Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5715/2023 11.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlakın və ya dəyərinin alınması, qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı Şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən sahəsi 61,56 kvadrat metr olan qeyri-yaşayış sahəsində olmuş və cavadeh tərəfindən aparılmış (məhv edilmiş): 1) 2800 litr sarı yağ - 12600 manat, 2) 50 konistr yağ (xarici) hər biri 20 litr olmaqla, cəmi 1000 litr x 6,5 = 6500 manat, 3) 6 ədəd tonluq çən yağla birlikdə - 200 l x 6=1200 manat, 4) Avtomobilə aid olan şlanqlar 40 metr, hər metri 40 manat olmaqla cəmi 1600 manat, 5) 60 metr vintillə bərabər turba (1metri 8 manat) 480 manat, 6) 5 ədəd list dəmir – 5 x 12 manat = 60 manat, 7) 22 ədəd qab solidor yağı hər qab 6 manat olmaqla 132 manat, 8) 1 bidon qatlaşdırılmış yağ - 40 kq hər kq 12 manatdan cəmi 480 manat, 9) 1 ədəd kassa aparatı - 430 manat, 10) Xüsusi əşyalar (geyim, qızdırıcı lanpa və s.) - 450 manat 11) hər biri 220 l yağ olan 3 boçka - cəmi 660 l yağ, litr 8 manatdan cəmi 5280 manat, 12) elektrik sayğacı, avtomatlar, naqillər, rozetkalar, qoşqular 24 metr və elektrik nasos-800 manat, 13) Mağazanın içində olan daşlar, dəmirlər və taxta materialları - 500 manat, 14) Hava təmizləyici - 500 manat, 15) Ox yağı - hər biri 20 litr olan 20 ədəd cəmi 400 litr hər litri 6 manatdan cəmi 2400 manat, 16) 22 ədəd hər biri 80 manat olmaqla qəlib dəmirləri - 1760 manat, 17) 1 ədəd təzə Man maşını üçün təkər - 700 manat, 18) 4 komplekt maşın üçün naklatkalar 4 x 180 = 720 manat, 19) Pompa və 2 ədəd əl nasosu - 300 manat, 20) 1 ədəd (3 tara) böyük nasos - 1200 manat, əmlakın geri alınaraq iddiaçıya qaytarılması (bu mümkün olmadıqda dəyərinin ödənilməsi) və sökülərək məhv edilmiş, Bakı Şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən sahəsi 61,56 kvadrat metr olan qeyri-yaşayış sahəsinin (dəyəri 72000 manat) cavabdeh tərəfindən öz hesabına inşa edilərək əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “ona məxsus olan və tərəfindən tikilib inşa edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən, nizamnamə kapitalı ilə yeganə təsisçisi özünün olduğu “Çinar” Kiçik müəssisəsinin xüsusi mülkiyyətində olan qeyri-yaşayş sahəsində mağaza açılması barədə Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısına müraciət edib və müraciətinə baxılaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsindəki, bina qapısı küçəyə açılmaqla mağaza açılmasına icazə verilməsi barədə xx.xx.1993-cü il tarixli 562 nömrəli sərəncam verilmişdir. Sabunçu rayon İcra Hakimiyyəti Başçısı tərəfindən həmin mağazanın açılması üçün 61,56 kvadrat metr sahə ayrılmışdır ki, həmin sahədə tikilərək 2006-cı ildə başa çatmışdır. Hətta bu barədə obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı da verilmiş və İH tərəfindən möhürdə vurulmuşdur. Qeyri-yaşayış sahəsini müvəqqəti olaraq tanışı X3 icarəyə vermiş və o, qeyri-yaşayış sahəsində müxtəlif avtomobil yağları ehtiyyat hissələri satırdı. Qısa bir müddətdən sonra o, istifadəsində olan sahəni özəlləşdirmək üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixində ərizə ilə müraciət etmişdir. Lakin sonuncu ərizəyə baxaraq elektron kadastr məlumatlarına əsasən özəlləşdirmək istədiyi qeyri-yaşayıs sahəsinin digər fiziki şəxsin adına qeydiyyata alındığını bildirmişdir. Bundan sonra sorğu ilə müraciət edərək çıxarışın hansı sənədlər əsasında və kimin adına qeydiyyatdan keçməsi barədə məlumat tələb etmişdir. 1 saylı Bakı Ərazi İdarəsi qeyd edilən qeyri-yaşayış sahəsinin icarə müqaviləsi, 5002 nömrəli xx.xx.2013-cü il tarixli alqısatqı müqaviləsi ilə xx.xx.2013-cü il tarixdə, torpaq sahəsinə dair icarə müqaviləsi və 4709 nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi ilə xx.xx.2014-cü il tarixdə Cavabdeh adına qeydiyyatdan keçməsi cavabını vermiş və sənədlərin surətini təqdim etməmişdir. Hazırda təqdim edilən sənədlərin surətini sonradan məhkəmə orqanı vasitəsilə almışdır. Sənədləri aldıqdan sonra Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək Bakı Şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanına dair Cavabdeh adına bağlanmış xx.xx.2013-cü il tarixli 5498 nömrə icarə müqaviləsi, 5002 nömrəli xx.xx.2013cü il tarixli alqı-satqı müqaviləsi ilə xx.xx.2013-cü il tarixdə, torpaq sahəsi isə 4709 nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək, qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və özələşdirilmənin nəticələrinin ləğv edilməsi xahiş etmişdir. İmtina cavabı aldıqdan sonra Bakı İnzibati Məhkəməsinə müraciət edərək adıçəkilən qeyri-yaşayış sahəsinə dair üçüncü şəxs Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və özələşdirilmənin nəticələrinin ləğv edilməsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Həmin 2-1(112)-11246/2023 №-li iş Bakı İnzibati Məhkəməsinin hakimi Aysev Almazovanın icraatındadır. Hazırda Bakı İnzibati Məhkəməsində mübahisələndirdiyi çıxarışa əsasən Sabunçu rayon Məhkəməsində icarəyə verdiyi tanışı X3 qarşı qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi barədə Cavabdeh iddia qaldırmış və iddiası təmin edilərək xx.xx.2022-ci il tarixli,e- 2(008)1302/2022 №-li Qətnamə çıxarılmışdır və icra olunması üçün Sabunçu rayon İcra şöbəsinə göndərilmişdir. İcra sənədi icra məmuru Daşqın Həsənəliyevin icraatına verilmişdir. Tanışı olan X5 icra işi başlamadan ona qeyri-yaşayış sahəsini özünə geri qaytardığınıı bildirmişdir. Bu zaman ona mağazada olan malları götürməyi və satıb hissəhissə verməyi təklif etmişdir. O, isə razılaşmış və ondan xx.xx.2023-cü il tarixində akt tərtib edərək qalan malları dəyəri də qiymətləndirilərək (dəyərini ödəmək şərtilə) təhvil almışdır. X5 isə icarəyə götürdüyü mağazanı artıq geri qaytardığı və mağazanın istifadəsində olmadığını bildirmişdi. Bunda sonra icra məmuru onunla əlaqə saxlamış və qeyri- yaşayış sahəsinin ona məxsus olduğunu bildirmiş və hazırda bununla bağlı Bakı İnzibati Məhkəməsinin icraatında olduğunu qeyd etmişdir. İcra məmuru bununla bağlı sənəd istəmiş, o, isə məhkəmə bildirişini icra məmuruna təqdim etməsinə baxmayaraq icra məmuru və cavabdeh olan Cavabdeh əlbir olaraq məhkəmə işi olduğunu bilə-bilə və ona sahibkara heç bir məlumat vermədən xx.xx.2023-cü il tarixində icra sənədini icra etmiş və qeyri-yaşayış sahəsini içərisində olan əmlaklarla birlikdə sökərək məhv etmişlər. Əmlakları belə siyahıya almamışlar. Bundan əlavə olaraq icra sənədində əmlakın boşaldılması qeyd edilsə də, qeyri- yaşayış sahəsinin sökülməsi qeyd edilməmişdir. Lakin cavabdeh icra məmuru ilə əlbir olaraq qeyri-yaşayış sahəsini daxilində olan əmlaklarını məhv etmişlər. Həmin əmlakların hazırda harda olması barədə məlumatıda vermirlər. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddia ərizəsinə aşağıdakı məzmunda etiraz vermişdir. İddiaçı iddia ərizəsində qeyd etdikləri tamamilə əsassızıdr, həqiqəti əks etdirmir, heç bir sübuta söykənmir. Ümumiyyətlə İddiaçı hazırki iddianı qaldırmağa heç bir sübyektiv hüququ yoxdur. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən sahəsi 49,4 kv.m olan qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. Cavabdeh sözügedən qeyri-yaşayış sahəsinin dəyərini ödəməklə tam qanuni yolla əldə etmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49,4 kv.m. olan qeyri-yaşayış binası və altındakı 0,40794 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir (qeydiyyat tarixi xx.xx.2014). Əmlaka özbaşına sahiblənmə həmin əmlaka hüquqların tanınmasına əsas verə bilməz. Belə ki, iddiaçı Cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 2 ünvanında yerləşən 49,4 kv.m olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən ona təhvil verilməsi, cavabdehin həmin qeyri- yaşayış sahəsindən çıxarılması və həmin sahənin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1302/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə dəyişdirlmədən saxlanılmış, Ali Məhkəmənin 24.01,2023-cü il tarixli qərarı ilə isə kassasiya şikayəti təmin edilməmişdir. Həmin qanuni qüvvəyə minmiş məhkəmə qətnamləri ilə də müəyyən edilmişdir ki, sözügedən qeyriyaşayış sahəsi qanuni əsaslarla Cavabdeh mülkiyyətindədir və həmin qeyri-yaşayış sahəsi qanuni yolla əldə edilmişdir. Həmin iş üzrə cavabdeh X5, hazırki iş üzrə iddiaçının iddia ərizəsində göstərilən dəlilləri qeyd etmiş, lakin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə həmin dəlillərin əsassız olması barədə düzgün hüquqi nəticəyə gəlinmişdir. İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati məhkəməsinə müraciət edərək, qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət registrində aparılmış qeydin və özəlləşdirmənin nəticələrinin ləğv edilməsi, qeyri - yaşayış sahəsinə dair yeganə təsisçisi olduğu “Çinar” kiçik müəssisəsinin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin qoyulması barədə qərar çıxarılması xahiş edilmişdir. Bakı İnibati Məhkəməsinin 2-1(112)-4634/2022 №-li, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-1341/2023 №-li qərardadı ilə adıçəkilən qərar ləğv edilmiş, iddia tələbi mümkünsüz sayılmışdır. Məhkəmə qətnaməsinin icrası icra məmurlarının, tələbkarın nümayəndəsi və borclunun iştirakı ilə xx.xx.2023-cü il tarixində həyata keçirilmişdir. İcra mərhələsi video çəkilişlə aparılmış, orada olan əmlaklar siyahıya alınmış, qeyri-yaşayış sahəsinin neçə vaxtdır fəaliyyət göstərməməsi, içərisinin natəmiz, yalnız bos kauçuk və dəmir çənlərin olması, qeyri-yaşayış sahəsinin icərisinin zirzibillə dolu olması videolentə alınmış, istifadə edilməyən lazımsız əşyalar aktlaşdırılaraq, Keşlə ərazidəki yerləşən zavodun həyətində saxlanca verilmişdir. Həmin əşyalar halhazırda da zavodun həyətindədir. xx.xx.2023-cü il tarixində tərtib edilmiş aktdan da göründüyü kimi qeyri-yaşayış sahəsində adları aşağıda qeyd olunan əşyalar mövcud olmuşdur:
1. dəmir çəllək-4 ədəd-içərisi boş.
2. plastik çən -6 ədəd- içərisi boş.
3. plastik su qabı-3 ədəd-boş.
4. dəmir çən-1 ədəd-boş (böyük).
5. istifadə edilmiş taxta parcaları.
6. kardonlar-əzik-üzük. Məhkəmə yerli baxış keçirməklə sadalanan əşyaların Zavodun həyətində olduğunu müəyyən edə bilər. Həmin əşyaları cavabdeh dəfələrlə icra məmuruna, İddiaçı və V.Sadıqova götürmələrini təklif etsə də, onlar əşyaları götürməkdən imtina etmişlər. Göründüyü kimi iddiaçının iddia ərizəsində iddiaçının qeyd etdikləri əşyalar sözügedən qeyri-yaşayış sahəsində mövcud olmamışdır. Ümumiyyətlə qeyri-yaşayış sahəsində olan əşyaların iddiaçıya məxsus olması barədə iddia ərizəsinə heç bir sübut əlavə edilməmişdir. İddiaçı həmçinin hazırda Bakı İnzibati Məhkəməsinin icraatında olan inzibati işə, Sabunçu rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 562 nömrəli sərəncamına, tikinti - quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının (tarixsiz aktı) aktına istinad etmişdir. Həmin aktın hansı tarixdə tərtib edildiyi görünmür, əvvəlki Məhkəmə araşdırmalarında araşdırma zamanı həmin aktın kötüyü ümumiyyətlə arxivdə müəyyən edilməmişdir.Bu isə o deməkdir ki, belə bir tarixsiz akt mövcud olmamışdır və bu sənədi də sübut kimi istifadə etmək olmaz. Digər tərəfdən, həmin aktda Sabunçu rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 562 nömrəli sərəncamına istinad olunsa da, qeyd edilən sərəncam qeyri-yaşayış binasının tikilməsinə icazə və ya bu məqsədlə torpaqayırmaya dair deyildir. Göründüyü kimi “Çinar” kiçik müəssisəsinə torpaq sahəsinin ayrılması, qeyri- yaşayış binasının tikintisinə icazə verilməsi, layihəsi və etibarlı olaraq istismara qəbul olunması barədə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Həmin sərəncamda mağazanın «Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi» ünvanı qeyd edilmişdir. Sərəncamda açılacaq mağazanın ünvanı dəqiq göstərilməmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda X5 tərəfindən mağazada 110092 manat məbləğində olan əmlakların İddiaçı təhvil verilməsi barədə (satıcı X4 iştirakı ilə) xx.xx.2023-cü il tarixli aktın əslini təqdim etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı tərəfindən Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 562 nömrəli sərəncamı (arxiv surəti) və «Tikinti - quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının Aktı» təqdim edilmişdir. Sabunçu rayon İcra Hakimiyyəti başçısının adıçəkilən sərəncamına əsasən «Çinar» kiçik müəssisəsinin rəhbərliyinə Zabrat qəsəbəsi, Babək küçəsindəki binada qapısı küçəyə açılmaqla mağaza təşkil edilməsinə icazə verilmişdir. «Tikinti - quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının Aktı» podratçının və istismarçının nümayəndəsi İddiaçı, layihəçinin nümayəndəsi Q.Məmmədov, Sabunçu rayon İcra Hakimiyyəti başçısının birinci müavini N.Əbdüləlimov, dövlət sanitar nəzarətinin nümayəndəsi Ə.Tahirovdan ibarət qəbul komissiyası tərəfindən adıçəkilən sərəncama əsasən inşa edilmiş tikinti obyekti istsmara yararlı hesab edilmişdir. Həmin Aktın tarixi, komissiyanın tərkibinin hansı orqanın əmri ilə təyin edilməsi, əmrin tarixi, nömrəsi qeyd edilməmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1302/2022 №-li iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh X3 qarşı iddiası təmin edilərək, X2, X2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 2 №-li qeyri-yaşayış binasından çıxarılması, binanın boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Həmin qətnamədən aşağıdakılar görünür. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 2 №-li qeyri-yaşayış binası xx.xx.2014-cü il tarixdən Cavabdeh mülkiyyətindədir. X5 həmin qeyri-yaşayış binasının hazırki iş üzrə İddiaçı ilə bağladığı xx.xx.2015-ci il tarixli icarə müqaviləsi əsasında qanuni əsaslarla istifadə etdiyini bildirmişdir. Lakin, məhkəmə X2 həmin qeyri-yaşayış binasından istifadəsini qanunsuz hesab edərək yüxarıda qed olunan qətnaməni qəbl etmişdir. İcra məmurları həmin qətnaməni icra etmiş, icra zamanı X5 icranın ona heç bir aidiyyətinin olmamasını bildirərək kənardan baxacağını bildirmiş, icra videoçəkilişlə həyata keçirilmiş, obyektdə aşkar olunmuş mallar siyahıya alınmış və tələbkara təhvil verilmişdir (təqdim edilmiş aktlar). Hazırda iddiaçı iddia ərizəsində göstərilən çoxsaylı əmlakların (və ya dəyərinin) cavabdehdən alınıb verilməsini, dəyəri 72000 manat qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən öz hesabına inşa edilərək əvvəlki vəziyyətinə gətirilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qanunsuz və əsassız olduğu qənaətinə gəlmişdir. İddiaçı iddia tələbinin hüquqi əsaslarını göstərməmişdir. İddiaçı ilə cavabdehin arasında hər-hansı hüquq münasibətləri mövcud olmamışdır. İddiaçı iddia tələbində göstərilən daşınar və daşınmaz əmlakların ona aid olmasına dair məhkəməyə sübutlar təqdim etməmişdir. Əksinə, qeyri-yaşayış sahənin hazırki iş üzrə cavabdehin mülkiyyətində olması qeyri-şərtsizdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 50.2-ci maddəsinə əsasən özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər ….. iddiaçılar hesab edilirlər. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İddiaçının da qeyd etdiyi kimi, o, obyekti əşyalarla birlikdə Sadıqov Valehə təhvil vermiş, sonuncu icranı kənardan müşahəidə etmiş, oradakı əmlakların İddiaçı məxsus olmasını bildirməmiş, onun da icraya cəlb edilməsini tələb etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan əmlakların (daşınar və daşınmaz) ona məxsus olmasına, həqiqətən həmin əşyaların qeyri-qanuni məhv olmasına dair sübutlar təqdim etmədyindən ümumiyyətlə heç iddiaçı qismində çıxış edə bilməz. Bundan başqa, məhkəmə hesab edir ki, həmin əşyalar həqiqətən iddiaçının mülkiyyətində olmuş olsa da belə, hazırki tələb Cavabdeh yönələ bilməz. İddiaçının nümayəndəsi X5 tərəfindən təqdim edilmiş 110092 manat məbləğində olan əmlakların İddiaçı təhvil verilməsi barədə xx.xx.2023-cü il tarixli aktdan da görünür ki, iddiaçının iddia etdiyi əmlaklar ona X5 tərəfindən təhvil verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı obyektin mübahisəli olduğunu və məhkəmə işinin getdiyini bildiyi halda qeyd olunan məbləğdə əmlakları həmin obyektdə saxlaması inandırıcı deyil. Məhkəmə hesab edir ki, icra məmurları tərəfindən qanuni qüvvəsini almış məhkəmə qətnaməsi lazımi qaydada icra edilmişdir, həmin icra işində İddiaçı tərəf deyil və onun hazırda belə bir iddia qaldırmağı subyektiv hüququ mövcud deyil. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində təsbit olunmuşdur ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir, habelə məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun: “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Odur ki, məhkəmə hesab edir ki, işin faktiki hallarına dair sübutlar təqdim edilmədiyindən, işin hüquqi əsasları göstərilmədiyindən, ümumiyyətlə iddiaçı və cavabdeh düzgün seçilmədiyindən, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Tahirə Əsədova