Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-5146/2024 30.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda mənzilin açıq hərracda satılaraq, əldə oluna pulun cavabdehlə onun arasında paylara uyğun bölünməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X4 küsəsi, 21 A saylı evin 32 saylı mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda mənzilin açıq hərracda satılaraq, əldə oluna pulun cavabdehlə onun arasında paylara uyğun bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 ərizə verərək ərizənin və əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdeh X2 nümayəndəsi (vəkili) Vəkil2 ərizəyə mahiyyəti üzrə baxılmasını tələb etmədi. Məhkəmə tərəfləri dinləyərək, iddiaçının nümayəndəsinin (vəkili) ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalı və ərizə baxılmamış saxlanılmalı, sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin: 259.0.11-ci maddəsinə müvafiq olaraq, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. İş materiallarında olan **********82 №-li qəbzdən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, həmin rüsum dövlət büdcəsindən ona qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 114.1.5-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanıldıqda ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizə təmin edilsin. İddiaçı Cavabdeh qarşı mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda mənzilin açıq hərracda satılaraq, əldə oluna pulun cavabdehlə onun arasında paylara uyğun bölünməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2024-cü il tarixli **********82 №-li qəbz əsasında ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-5146/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-5146/2024
30.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver