Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4910/2022 29.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və mənzildən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və mənzildən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsinə köçürülməyi, yaşayiş sahəsində istifadə qaydasının müəyyən edilməsi, mənzildən istiafdə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Сəfərov Kamal Sabir oğlu ilə xx.xx.1993-cü ildə nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.1995-ci il təvəllüdlü Cəfərov Günay, xx.xx.2000-ci il tarixli X13 doğulmuşdur. Nikah bağlandıqdan sonra yaşamaq üçün Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Zərdabi küçəsi, ev 5 ünvanında yerləşən fərdi yaşayış evində yaşayışmışlar. Hazırki vaxta qədər da həmin ünvanda yaşayırdılar. Son dövrlər Cavabdeh onunla kobud rəftar edir, ondan boşanmaq istəyir. Qeyd olunan ünvanda yaşamağına maneçilik törədirdi. Bununla əlaqədar olaraq yaşayış sahəsini məcburi olaraq tərk etmiş və yenidən geri qayıtmışdır. Yenə də hər gün onu boşayıb, evdən çıxmağını istəyir və evi satıb onu bayırda qoyacağını deyir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh mülkiyyətində olan hissəsinə köçürülməsi və mənzildən istiafdə hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş edərək bildirir ki, hazırda yenidən cavbdeh onu evdən qovmuş və onun yenidən evə daxil olmasına maneə olur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh Сəfərov Kamal Sabir oğlu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Məhkəmə iсlasında şahid qismində dindirilmiş Сəfərova Dilarə Sabir qızı ifadə verərək bildirmişdir ki, iddiaçı onun qardaşı arvadıdır. İddiaçı hal-hazırda onlarla yaşayır. Lakin iddiaçı gəlin gələn gündən qardaşına məxssu olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Zərdabi küçəsi, ev 5 ünvanında yaşamışdır. Onlar arasında nikah pozulmamışdır, lakin qardaşı iddiaçını evdə yaşamasına imkan vermir. Onu həmin evdən çıxmağa məcbur edir. İddiaçı da məcbur qalaraq evi tərk etmişdirr, indi isə onu evə buraxmır. Məhkəmə iсlasında şahid qismində dindirilmiş X11 ifadə verərək bildirmişdir ki, iddiaçı onun baldızıdır. Sevil o evə gəlin köçmüş, qızları o evdə doğulmuş, qızları ilə orada yaşamış, daha sonra qızları o evdən gəlin köçmüşdülər. Bütün problemlər Kamal Rusiya Federasiyasından qayıdandan sonra olmuşdur. Kamal uzun müddət orada yaşamış, son illərdə qayıtdıqdan sonra Sevili o evdən qovmuş, onunla yaşamaq istəmədiyini bildirmişdir. Bundan sonra həyətə it bağlamış, Sevilin həyətə, evə girməsinə maneə yaratmışdır. İşıq, qaz üçün kommunal xərcləri ödəmir ki, o evdə yaşayış olmasın və Kamal həmin evi satsın. Məhkəmə iсlasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirmişdir ki, iddiaçının qızıdır. Cavabdeh isə atasıdır. O, bacısı və anası ilə birlikdə o evdə yaşamışlar. O evdə doğulmuş, həmin evdə yaşmış və həmin evdən gəlin köçmüşdür. Atası Rusiya Federasiyasından gələndən sonra anasını evdən qovmuş, onunla birlikdə yaşamaq istəmədiyini bildirmişdir. Məhkəmə, tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Vİ-ЖГ seriyalı 338391 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Сəfərov Kamal Sabir oğlu ilə X16 arasındakı nikah xx.xx.1993-сi il tarixdə bağlanmış nikah bağlındıqdan sonra ərə Сəfərov arvada Сəfərova soyadı verilmişdir. İş materiaallarında olan XİX- ЖГ seriyalı 307563 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.1994-сü il tarixdə Сəfərova Günay Kamal qızı doğulmuşdur. Atası Сəfərov Kamal Sabir oğlu və anası Сəfərova Sevil Rafiq qızıdır. İş materiaallarında olan İ-AZ seriyalı 169300 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2000-сi il tarixdə Сəfərova Vüsalə Kamal qızı doğulmuşdur. Atası Сəfərov Kamal Sabir oğlu və anası Сəfərova Sevil Rafiq qızıdır. İş materiallarında olan xx.xx.2022-сi il tarixli Cəfərov Nəriman sabir oğlu, X8, X9, X14 və X4 tərəfindən imzalanmış aktdan görünür ki, Сəfərova Sevil Rafiq qızı 1993-сü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.ünvan 2 ünvanda yaşamışdır. İş materiallarında olan Azərbayсan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-сi il tarixli **********67 saylı məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zərdabi küçəsi, 5 saylı fərdi yaşayış evi xx.xx.1980-ci il tarixdə X5 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri 1 saylı DNK-nın 2kn-N-1039 reyestr nömrəli xx.xx.1980-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.1980-ci il tarixdə X1 və X2 adlarına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 1 saylı DNK-nın 1kn-158 reyestr nömrəli xx.xx.1981-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1981-ci il tarixdə evin 1/2 hissəsi Cavabdeh adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 39 saylı DNK-nın 3MA1/65 reyestr nömrəli xx.xx.1999-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2000-ci il tarixdə evin 1/2 hissəsi X7 adına qeydiyyatdan keçmişdir. Hazırda Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zərdabi küçəsi, 5 saylı fərdi yaşayış evinin 1/2 hissəsi Cavabdeh, 1/2 hissəsi X7 mülkiyyətlərindədir. Məhkəmə iddiaçının mənzilə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinin əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə məhkəmə iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Zərdabi küçəsi, ev 5 ünvanında 1993-cü ildən yaşamağa başladığını nəzərə alaraq hesab edir ki, mübahisəyə həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. 1 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Beləliklə məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zərdabi küçəsi, 5 saylı fərdi yaşayış evi iki payçıların paylı mülkiyyətindədir. Qeyd edilən iki payçılardan biri iddiaçının həyat yoldaşı olan hazırda iş üzrə cavabdeh Сəfərov Kamal Sabir oğludur. Məhkəmə araşdırılması zamanı məlum olur ki, iddiaçı gəlin köçdüyü gündən yəni 1993-cü il tarixdən cavabdehə məxsus olan payda yaşamış, övladlarını dünyaya gətirmişdir. Hazırda cavabdeh öz mülkiyyətində olan evdə iddiaçını yaşamasına maneələr yaradaraq onu həmin evə gəlməsinə icazə vermir. Belə olan halda məhkəmə 1 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsini əsas götürərək qeyd edir ki, mübahisə predmenti olan fərdi yaşayış evin ½ hissəsi cavabdehin mülkiyyətində olduğundan və iddiaçınında cavabdehin arvadı olduğundan, iddiaçının cavabdeh ilə bərabər həmin evdən istifadə hüququ mövcud olduğundan, iddiaçı həmin evdən istifadə edilməsindən qanunsuz olaraq məhrum edildiyindən, iddiaçı istifadə hüququ olan evə köçürülməlidir. Bundan başqa məhkəmə iddia tələbinin mənzildən istiafdə hüququnun tanınması hissəsinə münasibət bildirərək qeyd edir ki, yuxarda göstərilən qanunvericiliyin mənasından da görünür ki, iddiaçı ilə cavabdeh nəqədər ki, birgə nikahdadılar onların birinin mülkiyyətində olan əmlakdan digərinin də artıq mövcud istifadə hüququ olduğundan məhkəmə hesab edir ki, mövcud istifadə hüququnun yenidən tanınması qanunveriiliyin tələblərini uyğun olmadığından iddia tələbi həmin hissə də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Zərdabi küçəsi, ev 5 ünvanında olan fərdi yaşayış evinin Cavabdeh mülkiyyətində olan hissəsinə köçürülsün. 50 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-4910/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4910/2022
29.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver