Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5779/2023 06.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, İddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi, Cavabdeh İddiaçınə qarşı “əsassız borcun silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-nə vurulmuş 7231,82 manat, iddiaçı tərəfindən ödənilmiş 92.32 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 7324.14 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə SD-559367 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Zenner G-4 Smart **********3 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş 12.2016-cı il tarixli ******* saylı akt əsasında 462,60 manat; 01.2017-ci il tarixli ******* saylı akt əsasında 317,60 manat; 02.2017-ci il tarixli ******* saylı akt əsasında 201,60 manat; 03.2017-ci il tarixli ******* saylı akt əsasında 166,40 manat; 05.2017-ci il tarixli ******* saylı akt əsasında 180,40 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 100,80 manat; 10.2017-ci il tarixli ******* saylı akt əsasında 77,20 manat; 03.2018-ci il tarixli ******* saylı akt əsasında 670,40 manat; 01.2019-cu il tarixli ******* saylı akt əsasında 853,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; 01.2020-ci il tarixli ******* saylı akt əsasında 540 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 388,80 manat olmaqla, ümumilikdə 4092,20 manat məbləğində İddiaçı İB-nə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdehin istifadə etdyi qaz sərfiyyatına görə 3139.62 manat debitor borcu məbləğində borc yaranmışdır. Cavabdeh tərəfindən İddiaçı İB-nə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 7231.82 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-nə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Daha sonra iddiaçının nümayəndəsi X3 məhkəməyə ərizə təqdim edərək, Cavabdeh İddiaçı İB-nə vurulmuş 4092.20 manat dəymiş ziyanın, sayğac vasitəsilə istifadəyə görə yaranmış 3139.62 manat debitor borcun və 92.32 manat dövlət rüsumunun, cəmi 7324.14 manat məbləğində pulun Cavabdeh İddiaçı İB-nin xeyrinə məcburi qaydada tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçınə qarşı “əsassız borcun silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında abonent kodu **********00000 olan qaz sayğacına İddiaçı tərəfindən xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 4525 kubmetr; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 1588 kubmetr; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 1008 kubmetr; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 832 kubmetr; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 902 kubmetr; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 504 kubmetr; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 386 kubmetr; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 3352 kubmetr; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 8532 kubmetr; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 1332 kubmetr; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 5400 kubmetr; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 3888 kubmetr qaz itkisinə görə dəymiş ziyan kimi hesablanmış 4092.20 manat borcun silinməsi və həmin aktların ləğv olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanındakı ev onun adınadır və həyat yoldaşı ilə birlikdə həmin evdə yaşayır. Həmin ünvanda quraşdırılmış abonent kodu **********00000 olan mexaniki tipli qaz sayğacı onun istifadəsindədir. Həmin sayğac onun adınadır. Sayğac bu günə kimi bir neçə dəfə İddiaçı tərəfindən dəyişdirilmişdir. Bu yaxınlarda ərazi qaz nəzarətçisi ona mexaniki qaz sayğacına istehlak etdiyi qazın sərfiyyatına dair bildiriş vermişdir. Həmin bildirişdə istehlak etdiyi qaz sərfiyyatına görə borcdan əlavə borc da yazılmışdır. O, ərazi qaz nəzarətçisindən borcun hansı əsasla yazıldığını soruşduqda o, İddiaçınə müraciət etməli olduğunu bildirmişdir. O, bu yaxınlarda İddiaçınə müraciət edərək, ona yazılan borcun səbəbini soruşmuşdur. Orada ona bildirmişlər ki, guya o, qaz xəttinə qanunsuz müdaxilə etmiş və buna görə dəymiş ziyan olaraq 4092.20 manat borc hesablanmışdır. İddiaçı tərəfindən həmin aktlar ona təqdim edilmişdir. Həmin aktlara baxarkən müəyyən etmişdir ki, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 4525 kubmetr; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 1588 kubmetr; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 1008 kubmetr; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 832 kubmetr; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 902 kubmetr; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 504 kubmetr; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 386 kubmetr; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 3352 kubmetr; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 8532 kubmetr; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 1332 kubmetr; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 5400 kubmetr; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 3888 kubmetr qaz itkisinə görə ondan ümumi olaraq 4092.20 manat pul tələb olunur. Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı ona qaz xəttinə qanunsuz müdaxilə olunan yerin fotoşəkillərini təqdim etdi. O, fotoşəkillərə baxıb həmin yerin onun evinə aid olmadığını bildirmişdir. Bildirmişdir ki, sayğac onun evinə aid olsa da, həmin şəkillərdə qanunsuz müdaxilə yoxdur, əlavə çəkilən şəkillərin onun sayğacına heç bir aidiyyətinin olmadığını və əsassız yazılan aktların ləğv olunmasını tələb etmişdir. O, Azəriqaz” İstehsalat Birliyinin əməkdaşına bildirmişdir ki, sayğaca və qaz xəttinə heç vaxt müdaxilə etməmişdir, evinin sayğacı küçədə quraşdırılıb. Qaz xəttinə müdaxilə etmək qeyrimümkündür. Həmin fotoşəkillərin onun sayğacına heç bir aidiyyəti yoxdur. Azəriqaz” İstehsalat Birliyi istehlak etdiyi qazın dəyəri olaraq əlavə 3139.62 manat borc tələb edir. O, həmin ödənişləri ərazi qaz nəzarətçisinə ödəmişdir. Onun qaz sayğacı işlədiyi halda və həmin sayğac əsasında istehlak olunan qaz sərfiyyatına görə borcu yarandığı halda Azəriqaz” İstehsalat Birliyinin guya qaz xəttinə qanunsuz müdaxiləyə görə əsassız aktlar tərtib etməsi ədalətsizlikdir və heç bir həqiqəti əks etdirmir. Daha sonra Cavabdeh məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ünvan 2 ünvanında abonent kodu **********00000 olan qaz sayğacına İddiaçı tərəfindən xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 4525 kubmetr; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 1588 kubmetr; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 1008 kubmetr; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 832 kubmetr; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 902 kubmetr; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 504 kubmetr; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 386 kubmetr; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 3352 kubmetr; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 8532 kubmetr; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 1332 kubmetr; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 5400 kubmetr; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 3888 kubmetr qaz itkisinə görə dəymiş ziyan kimi hesablanmış 4092.20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi, qarşılıqlı iddia tələbini qəbul etmədi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh 2016-cı ildə təbii qazdan sayğacdan kənar istifadə etməsini etiraf etdi və debitor borcu ilə razılaşdığını bildirdi, ilkin iddia tələbini qismən qəbul etdi, qarşılıqlı iddia tələbini müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın və qarşılıqlı iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli AKX-05593xx/xx-2023 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin 1-ci bəndinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İş materiallarında olan təbii X2nın pozulması haqqında xx.xx.2016-cı il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh evində quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi akşar edilmişdir. İş materiallarında olan təbii X2nın pozulması haqqında xx.xx.2017-ci il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh evində quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi akşar edilmişdir. İş materiallarında olan təbii X2nın pozulması haqqında xx.xx.2017-ci il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh evində quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi akşar edilmişdir. İş materiallarında olan təbii X2nın pozulması haqqında xx.xx.2017-ci il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh evində quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi akşar edilmişdir. İş materiallarında olan təbii X2nın pozulması haqqında xx.xx.2017-ci il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh evində quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi akşar edilmişdir. İş materiallarında olan təbii X2nın pozulması haqqında xx.xx.2017-ci il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh evində quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi akşar edilmişdir. İş materiallarında olan təbii X2nın pozulması haqqında xx.xx.2017-ci il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh evində quraşdırılmış sayğaca baxış keçirilmiş və mənzildə 1 ədəd sayğacdan kənar dəmir soba akşar edilmişdir. İş materiallarında olan təbii X2nın pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh evində quraşdırılmış sayğaca baxış keçirilmiş və sayğacın giriş klapanının qırıq vəziyyətdə olduğu, çıxış membranında dəlik akşar edilmişdir. İş materiallarında olan təbii X2nın pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh evində quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin təbii qazdan sayğacdan kənar rezin boru vasitəsilə qeyri-qanuni istifadə etməsi akşar edilmişdir. İş materiallarında olan təbii X2nın pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh evində quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi akşar edilmişdir. İş materiallarında olan təbii X2nın pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh evində quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin təbii qazdan sayğacdan kənar 15 mm-lik rezin boru vasitəsilə qeyri-qanuni istifadə etməsi akşar edilmişdir. İş materiallarında olan təbii X2nın pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh evində quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi akşar edilmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, Cavabdeh yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 462,60 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 317,60 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 201,60 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 166,40 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 180,40 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 100,80 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 77,20 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 670,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 853,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 540 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 388,80 manat məbləğində zərər hesablanmışdır. Bundan başqa, Cavabdeh debitor borcu 3139.62 manat təşkil edir. Məhkəmə heyəti tərəfindən cavabdehin yaşadığı ünvana yerli baxış keçirilmiş, baxış zamanı cavabdehin ünvanına gedən qaz xəttinə əvvəllər qeyri-qanuni qoşulması ehtimalının mövcudluğu aşkar edilmişdir. İddiaçının təqdim etdiyi fotoşəkillərin bəzilərinin həmin evə aid olduğu müəyyən edilmişdir. Cavabdeh bir dəfə 2016-cı ildə təbii qazdan sayğacdan kənar istifadə etməsini etiraf etmişdir. Məhkəmə ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X2”nın: 1.1-ci bəndinə əsasən bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 3.4.1-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.5.2-ci maddəsinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Məhkəmə hesab edir ki, xx.xx.2017-ci il tarixli; xx.xx.2017-ci il tarixli; xx.xx.2017-ci il tarixli; xx.xx.2017-ci il tarixli; xx.xx.2017-ci il tarixli; xx.xx.2017-ci il tarixli; xx.xx.2018-ci il tarixli aktlar əsasında tələb olunan zərər üzrə tələb öz qüvvəsini itirmişdir, ona görə də iddia tələbi həmin hissədə təmin edilə bilməz. Bundan başqa, işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən sonrakı tarixlərdə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edilsə də, paylayıcı tərəfindən qanunsuz qaz xətti şəbəkədən ayrılmamış, qazın verilməsi dayandırılmamış və dəymiş zərərin ödənilməsi cavabdehdən tələb edilməmiş, əksinə qeyd olunan hallarla bağlı hər dəfə müvafiq aktlar tərtib edilərək dəymiş ziyan hesablanmışdır. Bundan başqa, İddiaçı tərəfindən tərtib edilmiş aktlar qanunvericiliyin sadalanan normalarının tələblərinə zidd olaraq, Cavabdeh tərəfindən imzalanmamış, aktlar İddiaçı əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir ki, bu da yuxarıda adıçəkilən qaydaların 6.7-ci bəndinə ziddir. Həmin bəndə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 317,60 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 201,60 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 166,40 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 180,40 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 100,80 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 77,20 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 670,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 853,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2020ci il tarixli ******* saylı akt əsasında 540 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 388,80 manat məbləğində zərərin cavabdehdən tutulması əsassızdır, odur ki, iddia həmin hissədə rədd edilməlidir. Bundan başqa, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X2»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi Cavabdeh deyil, iddiaçı özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində cavabdehin təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi iddiaçı tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında cavabdehin abunə koduna hesablanmış 670,40 manat zərərin tutulması barədə iddia tələbi rədd edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən – cavabdehin etriaf etdiyi xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 462,60 manat dəymiş zərər, 3139.62 manat ödənilməmiş debitor borc olmaqla, cəmi 3602.22 manat məbləğində borcun tutulması hissəsində təmin edilməlidir. Məhkəmə, qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Yuxarıda qeyd edildiyi kimi, təbii X2nın pozulması haqqında xx.xx.2017-ci il tarixli ******* saylı; xx.xx.2017-ci il tarixli ******* saylı; xx.xx.2017-ci il tarixli ******* saylı; xx.xx.2017-ci il tarixli ******* saylı; xx.xx.2017-ci il tarixli ******* saylı; xx.xx.2017-ci il tarixli ******* saylı; xx.xx.2018-ci il tarixli ******* saylı; xx.xx.2019-cu il tarixli ******* saylı; xx.xx.2019-cu il tarixli ******* saylı; xx.xx.2020-ci il tarixli ******* saylı; xx.xx.2020-ci il tarixli ******* saylı aktlar əsasında hesablanmış 3629.60 manat məbləğində zərərin ödənilməsi hissəsində ilkin iddia tələbi əsassız hesab edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi qismən, 3629.60 (4092.20-462.60) manat məbləğində borcun silinməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ilkin iddia tələbi üzrə Cavabdeh 56.02 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilməli, qarşılıqlı iddia üzrə isə İddiaçındən 56.30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 462,60 manat dəymiş zərər, 3139.62 manat debitor borc olmaqla, cəmi 3602.22 manat məbləğində borc və 56.02 manat dövlət rüsumu tutularaq İddiaçı bank hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı tərəfindən ünvan 2 ünvanında quraşdırılmış qaz sayğacına (Cavabdeh **********00000 saylı abunə koduna) hesablanmış 3629.60 manat məbləğində borc silinsin. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. İddiaçındən 56.30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-5779/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5779/2023
06.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver