Məhkəmə qərarları › İş №e-2(008)-4855/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4855/2023

27.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4855/2023 27.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X20 Mirzəliyevin sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh və onun nümayəndəsi vəkil X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə 27 oktyabr 2023-cü il tarixində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasının təmin edilməsini və iddia ərizəsinə əlavə edilmiş 30 dekabr 2020-cı il tarixli 6/2800-9\6014 nömrəli ekspertiza rəyində sadalanan mərhum əri Hafiz Abbasova məxsus olmuş qızıl-zinət əşyalarının üzərində brilyant qaşları olan cəmi çəkisi 253 qram çəkidə 750 əyarlı 25 ədəd qızıl üzüklər; cəmi çəkisi 452 qram 585 əyarlı quran şəkilli medalyonları ilə birlikdə qızıl; cəmi çəkisi 452 qram 750 əyarlı 35 ədəd qızıl boyunbağılar (üzərində 3 qalın, nazik, quran hərfli, böyük yumru medalyonlar); cəkisi 35 qram 750 əyarlı üzərində san sirkon göy qaşları olan 1 dəst (qızıl sırğa cütü və üzük); 20 qram çəkidə 750 əyarlı üzərində san sirkon qaşları olan 1 dəst italyan qızılı (sırğa cütü və üzük); 25 qram çəkidə 585 əyarlı 1 dəst ağ sirkon qaşlı qızıl (sırğa cütü və üzük); 28 qram çəkidə 585 əyarlı 1 dəst qızıl (sırğa cütü və üzük); 23 qram çəkidə 1 dəst italyan qızıl (sırğa cütü və üzük); 28 qram çəkidə 1 dəst italyan qızılı (sırğa cütü və üzük); 30 qram çəkidə 750 əyarlı 1 ədəd (yumru sallanan) qızıl biləzik; 23 qram çəkidə 585 əyarlı 1 ədəd qızıl biləzik; 40 qram çəkidə 585 əyarlı kiçik ölçülü qızıl boyunbağılar; üzərində brilyant qaşı olan 750 əyarlı qızıl boyunbağı; üzərində qırmızı rəngli sirkon qaşlı olan 10 qram çəkidə 585 əyarlı 1 ədəd qızıl boyunbağı; 15 qram çəkidə 750 əyarlı 1 ədəd qədim “Paxlava” şəkilli üzük; “Mələk” şəkilli 180 qram çəkidə 750 əyarlı 1 dəst (sırğa cütü və üzük) və 2 ədəd 10 qəpiklik üzərində “Nikolay” həkk olunmuş sikkənin (həmin əşyalar naturada mövcud olmadıqda onun dəyərinin - 50.000 manat pul vəsaitinin) Cavabdeh alınaraq ona ödənilməsi və hazırki iddiasının verilməsi üçün ödənilmiş 240 manat dövlət rüsumunun əvəzinin də cavabdehdən onun xeyrimə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsalandırılmışdır ki, İddiaçı mərhum həyat yoldaşı X9 hazırda yeganə qanuni vərəsəsidir. Belə ki, onun həyat yoldaşı Hafiz Abbasov xx.xx.2020-ci il tarixində vəfat etdikdən sonra, Bakı şəhəri 19 nömrəli notariat ofisində ərizəsi əsasında 02 mart 2021-ci il tarixində vərəsəlik işi açılmış və mərhum ərinin adına olan bütün əmlaklarla bağlı iddiaçıya 18 iyun 2021-ci il tarixli müvafiq vərəsəlik şəhadətnamələri verilmişdir. Ərinin sağlığı dövründə, yəni 13 iyul 2020-ci il tarixində doğma oğlu X18 Bakı şəhəri Yasamal RPİ-nə rəsmi ərizə ilə müraciət edərək, qardaşı Vüqar Abbasovun, yəni onun kiçik oğlunun arvadı hazırki iş üzrə cavabdeh olan Cavabdeh 2020-ci ilin fevral ayından may ayına kimi olan müddət ərzində yaşadıqları ünvan 1 ünvanından onların ailə üzvlərinə məxsus ümumi dəyəri təxminən 50.000 (əlli min) manat təşkil edən qızıl-zinət əşyalarını gizli yolla taladığını bildirərək, Cavabdeh cinayət məsuliyyətinə cəlb edilməsini, ailəyə məxsus həmin qızıl-zinət əşyalarının və ya onun dəyərinin qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Lakin təəssüflər olsun ki, onun doğma oğlu X12 həmin şikayəti üzrə hazırki vaxtadək, Bakı şəhəri Yasamal RPİ-i tərəfindən 6 dəfə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul edilmişdir. Hər dəfə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul edilərkən, oğlu X12 verdiyi şikayətlər əsasında istər yuxarı prokurorluq orqanı, istərsə də məhkəmə tərəfindən həmin qərarlar qanunsuz sayılaraq ləğv edilmiş və yenidən iş üzrə hərtərəfli araşdırma aparılması üçün material Yasamal RPİ-nin İŞ-nə geri göndərilmişdir. Sonuncu dəfə məhz onun şikayəti üzrə Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi X11 407 nömrəli material üzrə 08 may 2022-ci il tarixində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı Bakı şəhəri Yasamal rayon məhkəməsinin 31 yanvar 2023-cü il tarixli qərarı ilə ləğv edilmiş və həmin material üzrə yenidən araşdırma aparılmışdır. Həmin araşdırmanın da nəticəsində Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi X11 407 nömrəli material üzrə 05 iyun 2023-cü il tarixində sonuncu dəfə yenidən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Sonuncu dəfə məhz iddiaçının şikayəti üzrə həmin Polis İdarəsində araşdırma aparılarkən, iş üzrə məhkəmə fonoskopik ekspertizası keçirilmiş və həmin ekspertizanın 23 may 2023-cü il tarixli 4/476- 4/481 nömrəli rəyindən müəyyən edilmişdir ki: 1.Еspertizaya təqdim olunmuş 1 ədəd “BİNGO” markalı CD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. 2.Ekspertizaya təqdim olunmuş 1 ədəd “BİNGO” markalı CD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «K2» kimi işarə olunmuş diktorun səsi və nitqi X13, «Q1» kimi işarə olunmuş diktorun səsi və nitqi Cavabdeh məxsusdur. Həmin səs yazısından o fakt müəyyən edilir ki, əslində Cavabdeh vaxtilə onun ərinə məxsus olan qızılları mərhum ərinin və onun izni olmadan onları cavabdeh özü şəxsən götürmüşdür. Həmçinin araşdırma zamanı əldə edilmiş 30 dekabr 2020-cı il tarixli 6/2800-9/6014 saylı ekspertiza rəyindən aydın olur ki, aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə əsasən təqdim olunmuş məmulatların 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti 414,0 manat müəyyən edilmişdir. Məhkəmənin diqqətinə çatdırılır ki, məhz 414,0 manat dəyərində olan qızılları bir qismini vaxtilə Cavabdeh götürdükdən sonra onlara qaytarmışdır. Əslində isə polisdə aparılan araşdırma zamanı, təqdim edilməyən və ekspertza qərarında adları və göstəriciləri qeyd olunmuş məmulatların 2020-ci ilin fevral ayına olan nəzəri qiymətləri 127230,0 manat müəyyən edilmişdir. Həmin qızıl zinət əşyaları aşağıdakılardan ibarət olmuşdur: Üzərində brilyant qaşları olan cəmi çəkisi 253 qram çəkidə 750 əyarlı 25 ədəd qızıl üzüklər; cəmi çəkisi 452 qram 585 əyarlı quran şəkilli medalyonları ilə birlikdə qızıl; Cəmi çəkisi 452 qram 750 əyarlı 35 ədəd qızıl boyunbağılar (üzərində 3 qalın, nazik, quran hərfli, böyük yumru medalyonlar); cəkisi 35 qram 750 əyarlı üzərində san sirkon göy qaşları olan 1 dəst (qızıl sırğa cütü və üzük); 20 qram çəkidə 750 əyarlı üzərində san sirkon qaşları olan 1 dəst italyan qızılı (sırğa cütü və üzük); 25 qram çəkidə 585 əyarlı 1 dəst ağ sirkon qaşlı qızıl (sırğa cütü və üzük); 28 qram çəkidə 585 əyarlı 1 dəst qızıl(sırğa cütü və üzük); 23 qram çəkidə 1 dəst italyan qızıl (sırğa cütü və üzük); 28 qram çəkidə 1 dəst italyan qızılı (sırğa cütü və üzük); 30 qram çəkidə 750 əyarlı 1 ədəd (yumru sallanan) qızıl biləzik; 23 qram çəkidə 585 əyarlı 1 ədəd qızıl biləzik; 40 qram çəkidə 585 əyarlı kiçik ölçülü qızıl boyunbağılar; üzərində brilyant qaşı olan 750 əyarlı qızıl boyunbağı; üzərində qırmızı rəngli sirkon qaşlı olan 10 qram çəkidə 585 əyarlı 1 ədəd qızıl boyunbağı; 15 qram çəkidə 750 əyarlı 1 ədəd qədim “Paxlava” şəkilli üzük; “Mələk” şəkilli 180 qram çəkidə 750 əyarlı 1 dəst (sırğa cütü və üzük) və 2 ədəd 10 qəpiklik üzərində “Nikolay” həkk olunmuş sikkələrdir. Buna baxmayaraq onun ailə üzvləri cavabdehdən həmişə cəmisi 50.000 manat dəyərində olan qızılları tələb etmişdilər. Lakin cavabdeh hər dəfə bir bəhanə ilə onları qaytarmaqdan imtina etmişdir. Bundan başqa, Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi X11 407 nömrəli material üzrə 05 iyun 2023-cü il tarixində sonuncu dəfə yenidən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul etdiyi qərarında qeyd edilmişdir ki, “Hazırda isə iş üzrə əlavə araşdırma zamanı əldə edilmiş 23 may 2023-cü il tarixli 4/476-4/481 saylı ekspertiza rəyi ilə ekspertizaya təqdim edilmiş müvafiq diskdə olan səs və nitqin Cavabdeh məxsus olması faktı müəyyən edilsə də, məhz bu faktın özü hələ həmin şəxsin oğurluq cinayətini törətməsini sübut etmir. Belə ki, hazırda İddiaçı öz şikayətində vaxtilə mərhum əri ilə birgə yaşadığı evdən faktiki olaraq əri Hafiz Abbasova məxsus olmuş 50000 manat dəyərində qızıl-zinət əşyalarının məhz gəlinləri Cavabdeh tərəfindən oğurlandığı bildirilsə də, araşdırma zamanı izahatı alınmış Cavabdeh qızıl-zinət əşyalarının onun tərəfindən götürülməsindən məhz əri Vüqar Abbasovun xəbərinin və izninin olmasını, qızılların saxlanıldığı yerinin əri tərəfindən ona göstərildiyini və həmin qızılları əslində oğurlamadığını, faktiki olaraq həmin qızıllarla ərinin borclarını ödədiyini bildirmişdir. Göründüyü kimi, baş vermiş həmin hadisə əslində ailə daxili mülki mübahisə kimi qiymətləndirilməlidr”. Həmin qərardan oda müəyyən edilir ki, polis orqanı hazırda öz qərarında istinad etdiyi bir sıra Mülki və Ailə Məcəlləsinin norma və tələblərini əsas götürülməklə, belə nəticəyə gəlmişdir ki, vaxtilə iddiaçının mərhum əri Hafiz Abbasova məxsus olmuş 50.000 manat dəyərində qızıl-zinət əşyalarına görə onun hazırda sağ olan həyat yoldaşı İddiaçı özü də mərhum ərinin vərəsəsi kimi iddia tələbi ilə mülki qaydada məhkəmə orqanına müraciət etmək hüququ vardır. Məhz istintaq orqanının əldə etdiyi Cavabdeh səs yazısına dair ekspertiza rəyinə əsasən, Səidənin həmin qızılları vaxtilə izinsiz götürməsi faktı artıq müəyyən edildiyindən, o, hesab edir ki, məhkəmə tərəfindən həmin qızılların dəyəri məhz həmin cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Odur ki, göstərilənlərə əsasən iddiaçı hazırki iddia tələbini cavabdehə qarşı irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, məhz ərizədə qeyd etdiyi 414,0 manat dəyərində olan qızılları vaxtilə Cavabdeh götürdükdən sonra, onun valideyinləri tərəfindən onlara qaytarılmış, həmçinin digər faktlarla bərabər cavabdehin iş materiallarında olan səs yazıları ilə yanaşı bu faktın özüdə onu sübut edir ki, vaxtilə cavabdeh ona və mərhum ərinə məxsus olmuş qızılları məhz özü şəxsən onlardan icazəsiz götürməklə onlara maddi ziyan vurduğundan iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə da iddia ərizəsini müdafiə edərək, işdəki rəsmi sübutlara əsaslanaraq iddianın tam təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında iddianı qəbul etməyərək, şifahi etirazında o, iddiaçının oğlu Vüqar ilə 2018-ci ilin 12 dekabr tarixindən faktiki olaraq nikah münasibətlərinə girdiyini və onunla ər-arvad kimi onların qonşuluğunda olan A.M.Şərifzadə küçəsi ev 74 mənzil 24 ünvanında, yəni Vüqarın ailə üzvləri ilə qonşuluqda yaşamağa başlamışlar. İddiada qeyd olunan qızılları vaxtilə keçmiş əri Vüqar öz doğma valideyinlərinin mənzilindən şəxsən gətirərək onların özlərinin yaşadıqları mənzildə saxladığını, həmin qızılların Vüqar tərəfindən götürüldüyünü və öz mənzillərinə gətirilməsindən xəbəri olduğunu, həmin qızılları Vüqar mənzildə asılmış çılçırağın şamdanlarında və pərdə asılqanlarında, yəni karnizdə saxlamışdır. Vüqarla faktiki nikah münasibətində olan zaman onun yəni Vuqarın Topaz oyunları oynaması və Topazda xeyli borclarının olmasını bildiyindən, o həmin qızılları keçmiş əri Vüqar tərəfindən borclarının ödənilməsinə sərf olunduğunu dedi. Həmçinin məhkəməyə təqdim edilmiş CD disklərdə olan səs yazıları onun özünə məxsusdur. Lakin həmin səs yazılarında olan qızılların onun tərəfindən götürülməsinə dair etiraf edici ifadələri, yəni əri Vüqarla olan söhbətdə qızılları onun özü tərəfindən götürülməsini və daha sonra zibilliyə atması ilə bağlı verdiyi ifadəni o təzyiq altında verdiyini, həmin vaxtı o hamilə olduğundan, o əri Vüqar və onun ailəsi tərəfindən işgəncəyə məruz qala bilməsi təhlükəsindən qorxaraq,eyni zamanda yaşının az olmasından yəni hamiləliyi pozulmasın deyə məcbur olub qızılları özü tərəfindən götürüldüyü etiraf etmişdir. Əslində isə o həmin qızılları şəxsən götürməmiş və hazırda da iddia edilən qızıllar onda yoxdur. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkili X7 da çıxışında iddianın əsassız olduğuna dair şifahi dəlillər gətirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, o cümlədən onların nümayəndələrinin izahat və çıxışlarını dinləyib, iddia ərizəsi üzrə təqdim edilmiş bütün sübutları incələyib və iş materiallarını tam araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 19 nömrəli notariat ofisinin xx.xx.2022-ci il tarixli 1124 nömrəli məktubun məzmunundan və ona əlavə edilmiş X23 X3 müəyyən edilir ki, İddiaçı mərhum həyat yoldaşı X9 hazırda yeganə qanuni vərəsəsidir. Həyat yoldaşı Hafiz Abbasov xx.xx.2020-ci il tarixində vəfat etdikdən sonra, Bakı şəhəri 19 nömrəli notariat ofisində onun ərizəsi əsasında 02 mart 2021-ci il tarixində vərəsəlik işi açılmış və mərhum ərinin adına olan bütün əmlaklarla bağlı iddiaçıya 18 iyun 2021-ci il tarixli müvafiq X23 X6 verilmişdir İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi X8 407 nömrəli material üzrə qəbul etdiyi 05 iyun 2023-cü il tarixli qərardan görünür ki, həmin Qərarın təsviri hissəsində göstərilənlərə əsasən X12 ərizəsi, o cümlədən İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və qəbul edilmiş qərar barədə maraqlı tərəflərə məlumat verilməklə, qəbul edilmiş qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və mülki qaydada məhkəməyə şikayət etmək hüququnun olması izah edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, qeyd edilən material üzrə təyin edilmiş müvafiq ekspertizalara əsasən, 23 may 2023-cü il tarixli 4/476-4/481 nömrəli məhkəmə fonoskopik ekspertizasının və 30 dekabr 2020-cı il tarixli 6/2800-9/6014 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyləri əldə edilmişdir. İş materiallarına əlavə edilmiş 23 may 2023-cü il tarixli 4/476-4/481 nömrəli məhkəmə fonoskopik ekspertizasının rəyinin nəticə hissəsindən müəyyən edilir ki: 1.Еspertizaya təqdim olunmuş 1 ədəd “BİNGO” markalı CD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. 2.Ekspertizaya təqdim olunmuş 1 ədəd “BİNGO” markalı CD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «K2» kimi işarə olunmuş diktorun səsi və nitqi X13, «Q1» kimi işarə olunmuş diktorun səsi və nitqi Cavabdeh məxsusdur. Ekspertiza rəyində istinad edilən CD disk məhkəməyə iddiaçı tərəfindən təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş 30 dekabr 2020-cı il tarixli 6/2800-9/6014 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən aydın olur ki, təqdim edilməyən qərarda adları və göstəriciləri qeyd olunmuş məmulatların 2020-ci ilin fevral ayına olan nəzəri qiymətləri 127230,0 manat müəyyən edilir. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə əsasən təqdim olunmuş məmulatların 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti isə 414,0 manat müəyyən edilir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin məcəllənin 157.5-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin məcəllənin 1091.1-ci maddəsinin tələbinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarılmalıdır. Məhkəmə araşdırması zamanı işin faktiki hallarından müəyyən edildi ki, hazırda iddiaçının cavabdehə qarşı irəli sürdüyü iddia tələbindəki qızıl zinət əşyaları, əslində iddiaçının mərhum həyat yoldaşı X1 dövründə onların birgə nikahları zamanı qazanılmış əmlaklar olmuşdur. Belə ki, iddiaçının həyat yoldaşı X14 xx.xx.2020-ci il tarixində vəfat etdikdən sonra, Bakı şəhəri 19 nömrəli notariat ofisində iddiaçının ərizəsi əsasında 02 mart 2021-ci il tarixində vərəsəlik işi açılmış və mərhum ərinin adına olan bütün əmlaklarla bağlı iddiaçıya 18 iyun 2021-ci il tarixli müvafiq X23 X6 verilmişdir. Həmçinin məhkəmədə müəyyən edilmişdir ki, cavabdeh iddiaçının faktiki olaraq gəlini olmuş və iddiaçının doğma oğlu ilə 2018-ci ildən 2020-ci ilədək faktiki nikah münasibətlərində olmuşlar. Məhz həmin dövrdə iddiaçı ilə cavabdeh eyni yaşayış binasında bir-birlərinə qonşu olan mənzillərdə yaşamışlar. ünvan 1 ünvanında ailəsi ilə birgə, cavabdeh isə ünvan 2 ünvanında iddiaçının oğlu ilə birgə kirayədə yaşamışdır. Tərəflərin yaşadıqları mənzilin yanında əlavə olaraqda 25 nömrəli mənzil də iddiaçıya məxsus olmuşdur və cavabdehin həmin mənzildə dəyərli əşyalarının saxlanılmasından xəbəri və məlumatı olmuşdur. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi X8 407 nömrəli material üzrə qəbul etdiyi 05 iyun 2023-cü il tarixli qərarın məzmunundan müəyyən edilir ki, “ilk dəfə olaraq 13 iyul 2020-ci il tarixdə vətəndaş X18, yəni iddiaçının böyük oğlu, ərizə ilə Yasamal RPİ-nə müraciət edərək, qardaşı Vüqar Abbasovun arvadı Cavabdeh 2020-ci ilin fevral ayından may ayına kimi olan müddət ərzində yaşadıqları ünvan 3 ünvanından ona və ailə üzvlərinə məxsus ümumi dəyəri təxminən 50000 (əlli min) manat təşkil edən qızıl-zinət əşyalarını gizli yolla taladığını bildirərək, Cavabdeh cinayət məsuliyyətinə cəlb edilməsini, onlara məxsus qızıl-zinət əşyalarının və ya dəymiş maddi ziyanın geri qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Adı çəkilən qərardan oda müəyyən edilir ki, həmin şikayət verilən vaxtı iddiaçının həyat yoldaşı X5 olmuş və həmin şəxsin özü tərəfindən məhz özünə məxsus olan qızıl zinət əşyalarının müəmmalı şəkildə yoxa çıxması barədə hüquq mühafizə orqanlarına şikayət verilməmişdir. X2 öz sağlığı dövründə özünə məxsus olan qızıl zinət əşyalarının müəmmalı şəkildə yoxa çıxması barədə hüquq mühafizə orqanlarına şikayət verməməsi, həmin qızıl-zinət əşyalarının ümumiyyətlə X16 aid olmaması və nəhayət polis orqanlarında aparılan araşdırmalar üzrə toplanmış materialda və Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin tərkib əlamətlərinin olub-olmamasını sübuta yetirmək mümkün olmaması əsası ilə dəfələrlə, o cümlədən 08 may 2022-ci il tarixində həmin material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında müvafiq qərarlar qəbul edilmişdir. 31 yanvar 2023-cü il tarixində isə Bakı Yasamal rayon məhkəməsi tərəfindən 08 may 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar mərhum Hafiz Abbasovun həyat yoldaşı (vərəsə) hazırki iş üzrə İddiaçı tərəfindən verilmiş şikayət əsasında ləğv edilmiş, materialın araşdırılması Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə həvalə edilmiş və idarə tərəfindən yenidən əlavə araşdırma aparılmışdır. Belə ki, Yasamal rayon məhkəməsinin 31 yanvar 2023-cü il tarixli qərarında göstərilənlər nəzərə alınaraq, cinayət işi üzrə cinayət prosessual qanunvericiliyinə uyğun əlavə zəruri hərəkətlər yerinə yetirilmiş və işdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 6(004)-42/2021 saylı qərarında sadalanmış araşdırılmalı olan hallar üzrə, həmçinin təqdim edilmiş səsyazıları olan CD barədə əlavə araşdırma aparılmışdır. Həmin araşdırma zamanı hazırki iddiaçı tərəfindən təqdim edilmiş səsyazıları olan CD-lər ekspertizaya təqdim edilmiş və iş üzrə məhkəmə - fonoskopik ekspertizası təyin edilərək müvafiq ekspertiza rəyi əldə edilmişdir. Lakin bununla belə istintaq orqanı qəbul etdiyi sonuncu qərarda da şikayətçilər tərəfindən onların evindən 50000 manat dəyərində qızılzinət əşyalarının gəlinləri Cavabdeh tərəfindən oğurlandığını bildirilsə də, aparılan araşdırma zamanı həmin xüsusatların sübuta yetirilməsi mümkün olmaması nəticəsinə gəlinmişdir”. Həmçinin məhkəmədə tədqiq edilən Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin 407 nömrəli material üzrə qəbul etdiyi 05 iyun 2023-cü il tarixli qərarın məzmunundan müəyyən edilir ki, “qeyd edilən qızıl-zinət əşyaları əslində Arzu Abbasovun atası Hafiz Abbasova məxsus olmuş və sonuncu həmin qızıl-zinət əşyalarını öz sağlığında siyahıya almışdır. X22 özü sağ olarkən hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. Belə ki, Hafiz Abbasovun özü xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Hafiz Abbasov vəfat etdikdən sonra, Bakı şəhəri 19 saylı notariat ofisində onun həyat yoldaşı İddiaçı ərizəsi əsasında 02 mart 2021-ci il tarixində vərəsəlik işi açılmış və İddiaçı mərhum ərinin adına olan bütün əmlakları ilə bağlı 18 iyun 2021-ci il tarixli müvafiq vərəsəlik şəhadətnaməsi verilmişdir. Məhz vərəsə İddiaçı tərəfindən verilmiş şikayət əsasında məhkəmə tərəfindən 08 may 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilmişdir. Hazırda isə iş üzrə əlavə araşdırma zamanı əldə edilmiş 23 may 2023-cü il tarixli 4/476- 4/481 saylı ekspertiza rəyi ilə ekspertizaya təqdim edilmiş müvafiq diskdə olan səs və nitqin Cavabdeh məxsus olması faktı müəyyən edilsədə, məhz bu faktın özü hələ həmin şəxsin oğurluq cinayətini törətməsini sübut etmir. Belə ki, hazırda İddiaçı öz şikayətində vaxtilə mərhum əri ilə birgə yaşadığı evdən faktiki olaraq əri Hafiz Abbasova məxsus olmuş 50000 manat dəyərində qızıl-zinət əşyalarının məhz gəlinləri Cavabdeh tərəfindən oğurlandığı bildirilsə də, araşdırma zamanı izahatı alınmış Cavabdeh qızıl-zinət əşyalarının onun tərəfindən götürülməsindən məhz əri Vüqar Abbasovun xəbərinin və izninin olmasını, qızılların saxlanıldığı yerinin əri tərəfindən ona göstərildiyini və həmin qızılları əslində oğurlamadığını, faktiki olaraq həmin qızıllarla ərinin borclarını ödədiyini bildirmişdir. Məhz bu səbəbdən istintaq orqanı baş vermiş həmin hadisənin əslində ailə daxili mülki mübahisəsi kimi qiymətləndirmişdir”. Ona görə də hazırda, iddiaçı məhz Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin 407 nömrəli material üzrə qəbul etdiyi 05 iyun 2023-cü il tarixli qərarında qeyd edilən xüsusatları və həmin material üzrə əldə edilmiş müvafiq ekspertiza rəylərini əsas tutaraq cavabdehə qarşı hazırki iddianı irəli sürmüşdür. Məhkəmə yuxarıda qeyd edilən İŞ-nin müvafiq qərarında göstərilən halları, o cümlədən hazırda iddiaçının öz mərhum həyat yoldaşı Hafiz Abbasovun yeganə qanuni vərəsəsi olması faktını nəzərə alaraq, iddiaçı tərəfindən cavabdehə qarşı belə bir iddia tələbinin irəli sürməkdə subyektiv hüquq baxımından yol verilən hesab edir. Məhkəmə həmçinin onuda qeyd etməyi zəruru bilir ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Odur ki, hazırki mülki işə baxan məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal RPİnin İŞ-nin 407 nömrəli material üzrə qəbul etdiyi 05 iyun 2023-cü il tarixli qərarında qeyd edilən xüsusatlar, yəni hazırki mübahisəyə baxılarkən məhkəmə üçün iddiaçının öz iddia ərizəsində qeyd etdiyi hadisənin olub-olmaması və iş üzrə tərəflərin hazırda həmin hadisəyə aidiyyəti hissəsində məcburi olması faktı kimi hallar nəzərə alınmalıdır. Hazırda iddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, məhkəmə-fonoskopik ekspertizasının 23 may 2023-cü il tarixli 4/476-4/481 nömrəli rəyindən müəyyən edilmişdir ki: 1.Еspertizaya təqdim olunmuş 1 ədəd “BİNGO” markalı CD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. 2.Ekspertizaya təqdim olunmuş 1 ədəd “BİNGO” markalı CD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «K2» kimi işarə olunmuş diktorun səsi və nitqi X13, «Q1» kimi işarə olunmuş diktorun səsi və nitqi Cavabdeh məxsusdur. Belə ki, həmin səs yazısından o faktlar müəyyən edilir ki, əslində Cavabdeh vaxtilə iddiaçının özünə və onun mərhum ərinə məxsus olan qızılları onların icazəsi olmadan götürmüşdür. X10 ilə Cavabdeh arasında baş tutmuş mübahisəli fonoqramlardakı Cavabdeh etiraf edici ifadəsindən müəyyən edilir ki, o keçmiş əri Vüqara həmin qızılları vaxtilə özü tərəfindən götürülüb gizlətməsini, bu hadisənin üstü açılacağından qorxaraq sonradan həmin qızılları zibilliyə atmasını bildirir. Həmçinin digər səs yazısından müəyyən edilir ki, Cavabdeh 50.000 manat dəyərində qızıl zinət əyalarının pulunu valideyinləri vasitəsi və köməyi ilə ödəməyə razılıq verir və bildirir ki, bunun qarşılığında o istəmir ki, onun Vüqarla olan ailəsi dağılsın, uşağı atasız böyüsün. Beləliklə məhkəmədə cavabdehin iddianı etiraf eməməsinə baxmayaraq, məhz iddia ərizəsinə sübut kimi əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, məhkəməfonoskopik ekspertizasının 23 may 2023-cü il tarixli 4/476-4/481 nömrəli rəyindən və həmin rəyin keçirilməsinə əsas vermiş səs yazısı olan CD diskdən müəyyən edilir ki, əslində iddia edilən qızıl-zinət əyalarını məhz cavabdeh iddiaçının və onun mərhum ərinin icazəsi olmadan götürmüş və sonradan da geri qaytarmamışdır. Məhkəmə həmin ekspertiza rəyini hazırki iş üzrə mötəbər sübut kimi qəbul edir və hesab edir ki, iddia ərizəsi üzrə verilmiş bu sübutu cavabdeh tərəfindən sarsıdacaq heç bir mötəbər əlavə sübüt məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaya qarşı təkzibedici hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh iddiada qeyd edilən qızılların iddiaçının oğlu Vüqar tərəfindən götürülməsini, sonrada həmin qızılları Topaza olan borclarına görə xərclənməsinə dair gətirdiyi dəlillər və etirazlar heç bir mötəbər sübuta söykənmir. Həmçinin məhkəməyə təqdim edilmiş CD diskdə olan səs yazısının cavabdehə aid olmasına baxmayaraq, həmin vaxtı cavabdehin sanki bu cür ifadə verməsinin təzyiq altında olması və hamiləliyi dövründə baş verməsi səbəbinə dair gətirdiyi dəlilləridə məhkəmə əsaslı və ağlabatan saymır. Belə ki, cavabdeh bu etirazını əsaslandıracaq və sübuta yetiriləcək heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə cavabdehin bu əsaslarla gətirdiyi etirazlarını qəbul etmir. Məhkəmə bir daha qeyd etməyi zəruri bilir ki, məhkəmə iclasında tədqiq edilmiş, məhkəmə-fonoskopik ekspertizasının 23 may 2023-cü il tarixli 4/476-4/481 nömrəli rəyi və işə əlavə edilmiş CD diskdəki səs yazısı tamamilə qanuna uyğun əldə edilmişdir və həmin rəyi şübhə altına alacaq heç hal məhkəmədə müəyyən edilməmişdir. Cavabdehə aid olan CD diskdəki səs yazısından da müəyyən edilir ki, həmin vaxtı cavabdehə heç bir kənar şəxs tərəfindən təzyiq edilməsi halı müəşaiyət olunmur. Əksinə bütün şəxslərin səs yazısından müəyyən edilir ki, tərəflər arasında danışıqlar adı dialoq əsasında həyata keçirilmişdir. Bundan başqa iddiaçı məhkəmə iclasında verdiyi öz izahatında, həmçinin iddia ərizəsində qeyd etmişdir ki, əslində onlara məxsus qızıl-zinət əşyaları müəmmalı şəkildə yoxa çıxdıqdan sonra, cavabdehin valideyinləri tərəfindən həmin əşyalardan ucuz olanlarının bir neçəsi onlara qaytarılmışdır. Həmin qaytarılan əşyalarada ekspert tərəfindən cəmisi 414 manat qiymət qoyulmuşdur. Həqiqətəndə iş materiallarında olan və məhkəmə iclasında təqdiq edilmiş 30 dekabr 2020-cı il tarixli 6/2800-9/6014 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən müəyyən edilmişdir ki, aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə əsasən təqdim olunmuş məmulatların 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti 414,0 manat müəyyən edilir. Bütün bu halları nəzərə alaraq məhz cavabdehin valideyinləri tərəfindən sonradan 414,0 manat dəyərində iddiaçıya və onun mərhum həyat yoldaşına aid olan qızılların qaytarılması faktının özüdə ona dəlalət edir ki, vaxtilə məhz Cavabdeh özünün səs yazısında etiraf etdiyi kimi, iddiaçıya və onun mərhum həyat yoldaşına aid olan qızılları şəxsən özü götürmüşdür. Əks təqdirdə burada sual yaranır, yoxa çıxmış qızılların bir qismi sonradan cavabdehin valideyinləri tərəfində iddiaçıya qaytarılırsa, həmin qızıllar cavabdehin valideyinlərində necə ola bilərdi və kim həmin qızılları cavabdehin valideyinlərinə aparıb verə bilərdi. Məhkəmə iclasında təqdiq edilmiş 30 dekabr 2020-cı il tarixli 6/2800-9/6014 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinidə hazırki iş üzrə mötəbər sübut kimi qəbul edir və hesab edir ki, iddia ərizəsi üzrə verilmiş bu sübutuda cavabdeh tərəfindən sarsıdacaq heç bir mötəbər əlavə sübüt məhkəməyə təqdim edilməmişdir. Məhz həmin rəydən aydın olur ki, təqdim edilməyən qərarda adları və göstəriciləri qeyd olunmuş məmulatların 2020-ci ilin fevral ayına olan nəzəri qiymətləri 127230,0 manat müəyyən edilir. İddiaçının hazırda cavabdehdən tələb etdiyi qızıl-zinət əşyalarıda məhz həmin rəydə sadalanan və ekspertizaya təqdim edilməyən qərarda adları və göstəriciləri qeyd olunmuş məmulatlardır. Həmin rəydə qızılların adları və göstəriciləri aşağıdakı kimi qeyd edilmişdir: Üzərində brilyant qaşları olan cəmi çəkisi 253 qram çəkidə 750 əyarlı 25 ədəd qızıl üzüklər; cəmi çəkisi 452 qram 585 əyarlı quran şəkilli medalyonları ilə birlikdə qızıl; cəmi çəkisi 452 qram 750 əyarlı 35 ədəd qızıl boyunbağılar (üzərində 3 qalın, nazik, quran hərfli, böyük yumru medalyonlar); cəkisi 35 qram 750 əyarlı üzərində san sirkon göy qaşları olan 1 dəst (qızıl sırğa cütü və üzük); 20 qram çəkidə 750 əyarlı üzərində san sirkon qaşları olan 1 dəst italyan qızılı (sırğa cütü və üzük); 25 qram çəkidə 585 əyarlı 1 dəst ağ sirkon qaşlı qızıl (sırğa cütü və üzük); 28 qram çəkidə 585 əyarlı 1 dəst qızıl (sırğa cütü və üzük); 23 qram çəkidə 1 dəst italyan qızıl (sırğa cütü və üzük); 28 qram çəkidə 1 dəst italyan qızılı (sırğa cütü və üzük); 30 qram çəkidə 750 əyarlı 1 ədəd (yumru sallanan) qızıl biləzik; 23 qram çəkidə 585 əyarlı 1 ədəd qızıl biləzik; 40 qram çəkidə 585 əyarlı kiçik ölçülü qızıl boyunbağılar; üzərində brilyant qaşı olan 750 əyarlı qızıl boyunbağı; üzərində qırmızı rəngli sirkon qaşlı olan 10 qram çəkidə 585 əyarlı 1 ədəd qızıl boyunbağı; 15 qram çəkidə 750 əyarlı 1 ədəd qədim “Paxlava” şəkilli üzük; “Mələk” şəkilli 180 qram çəkidə 750 əyarlı 1 dəst (sırğa cütü və üzük) və 2 ədəd 10 qəpiklik üzərində “Nikolay” həkk olunmuş sikkələrdir. Həmçinin iddiaçı vaxtilə bu qızılların naturada mövcud olması, özünün və ailə üzvlərinin istifadəsində olmasına dair bir sıra fotoşəkilləridə məhkəməyə əlavə sübut kimi təqdim etmişdir. Lakin buna baxmayaraq iddiaçı öz iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, onun ailə üzvləri cavabdehdən həmişə cəmisi 50.000 manat dəyərində olan qızılları tələb etmişdilər. Yəni naturada sadalanan həmin qızılları vaxtilə onların özləri əlli min manat məbləğində dəyərləndirmişlər. Ona görə də hazırda baxmayaraq ki, ekspertiza rəyində sadalanan qızıl məmulatlarının cəmi dəyəri 127230,0 manat müəyyən edilmişdir, iddia tələbində əgər həmin qızıllar naturada mövcud olmazsa, onların cəmi dəyərinin 50.000 manatın cavabdehdən alınıb ona verilməsini israrla tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Belə ki, məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş bütün mötəbər sübutlar hazırki iddianın təmin olunmasına əsas verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddia ərizəsinə əlavə edilmiş 30 dekabr 2020-cı il tarixli 6/2800-9\6014 nömrəli ekspertiza rəyində sadalanan İddiaçı mərhum əri Hafiz Abbasova məxsus olmuş aşağıdakı qızıl-zinət əşyaları: üzərində brilyant qaşları olan cəmi çəkisi 253 qram çəkidə 750 əyarlı 25 ədəd qızıl üzüklər; cəmi çəkisi 452 qram 585 əyarlı quran şəkilli medalyonları ilə birlikdə qızıl; cəmi çəkisi 452 qram 750 əyarlı 35 ədəd qızıl boyunbağılar (üzərində 3 qalın, nazik, quran hərfli, böyük yumru medalyonlar); çəkisi 35 qram 750 əyarlı üzərində san sirkon göy qaşları olan 1 dəst (qızıl sırğa cütü və üzük); 20 qram çəkidə 750 əyarlı üzərində san sirkon qaşları olan 1 dəst italyan qızılı (sırğa cütü və üzük); 25 qram çəkidə 585 əyarlı 1 dəst ağ sirkon qaşlı qızıl (sırğa cütü və üzük); 28 qram çəkidə 585 əyarlı 1 dəst qızıl (sırğa cütü və üzük); 23 qram çəkidə 1 dəst italyan qızıl (sırğa cütü və üzük); 28 qram çəkidə 1 dəst italyan qızılı (sırğa cütü və üzük); 30 qram çəkidə 750 əyarlı 1 ədəd (yumru sallanan)qızıl biləzik; 23 qram çəkidə 585 əyarlı 1 ədəd qızıl biləzik; 40 qram çəkidə 585 əyarlı kiçik ölçülü qızıl boyunbağılar; üzərində brilyant qaşı olan 750 əyarlı qızıl boyunbağı; üzərində qırmızı rəngli sirkon qaşlı olan 10 qram çəkidə 585 əyarlı 1 ədəd qızıl boyunbağı; 15 qram çəkidə 750 əyarlı 1 ədəd qədim “Paxlava” şəkilli üzük; “Mələk” şəkilli 180 qram çəkidə 750 əyarlı 1 dəst (sırğa cütü və üzük) və 2 ədəd 10 qəpiklik üzərində “Nikolay” həkk olunmuş sikkələr Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdehdən iddiaçının xeyrinə bu qətnamə ilə alınmalı həmin qızıl-zinət əşyaları qətnamə icra olunan vaxt mövcud olmazsa, onların cəminin dəyəri - 50.000 (əlli min) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 240 (iki yüz qırx) manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən bir ay müddətində rəsmi alındığı (elektron kabinetə yerləşdirildiyi) vaxtdan hesablanmaqla Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar