Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5095/2025 12.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh və onun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumi dəyəri 400 manat olan 2 dəst nahar servisi, ümumi dəyəri 250 manat olan 2 dəst çay servisi, ümumi dəyəri 150 manat olan 12 ədəd stəkan rumka dəsti, ümumi dəyəri 300 manat olan 12 ədəd çamadanda qaşıq-çəngəl dəsti, ümumi dəyəri 100 manat olan 2 ədəd xrustal meyvə qabı, ümumi dəyəri 50 manat olan 2 ədəd gül qabı, ümumi dəyəri 200 manat olan 2 ədəd xrustal vazlar, ümumi dəyəri 510 manat olan 12 ədəd şamlıq dekor qablar, ümumi dəyəri 350 manat olan 3 ədəd yorğanlar, dəyəri 100 manat olan 1 ədəd ədyal, ümumi dəyəri 200 manat olan 4 ədəd yastıqlar, ümumi dəyəri 300 manat olan 2 ədəd yataq otağı üçün pərdələr, ümumi dəyəri 600 manat olan 2 ədəd çilçıraq, dəyəri 2000 manat olan 1 ədəd soyuducu, dəyəri 1800 manat olan 1 ədəd paltaryuyan, dəyəri 1000 manat olan 1 ədəd mikrodalğalı soba, dəyəri 300 manat olan 1 ədəd soba, dəyəri 2000 manat olan 1 ədəd televizor, ümumi dəyəri 600 manat olan 2 ədəd tozsoran, ümumi dəyəri 400 manat olan 2 ədəd ətçəkən maşın, ümumi dəyəri 1000 manat olan 2 dəst qazan-nabor, ümumi dəyəri 600 manat olan 2 ədəd tozsoran, ümumi dəyəri 1500 manat olan 1 böyük, 2 balaca olmaqla 3 ədəd xalça, dəyəri 200 manat olan 1 ədəd mikser, ümumi dəyəri 200 manat olan 2 ədəd hamam xalatı və dəyəri 100 manat olan kofe qabından ibarət cehiz əşyalarının natura şəklində, qətnamə icra olunan vaxt naturada mövcud olmazsa mövcud olmayan əşyaların dəyəri məbləğində pulun, mediasiya sessiyası üçün ödənilmiş 60 manat vəsaitin, ödənilmiş 75 manat dövlət rüsumunun və hüquqi yardıma görə ödəmiş olduğu 330 manat məbləğində pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 15 noyabr 2019-cu il tarixdə faktiki nikaha daxil olmaqla evlənmişlər. Birgə faktiki nikahlarından xx.xx.2020-ci il tarixdə Fəcrin adlı bir uşaqları olmuşdur. Cavabdehlə 22 aprel 2025-ci ildə faktiki olaraq ayrılmışlar. Evlənərkən valideynləri tərəfindən ona hədiyyə edilmiş ümumi dəyəri 400 manat olan 2 dəst nahar servisi, ümumi dəyəri 250 manat olan 2 dəst çay servisi, ümumi dəyəri 150 manat olan 12 ədəd stəkan rumka dəsti, ümumi dəyəri 300 manat olan 12 ədəd çamadanda qaşıq-çəngəl dəsti, ümumi dəyəri 100 manat olan 2 ədəd xrustal meyvə qabı, ümumi dəyəri 50 manat olan 2 ədəd gül qabı, ümumi dəyəri 200 manat olan 2 ədəd xrustal vazlar, ümumi dəyəri 510 manat olan 12 ədəd şamlıq dekor qablar, ümumi dəyəri 350 manat olan 3 ədəd yorğanlar, dəyəri 100 manat olan 1 ədəd ədyal, ümumi dəyəri 200 manat olan 4 ədəd yastıqlar, ümumi dəyəri 300 manat olan 2 ədəd yataq otağı üçün pərdələr, ümumi dəyəri 600 manat olan 2 ədəd çilçıraq, dəyəri 2000 manat olan 1 ədəd soyuducu, dəyəri 1800 manat olan 1 ədəd paltaryuyan, dəyəri 1000 manat olan 1 ədəd mikrodalğalı soba, dəyəri 300 manat olan 1 ədəd soba, dəyəri 2000 manat olan 1 ədəd televizor, ümumi dəyəri 600 manat olan 2 ədəd tozsoran, ümumi dəyəri 400 manat olan 2 ədəd ətçəkən maşın, ümumi dəyəri 1000 manat olan 2 dəst qazan-nabor, ümumi dəyəri 600 manat olan 2 ədəd tozsoran, ümumi dəyəri 1500 manat olan 1 böyük, 2 balaca olmaqla 3 ədəd xalça, dəyəri 200 manat olan 1 ədəd mikser, ümumi dəyəri 200 manat olan 2 ədəd hamam xalatı və dəyəri 100 manat olan kofe qabından ibarət cehiz əşyaları cavabdehdə qalmışdır. Hazırda həmin əşyaları cavabdehdən tələb etsə də cavabdeh ona məxsus əmlakları qaytarmaqdan imtina edir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi X2 məhkəmə iclasında bildirdilər ki, iddiada tələb olunan dəyəri 2000 manat olan 1 ədəd soyuducu, dəyəri 1800 manat olan 1 ədəd paltaryuyan, dəyəri 1000 manat olan 1 ədəd mikrodalğalı soba, dəyəri 2000 manat olan 1 ədəd televizor Cavabdeh tərəfindən alınmışdır və həmin hissədə iddia tələbi əsassızdır, siyahıda göstərilən digər əşyalar onlardadır və iddiaçı istənilən vaxt onları gəlib götürə bilər. Odur ki, iddianın cavabdehin etiraf etdiyi hissələrdə təmin, qalan hissəsində rədd edilməsini xahiş etmişlər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2003-cü ildə doğulmuşdur. İşdə olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1992-ci ildə Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə MSB/2-00402/2025 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, tərəflər mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İşdə olan xx.xx.2025-ci il tarixli ********** saylı qəbzin surətindən görünür ki, İddiaçı 75 manat dövlət rüsumu ödəmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzinin surətindən 330 manat ödənildiyi aydın görünür. İşdə olan cədvəllərdən və ödəniş sənədindən samsung markalı mikrodalğalı soba, samsung markalı paltaryuyan, hoffman led markalı televizor və samsung markalı soyuducunun Cavabdeh tərəfindən ********** saylı faktura nömrəsi, xx.xx.2019-cu il tarixli faktura tarixi ilə "xxxx" MMC-nin “Bakıxanov” şöbəsindən alındığı görünür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, iddia tələbi iddiada qeyd olunan dəyəri 2000 manat olan 1 ədəd soyuducu, dəyəri 1800 manat olan 1 ədəd paltaryuyan, dəyəri 1000 manat olan 1 ədəd mikrodalğalı soba, dəyəri 2000 manat olan 1 ədəd televizor istisna olmaqla digər əşyalar və ya onların dəyəri ilə bağlı hissələrdə təmin edilməlidir. Çünki, digər hissələrdə cavabdeh iddianı etiraf etmişdir. Yuxarıda qeyd edilən hissələrdə isə cavabdeh iddianı təkzib etməklə göstərilən əşyaların onun tərəfindən alınmasını və ona məxsus olmasını qeyd etdi, həmçinin bununla bağlı müvafiq sənədin surətini məhkəməyə təqdim etdi. İddiaçı isə bu hissə ilə bağlı hər hansı qarşı dəlil və sübut gətirməmişdir. Belə olan halda məhkəmə iddia tələbinin sözügedən dəyəri 2000 manat olan 1 ədəd soyuducu, dəyəri 1800 manat olan 1 ədəd paltaryuyan, dəyəri 1000 manat olan 1 ədəd mikrodalğalı soba və dəyəri 2000 manat olan 1 ədəd televizor hissəsində rədd edilməli olmasını, qalan hissələrdə isə təmin edilməli olması qənaətinə gəlir. Belə ki, həmin əşyalar cavabdehə məxsusdur. Məhkəmə onu da vurğulayır ki, məhkəməyə tələb edilən əşyaların dəyəri ilə bağlı sübut təqdim edilməsə də cavabdeh əşyaların dəyərini mübahisələndirmədiyindən məhkəmə iddiada göstərilən rəqəmləri tələb olunan əşyaların dəyəri olaraq qəbul edir. Belə ki, həmin əşyalar iddiaçıya məxsusdur və məhkəmə icraatının gedişatında cavabdeh iddia tələbini həmin hissədə qəbul edərək adıçəkilən əşyaların iddiaçıya qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Bundan əlavə məhkəmə hesab edir ki, vəkil xərci ilə bağlı hissədə iddia qismən, yəni 150 manat hissəsində təmin edilməlidir. Belə ki, məhkəmə həmin məbləği hazırki iş üzrə ağlabatan məbləğdə vəkil xərci hesab edir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 60 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş rüsumun 15 manat hissəsi və iş üzrə ödənilmiş 60 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı məxsus ümumi dəyəri 400 manat olan 2 dəst nahar servisi, ümumi dəyəri 250 manat olan 2 dəst çay servisi, ümumi dəyəri 150 manat olan 12 ədəd stəkan rumka dəsti, ümumi dəyəri 300 manat olan 12 ədəd çamadanda qaşıq-çəngəl dəsti, ümumi dəyəri 100 manat olan 2 ədəd xrustal meyvə qabı, ümumi dəyəri 50 manat olan 2 ədəd gül qabı, ümumi dəyəri 200 manat olan 2 ədəd xrustal vazlar, ümumi dəyəri 510 manat olan 12 ədəd şamlıq dekor qablar, ümumi dəyəri 350 manat olan 3 ədəd yorğanlar, dəyəri 100 manat olan 1 ədəd ədyal, ümumi dəyəri 200 manat olan 4 ədəd yastıqlar, ümumi dəyəri 300 manat olan 2 ədəd yataq otağı üçün pərdələr, ümumi dəyəri 600 manat olan 2 ədəd çilçıraq, dəyəri 300 manat olan 1 ədəd soba, ümumi dəyəri 600 manat olan 2 ədəd tozsoran, ümumi dəyəri 400 manat olan 2 ədəd ətçəkən maşın, ümumi dəyəri 1000 manat olan 2 dəst qazan-nabor, ümumi dəyəri 600 manat olan 2 ədəd tozsoran, ümumi dəyəri 1500 manat olan 1 böyük, 2 balaca olmaqla 3 ədəd xalça, dəyəri 200 manat olan 1 ədəd mikser, ümumi dəyəri 200 manat olan 2 ədəd hamam xalatı və dəyəri 100 manat olan kofe qabından ibarət cehiz əşyaları natura şəklində, qətnamə icra olunan vaxt naturada mövcud olmazsa mövcud olmayan əşyaların dəyəri məbləğində pul vəsaiti, ödənilmiş 60 manat dövlət rüsumu və hüquqi yardıma görə 150 manat məbləğində vəkil xərci alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi və 60 manat mediasiya xərci iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fuad Babaşov
Məhkəmə qərarları › İş №e-2(008)-5095/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5095/2025
12.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver