Məhkəmə qərarları › İş №e-2(008)-5098/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5098/2025

23.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5098/2025 23.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X7 Seyfəddin oğlunun sədrliyi, Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbləri üzrə Cavabdeh Müştəba oğlundan ünvan 1 ünvanda yerləşən 113 kv.m. torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin alınması üçün ödənilmiş 20 000 (iyirmi min) manat məbləğində pulun, həmin evin kommunal xidmətlərdə və bələdiyyədə adına keçirilməsi üçün cavabdehə ödədiyi 1000 (bir min) manat məbləğində pulun, hüquqi xidmət göstərilməsi ilə əlaqədar vəkilə xidmət haqqı kimi ödədiyi 325 (üç yüz iyirmi beş) manat məbləğində pulun, məhkəməyə dövlət rüsumu kimi ödədiyi 155 manat məbləğində pulun, ümumilikdə 21 480 (iyirmi bir min dörd yüzsəksən) manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandığı hallar: İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin iyun ayında ailələri ev almaq qərarına gəldilər. Bunun üçün atası Abdulayev Ələm və həyat yoldaşı Eyyubov Rəfael müəyyən müddət ev axtarıblar və nəticədə ünvan 1ndə 113 kv.m. torpaq sahəsində tikilmiş olan fərdi yaşayış evini almaq qərarına gəldilər. Atası və həyat yoldaşı evi satan Cavabdeh Müştəba oğlu ilə danışaraq razılaşdılar və evin sənədləri olmadığı üçün ona əlbəəl 20 000 (iyirmi min) manat məbləğində pul vəsaiti verməyə, o da əvəzində bəhs edilən evi onların sahiblik və istifadələrinə verməyə razılaşdı. Bundan əlavə Hafiz bildirdi ki, 1000 manat məbləğində “sənədləşmə” üçün pul xərclənməlidir. Belə ki, evin kommunal ödənişləri və s. onun adına keçiriləcək. Eyni zamanda Maştağa Bələdiyyəsində də evin sahibi kimi onun adı qeyd ediləcək. Bu əməliyyatlar həyata keçirildi və 20000 manat məbləğində ailələrinə məxsus olan pul atası və həyat yoldaşı vasitəsilə Hafizə verildi, bundan əlavə 1000 manat məbləğində pul deyilən sənədləşməyə xərcləndi. Onlar evdə ilk növbədə təmir işləri apardılar. Təmir işlərinin zəruri hissəsi bitdikdən sonra evə köçərək yaşamaqla bərabər təmir işlərini davam etdiriblər. Bu müddət ərzində qonşulaqla da, o cümlədən divar qonşusu Əfqanın ailəsi ilə də normal qonşuluq münasibətləri yarandı. Təxminən bir il əvvəl Əfqan onlara bildirmiş ki, evlərə sənəd düzəldilir. Onlara məxsus olan ev də ümumilkdə eyni torpaq sahəsinə aiddir. Sənədləşmənin aparılması üçün reyestr xidməti tərəfindən müayinə işləri aparılmalıdır. Əfqan onlara bildirdi ki, ümumi sənədləşmə başa çatandan sonra onlara məxsus hissənin də adlarına keçirilməsi mümkün olacaq. Onlar da Əfqana inanıb razılıqlarını bildirdilər. Bundan sonra həqiqətən də reyestr xidmətinin əməkdaşları gələrək lazımi ölçü işləri aparmışlar. Bir müddət əvvəl isə, Əfqan onlara bildirdi ki, onların evi də daxil olmaqla ümumi şəkildə sənədləşmə aparılıb və hal-hazırda mülkiyyətçi onun qardaşı Mehmandır. Bundan sonra aralarında olan hasarı uçurmağa başlamışlar. Belə olduqda həyat yoldaşı aidiyyatı üzrə polis bölməsinə ərizə ilə müraciət etdi. Təhqiqat araşdırması nəticəsində müəyyən edildi ki, ev həqiqətən də X2 mülkiyyətindədir və belə olduqda evin iddia ərizəsi üzrə Cavabdeh Müştəba oğlu tərəfindən onlara satılmasının əsassız olduğu müəyyən edildi. Bu səbəbdən hal-hazırki iddia tələbləri ilə Cavabdeh Müştəba oğluna ödəmiş olduqları pul məbləğinin geri qaytarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddianı qismən etiraf edərək göstərdi ki, 20 min manat məbləğində pul alınsa da, min manat sənədləşmə ilə bağlı pul alınmamışdır. Mülki işin materialları: -Cinayət işinin başlanması rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli Sabunçu RPİ-nin 14-cü PŞ-nin müstəntiqi X1 tərəfindən qəbul edilmiş qərardan görünür ki, hadisə mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında iştirak etmiş cavabdeh nümayəndəsi X6 iddianı qismən etiraf edərək, 20 min manat pulun iddiaçıdan alındığını bildirmişdir. Məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə etməmiş və etirafı qəbul etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, hər bir tərəf öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi halları özü sübut etməlidir. (MPM m. 77.1) İddiaçının tələbi üzrə 20 000 manat məbləğində pulun verilməsi faktı cavabdehin etirafı əsasında sübuta yetirilsə də, 1 000 manat məbləğ cavabdeh tərəfindən etiraf edilməmiş və iddiaçı isə həmin pulun cavabdehə verilməsini məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Odur ki, işə “formal həqiqət” prinsipi əsasında baxan məhkəmə hesab edir ki, iddia tələbi etiraf olunan 20 000 manat hissəsində təmin olunmalı, yerdə qalan 1 000 manat hissəsində isə iddiaçı tərəfindən sübuta yetirilə bilmədiyindən təmin edilməməlidir. Odur ki, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli və 20 000 (iyirmi min) manat məbləğində pul cavabdehdən alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 108.1. Mülki məhkəmə icraatında dövlət rüsumu aşağıdakı hallarda ödənilir: Maddə 108.1.1. iddia ərizəsi verildikdə; Maddə 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: Maddə 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, **********42 nömrəli qəbzlə ödənilmiş 155 manat dövlət rüsumu və 961 nömrəli, xx.xx.2025-ci il tarixli müqavilə ilə vəkilin göstərdiyi hüquqi xidmət üçün ödənilmiş 325 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Nəticə hissəsi Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 20 000 (iyirmi min) manat məbləğində pul, ödənilmiş 155 (yüz əlli beş) manat məbləğində dövlət rüsumu və hüquqi xidmətin göstərilməsi ilə əlaqədar 325 (üç yüz iyirmi beş) manat xidmət haqqı tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar