyi 40.353,46 (qırx min üç yüz əlli üç manat qırx altı qəpik) AZN məbləğdə vəsait onun kredit borcu deyil, hələ icra müddəti çatmamış, 2036-cı ilədək gələcək aylarda müntəzəm ödənilməsi nəzərdə tutulan aylıq kredit ödənişi məbləğinin məcmusudur, bu halda ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin icra qeydi əsasında real bazar dəyərindən kifayət qədər aşağı qiymətdə bank tərəfindən mənimsənilməsi Bank "xxxx" ASC-nin hüquqdan sui-istifadə etməsi deməkdir. Beləliklə, əgər mübahisəli yaşayış sahəsi qanunvericiliyin ziddinə Bank "xxxx" ASC-nin mülkiyyətinə keçsə, bu zaman həm onun 2015-ci il tarixdə ödədiyi 55.000 (əlli beş min) AZN məbləğdə ilkin ödəniş, həm də 2015-ci ildən bugünədək 8 (səkkiz) il müddətində ödəmiş olduğu və bugün də ödəməyə davam etdiyi vəsait onun əlindən çıxmış olacaq. Bu isə mülki hüquqda vicdanlılıq prisipinin kobud şəkildə pozuntusu mənasını ifadə edir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə təqdim edərək, maraqlı şəxs statusunda prosesə cəlb edilmiş Bank "xxxx" ASC-nin statusunun dəyişdirilərək cavabdeh qismində işə cəlb edilməsini, həmçinin, prosesə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X1 işdə iştirak edən şəxs statusuna ümumiyyətlə xitam verilməsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iş materiallarından da görünür ki, cavabdeh Bank "xxxx" ASC “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun V fəslində qeyd edilən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında tələblərini ciddi şəkildə pozub - icra qeydinin verilməsinin əsasında dayanan müvafiq bildiriş iş materiallarında, habelə icra işi qovluğunda mövcud deyil. Cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən sübut qismində məhkəməyə təqdim edilmiş icra qeydi qovluğunda Bank "xxxx" ASC tərəfindən İddiaçı və X1 adına yazılmış cəmi 2 (iki) ədəd bildiriş mövcuddur: 15 noyabr 2022-ci il tarixli MXD-2022/5444 nömrəli bildiriş; 28 aprel 2023-cü il tarixli PAİD-2023/1624 nömrəli bildiriş. Lakin bu bildirişlərin heç biri “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə müvafiq olaraq tərtib edilmiş və müvafiq reyestrdə qeydə alınmış bildiriş hesab edilə bilməz. Digər tərəfdən həmin bildirişdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2.3-cü maddəsində nəzərdə tutulan xəbərdarlıq əks olunmayıb. Belə ki, bildirişin 2-ci səhifəsinin 3-cü abzasında qeyd edilib ki, “... sizdən əsas borc, hesablanmış faizləri və cərimə məbləğini TƏCİLİ 2 (iki) gün müddətində ödəməyi tələb edirik. Əks təqdirdə aramızda bağlanmış kredit müqaviləsinin ləğv olunması və ödənişin həyata keçirilməsi üçün tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi ilə əlaqədar olaraq ipoteka predmetinə notariusun icra qevdi əsasında tutmanın yönəldilməsi harada xəbərdarlıq edəcəyik”. Məhz buradan da görünür ki, 15 noyabr 2022-ci il tarixli MXD-2022/5444 nömrəli bildiriş iddiaçının heç bir borcu olmamasına baxmayaraq, müqavilə üzrə gələcəkdə icra etməli olduğu qanuni öhdəliyini 2 gün ərzində icra etməsi məqsədilə tərtib edilib. Yəni bu bildiriş “İpoteka haqqında” Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan bildiriş deyil. Burada sadəcə olaraq Bank "xxxx" ASC tərəfindən vurğulanıb ki, qeyd edilən məbləğ 2 gün ərzində ödənilməyəcəyi təqdirdə bank tərəfindən iddiaçıya ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq ediləcək. 15 noyabr 2022-ci il tarixli MXD-2022/5444 nömrəli bildirişin İddiaçı və X3 çatdırılmasını təsdiq edən heç bir sənəd, poçt qəbzi ış materiallarında, notariusun icra qeydi qovluğunda mövcud deyil. Bu isə olduqca anlaşılan haldır. Çünki bu bildiriş həqiqətən də heç vaxt Bank "xxxx" ASC tərəfindən iddiaçıya təqdim edilməyib. İddiaçı və onun həyat yoldaşı X5 bankın tələb etdiyi ödənişi 2 gün ərzində ödəmədiyi təqdirdə, Bank "xxxx" ASC bildirişdə də özünün qeyd etdiyi kimi ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə əlavə xəbərdarlıq etməli idi. Lakin nəinki əlavə yeni xəbərdarlıq məktubu ünvanlamaq, heç bank tələb etdiyi məbləğin borcalanlar tərəfindən ödənilməsi üçün möhlət verdiyi 2 günlük müddət axımını gözləməyib. O, qaçaraq şəkildə xx.xx.2022-ci il tarixdə MXD-2022/5448 nömrəli məktubla AR DƏDRX-nə müraciət edərək, xx.xx.2022-ci il tarixli MXD-2022/5444 nömrəli bildirişin rəsmi qeydiyyata alınmasını tələb edib. Digər bir ziddiyyətli məqam isə bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydiyyata alınması üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsində müşahidə edilir. Belə ki, iş materiallarında olan AR DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü İl tarixli məktubuna diqqət yetirdikdə açıq şəkildə görürür ki, 1 saylı Bakı Ərazi İdarəsinin bildirişin qeydiyyata alınması ilə bağlı bu məktubu özlüyündə başlı-başına suallarla doludur. Belə ki, həmin məktubda 15 noyabr 2022-ci il tarixli bildirişin qeydiyyata alınma tarixi göstərilməyib. Sözügedən məktub isə bankın müraciətindən tam 4 (dörd) ay 12 (on iki) gün sonra tərtib edilərək, Bank "xxxx" ASC-nə ünvanlanıb. Halbuki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Qeyd edilənlər bir daha sübut edir ki, 15 noyabr 2022-ci il tarixli MXD-2022/5444 nömrəli bildiriş ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə bildiriş hesab edilə bilməz. Bank "xxxx" ASC tərəfindən tərtib edilmiş 28 aprel 2023-cü il tarixli PAİD-2023/1624 nömrəli bildiriş əslində heç vaxt İddiaçı və X3 çatdırılmayıb. Belə ki, iş materiallarında olan poçt qəbzlərini və buna müvafiq tərtib edilmiş aktları diqqətlə nəzərdən keçirdikdə bununla bağlı bir sıra qərəzli məqamlar ortaya çıxır: 275551 qaimə nömrəli və 275554 qaimə nömrəli hər 2 poçt qəbzində bildirişi göndərəndən (bankdan) təhvil alan kuryerin (kuryer 1) və bildirişi alan şəxsə çatdıran kuryerin (kuryer 2) imzalamaları məcburi olan xanalar boşdur. Bu natamamlıq poçt qəbzindəki “bağlıdır” yazısının həqiqətən də bildirişi alan tərəfə çatdıran kuryer tərəfindən yazılıb-yazılmadığını şübhə altında qoyur. Bəlkə də poçt qəbzləri elə bank tərəfindən saxtakarlığa vol verilərək tərtib edilib?! Belə olan halda sözügedən poçt qəbzləri mötəbər sübut hesab edilə bilməz. İş materiallarında həmin poçt qəbzləri ilə yanaşı "xxxx" MMC sürətli poçt daşıma xidmətinin xx.xx.2023-cü il tarixli 2 ədəd aktı da yer alır. Bu aktların mətnində qeyd edilib ki, GUYA kuryer ünvana dəfələrlə gedib, lakin qapı bağlı olduğu üçün məktub geri qaytarılıb. Burada önəmli bir nüansı gözdən qaçırmamaq lazımdır: sözügedən hər 2 akt "xxxx" MMC-nin, yəni hüquqi şəxsin blankında tərtib olunub. Lakin bu aktların heç biri hüquqi şəxsin möhürü ilə təsdiq edilməyib. Halbuki, dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimatın 24-cü maddəsinə əsasən sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir. Qanunvericiliyin imperativ tələbindən də göründüyü kimi məktubun geri qaytarılmasına dair "xxxx" MMC tərəfindən tərtib edildiyi iddia edilən xx.xx.2023-cü il tarixli hər 2 akta möhür vurulmadığı üçün onlar rəsmi sənəd hesab edilmir və heç bir hüquqi qüvvəyə malik deyil. Lap yenə də hesab etsələr ki, Bank "xxxx" ASC 28 aprel 2023-cü il tarixli bildirişi İddiaçı və X3 poçt vasitəsilə təqdim edib, lakin onlar “ünvanda tapılmayıblar” deyə məktub geri qaytarılıb, bu halda belə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun imperativ tələblərinə riayət edilməyib. Lakin 28 aprel 2023-cü il tarixli PAİD-2023/1624 nömrəli bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydiyyata alınması üçün Bank "xxxx" ASC tərəfindən AR DƏDRXnə ərizə ilə müvafiq müraciət edilməyib. Bununla da sözügedən bildiriş AR DƏDRX tərəfindən qeydə alınmayıb. Qeyd edilənlərin əksini sübut edən hər hansı dəlil də iş materiallarında mövcud deyil. Bank "xxxx" ASC-nin qərəzi və qanunsuzluğu hətta məhkəmə işinin materiallarından da açıq-aydın görünür. Belə ki, bank notarius ofisinə müraciət edən zaman iddiaçının heç bir gecikmiş kredit borcu yox idi, necə ki indi də yoxdur. Bankın cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinə müraciəti zamanı təqdim etdiyi 25 aprel 2023-cü il tarixli maliyyə arayışına nəzər salsalar açıq-aşkar görərlər ki, bank özü ilə təzad yaşayır. Həmin arayışda qeyd edilir ki, “...xx.xx.2023-cü il tarixinə İddiaçı banka əsas borc məbləği 40.139,38 (qırx min yüz otuz doqquz tam yüzdə otuz səkkiz) ümumi faiz borcu 214,08 (iki yüz on dörd manat yüzdə səkkiz) manat dəbbə borcu sıfır manat, cəmi borc 40.353,46 manat təşkil edir. O ki qaldı Bank "xxxx" ASC-nin 15 dekabr 2023-cü il tarixli yalan məlumatlarla dolu maliyyə arayışında qeyd edilən İddiaçı banka əsas borc məbləği 37.857,17 (otuz yeddi min səkkiz yüz əlli yeddi tam yüzdə on yeddi) manat ümümi faiz borcu 0 (sıfır) manat, dəbbə borcu 0 (sıfır) manat cəmi borc 37.857,17 (otuz yeddi min səkkiz yüz əlli yeddi tam yüzdə on yeddi) manat təşkil etməsi məsələsinə, bank burada da məqsədli şəkildə yalan məlumatlar verib. Belə ki, 15 dekabr 2023-cü il tarixdə bank tərəfindən e-məhkəmə sisteminə yüklənmiş yeni maliyyə arayışından ilk baxışda belə nəticəyə gəlmək olar ki, sanki İddiaçı kredit borcunu aldığı tarixdən indiyədək kredit ödənişlərini heç vaxt vaxtında və tam həyata keçirməyib. Bank tərəfindən təqdim edilmiş həmin maliyyə arayışından görünən mənzərə odur ki, iddiaçı 2023-cü ilin aprel, may, iyun, iyul, avqust, sentyabr, noyabr, dekabr ayları üzrə müvafiq olaraq guya 141.67 (bir yüz qırx bir manat altmış yeddi qəpik) AZN, 142.61 (bir yüz qırx iki manat altmış bir qəpik) AZN, 143.56 (bir yüz qırx üç manat əlli altı qəpik) AZN, 144.52 (bir yüz qırx dörd manat əlli iki qəpik) AZN, 145.49 (bir yüz qırx beş manat qırx doqquz qəpik) AZN, 146,46 (bir yüz qırx altı manat qırx altı qəpik) AZN, 148.41 (bir yüz qırx səkkiz manat qırx bir qəpik) AZN, 149.40 (bir yüz qırx doqquz manat qırx qəpik) AZN məbləğdə pul vəsaiti ödəyib. Halbuki, iş materiallarında mövcud olan www.gpp.az (X12) saytından çıxarışdan iddiaçının həqiqətdə 2023-cü il üzrə etdiyi kredit ödənişlərinin məbləğini görmək mümkündür. Beləliklə, yuxarıda qeyd edilən bütün arqumentlərin işığında görünən tək həqiqət odur ki, Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş 02 iyun 2023-cü il tarixli 8İ-4884 reyestr nömrəli icra qeydi qanunvericiliyin İmperativ tələbləri kobud şəkildə pozularaq tərtib edilib. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X9 iddianı qəbul etmədi və izahatında bildirdi ki, Eldin müəllimin əvvəl dəfələrlə gecikməsi olmuş, bu səbəbdən notariusa müraciət edilmişdir, mübahisələndirilən icra qeydi verilən tarixə Eldin müəllimin gecikməsi, faiz və cərimə borcu olmamışdır. Buna baxmayaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - təkrar hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, Bakı şəhəri 17 saylı notariat kontorunun 8i-4884 saylı xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən verilmiş 782-131716/25 saylı xx.xx.2023-cü il tarixli sifarişi üzrə borclu İddiaçı məxsus, tələbkar "xxxx" ASC-nin xeyrinə yüklü edilmiş Bakı şəhəri Maştağa qəsəbəsi Balaxanıneft yaşayış sahəsi ünvanında yerləşən 97A saylı fərdi yaşayış evinə dair təkrar hərracın keçirilməsi xx.xx.2023-cü il tarixə saat 10.00-a təyin edilmişdir. - hərracın baş tutmamasına dair xx.xx.2023-cü il tarixli protokolun surətindən görünür ki, Bakı şəhəri 17 saylı notariat kontorunun 8i-4884 saylı xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən verilmiş 782-131716/25 saylı xx.xx.2023-cü il tarixli sifarişi üzrə borclu İddiaçı məxsus, tələbkar "xxxx" ASC-nin xeyrinə yüklü edilmiş Bakı şəhəri Maştağa qəsəbəsi Balaxanıneft yaşayış sahəsi ünvanında yerləşən 97A saylı fərdi yaşayış evinə dair təkrar hərracın keçirilməsi xx.xx.2023-cü il tarixə saat 10.00-a təyin edilmişdir. Təyin edilmiş hərracda iştirak etmək üçün müraciət (ərizə) daxil olmamışdır. Odur ki, xx.xx.2023-cü il tarixə təyin edilmiş hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadı. - açıq hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, Bakı şəhəri 17 saylı notariat kontorunun 8i-4884 saylı xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən verilmiş 782-131716/25 saylı xx.xx.2023-cü il tarixli sifarişi üzrə borclu İddiaçı məxsus, tələbkar "xxxx" ASC-nin xeyrinə yüklü edilmiş Bakı şəhəri Maştağa qəsəbəsi Balaxanıneft yaşayış sahəsi ünvanında yerləşən 97A saylı fərdi yaşayış evinə dair ilkin hərracın keçirilməsi xx.xx.2023cü il tarixə saat 10.00-a təyin edilmişdir. - hərracın baş tutmamasına dair xx.xx.2023-cü il tarixli protokolun surətindən görünür ki, Bakı şəhəri 17 saylı notariat kontorunun 8i-4884 saylı xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən verilmiş 782-131716/25 saylı xx.xx.2023-cü il tarixli sifarişi üzrə borclu İddiaçı məxsus, tələbkar "xxxx" ASC-nin xeyrinə yüklü edilmiş Bakı şəhəri Maştağa qəsəbəsi Balaxanıneft yaşayış sahəsi ünvanında yerləşən 97A saylı fərdi yaşayış evinə dair ilkin hərracın keçirilməsi xx.xx.2023cü il tarixə saat 10.00-a təyin edilmişdir. Təyin edilmiş ilkin hərracda iştirak etmək üçün müraciət (ərizə) daxil olmamışdır. Odur ki, xx.xx.2023-cü il tarixə təyin edilmiş ilkin hərrac baş tutmadı. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. - "xxxx" ASC ilə İddiaçı və X4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 519/ZBGF kredit müqaviləsindən görünür ki, bank tərəfindən İddiaçı şəxsi istehlak məqsədi ilə 252 ay müddətinə illik 8 faiz dərəcəsi ilə 50.000 manat kredit verilmişdir. - xx.xx.2015-ci il tarixli 519/ZBGF saylı kredit müqaviləsinə əlavədən görünür ki, İddiaçı "xxxx" ASC-nə hər ayın 01-dən gec olmayaraq 252 ay müddətində birinci ay 276.88 manat, sonrakı aylar 410.21 manat (sonuncu ay 412.95 manat) ödəniş etməyi öhdəsinə götürmüşdür. - RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Balaxanıneft yaşayış sahəsi ünvanında yerləşən 97A saylı fərdi yaşayış evi xx.xx.2015-ci il tarixdə xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyatdan keçmişdir. - ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş və reyestrdə 8İ- 4884 nömrə ilə qeyd edilmiş icra qeydinin surətindən görünür ki, ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan Bank "xxxx" ASC-nin tələbi ilə ipoteka predmeti olan Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Balaxanıneft yaşayış sahəsi ünvanında yerləşən 97A saylı fərdi yaşayış evinə tutma yönəldilmişdir. Öhdəliyi müəyyən edən 519/ZBGF müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 40.139,38 AZN əsas borc, 214.08 AZN faiz borcu olmaqla, cəmi tutulmalı məbləğ 40.353,46 AZN təşkil edir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-16(008)-327/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı müvəqqəti təminat barədə ərizəsinin qismən təmin edilməsi, "xxxx" MMC-nə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair açıq hərracının nəticələrinə dair yekun protokol qəbul edilməsi və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolun qəbul edilməsi qadağan edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə İddiaçı adına olan ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi, həmin yaşayış sahəsinə münasibətdə Bank "xxxx" ASC və ya hər hansı digər şəxsin adına mülkiyyət hüququna dair yeni çıxarışın verilməsi qadağan edilmiş, ərizə qalan hissədə rədd edilmişdir. - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən Bank "xxxx" ASC-nə 411 manat məbləğində pul ödənilmişdir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən Bank "xxxx" ASC-nə 410.21 manat məbləğində pul ödənilmişdir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən Bank "xxxx" ASC-nə 410.21 manat məbləğində pul ödənilmişdir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən Bank "xxxx" ASC-nə 410.21 manat məbləğində pul ödənilmişdir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən Bank "xxxx" ASC-nə 410.21 manat məbləğində pul ödənilmişdir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən Bank "xxxx" ASC-nə 410.21 manat məbləğində pul ödənilmişdir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən Bank "xxxx" ASC-nə 410.21 manat məbləğində pul ödənilmişdir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən "xxxx" ASC-nə 6.59 manat məbləğində pul ödənilmişdir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən Bank "xxxx" ASC-nə 410.21 manat məbləğində pul ödənilmişdir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən Bank "xxxx" ASC-nə 410.21 manat məbləğində pul ödənilmişdir. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən Bank "xxxx" ASC-nə 410.21 manat məbləğində pul ödənilmişdir. - Bank "xxxx" tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı 519/ZBGF saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə banka 37.857,17 manat əsas, 0 manat faiz və 0 manat dəbbə borcu olmaqla, cəmi 37.857,17 manat məbləğində borcu vardır. - "xxxx" ASC (kreditor-ipoteka saxlayan), İddiaçı (alıcı-ipoteka qoyan), X7 (satıcı) və X4 (birgə borcalan) arasında bağlanmış 519/ZBGF/1 nömrəli xx.xx.2015-ci il tarixli alqısatqı və ipoteka müqaviləsinin surətindən görünür ki, satıcı Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Balaxanıneft yaşayış sahəsi ünvanında yerləşən 97A saylı fərdi yaşayış evini alıcı-ipoteka qoyanın mülkiyyətinə verir. Fərdi yaşayış evinin satış qiyməti 100.000 manatdır, fərdi yaşayış evinin dəyərinin 50.000 manatı alıcı-ipoteka qoyanın özü tərəfindən, 50.000 manatı isə kreditor-ipoteka saxlayan tərəfindən 519/ZBGF saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Alıcı-ipoteka qoyan satılan fərdi yaşayış evini bu müqavilə üzrə yaranmış hüquqa əsasən onunla kreditor-ipoteka saxlayan arasında bağlanmış 519/ZBGF saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi kreditoripoteka saxlayana ipotekaya verir. - Bank "xxxx" ASC tərəfindən ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsinə ünvanlanmış MXD-2022/5448 nömrəli xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı və X4 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər lazımınca yerinə yetirilmədiyinə görə əsas borc, faiz və dəbbə borcunun ipoteka predmeti olan Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Balaxanıneft yaşayış sahəsi ünvanında yerləşən 97A saylı fərdi yaşayış evinə yönədilməsi haqqında MXD-2022/5444 nömrəli xx.xx.2022-ci il tarixli bildirişin rəsmi qeydiyyata alınması xahiş olunmuşdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Balaxanıneft yaşayış sahəsi ünvanında yerləşən 97A saylı fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydiyyata alınmışdır. - Bank "xxxx" ASC tərəfindən ipoteka predmetinə tutmanın yönədilməsi haqqında İddiaçı və X3 PAİD-2023/1624 nömrəli xx.xx.2023-cü il tarixli bildiriş göndərilmişdir. - Bank "xxxx" ASC tərəfindən 519/ZBGF saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 42.619,50 manat məbləğində borcun iki gün müddətində ödənilməsi barədə İddiaçı və X3 MXD-2022/5444 nömrəli xx.xx.2022-ci il tarixli xəbərdarlıq göndərilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim edilmiş sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə aparılır. Çünki, tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Lakin iş materialları ilə müəyyən olunmuşdur ki, cavabdeh Bank "xxxx" ASC tərəfindən borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddiaçıya yazılı bildirişlər göndərilməmiş, notariat ofisi isə iddiaçının hüquqlarını pozaraq, borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək, yalnız kredit və ipoteka müqaviləsinə əsaslanmaqla, həmin müqavilələr üzrə yoxlama aparmadan əsassız icra qeydi vermişdir. İş materiallarında borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin surətləri olsa da, Bank "xxxx" ASC tərəfindən həmin bildirişlərin iddiaçıya çatdırılmasına və ya digər formada təqdim edilməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən qeyd olunan bildirişlərin əldə edilməsi faktı öz təsdiqini tapmamışdır. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun: 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın: 162-ci bəndinə əsasən icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. 169-1-ci bəndinə əsasən ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda; e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə. İpoteka müqaviləsində ipoteka predmetinin hərracda satılması üsulu müəyyən edildikdə, icra qeydi bu Təlimatın 161-ci hissəsinə (üçüncü abzası istisna olmaqla) uyğun olaraq aparılır. Göründüyü kimi, qanunverici icra qeydinin aparılacağı barədə bildirişin tərəflərə göndərilməsini (həm də müəyyən müddət daxilində göndərilməsini) müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış borcluya (ipoteka qoyana) müəyyən müddət verməklə, məhz onun özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır. Cavabdeh bank tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl edilməməsi (bildirişin göndərilməməsi və ya lazımi qaydada göndərilməməsi) ipoteka qoyanı qanunvericilik tərəfindən ona verilmiş bu imkandan mərhum edərək, bu normanı əhəmiyyətsiz edir. Bundan başqa, cavabdeh bank iddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə ki, iş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, kredit müqaviləsinin müddəti xx.xx.2036-cı il tarixdə bitir və aylıq kredit ödənişinin məbləği 410.21 manatdır. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-xx.xx.2024-cü illər üzrə mədaxil qəbzlərindən görünür ki, sonuncu banka qeyd olunan tarix aralığında hər ay 410.21 manat məbləğində ödəniş etmişdir. Bu isə iddiaçının kredit müqaviləsi üzrə öhdəliklərin icrasından yayınmadığını göstərir. Lakin cavabdeh bank tərəfindən iddiaçının kredit öhdəliklərinin icrasından yayınmadığı, banka olan borcunu hər ay ödədiyi halda, icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etməsi qanunsuz və əsassız olmuş, notariat ofisi isə heç bir araşdırma aparmadan icra qeydi verməklə, qanunvericilyin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ipoteka predmetinə (Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Balaxanıneft yaşayış sahəsi ünvanında yerləşən 97A saylı fərdi yaşayış evi) tutmanın yönəldilməsi haqqında Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş və reyestrdə 8İ-4884 nömrə ilə qeyd edilmiş icra qeydi ləğv edilməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. İpoteka predmetinə (Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Balaxanıneft yaşayış sahəsi ünvanında yerləşən 97A saylı fərdi yaşayış evi) tutmanın yönəldilməsi haqqında Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən xx.xx.2023cü il tarixdə verilmiş və reyestrdə 8İ-4884 nömrə ilə qeyd edilmiş icra qeydi ləğv edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar