Məhkəmə qərarları › İş №e-2(008)-549/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-549/2023

15.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-549/2023 15.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş iki otağın və həyətin qaytarılması, hasarın sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş iki otağın və həyətin qaytarılması, hasarın sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qadağan edilmiş özbaşınalıq yolu ilə onun Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Babək küçəsi 30 ünvanında yerləşən torpaq sahəsi və iki yaşayış otağı üzərində sahiblik hüququnun pozulmasına son qoyulması, həmin torpaq sahəsində qanunsuz inşa edilmiş hasarın Cavabdeh hesabına sökülməsi, ərazinin təmizlənməsi, torpaq sahəsinin və zəbt edilmiş iki yaşayış otağının cavabdehdən alınaraq onun sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Zabrat qəsəbəsi ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Cavabdeh onun qonşuluğunda yaşayır. Cavabdeh ona məxsus iki otağı zəbt edib, bundan əlavə onun istifadəsində olan həyəti zəbt edərək, hasar çəkib və onun həyətə çıxan qapısının girişinə daş yığıb. O, cavabdehə etirazını bildirdikdə cavabdeh ona fiziki təsir göstərməklə hədələyir. Cavabdeh Füzuli rayonundan məcburi köçkündür. Bu statusundan istifadə edərək ona təzyiq göstərir. Cavabdeh onun iki yaşayış otağını zəbt edib, hazl-hazırda o, ailəsi ilə birlikdə pəncərəsiz bir otaqda yaşamağa məcbur olmuşdur. Bunun nəticəsində onun uşaqları “Hepatit C” xəstəliyinə tutulublar. Cavabdeh yeganə hava gələn qapının girişinə daş yığıb, nəfəs ala bilmirlər, çox əziyyət çəkirlər. “Balaxanıneft” NQÇİ tərəfindən verilmiş 07 mart 2006-cı il tarixli 8-21 saylı sənəddən görünür ki, İddiaçı İ Zabrat ünvan 1də yaşayır (iki otaq sahəsi 36 kv.m ailə üzvü dörd nəfər (özü, yoldaşı, oğlu, qızı). Ailəyə göstərilən xidmətlərə ödəniş üçün onun adına ödəniş vərəqəsi açılmışdır. Göründüyü kimi ona mənzil “Balaxanıneft” NQÇİ tərəfindən verilmişdir və o, həmin ünvanda 30 ildən çoxdur ki, ailəsi ilə birlikdə yaşayır. Qaz, işıq, su və mənzil kommunal xərcləri onun tərəfindən ödənilir. Onun həmin mənzilə və yerləşdiyi torpaq sahəsinə faktiki sahiblik hüququ yaranmışdır. Cavabdehin isə yaşadığı mənzilə hər hansı bir sənədi yoxdur, hər halda varsa da həmin sənədi göstərmir. Cavabdehin onun faktiki sahiblik etdiyi torpaq sahəsini və iki otağını zəbt etməsi, həyətdə hasar çəkməsi qadağan edilmiş özbaşınalıqdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə etdi, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, mübahisəli mənzil onun xüsusi mülkiyyətindədir, bu barədə adına çıxarış da var. İddiaçının hazırkı iddiasının heç bir əsası yoxdur. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - MH seriyalı ******* nömrəli xx.xx.2007-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Babək küçəsi 0.0242 ha torpaq sahəsində yerləşən 30 nömrəli binanın 3 nömrəli mənzili Cavabdeh xüsusi mülkiyyətindədir. - xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Babək küçəsində yerləşən 26 nömrəli evin 3 nömrəli mənzili X1 xüsusi mülkiyyətindədir. - 73 saylı MKİS tərəfindən verilmiş 624 nömrəli xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı, həyat yoldaşı X6, qızı X2, oğlu X4 və nəvəsi ünvan 2 ünvanında qeydiyyatdadır və yaşayırlar. - “Balaxanıneft” NQÇİ tərəfindən verilmiş S-21 nömrəli xx.xx.2006-cı il tarixli məktubdan görünür ki, İddiaçı İ Zabrat qəsəbəsi ünvan 1-də yaşayır. 2 otaq sahəsi 36 kv.m ailə üzvü dörd nəfər (özü, yoldaşı, oğlu, qızı). Ailəyə göstərilən xidmətlərə ödəniş üçün onun adına ödəniş vərəqəsi açılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının “Cavabdeh tərəfindən qadağan edilmiş özbaşınalıq yolu ilə iddiaçının Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Babək küçəsi 30 ünvanında yerləşən torpaq sahəsi və iki yaşayış otağı üzərində sahiblik hüququnun pozulmasına son qoyulması, torpaq sahəsinin və zəbt edilmiş iki yaşayış otağının cavabdehdən alınaraq iddiaçının sahibliyinə qaytarılması” tələbinə qiymət vermək üçün ilk öncə onun bu barədə iddia qaldırmaq üçün subyektiv hüququn sahibi olub-olmamasını müəyyən etmək vacibdir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının sahiblik hüququnun pozulmasına son qoyulmasını və sahibliyinə qaytarılmasını tələb etdiyi torpaq sahəsi və yaşayış otaqları iddiaçının xüsusi mülkiyyətində deyildir, həmin əmlaklara dair hər hansı hüquqmüəyyənedici sənəd iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, iddiaçının “Cavabdeh tərəfindən qadağan edilmiş özbaşınalıq yolu ilə iddiaçının Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Babək küçəsi 30 ünvanında yerləşən torpaq sahəsi və iki yaşayış otağı üzərində sahiblik hüququnun pozulmasına son qoyulması, torpaq sahəsinin və zəbt edilmiş iki yaşayış otağının cavabdehdən alınaraq iddiaçının sahibliyinə qaytarılması” tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbi Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Babək küçəsi 30 ünvanında yerləşən torpaq sahəsində qanunsuz inşa edilmiş hasarın Cavabdeh hesabına sökülməsi və ərazinin təmizlənməsi hissəsində əsaslıdır. Belə ki, Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Babək küçəsi 30 ünvanında yerləşən torpaq sahəsində yerləşən tikiliyə məhkəmə tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Babək küçəsində iddiaçının evi ilə cavabdehin evləri yan-yanadır. İddiaçının evi ilə cavabdehin evi arasında uçurulmuş hasar mövcuddur. Hasar uçurulduqdan sonra yenidən hasar çəkilmişdir. İddiaçı ilə cavabdehin evi arasındakı uçurulmuş hasarın qalıqları qalmaqdadır. Tərəflər evlərin texniki pasportlarını təqdim etmədikləri üçün həmin hasarın kimə məxsus olmasını, hasarın hansı məsafədə yerləşməli olmasını müəyyən etmək mümkün olmamışdır. İddiaçı ilə cavabdehin evləri arasında tikilmiş hasar iddiaçının pəncərələrinin qarşısını tutmuşdur. Həmçinin, iddiaçı cavabdeh tərəfindən ona məxsus iki otağın da zəbt edildiyini iddia etmişdir. Həmin otaqların harada yerləşməsi üçün tərəflərin yaşadıqları evdən çıxaraq məhəllənin girişində təndir çörəyi bişirilən qeyri-yaşayış sahəsindən baxış keçirilmiş, orada iki otaq aşkar olunmuşdur. Amma otaqlara iddiaçıya məxsus evin hansı tərəfindən daxil olunması barədə giriş müşahidə olunmamışdır. Həmin otaqlardan cavabdeh istifadə edir. Cavabdeh həmin otaqların ona məxsus olması barədə sənədlər təqdim etmişdir. Yerli baxış zamanı iddiaçının nümayəndəsi, cavabdeh və cavabdehin qızı arasında səs-küy yaranmış, tərəflər arasında yaranmış mübahisənin tam olaraq aydınlaşdırılması mümkün olmamışdır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının faktiki istifadəsində və sahibliyində olan torpaq sahəsində inşa edilmiş hasar iddiaçının yaşadığı tikilinin pəncərələrinin qarşısını bağlamış, bu da otaqlara günəş şüalarının düşməsinin qarşısını almaqla yanaşı, iddiaçının həmin otaqlardan istifadə etməsinə maneəçilik törətmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Babək küçəsi 30 ünvanında yerləşən torpaq sahəsində qanunsuz inşa edilmiş hasar Cavabdeh hesabına sökülməli və ərazi təmizlənməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Babək küçəsi 30 ünvanında yerləşən torpaq sahəsində qanunsuz inşa edilmiş hasar Cavabdeh hesabına sökülsün və ərazi təmizlənsin. İddia tələbi qalan hissədə rədd edilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar