Məhkəmə qərarları › İş №e-2(008)-5453/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-5453/2024

25.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-5453/2024 25.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi X4, İddiaçı Cavabdeh qarşı "xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə sabit pul məbləğində 235 manat alimentin və hüquqi yardıma görə 150 manat pulun tutularaq ona ödənilməsi" barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı "xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə sabit pul məbləğində 235 manat alimentin və hüquqi yardıma görə 150 manat pulun tutularaq ona ödənilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən, "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, iddia ərizəsinə həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə olunur. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə görə, "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Sadalanan normaların tələbinə görə, şəxs aliment tutulması barədə iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl bununla bağlı mediasiya prosesində iştirak etməli və bunu təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməlidir. İddia ərizəsinə belə bir sənəd əlavə olunmadıqda, iddia ərizəsi geri qaytarılır. İddiaçı iddia ərizəsi Cavabdeh aliment tutulması barədə olduğu halda, həmin ərizəyə əlavə olunmuş, Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli MŞB/6-01286 nömrəli "İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayış"da göstərilmişdir ki, İMS-də müzakirə edilən mübahisənin predmeti "Alimentin artırılması tələbinə dair" olmuşdur. İddiaçı iddia ərizəsinə aliment tutulması tələbi ilə bağlı mediasiya prosesində iştirak etməsini təsdiq edən sənəd əlavə etməmişdir. Məhkəmə qeyd edir ki, "aliment tutulması" və "alimentin miqdarının artırılması" tələbləri bir-birindən fərqlənən iddialar olduqlarına görə iddiaçının təqdim etdiyi xx.xx.2024-cü il tarixli MŞB/6-01286 nömrəli arayış onun mediasiya prosesində iştirakını təsdiq edən sənəd kimi qəbul edilə bilməz, bu hal isə iddia ərizəsinin qaytarılması üçün əsasdır. Eyni zamanda, məhkəmə aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. İddiaçı müvafiq qətnaməni məhkəməyə təqdim etməsə də, iddia ərizəsində göstərmişdir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2015ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 137 manat alimentin tutulması qət edilmiş, hal-hazırda uşaqlar böyümüş və həmin qətnamədə qeyd olunan aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə kifayət etmir. İddiaçının bu izahatından ehtimal etmək olar ki, onun əsl tələbi cavabdehdən aliment tutulması deyil, tutulan alimentin miqdarının artırılmasından ibarətdir və o, mediasiya prosesində məhz həmin tələblə bağlı iştirak etmişdir. Belə olan halda, iddiaçı iddia ərizəsində öz tələbini alimentin miqdarının artırılması şəkilində ifadə edə bilər. Beləliklə, məhkəmə bu nəticəyə gəldi ki, hazırkı iddia ərizəsinin məhkəmə icraatı mümkün deyil. Bununla yanaşı, iddiaçıya izah olunur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanlara əsasən, qərara aldım: İddiaçı Cavabdeh qarşı "xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə sabit pul məbləğində 235 manat alimentin və hüquqi yardıma görə 150 manat pulun tutularaq ona ödənilməsi" barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. X9.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar