Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4907/2022 20.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi (vəkili) X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı bağ evindən çıxarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 22 ünvandan əşyaları ilə birlikdə evdən çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan ünvan onun mülkiyyətimdə olmaqla xx.xx.2012-ci il tarixdə hüquq dövlət qeydiyyatına alınmışdır. Həmin evdə mərhum həyat yoldaşı X6 vəfatından sonra onun dostu Cəbrayıl adlı şəxs evdə müvəqqəti yaşamaq üçün razılıq istəmiş, mərhum həyat yoldaşının dostu olduğundan müvafiq olaraq mənzili soncuya müvəqqəti yaşamaq üçün vermişdir. 2016-cı ilin sentyabr ayından cavabdeh həmin ünvanda yaşamağa başlamışdır. Sonuncu ilə razılaşmalarına əsasən o, kirayə pulu verməli idi, lakin cavabdeh yaşadığı müddətdə isə hər hansı bir məbləğdə vəsaitini bu günədək ödəməmişdir. Bu barədə dəfələrlə cavabdehə xəbərdarlıq etsə də cavabdeh buna məhəl qoymaraq, həmin evdə yaşamağa davam etmiş, hətta sonradan iddiaçının oğlunu mülkiyyətində olan evə buraxmayaraq, onu evdən qovmuşdur. Hətta iddiaçının bildiyinə görə cavabdeh həmin ünvanda yaşamır və başqa bir şəxsin sahibliyinə vermişdir. Məhkəmə ixlasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsimni xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, qeyd etdi ki, iddiaçı və onun mərhum əri ilə onun dostluq münasibəti olmuşdur. İddiaçının əri öləndən sonra iddiaçı ona müraciət edərək bildirmişdir ki, bağ evinin əsaslı təmirə ehtiyacı var, lakin onun buna imkanı yoxdur, həmin evin cavabdehin hesabına abadlaşdırmasını təklif etmiş və bunun müqabilində həmin evdə 10 il ərzində yaşamağı təklif etmişdir. Cavabdeh təxmini evin abadlaşdırma işələrinə 30000 manata yaxın pul vəsaiti xərcləmişdir. O, hətta iddiaçıya Çıxarışın alınmasında kömək etmişdir. Lakin, o, orada altı il yaşadığından sonra hazırki iddia verilmişdir. Qalan dörd ilin pulu ona qaytarıldığı halda o, həmin evdən çıxar. 29 sentyabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən şahid X7 ifadə verərək qeyd etdi ki, o, hər iki tərəfi tanıyır, o, cavabdeh və iddiaçının mərhum əri ilə dost olmuşlar. Özü ustadır, 2015-ci ildə mübahisəli bağ sahəsini təmir etmişdir. Bağ evinin əsaslı təmirə ehtiyacı vardı, lakin iddiaçının oranı təmir etməyə imkanı omadığı üçün cavabdehə oranın sonuncunun hesabına bərpa edilməsini təklif etmiş və bunun müqabilində ona həmin evdə 10 il ərzində yaşamağı icazə vermişdir. Cavabdeh təmirə 25.000 manatdan çox pul xərcləmişdir. Eyni zamanda cavabdeh iddiaçıya bağ evinin sənədləşdirilməsində də köməklik göstərmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 22 ünvanda yerləşən 123,20 kv metrdən ibarət bağ evi İddiaçı, bağ evinin yerləşdiyi 0,06 ha torpaq sahəsi isə iddiaçının və X8 ümumi birgə mülkiyyətindədir (Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Çıxarış). X11 iddiaçının oğludur, onun atası X4 (403232 №-li doğum haqqında şəhadətnamə). İddiaçının əri X10 xx.xx.2014-cü il tarixdə ölmüşdür (AZ-İ № 657955 №-li ölüm haqqında şəhadətnamə). Cavabdeh həmin evdə yaşayır. Hazırda iddiaçı cavabdehin həmin bağ evindən çıxarılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X5 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinin birinci cümləsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinin birinci cümləsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 165.1-ci maddəsinin ikinci cümləsinə əsasən pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Məhkəmə hesab edir ki, iddiaçı mübahisəli bağ evinə olan hüququnu təsdiq etmişdir və cavabdeh həmin evdən çıxarılmalıdır. Cavabdehlə iddiaçının arasında 10 il ərzində evin abadlaşdırılması müqavibilində orada yaşamağa icazə verilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, şahid X7 cavabdehin dostu olduğundan, onun ifadəsi səmimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 22 ünvanda yerləşən evdən əşyaları ilə birlikdə çıxarılsın, mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-4907/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4907/2022
20.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver