Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5363/2024 13.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun hesabına ödənilmiş 5000 (beş min) manat, 70.40 (yetmiş manat qırx qəpik) manat dövlət rüsumu, ümumilikdə 5070.40 (beş min yetmiş manat qırx qəpik) manatın tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də PME********** saylı icbari sığorta şəhadətnaməsi ilə sığortalanmış X4 idarə etdiyi “Mitsubishi Canter” markalı **-VE- *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi- Balaxanı yolu ilə hərəkət edən zaman yol-hərəkəti qaydalarını pozmuş, nəticədə "xxxx" ASC-də “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Hyundai Elantra” markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Yuxarıda qeyd olunan hadisə ilə bağlı Binəqədi rayon DYPŞ-də tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirkar şəxs “Mitsubishi Canter” markalı **-VE- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 müəyyən olunmuşdur. “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Mərkəzi X10 29 iyun 2022-ci il tarixli qərarına əsasən 1 noyabr 2022-ci il tarixindən etibarən yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxslərə “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətininin icbari sığortası” növü üzrə sığortalanmış əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi birbaşa olaraq zərərçəkənin mülki məsuliyyətinin icbari sığortaçısı tərəfindən həyata keçirilir. Məhz buna görə də xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxs Cavabdeh “Hyundai Elantra” markalı **-CR-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortaçısı olan "xxxx" ASC-nə müraciət etmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 5000 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Daha sonra “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda”ya, bu Qaydanın tələbi əsasında imzalanmış “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” xx.xx.2022-ci il tarixli Kollektiv Sazişə əsasən sığorta şirkətləri arasında hesablaşma aparılmış və "xxxx" ASC tərəfindən (çünki zərərvuran – “Mitsubishi Canter” markalı **-VE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin icbari sığortası "xxxx" ASC-dədir) 5000 (beş min) manat məbləğində sığorta ödənişi "xxxx" ASCnin hesabına köçürülmüşdür. Daha sonra əldə edilmiş sənədlərə və əməkdaşların operativ araşdırmalarına əsasən məlum olmuşdur ki, bu hadisənin detalları DYP əməkdaşı tərəfindən saxtalaşdırılmışdır. Belə ki, Binəqədi Rayon DYPŞ-nin polis X1 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında protokol və qərara əsasən guya xx.xx.2022-ci il tarixdə Binəqədi-Balaxanı yolunda baş vermiş yol-nəqliyyat hadisəsində təqsirkar tərəf Cəmiyyətdə “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Mitsubishi Canter” markalı **-VE- *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü X7 olduğu və hadisə zamanı “Hyundai Elantra” markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər dəydiyi müəyyən edilmişdir. Bəhs olunan hadisə ilə əlaqədar əldə edilmiş sübutlara əsasən yol-nəqliyyat hadisəsi üzrə tərtib edilmiş sənədlərin həqiqəti əks etdirmədiyi müəyyən olunmuşdur. Belə ki, “Hyundai Elantra” markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi əslində xx.xx.2022-ci il tarixdə Şamaxı rayonu ərazisində Şamaxı-Padarçöl yolunda X12 tərəfindən idarə olunarkən aşmışdır. Bundan sonra, Cavabdeh tərəfindən məqsədli şəkildə sığorta ödənişi almaq üçün bu qəza planlaşdırılmışdır. Eyni zamanda, Binəqədi Rayon DYPŞ-nin Polis X1 və yuxarıda adları qeyd edilən şəxslərin birgə iştirakçılığı ilə bu yol-nəqliyyat hadisəsi saxtalaşdırılmış və nəticədə qanun pozuntusuna yol verilməklə qərar qəbul edilmişdir. Odur ki, sözügedən məsələnin araşdırılması üçün Cəmiyyət tərəfindən 1629-10/23H saylı xx.xx.2023-cü il tarixli məktubla Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət olunmuş və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13/16/2-157299/2023 saylı məktubla “Mitsubishi Canter” markalı **-VE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü X7 barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunduğu bildirilmişdir. Nəticə etibarilə, Cəmiyyətdə sığortalanmış “Mitsubishi Canter” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü X7 barəsində inzibati tənbeh vermə haqqında qərar ləğv olunduğundan, Cavabdeh hesabına ödənilmiş 5000 (beş min) manat ödənişin heç bir hüquqi əsası olmamışdır. Odur ki, belə olan təqdirdə, Cavabdeh hesabına ödənilmiş 5000 (beş min) manat məbləğində pul vəsaitini Cəmiyyətə geri qaytarmaq öhdəliyi yaranır. Sözügedən məsələ ilə bağlı cavabdehə xx.xx.2023-cü il tarixdə pretenziya xarakterli məktub göndərilmiş, lakin Cavabdeh tərəfindən Cəmiyyətə heç bir ödəniş edilməmişdir. Yuxarıda qeyd olunanlardan da aydın olduğu kimi “Hyundai Elantra” markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə Şamaxı rayonu ərazisində Şamaxı-Padarçöl yolunda X12 tərəfindən idarə olunarkən aşmışdır. Nəticə etibarilə, baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli şəxs N.Məlikov olmuşdur. Cavabdeh öz avtomobilinin təmiri üçün Cəmiyyətdən aldığı 5000 (beş min) manat ödənişin heç bir hüquqi əsası olmamışdır. Odur ki, o, əsassız varlanmış şəxs hesab olunmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 70.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı ödəniş aktının surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən Cavabdeh 5000 manat sığorta ödənişi ödənilmişdir. - icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X3 məxsus “Mitsubishi Canter” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" ASC-də 5000 manat məbləğində sığortalanmışdır. - "xxxx" ASC tərəfindən tərtib edilmiş qüsur aktının surətindən görünür ki, “Hyundai Elantra” markalı **-CR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyan 9110 manat məbləğində müəyyən edilmişdir. - Yol-nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Binəqədi-Balaxanı yolunda baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli şəxs X2 mülkiyyətində olan “Mitsubishi Canter” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X7 olmuşdur. - İXP seriyalı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə “Mitsubishi Canter” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X7 tərəfindən yol-nəqliyyat hadisəsi törədilmişdir. - TP seriyalı ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 22:00-da Binəqədi-Balaxanı yolunda “Mitsubishi Canter” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X7 əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə “Mitsubishi Canter” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 barəsində TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv olunmuş, eləcə də, xidməti vəzifəsinin icrası zamanı qanunvericiliyin tələblərini pozan DYP inspektoru Ş.Həsənli barəsində xidməti yoxlama aparılaraq intizam məsuliyyətinə cəlb edilmişdir. - xx.xx.2023-cü il tarixli pretenziyanın surətindən görünür ki, yanlış ödənilmiş 5000 manat sığorta ödənişinin 3 iş günü ərzində "xxxx" ASC-nə geri ödənilməsi Cavabdeh xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 5000 manat məbləğində sığorta ödənişi ödənilmişdir. - "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 5000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, X7 idarə etdiyi və "xxxx" ASC-də sığortalanmış “Mitsubishi Canter” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi-Balaxanı yolunda hərəkət edən zaman yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində "xxxx" ASC-də sığortalanmış “Hyundai Elantra” markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı TP seriyalı ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 40 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxs Cavabdeh “Hyundai Elantra” markalı **-CR-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün "xxxx" ASC-nə müraciət etmiş və sonnucu tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh 5000 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Daha sonra “Mitsubishi Canter” markalı **-VE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sığortaçısı "xxxx" ASC tərəfindən 5000 (beş min) manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin hesabına köçürülmüşdür. Sonradan “Hyundai Elantra” markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı zərər vurulmadığı, yəni həmin nəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixdə Şamaxı rayonu ərazisində Şamaxı-Padarçöl yolunda X12 tərəfindən idarə olunarkən aşması məlum olmuşdur. Bununla bağlı iddiaçı tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət olunmuş və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda “Mitsubishi Canter” markalı **-VE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü X7 barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunduğu bildirilmişdir. Bununla da müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Elantra” markalı **-CR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurulmadığından və “Mitsubishi Canter” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X7 barəsində xx.xx.2022-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsinə dair inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli qərar ləğv olunduğundan, həmin qərar əsasında Cavabdeh əsassız olaraq 5000 (beş min) manat sığorta ödənişi ödənilmişdir. Qeyd olunanlara əsasən iddiaçı əsassız olaraq ödənilmiş 5000 manat sığorta ödənişini cavabdehdən tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, mövcud şəraitdə iddianın təmin edilməsinə mane olan hal yoxdur, işdə olan sübutlar əsasında qətnamə çıxarılmalıdır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5000 (beş min) manat pul vəsaiti və 70.40 (yetmiş manat qırx qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat pul vəsaiti və 70.40 (yetmiş manat qırx qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-5363/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5363/2024
13.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver