Məhkəmə qərarları › İş №e-2(008)-5272/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-5272/2025

13.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-5272/2025 13.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 Seyfəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı və X1 qarşı əqdin etibarsızlığı tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı və X1 qarşı əqdin etibarsızlığı tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və qarşılıqlı iddia ərizəsi məhkəmə icraatına qəbul edilmiş və işin məhkəmə hazırlıq iclası 13 fevral 2026-cı il tarixə saat 16:30-a təyin edilmişdir. İlk iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, ərizəsinin və əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirərərək hesab edir ki, hazırki mülki işin məhkəmə baxışına hazırlanması zamanı ilk iddia və qarşılıqlı iddia üzrə iddiaçılar ərizənin geri qaytarılmasına dair ərizə (vəsatət) verdiyindən, mülki iş məhkəmə baxışına təyin edilmədən, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən, Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı və X1 qarşı əqdin etibarsızlığı tələbinə dair qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar