Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5652/2024 21.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızınınsədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19500 manat əsas borcun və maddi və mənəvi zərər üçünn 10.000 manat pulun, cəmi 29.500 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh olan tanışı Cavabdeh mobil telefon və onların bahalı nömrələlərinin satışı ilə məşğul olan şəxsdir. 2023-cü ilin aprel ayının 3-də cavabdeh öz işləri üçün iddiaçıdan borc kimi 2-3 günə qaytarmaq şərti ilə 15.000 (on beş min) ABŞ dolları ekvivalentində 25.500 manat pul istədi və o, da bir-birini tanıdığı üçün həmin pulu aprelin 6-da düzəldib ona vermişdir. Lakin Cavabdeh ondan aldığı pulu söz verdiyi vaxtda qaytarmadı. O, onu axtardı, votsap vasitəsi ilə ona pulunu qaytarması barədə səsli mesajlar, yazılar göndərdi, onun telefonu gah söndürülü olurdu, gah zəngə cavab vermirdi, cavab yazanda isə hər dəfə o ona bildirirdi ki, ciddi problemləri olub, zərərə düşüb, söz verirdi ki, pulunu qaytaracaqdır. Dəfələrlə cavabdehlə görüşmək istəsə də hər dəfə onunla görüşməkdən bəhanələrlə qaçırdı, deyirdi ki, xəstədir, hətta qolunda sistem ( infuziya, mayenin damara tədricən yeridilməsi), yataqda uzanıqlı vəziyətdə ona votsapla şəkillərini göndərirdi ki, üzürlü hal kimi pulunu qaytara bilmədiyini nəzərə alsın. O, cavabdehə inanaraq gözlədi, lakin vaxt ötür, Cavabdeh isə pulunu qaytarmaq istəmirdi, hiss edirdi ki, artıq o onu aldadır, pulunu qaytarmaqdan açıq-açığına boyun qaçırır. Vəziyyətin belə olduğunu gördükdə o, Elmanın şəxsiyyəti ilə dərindən maraqlandı və məlum oldu ki, o başqa vətəndaşlardan da pullar götürüb, lakin qaytarmayıb. Belə vəziyyətdə çıxış yolu kimi cavabdehin atası Ağalar Atakişiyevlə telefon əlaqəsinə çıxmış, ona oğlu Elmanın onun 15000 ABŞ dolları pulumu alıb qaytarmaması barədə ətraflı məlumat vermiş, Ağalar Atakişiyev oğlu ilə əlaqə saxlayıb vəziyyəti bildikdən sonra ondan heç bir yerə şikayət etməməyini xahiş etdi və söz verdi ki, hər ay 2000 manat olmaqla ayba-ay pulunu qaytaracaqlar. Bundan sonra həqiqətən də cavabdeh tərəfindən onlara məxsus 4169 7388 7337 3157 nömrəli bank plastik kartına xx.xx.2023-cü il tarixli, ********* saylı qəbzlə 523915******6982 saylı hesab/bank kartından 1000 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı qəbzlə 416973******3699 saylı hesab/bank kartından 1000 nanat, xx.xx.2023-cü il tarixli, əməliyyat kodu 89226353 olan qəbzlə “M10” elektron pulqabı vasitəsi ilə Cavabdeh məxsus +***-*******18 nömrəli telefonla 100 nanat, xx.xx.2023cü il tarixli, əməliyyat kodu 89227829 olan qəbzlə “M10” elektron pulqabı vasitəsi ilə Cavabdeh məxsus +***-*******18 nömrəli telefonla 900 nanat, xx.xx.2024-cü il tarixli, ********* saylı qəbzlə 416973******3699 saylı hesab/bank kartından 2000 manat, xx.xx.2024-cü il tarixli, ********* saylı qəbzlə 416973******3699 saylı hesab/bank kartından 1000 manat – cəmi ona 6000 manat pul ödənilmişdir. Lakin, sonuncu dəfə 2024-cü ilin aprelin 29-da 1000 manat ödədikdən sonra cavabdeh onda qalan 19.500 manat pulunu ödəmir və pulun qalanını qaytarmaq istəmir. Hesab edir ki, cavabdeh onun pulunu heç bir qanuni və müqavilə əsası olmadan əsassız və qanunsuz olaraq özündə saxlayıb qaytarmamaqla mülkiyyətindən məhrum etməklə özü qanunsuz varlanmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19500 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin həcminin azaldılmasına dair ərizə məhkəmə tərəfindən mümükün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir, iddiaçı isə yazılı ərizə verərək mülki işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə qiyabi icraat qaydasında baxılmasına dair qərardada qəbul etmişdir. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində dəvət edilmiş X1 izahat verərək bildirdi ki, o, cavabdehin atasıdır. İddiaçını tanımıram. İddiaçının atasını hazırki pul məsləsi ilə bağlı tanımışdır. Belə ki, iddiaçının atası ona zəng edərək onunla görüşmək istədiyini bildirdi. Görüşən zaman iddiaçının atası ona bildirdi ki, iddiaçı cavabdehə borc olaraq 25.500 manat pul vermişdir. O isə bunu oğlundan yəni cavabdehdən soruşduqda, oğlu həqiqətəndə iddiaçıdan 25.500 manata borc pul aldığını, lakin sonra qaytara bilmədiyini bildirmişdir. Bundan sonra o cavabdehin iddiaçıya olan borcunun bir qismini yəni 6000 manat oln hissəsini cavabdehə ödəmiş, sonradan iddiaçının atasının onunla kobud danışma səbəbinə görə ödəməkdən imtina etmişdir. Oğlu barəsində hal-hazırda həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində dəvət edilmiş X2 izahat verərək bildirdi ki, o iddiaçının atasıdır. Cavabdehi isə oğlu vasitəsilə tanıyıb. Oğlu yəni iddiaçı ona zəng edərək cavabdehə borc pul verdiyini lakin cavabdehin pulu qaytarmadığını bildirmişdir. Bundan sonra o cavabdehin atası ilə görüşmüş və cavabdehin atası pulu onlara onun qaytaracağını bildirmişdir. Cavabdehin atası hissə-hissə ona 6000 manat pul qaytarmış lakin sonrada qaytarmaqdan imtina etmişdir. İddiaçı tətəfindən təqdim edilən flaşkartda olan səs yazılarından iddiaçının atası ilə cavabdehin atası arasında cavabdehi iddiaçıya olan borcundan ödənişlərin tələb edilməsi, həmin ödənişlərin hansı karta yüklənməsinə dair söhbətlər olması müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kreditin, ona hesablanmış faiz borcun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə məhkəmə araşdırılması zamanı şahidlərin verdiyi izahatlarından məlum olur ki, cavabdeh iddiaçıdan 25.500 manat məbləğində borc pul almışdır. İddiaçının izahatından görünür ki, cavabdeh tərəfindən 6000 manat məbləğində pul iddiaçıya qaytarılmışdır. Hazırda cavabdehin iddiaçıya 19.500 manat borcu qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 19500 (on doqquz min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 148,50 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Məcəllənin 217.4-cü maddəsi). Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 19500 (on doqquz min beş yüz) manat məbləğində pul vəsaiti və 148,55 (bir yüz qırx səkkiz manat əlli qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində bu qətnamənin ləğvi üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-5652/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(008)-5652/2024
21.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver