Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4898/2023 15.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə (bundan sonra mətində "xxxx" BOKT MMC), Bakı şəhəri 17 saylı notariat ofisinə (xüsusi notarius X2), Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sabunçu Rayon İcra Şöbəsinə, Azərbaycan Respublikası X3 Cavabdeh5nə (bundan sonra mətində Azərbaycan Respublikası X3 Cavabdeh5 MMC) və Cavabdeh4nə (bundan sonra mətində Cavabdeh4 MMC) qarşı “icra qeydinin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" BOKT MMC-yə qarşı “icra qeydinin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xx.xx.2022-ci il tarixdə verilmiş İcra Qeydinin ləğv olunması, "xxxx" BOKT MMC qarşısında ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X6 yerləşən, 110 nömrəli fərdi yaşayış evinə İddiaçı mülkiyət hüquqlarının bərpa olunması, haqqında danışılan fərdi yaşayış evinə "xxxx" BOKT MMC-nin mülkiyyət hüquqlarının ləğv olunması və yaşayış evinə dair cavabdehlər və digər üçüncü şəxslər tərəfindən İddiaçı mülkiyyət hüququna hər hansı bir özbaşına və qanunsuz müdaxilələrinə son qoyulması öhdəliyinin onların üzərinə qoyulması və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 112 (bir yüz on iki) manatın (11 manat müvəqqəti təminat tədbiri üçün, 101 manat isə iddia ərizəsinin verilməsinə görə) cavabdehlərdən alınaraq (tutularaq) iddiaçıya ödənilməsi (verilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər xx.xx.2023-cü il tarixdə İddiaçı iddia tələbinin həcmini artıraraq onun tərəfindən cavabdehlər Bakı şəhəri 17 saylı notariat ofisinə və "xxxx" BOKT MMC-yə qarşı icra qeydinin ləğv edilməsi və digər tələblərə dair e-2(008)-4898/2023 nömrəli mülki iş üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sabunçu rayon İcra Şöbəsinin və Azərbaycan Respublikası X3 Cavabdeh5 MMC-nin iş üzrə cavabdeh qismində işə cəlb olunması, Azərbaycan Respublikası X3 Cavabdeh5 MMC tələfindən tərtib edilmiş və Hərrac Mərkəzi, Sabunçu rayon İcra Şöbəsi və "xxxx" BOKT MMC tərəfindən imzalanmış, xx.xx.2023-cü il tarixli, 103/23 nömrəli, “X5, barədə Protokol”un (İddiaçı məxsus olan, Bakı şəhəri, Sabunçu rayonu, Raman qəsəbəsi, X6 yerləşən 110 nömrəli fərdi yaşayış evi barədə) etibarsız hesab edilməsi və iddia ərizəsində qeyd olunan digər iddia tələblərinin dəyişdirilmədən qüvvədə saxlanılması nəzərə alınmaqla, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər İddiaçı iddia tələbinin həcmini artıraraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsin iş üzrə üçüncü şəxs qismində işə cəlb olunması, mülkiyyət hüququ ilə ona məxsus olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X6 yerləşən 110 nömrəli fərdi yaşayış evinə cavabdeh "xxxx" BOKT MMC-nin mükiyyət hüquqlarını təsdiq edən çıxrışın ləğv olunması, iddia ərizəsində və eləcə də xx.xx.2023-cü il tarixli iddia tələbinin həcminin artırılması barədə ərizədə qeyd olunan digər iddia tələblərinin dəyişdirilmədən qüvvədə saxlanılması nəzərə alınmaqla, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər İddiaçı iddia tələbinin həcmini artıraraq Ədliyyə Nazirliyi Sabunçu rayon İcra Şöbəsinin, Azərbaycan Respublikası X3 Cavabdeh5 MMC-nin və Cavabdeh4 MMC-nin iş üzrə əlavə cavabdeh qismində işə cəlb olunması, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsin iş üzrə üçüncü şəxs qismində işə cəlb olunması, iddia ərizəsi və eləcə də sonradan verilmiş digər ərizələr üzrə iddia tələbləri konkretləşdirilərək aşağıdakı qaydada müəyyən edilsin cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xx.xx.2022-ci il tarixdə verilmiş İcra Qeydinin ləğv olunması, Azərbaycan Respublikası X3 Cavabdeh5 MMC tələfindən tərtib edilmiş və Hərrac Mərkəzi, Sabunçu rayon İcra Şöbəsi və "xxxx" BOKT MMC tərəfindən imzalanmış, xx.xx.2023-cü il tarixli, 103/23 nömrəli, “X5, barədə Protokol”un (İddiaçı məxsus olan, Bakı şəhəri, Sabunçu rayonu, Raman qəsəbəsi, X6 yerləşən 110 nömrəli fərdi yaşayış evi barədə) etibarsız hesab edilməsi, Cavabdeh4 MMC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş, R01/84/22 nömrəli “Daşınmaz əmlakın qiymətləndirilməsi barədə ekspert rəyi”nin etibarsız hesab edilməsi, mülkiyyət hüququ ilə ona məxsus olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X6 yerləşən 110 nömrəli fərdi yaşayış evinə cavabdeh "xxxx" BOKT MMC-nin mükiyyət hüquqlarını təsdiq edən çıxrışın ləğv olunması, "xxxx" BOKT MMC qarşısında ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X6 yerləşən, 110 nömrəli fərdi yaşayış evinə İddiaçı mülkiyət hüquqlarının bərpa olunması, haqqında danışılan fərdi yaşayış evinə "xxxx" BOKT MMC-nin mülkiyyət hüquqlarının ləğv olunması və yaşayış evinə dair cavabdehlər və digər üçüncü şəxslər tərəfindən İddiaçı mülkiyyət hüququna hər hansı bir özbaşına və qanunsuz müdaxilələrinə son qoyulması öhdəliyinin onların üzərinə qoyulması və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 112 (bir yüz on iki) manatın (11 manat müvəqqəti təminat tədbiri üçün, 101 manat isə iddia ərizəsinin verilməsinə görə) cavabdehlərdən alınaraq (tutularaq) iddiaçıya ödənilməsi (verilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən "xxxx" BOKT MMC ilə onun arasında xx.xx.2020-ci il tarixli, 2020/00794 nömrəli kredit müqaviləsi bağlanmışdır. Bağlanmış müqaviləyə əsasən, ona 17500 manat məbləğində kredit ayrılmışdır. Ayrılmış kreditin (pul vəsaitinin) qaytarılmasının təminatı üsulu kimi, "xxxx" BOKT MMC ilə onun arasında xx.xx.2020-ci il tarixli, 2020/00794-İP nömrəli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi ilə, mülkiyyət hüquqi ilə ona məxsus olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X6 yerləşən, 110 nömrəli fərdi yaşayış evi "xxxx" BOKT MMC-nin qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviəsi bağlandıqdan sonra, iddiaçı tərəfindən cavabdeh "xxxx" BOKT MMC-yə ümumilikdə 17440 manat məbləğində pul ödənilmişdir. Bu ödənişlərin həyata keçirilməsindən sonra, cavabdeh təşkilata cəmi 3000-4000 manat borc qalığı qalmışdır. Ümumi ödənilmiş 17440 manat məbləğdən sonra cavabdeh təşkilat kredit müqaviləsində nəzərdə tutlmayan əlavə ödənişlər istəməyə başlamışdır. Bir müddət sonra isə, cavabdeh "xxxx" BOKT MMC-nin səlahiyyətli nümayəndələri artıq fərdi yaşayış evinin onların mülkiyyətinə keçdiyini bildirmişlər. İlk əvvəl həqiqəti əks etdirməsə də, sonradan müəyyən olunmuşdur ki, cavabdeh təşkilat hansısa yolla onun mülkiyyətində olan fərdi yaşayış evini öz mülkiyyətinə keçirmişdir. Bir müddət sonra, o, müəyyən etmişdir ki, bu barədə ətraflı məlumatı ancaq Sabunçu rayon İcra və Probasiya Şöbəsindən ala bilər. Ancaq icra hərəkətlərinin keçirilməsi barədə ümumiyyətlə ona rəsmi qaydada da məlumat verilməmişdir. Şifahi qaydada dəfələrlə Sabunçu rayon İcra və Probasiya Şöbəsinə yaxınlaşaraq məsələnin nə yerdə olduğunu soruşmaq mümkün olmamışdır. Nəhayət məcbur olub, iddiaçı xx.xx.2023-cü il tarixdə Sabunçu rayon İcra və Probasiya Şöbəsinə rəsmi qaydada ərizə ilə müraciət etmiş və müraciətdən sonra, Şöbəyə çağrılan iddiaçıya Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu Süleyman Məmmədov tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” İcra Qeydi təqdim olunmuşdur. Həmin sənədlə tanış olanda icra qeydinin tam qanunsuz və əsassız olduğunun şahidi olmuşdur. Belə ki, icra qeydində göstərilən və kredit müqaviləsi üzrə olan borc məbləğləri barədə verilməmiş, həm də qeyd etdiyi kimi, müqavilə imzalandıqdan sonra, müqavilənin tərəfi kimi o, ümumilikdə 17440 manat məbləğində pul ödəməsinə baxmayaraq, onun kredit müqaviləsi üzrə əsas borcunun 10205,46 manat olduğu göstərilir. Digər tərəfdən, icra qeydində 2395 manat hansısa komissiya xərcindən danışılır. Nə kredit müqaviləsində, nə də ki, ipoteka müqaviləsinin 4-cü bəndinə əsasən, ipoteka ilə təmin edilən tələbin həcmində belə bir öhdəlik olmamışdır. Bu nə xərcidir ki, bundan onun həm xəbəri olmamış, həm də ümumiyyətlə kredit və ya sonrakı ipoteka müqaviləsində belə bir öhdəliyin olması barədə tərəflərin razılaşmaları olmamışdır. Bu isə onu bildirir ki, verilmiş icra qeydi həm qanunvericliyin, həm də tərəflər arasında bağlanmış kredit və sonrakı ipoteka müqavilələrinin müddəalarına zidd olmaqla, orada olmayan işə bağlılığı olmayan və borclunun öhdəliyi sırasına aid olmayan başqa hallarla bağlı verilmişdir. Beləliklə, cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” icra qeydi qanunverciliyin tələblərinə zidd olduğundan ləğv olunmalı və tərəflər arasinda bağlanmış kredit və ipoteka müqavilələrində göstərlilən hüquqi tərəflər əsasında mübahisə həll olunmalıdır. İcra qeydinin aparılmasının əsas şərtindən biri, borcun mübahisəsiz olması irəli çəkilir. Ancaq hazırki mübahisələndirilən icra qeydində göstərilən pul vəsaitləri mübahisəlidir. Birincisi, kredit müqaviləsi üzrə olan onun "xxxx" BOKT MMC-yə borcu icra qeydində olan qədər deyil. İkinci bir tərəfdən, tutulmalı pul vəsaiti üzrə hansısa komissiya xərcindən danışılır ki, bu məbləğ isə ümumiyyətlə tərəflər arasında bağlanmış kredit müqaviləsində, nədə ki sonrakı ipoteka müqaviləsində nəzərdə tutulmamışdır. Deməli, icra qeydi verilərkən məbləğlərin mübahisəli olmasına notarius fikir verməmiş və mübahisələndirilən icra qeydini vermişdir. Nəticədə, həmin icra qeydi üzrə tutlmalı pul vəsaitləri tam formada mübahisəlidir. Qeyd olunan normanın mahiyyəti ondan ibarətdir ki, ipoteka predmetləri üzrə icra qeydinin verilməsi xüsustatları hazırki normanın tələblərinə riayət olunmaqla həyata keçirilməlidir. Bu həm “Notariat haqqında” Qanunun 76-cı maddəsinin 6-cı abzasının, həm də “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 169-1-ci bəndinin tələbinə əsasən müəyyənləşir. Yəni, göstərilən qanunvericilik normalarına istinadən, ipoteka predmetinə tutmanın yönədliməsi “İpoteka haqqında” Qanunun bu normasının müddəaları əsasında yerinə yetirilir. Qeyd olunan norma da icra qeydi əsasında ipoteka ptredmetinə tutmanın yönəldilməsinin maddi-prosessual tərəflərini müəyyənləşdirməklə, hüquqi mеxanizmi özündə birləşdirir. Burada əsas mahiyyət, birinci növbədə dispozitiv-imperativ norma olmaqla, ilk əvvəl ipoteka predmetinə tutmanın yönəldilməsinin əsasını tərəflər arasında bağlanmış müqavilə üzərindən qurmuşdur. İpoteka müqaviləsində tərəflər ipoteka predmetinin açıq bazarda satılmasının tərəflər arasında razılaşdırılıb- razılaşdırılmaması mühüm rol oynayır. Hazırki iş üzrə tərəflər arasında bağlanmış sonrakı ipoteka müqaviləsinin 9.2-ci bəndinə əsasən, tərəflər ipoteka prеdmetinin açıq bazarda satılması barədə razılaşmışlar. Bu isə onu bildirir ki, mübahisə predmeti üzrə ipoteka predmetinin açıq bazarda satılması proseduruna tam riayət olunmalı, 2 ay ərzində tələbin könüllü icra olunması və s., bu barədə “İpoteka haqqında” Qanunun 38.2-ci maddəsində olan tələblərə tam riayət olunmalıdır. Ancaq hazırki işdən də görünür ki, bunların heç biri edilməmiş, məhəl qoyulmadan onun mülkiyyət hüquqları tam şəkildə pozulmuşdur. Sabunçu rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qiymətləndiricinin dəvət edilməsi haqqında Qərarı olsa da, qiymətləndirmənin aparılmasının kimə həvalə edilməsi konkret bildirilmir. Yaşayış evinin dəyərinin 100000- 150000 manat olduğu təqdirdə, sonradan keçirilmiş hərraclarda müəyyən olunmuşdur ki, yaşayış evinin dəyəri həddindən aşağı qiymətlə dəyərləndirilmiş və daha sonra Azərbaycan Respublikası X3 Cavabdeh5 MMC tərəfindən hərraclar keçirilmiş və həmin hərraclardan da onun xəbəri olmamışdır. Ona rəsmi qaydada məlumat belə verilməmişdir. Hətta Sabunçu rayon İcra Şöbəsinin verdiyi sənədlərin içərisində xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası X3 Cavabdeh5 MMC-nin Sabunçu rayon İcra Şöbəsinə üvanladlığı məktubda onun ünvanının başqa yer olduğu və hərracın keçirilməsi ilə əlaqədar göndərilmiş məktubun geri qaytarılması barədə deyilir. Bu isə onu bildirir ki, keçirilmiş bütün hərraclar barədə o, xəbərdar edilməmişdir. Nəticədə, Azərbaycan Respublikası X3 Cavabdeh5 MMC tərəfindən xx.xx.2023-cü il tarixli, 103/23 nömrəli “X5 barədə Protokol” tərtib olunmuşdur. X7 Mərkəzi, "xxxx" BOKT MMC və Sabunçu rayon İcra Şöbəsi tərəfindən təsdiq edilmişdir. Qeyd edilən protokol qanunverciliyin tələb və göstərişlərinə əsasən hərracın keçirilməsi qaydalarının pozulması ilə keçirilməklə yanaşı, onun tərtib olunması baxımından da qanunsuz olduğundan etibarsız hesab olunmalıdır. Ona məxsus olan ev ümumiyyətlə ekspert hüquqi statusu olmayan Cavabdeh4 MMC adlı bir hüquqi şəxs tərəfindən qiymətləndirilmişdir. Özü də yekunda mütəxəssis rəyi deyil, ekspert rəyi tərtib etmişdir. Bu isə hər bir halda ekspertiza fəaliyyətinin həyata keçirilməsi ilə bağlı qanunverciliyin tələblərinə ziddir. Çünki hər hansı bir məhdud məsuliyyətli cəmiyyətin belə bir səlahiyyəti yoxdur, əksinə ekspertiza fəaliyyəti bu sahədə fəaliyyət göstərən şəxslərin hüquqi statusunu konkret normativ aktlarla tənzimləyir. Hər hansı bir hüquqi şəxsin bu qaydada rəy verməsi həm qanunverciliyin pozuntusu, həm də onun tərtib etdiyi sənədlərin qeyri-hüquqiliyi ilə yanaşı nəticələrinin əsassız olmasını özündə əks etdirir. Elə buna görədir ki, ona məxsus olmuş dəyəri 100000 manatdan yuxarı olan fərdi yaşayış evi qəsdən 42000 manat məbləğində qiymətləndirilərək mülkiyətinin əlindən alınması ilə nəticələnməyə yönəldilən bir “rəy” tərtib edilmişdir. Burada hələ, həmin rəyi tərtib etmiş şəxsin yalan və ya saxta rəy tərtib etməsinə dair məsuliyyətinin olmaması onun ekspert olmadığna görədir. Belə olanda hansı hüquqi əsaslar üzərindən tərtib olunmuş sənəd ekspert rəyi adlandırılır? Göründüyü kimi tam qanunsuz və hüquqi normaların pozuntuları ilə müşaiyət olunan bir prosedur həyata keçirilmişdir. Digər tərəfdən, həmin rəyə əlavə edilmiş sənədlərdən bilinmir ki, ümumiyyətlə qiymətləndirici həmin evdə olub, ya yox? Çünki qoyulmuş şəkillər mübahisəli evlə bağlı faktiki tərəfləri müəyyən etmir. İkincisi, həqiqətən belə bir qiymətləndirmə olmuş olsa idi, onda bundan onun da xəbəri olardı. Qeyd edilən şəkillər vaxtı ilə fərdi yaşayış evi "xxxx" BOKT MMC qarşısında yüklü edilərkən bankın əməkdaşlarının özlərinin çəkdiyi foto şəkillərdir. Həmin şəkillər də elə Cavabdeh4 MMC-yə təqdim olunmuş və onlardan da istifadə edərək haqqında danışılan rəyi yazmışlar. Odur ki, Cavabdeh4 MMC-nin adından çıxış etmiş, onun icraçı direktoru E.S.Əsədov tərəfindən imzalanmış, xx.xx.2022-ci il tarixli, R01/84/22 nömrəli “Daşınmaz əmlakın qiymətləndirilməsi barədə ekspert rəyi”! etibarsız hesab olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə еdərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlər "xxxx" BOKT MMC, Bakı şəhəri 17 saylı notariat ofisi (xüsusi notarius X2), Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sabunçu rayon İcra Şöbəsi, Azərbaycan Respublikası X3 Cavabdeh5 MMC və Cavabdeh4 MMC, еləcə də mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 2020/00794 saylı xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" BOKT MMC (borc vеrən) ilə yaşayış yеri Şuşa rayonu Malıbəyli kəndi olan İddiaçı (borc alan) illik 30 % ödəməsi şərti ilə 18 ay müddətinə 17500 manat məbləğində krеdit vеrməyi, borc alan hər ay 1219.23 manat ödəməklə krеditi bərabər hissələrlə qaytarmağı öhdəsinə götürmüşdür. Borc alan borc vеrənə müqavilə məbləğinin 1 % həcmində bir dəfəlik komisyon haqqı ödəyir. Komisyon haqq kredit verilərkən ödənilir; - hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən sеriya RX № ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış massivi еv 110 ünvanında yеrləşən fərdi yaşayış evi xx.xx.2013-cü il tarixdə tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın Dövlət reyestrində qеydiyyata alınmışdır; - 2020/00794-İP saylı xx.xx.2020-ci il tarixli sonrakı ipotеka müqaviləsinin surətindən görünür ki, İddiaçı (ipotеka qoyan) məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış massivi еv 110 ünvanında istifadədə olan 0.01088 ha torpaq sahəsində yеrləşən 56.6 kv.m sahəsi olan fərdi yaşayış evi 2020/00794 saylı xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin təminatı üçün "xxxx" BOKT MMC-nin (ipotеka saxlayan) xеyrinə ipotеka ilə yüklü еtmişdir. “İpotеka haqqında” Qanunun 37-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, ipoteka predmetinə tutmanı notariusun icra qeydi əsasında yönəltmək ipotеka saxlayanın hüquqlarındandır; -hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış massivi еv 110 ünvanında yеrləşən 56.6 kv.m sahəsi olan fərdi yaşayış evinin 2020/00794 KM saylı xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinədək "xxxx" BOKT MMC-nin xеyrinə ipotеka ilə yüklü еdilməsi xx.xx.2020-ci il tarixdə qеydiyyata alınmışdır; - xx.xx.2020-ci il tarixli bildirişin surətindən görünür ki, ipotеka prеdmеtinə tutmanın yönəldilməsinə başlanıldığı İddiaçı nəzərinə çatdırılır; - xx.xx.2020-ci il tarixli qaimənin surətindən görünür ki, İddiaçı ipotеka prеdmеtinə tutmanın yönəldilməsinə başlanıldığına dair bildirişi qəbul еtməkdən imtina еtmişdir; - Bakı şəhəri 17 saylı notariat ofisi (xüsusi notarius X2) tərəfindən xx.xx.2022-ci il tarixdə aparılmış İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli icra qeydinin surətindən görünür ki, Öhdəliyi müəyyən edən 2020/00794 müqavilə üzrə vaxtında ödənilməmiş 10205.46 AZN əsas borc, 1012.04 AZN faiz borcu, 2395.00 AZN komissiya borcu, olmaqla cəmi 13612.50 AZN tutulmalı məbləğ ipoteka predmeti olan Ramana qəsəbəsi, Yeni yaşayış massivi еv 110 ünvanında yerləşən əmlaka yönəldilmişdir; - Cavabdeh4 MMC-nin xx.xx.2022-ci il tarixli, R01/84/22 nömrəli “Daşınmaz əmlakın qiymətləndirilməsi barədə ekspert rəyi”nin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış massivi еv 110 ünvanında yеrləşən 56.6 kv.m sahəsi olan fərdi yaşayış evinin bazar dəyəri 42000 manat təşkil еdir; - Azərbaycan Respublikası X3 Cavabdeh5 MMC-nin açıq hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli, 138/23 nömrəli bildirişinin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış massivi еv 110 ünvanında yеrləşən 56.6 kv.m sahəsi olan fərdi yaşayış evinin ilkin hərracı xx.xx.2023-cü il tarixə saat 10:00-a təyin еdilmişdir; - Azərbaycan Respublikası X3 Cavabdeh5 MMC-nin Sabunçu rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 213/23 nömrəli məktubunun surətindən görünür ki, Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən aparılmış İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli icra qeydində İddiaçı ünvanı olaraq göstərilən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış massivi еv 110 ünvanına göndərilmiş hərracın təyin еdilməsi barədə bildiriş rabitə orqanının “ünvan düzgün dеyil” qеydi ilə gеri qaytarılmışdır; - Azərbaycan Respublikası X3 Cavabdeh5 MMC-nin Sabunçu rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 363/23 nömrəli məktubunun surətindən görünür ki, Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən aparılmış İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli icra qeydində İddiaçı ünvanı olaraq göstərilən ünvan 3si barədə bildiriş rabitə orqanının “bu ünvanda yaşamır” qеydi ilə gеri qaytarılmışdır; - Azərbaycan Respublikası X3 Cavabdeh5 MMC-nin təkrar hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli, 339/23 nömrəli bildirişinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixə təyin еdilmiş ilkin hərrac baş tutmadığı üçün təkrar hərrac xx.xx.2023-cü il tarixə saat 10:00-a təyin еdilmişdir; - Azərbaycan Respublikası X3 Cavabdeh5 MMC-nin Sabunçu rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 415/23 nömrəli məktubunun surətindən görünür ki, Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən aparılmış İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli icra qeydində İddiaçı ünvanı olaraq göstərilən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış massivi еv 110 ünvanına göndərilmiş hərracın təyin еdilməsi barədə bildiriş rabitə orqanının “ünvan düzgün dеyil” qеydi ilə gеri qaytarılmışdır; - X3 Cavabdeh5 MMC-nin X5 barədə xx.xx.2023-cü il tarixli, 103/23 nömrəli protokolundan surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış massivi еv 110 ünvanında yеrləşən 56.6 kv.m sahəsi olan fərdi yaşayış evi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 26775 manata "xxxx" BOKT MMC tərəfindən əldə edilmişdir; -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, X3 Cavabdeh5 MMC-nin xx.xx.2023-cü il tarixli X5 barədə 103/23 nömrəli protokoluna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış massivi еv 110 ünvanında yеrləşən 56.6 kv.m sahəsi olan fərdi yaşayış evi "xxxx" BOKT MMC-nin adına xx.xx.2023-cü il tarixdə qеydiyyatdan kеçmişdir və hazırda mülkiyyətindədir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdеh "xxxx" BOKT MMC xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçıya illik 30 % ödəməsi şərti ilə 18 ay müddətinə 17500 manat məbləğində krеdit vеrmiş, iddiaçı da kredit verilərkən müqavilə məbləğinin 1 % həcmində bir dəfəlik komisyon haqqı ödəmiş və krеditi bərabər hissələrlə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli sonrakı ipotеka müqaviləsinə əsasən iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış massivi еv 110 ünvanında istifadədə olan 0.01088 ha torpaq sahəsində yеrləşən 56.6 kv.m sahəsi olan fərdi yaşayış evi xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin təminatı üçün "xxxx" BOKT MMC-nin xеyrinə ipotеka ilə yüklü еtmişdir. Yüklülük daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qеydiyyata alınmışdır. Cavabdеh "xxxx" BOKT MMC ipotеka prеdmеtinə tutmanın yönəldilməsinə başlanıldığı barədə iddiaçıya xx.xx.2020-ci il tarixli bildiriş göndərməsi, iddiaçının isə bildirişi qəbul еtməkdən imtina еtməsi əsası ilə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi aparması üçün Bakı şəhəri 17 saylı notariat ofisinə (xüsusi notarius X2) müraciət еtmiş və sonuncu 13612.50 AZN tutulmalı məbləğin ipoteka predmetinə yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli icra qeydi aparmışdır. Cavabdeh4 MMC xx.xx.2022-ci il tarixli rəyi ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış massivi еv 110 ünvanında yеrləşən 56.6 kv.m sahəsi olan fərdi yaşayış evinin bazar dəyərini 42000 manat müəyyən еtmişdir. Azərbaycan Respublikası X3 Cavabdeh5 MMC Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış massivi еv 110 ünvanında yеrləşən 56.6 kv.m sahəsi olan fərdi yaşayış evinin ilkin açıq hərracının xx.xx.2023-cü il tarixə saat 10:00-a təyin еdilməsi barədə xx.xx.2023-cü il tarixli bildirişi, iddiaçıya göndərməmiş, hərrac baş tutmasa da, hərracın təşkilatçısı hərracın baş tutmaması barədə elan dərc etdirmədən, ipoteka predmetini xx.xx.2023-cü il tarixdə təkrar hərraca çıxarmış, lakin təkrar hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli bildirişi iddiaçıya göndərməmiş, təkrar hərrac da baş tutmamış, bununla belə hərracın təşkilatçısı, hərracın baş tutmaması barədə elan dərc etdirmədən X5 barədə xx.xx.2023-cü il tarixli, 103/23 nömrəli protokolu tərtib etmiş və fərdi yaşayış evi 26775 manata "xxxx" BOKT MMC tərəfindən əldə edilmiş, xx.xx.2023-cü il tarixdə sonuncunun adına daşınmaz əmlakın Dövlət reyestrində qеydiyyatdan kеçmiş, hazırda mülkiyyətindədir. İş üzrə sübutlarla xx.xx.2022-ci il tarixli rəyi vеrmiş Cavabdeh4 MMC-nin fəaliyyətinin əsas vəzifəsinin qiymətləndirmə ilə bağlı xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarət olması halı təsdiq еdilməmişdir. Məhkəmə onu qеyd еtməyi zəruri sayır ki, qanunun tələbinə görə hərracın təşkilatçısı hər hərrac üzrə onun keçirilməsinə dair iki dəfə elan dərc etməli, eləcə də ipoteka saxlayana və ipoteka qoyana bildiriş göndərməlidir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Hərracın təşkilatçısı isə hər hərrac üzrə yalnız bir elan vermiş, iddiaçıya bildiriş göndərməmişdir. Eyni zamanda elanın verilməsi və bildirişin göndərilməsi hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış edilməli olsa da, xx.xx.2023-cü il tarixli hərracın keçirilməsinə dair elanın verilməsi və bildirişin göndərilməsi üzrə hərəkətlər xx.xx.2023-cü il tarixdə hərracın keçirilməsinə 24 gün qalmış, xx.xx.2023-cü il tarixli hərracın keçirilməsinə dair elanın verilməsi və bildirişin göndərilməsi üzrə hərəkətlər isə xx.xx.2023-cü il tarixdə hərracın keçirilməsinə 14 gün qalmış edilmişdir. İddiaçıya hərracın keçirilməsi barədə bildirişlərin göndərilməməsi nəticəsində, onun hərracın nəticələri üzrə mübahisəli protokol imzalananadək, yəni onun "xxxx" BOKT MMC tərəfindən əldə olunmasına qədər "xxxx" BOKT MMC-nin əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam vermək hüququ pozulmuşdur. Bundan başqa, "xxxx" BOKT MMC-nin tələbi üzrə tutulmalı məbləğ 13612.50 AZN olsa da, fərdi yaşayış evi "xxxx" BOKT MMC tərəfindən 26775 manata əldə edilmiş, lakin artıq qalan vəsait iddiaçıya qaytarılmamışdır. İş üzrə sübutlarla cavabdеh "xxxx" BOKT MMC-nin ipotеka prеdmеtinə tutmanın yönəldilməsinə başlanıldığı barədə iddiaçıya xx.xx.2020-ci il tarixli bildiriş göndərməsi, lakin iddiaçının bildirişi qəbul еtməkdən imtina еtməsi halı təsdiq еdilməmişdir. Məhkəmə qеyd еdilən hal üzrə bеlə hеsab еdir ki, həmin halın mövcudluğu icra qеydinin aparılması üçün əsas ola bilməzdi. Bеlə ki, həmin halın mövcudluğu cavabdеh "xxxx" BOKT MMC-ni ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi ipotekanın dövlət qeydiyyatı orqanında qeydə aldırmaq öhdəliyindən azad еtmir və tutmanın yönəldilməsi haqqında bildiriş verildikdən və ya indiki halda qəbulundan imtina еdilməsindən sonra 7 təqvim günü ərzində qeydiyyat ərizəsi ipotekanının dövlət qeydiyyatı orqanına təqdim edilmədiyindən tutmanın yönəldilməsi prosedurunun davam etdirilməsi yolvеrilməz olmuşdur. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır; İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır; Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir; Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Təlimatın 169-1-ci bəndinin e) yarım bəndinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) yarım bəndinə əsasən ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə aparılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 36.4.1-ci maddəsinə əsasən tutmanın yönəldilməsi proseduru, tutmanın yönəldilməsi haqqında bildiriş verildikdən sonra 7 təqvim günü ərzində qeydiyyat ərizəsi ipotekanının dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə davam edə bilməz. 42.1-ci maddəsinin tələbinə görə hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. 42.6-cı maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. 43.1-ci və 43.1.2-ci maddələrinə əsasən hərracın iştirakçısı olmadıqda, hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. 43.2-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3-cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. 42.7-ci maddəsinə görə hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. 42.4-cü maddəsinə əsasən hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə iddia tələbi üzrə belə hesab edir ki, icra qеydinin aparılması, qiymətləndirmə və hərracın kеçirilməsi zamanı qanunvеriciliyin tələbləri pozulduğundan, cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xx.xx.2022-ci il tarixdə verilmiş İcra Qeydi ləğv olunmalı, Cavabdeh4 MMC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş, R01/84/22 nömrəli “Daşınmaz əmlakın qiymətləndirilməsi barədə ekspert rəyi” etibarsız hesab edilməli, Azərbaycan Respublikası X3 Cavabdeh5 MMC tələfindən tərtib edilmiş və Hərrac Mərkəzi, Sabunçu rayon İcra Şöbəsi və "xxxx" BOKT MMC tərəfindən imzalanmış, xx.xx.2023-cü il tarixli, 103/23 nömrəli, “X5, barədə Protokol” (İddiaçı məxsus olan, Bakı şəhəri, Sabunçu rayonu, Raman qəsəbəsi, X6 yerləşən 110 nömrəli fərdi yaşayış evi barədə) etibarsız hesab edilməli, mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X6 yerləşən 110 nömrəli fərdi yaşayış evinə cavabdeh "xxxx" BOKT MMC-nin mükiyyət hüquqlarını təsdiq edən çıxrış ləğv olunmalı, "xxxx" BOKT MMC qarşısında ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X6 yerləşən, 110 nömrəli fərdi yaşayış evinə iddiaçının mülkiyət hüquqları bərpa olunmalı, haqqında danışılan fərdi yaşayış evinə "xxxx" BOKT MMC-nin mülkiyyət hüquqları ləğv olunmalı və yaşayış evinə dair cavabdehlər və digər üçüncü şəxslər tərəfindən iddiaçının mülkiyyət hüququna hər hansı bir özbaşına və qanunsuz müdaxilələrinə son qoyulması öhdəliyi onların üzərinə qoyulmalı, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 112 manat (11 manat müvəqqəti təminat tədbiri üçün, 101 manat isə iddia ərizəsinin verilməsinə görə) cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməli, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xx.xx.2022-ci il tarixdə verilmiş İcra Qeydi ləğv olunsun. Cavabdeh4 MMC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş, R01/84/22 nömrəli “Daşınmaz əmlakın qiymətləndirilməsi barədə ekspert rəyi” etibarsız hesab edilsin. Azərbaycan Respublikası X3 Cavabdeh5 MMC tələfindən tərtib edilmiş və Hərrac Mərkəzi, Sabunçu rayon İcra Şöbəsi və "xxxx" BOKT MMC tərəfindən imzalanmış, xx.xx.2023-cü il tarixli, 103/23 nömrəli, “X5 barədə Protokol” (İddiaçı məxsus olan, Bakı şəhəri, Sabunçu rayonu, Raman qəsəbəsi, X6 yerləşən 110 nömrəli fərdi yaşayış evi barədə) etibarsız hesab edilsin. Mülkiyyət hüququ ilə İddiaçı məxsus olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X6 yerləşən 110 nömrəli fərdi yaşayış evinə cavabdeh "xxxx" BOKT MMC-nin mükiyyət hüquqlarını təsdiq edən çıxrış ləğv olunsun. "xxxx" BOKT MMC qarşısında ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X6 yerləşən, 110 nömrəli fərdi yaşayış evinə İddiaçı mülkiyət hüquqları bərpa olunsun. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X6 yerləşən, 110 nömrəli fərdi yaşayış evinə "xxxx" BOKT MMC-nin mülkiyyət hüquqları ləğv olunsun. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X6 yerləşən, 110 nömrəli fərdi yaşayış evinə dair cavabdehlər və digər üçüncü şəxslər tərəfindən İddiaçı mülkiyyət hüququna hər hansı bir özbaşına və qanunsuz müdaxilələrinə son qoyulması öhdəliyi onların üzərinə qoyulsun. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 112 (bir yüz on iki) manat (11 manat müvəqqəti təminat tədbiri üçün, 101 manat isə iddia ərizəsinin verilməsinə görə) cavabdehlər "xxxx" BOKT MMC, Bakı şəhəri 17 saylı notariat ofisi (xüsusi notarius X2), Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sabunçu rayon İcra Şöbəsi, Azərbaycan Respublikası X3 Cavabdeh5 MMC və Cavabdeh4 MMC-dən birgə qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №e-2(008)-4898/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4898/2023
15.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver