Məhkəmə qərarları › İş №e-2(008)-5549/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-5549/2025

29.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-5549/2025 29.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Sabunçu Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlu, İddiaçı ASC-nin cavabdeh “Makro2000 X3” şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “İcra sənədi üzrə borcludan tutulmayan məbləğin alınması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərədən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı ASC cavabdeh “Makro2000 X3” şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şirvan şəhər 1 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 8İ-6589 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu X1 əmək haqqından xx.xx.2024-xx.xx.2025-ci il tarixləri aralığında tutulmalı olduğu halda tutulmayan 2250 (iki min iki yüz əlli) manat məbləğin cavabdeh “Makro2000 X3” şirkətinin Azərbaycan Respublikasındakı filialından tutulması və xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. İddia tələbindən və ərizənin məzmunundan da görünür ki, iddiaçı faktiki olaraq artıq mahiyyəti üzrə baxılmış və icra mərhələsində olan icra sənədi üzrə tutulmalı olan borcu mübahisələndirir. Təqdim edilmiş iddia ərizəsi ilə iddia icraatı qaydasında bu məsələnin araşdırılması yolverilməzdir. Belə ki, iddiaçı artıq icra mərhələsində olan Şirvan şəhər 1 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 8İ-6589 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Bakı şəhəri Sabunçu rayon İcra şöbəsində başlanılmış icraat üzrə nəzərdə tutulmuş borcu mübahisələndirir. Bu halda mübahisələndirilən məsələ mülki məhkəmə icraatı qaydasında deyil, məhkəmə qətnamələrinin (qərarlarının) icrası qaydasında baxılmalıdır. Azərbaycan Respublikasının “İcra haqqında” Qanunun: 3.1-ci maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 13.1-ci maddəsinə əsasən İcra sənədləri aşağıdakı müddətlərdə icraya yönəlməlidir: 13.1.3. notariusun icra qeydləri- dərhal; Məhkəmə hesab edir ki, iddia ərizəsi əsasında və mülki məhkəmə icraatı qaydasında hazırki işə (tələbə) baxılması yolverilməz olduğundan iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Odur ki, İddiaçı ASC icra sənədi üzrə borc ödənilmirsə bununla bağlı Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə müraciət edə, daha sonra isə zərurət yarandıqda icra məmurunun hərəkətsizliyindən Şirvan Şəhər Məhkəməsinə şikayət ilə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin: 153.2-ci maddəsinə görə, hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə görə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 114, 153, 267- 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı ASC-nin cavabeh “Makro2000 X3” şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “İcra sənədi üzrə borcludan tutulmayan məbləğin alınması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçı ASC-yə icra sənədi üzrə borcun tutulması ilə bağlı Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Fuad Babaşov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar