Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-582/2023 10.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı nümayəndə və vəkilləri Vəkil3, Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyanın əvəzi olaraq ödənildiyi gün Azərbaycan manatının məzənnəsi ilə 115.000 ABŞ dollarının və ödənilmiş 485,50 manat dövlət rüsumunun cavabdehdən alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdehla xx.xx.1995-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından X19 adlı bir qızları doğulmuşdur. İlahə Tükənovadan savayı istər onun, istərsə cavabdehin əvvəlki nikahlarından olan övladları var. Yaxın vaxta qədər cavabdehlə münasibətləri normal olsa da, sonradan cavabdehin kəskin dəyişməsi nəticəsində münasibətləri pisləşmişdir. Halhazırda Nərimanov Rayon Məhkəməsinin icraatında cavabdehlə aralarında nikahın pozulması barədə işə baxılır. Münasibətlərin kəskinləşməsinə baxmayaraq, əvvəllər istər o, istərsə də, bütün övladları cavabdehə qayğı ilə yanaşmış, onu bütün işlərində dəstəkləmiş və müdafiə etmişlər. Belə ki, 2019-cu ildə Cavabdeh ürəyində ciddi problemlər yaranmış, onun müalicəsi və sağalması üçün mümkün bütün addımlar atılmış, müxtəlif həkimlərə, səhiyyə müəssisisələrinə müraciətlər edilmiş, Azərbaycan Respublikasının səhiyyə sahəsi ilə məhdudlaşmayaraq cavabdehin müalicəsi üçün ölkədən kənarda imkanlar axtarılmışdır. Bu minvalla cavabdehi xx.xx.2019-cu il tarixdə Gürcüstan Respublikasına göndərmişlər, istər Azərbaycan Respublikasında, istərsə də, ölkədən kənarda müalicəsi üçün külli miqdarda pul xərcləmişlər, onun Gürcüstanda müalicə (əməliyyat) olunması zamanı ailəliklə müşayiət etmiş, onun bütün xərclərini ödəmişlər. Nəhayət, bütün cəhdlərdən sonra həkimlər ürəyin dəyişdirilməsinə zərurət yarandığını bildirmişlər. Bu məqsədlə Cavabdeh Belarusiya Respublikasına göndərilməli olmuş, orada ürək transplantasiyası üçün onlara 150.000 ABŞ dolları məbləğində hesab verilmişdir. Cavabdeh təcili bu məbləğin tapılmasını, borc alınmasını israr etmiş, əks halda, onu çox ciddi sağlıq təhlükəsi gözləmişdir. Həmin vaxt onların buna imkanı olmadığı üçün cavabdehin təkidi ilə o, qohum-qonşulara müraciət etmiş və pulun 115.000 ABŞ dolları hissəsini qonşusu və ailə dostları X9 ailəsindən borc almışlar. Belə ki, xx.xx.2019-cu il tarixdə Rəna Cəfərova Cavabdeh xx.xx.2019-cu il tarixli, 388 nömrəli hesabı əsasında "xxxx" ASC-nin Bakıxanov filialı vasitəsilə cavabdehə 115.000 ABŞ dolları məbləğində pul göndərmişdir. Cəfərovlar ailəsi 115.000 ABŞ dolları borc verərkən onlara bildirmişdilər ki, “özünüzü darıxdırmayın, Turab əməliyyat olunsun, gəlsin, pulunuzu toplayıb qaytararsız.” Cavabdehin ürəyində uğurlu əməliyyat aparılmış və artıq 2019-cu ilin noyabr ayında ölkəyə qayıtmış, artıq onun ürəyindəki ciddi problemlər aradan qalxmışdı. Lakin Turab qayıtdıqdan sonra nəinki ürəyi, hətta xasiyyəti belə dəyişdirilmiş şəkildə evə dönmüş, səbəbsiz söz-söhbətlər yaratmış, hər kəslə münaqişəyə girmişdir. Əvvəllər yeni qayıtdığı üçün borcun qaytarılması məqsədi ilə onu çox narahat etməsə də, sonradan ona Cəfərovların pulunun qaytarılmasını bildirərkən hər dəfə bəhanə gətirib ödəniləcəyini söyləmişdir. Lakin get-gedə ailələrində söz-söhbətlər artmağa başlamış, münaqişələr yaranmış və onlar ayrılmışlar. Qohum-qonşudan bunu bir müddət gizləməyə çalışsalar da, sonradan onların problemlərindən artıq qonum-qonşu da xəbər tutmağa başlamışdır. Cəfərovlar ailəsi nikahlarının pozulması haqda məhkəmə işindən xəbər tutduqdan sonra verdikləri 115.000 ABŞ dollarını tələb etmişlər. O, bu haqda cavabdehə xəbərdarlıq etsə də, cavabdeh heç bir pul ödəməyəcəyini bildirmişdir. Lakin 115.000 ABŞ dolları məbləğində pulu bilavasitə o, aldığı üçün və qaytarmağa söz verdiyi üçün bu pulun ödənilməsi məqsədilə yenə də qohumlarına və dostlarına müraciət etmiş, onlardan toplayıb sözügedən 115.000 ABŞ dollarını Cəfərovlar ailəsinə qaytarmışdır. Göründüyü kimi, cavabdeh ürəyinin dəyişdirilməsi üçün təkid edib, yalvarıb onun vasitəsilə aldığı pulun qaytarılmaması nəticəsində ona külli miqdarda zərər vurmuşdur. Cavabdehin sözügedən hərəkətləri nəticəsində, ona 115.000 ABŞ dolları zərər dəymişdir. Belə hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində ona 115.000 ABŞ dolları maddi ziyan və 485,50 manat dövlət rüsumunun əvəzi ödənilməlidir. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi tam əsassızdır. Belə ki, X16 adından ona əməliyyat edilməsi üçün göndərilən pul vəsaiti onun özünə məxsus olmaqla, onun evində olmuş pul vəsaiti olmuşdur. Onun başqa şəxsin puluna ehtiyacı olmamışdır. X16 həmin dövrdə cəmi 22 yaşı olmuş, onun həmin məbləğdə pulu ola bilməzdi. X1 atası ilə münasibəti pis olmuş, Rəna Cəfərovanın atasının ona 7.000 ABŞ dolları borcu olmuş, bu vaxta qədər borcu qaytarılmamışdır. İddiaçıya münasibətdə isə bildirir ki, o, İddiaçı ilə xx.xx.1995-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Həmin dövrdə İddiaçı X21 və X20 adlı iki azyaşlı uşağı olmuş, ailə qurduqdan sonra da cavabdehin uşaqlarını o, böyüdüb başa çatdırmışdır. Onların birgə nikahlarından X19 adlı bir qızları da olmuşdur. Birgə nikah dövründə o, çoxsaylı mənzillər, qızıl-zinət əşyaları, daş-qaşlar almış, daşınmaz əmlakların bir qismini öz adına, bir qismini isə İddiaçı adına rəsmiləşdirmişdir. 2019-cu ildən ürəyində güclü ağrılar baş qaldırmış, həmin dövrdən mütəmadi olaraq müalicə almağa başlamış, lakin ürəyinin müalicəsi Bakı şəhərində mümkün olmadığına görə, müalicə olunmaq üçün xx.xx.2019-cu il tarixdə Gürcüstan Respublikasına getmişdir. Orada bir müddət müalicə olunduqdan sonra həkimlər ona ürəyinin dəyişdirilməsi zərurətinin olmasını bildirmişlər. Ürəyindən əməliyyat olunmaq üçün Belarusiya Respublikasına getməli olduğu vaxt onun evində 500.000 manat olmuşdur. Əməliyyat üçün isə, ona 115.000 ABŞ dolları lazım olmuşdur. O, evində pulu olduğunu bildiyi üçün əməliyyata getmişdir. O, İddiaçı ona pul göndərməsini tələb etdikdə, sonuncu, müxtəlif bəhanələrlə pul göndərməkdən imtina etmiş, yubandırmışdır. Çox təkiddən sonra, nəhayət 2019-cu ilin avqust ayında iddiaçı ona başqa şəxsin adı ilə 115.000 ABŞ dolları pul vəsaiti göndərmişdir. Orada əməliyyat olunduqdan sonra xx.xx.2019-cu il tarixdə evə qayıtdığı vaxt İddiaçı hansı səbəbdən onun öz pulunu başqa şəxsin adı ilə ona göndərməsini başa düşməmiş, bundan şübhələnməmişdir. Sonradan isə o, xaricdə olduğu dövr ərzində isə İddiaçı uşaqlarla əlbir olub, onların birgə nikah dövründə əldə etdikləri bütün əmlakları satmasını, qızı X4 adına başqa daşınmaz əmlaklar almasını bildikdən sonra İradənin əsl məqsədini başa düşmüşdür. Belə ki, o, xaricdə olduğu vaxt İddiaçı xx.xx.2019-cu il tarixdə 24 saylı notariat ofisində onun adından saxta etibarnamə götürmüş, bu etibarnamə ilə adlarına olan bütün əmlakları özgəninkiləşdirmiş, pullarına isə qızı İlahənin adına başqa əmlaklar almaqla onun əmlaklarını mənimsəmişdir. İndi isə əvvəlcədən planlaşdırdığı kimi onun üçün göndərdiyi özünə məxsus olan 115.000 ABŞ dollarını guya X5 borc aldığını bildirərək, həmin pulun ondan tutulması barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçı tərəfindən bütün bu əməllər əvvəlcədən planlaşdırılmış qaydada həyata keçirildiyinə görə, o iddiaçıdan şübhələnməmiş, heç ağlına da gəlməmişdir ki, bu qədər əmlakı iddiaçı başqabaşqa şəxslərin adlarına keçirməklə özgəninkiləşdirə bilər. Bildirmək istəyir ki, onun maddi imkanı kifayət qədər yaxşı olmuş, o, uşaqların hamısına xaricdə təhsil vermiş, iddiaçının özü üçün avtomobil almışdır. Onlar birgə nikah dövründə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində, 79 saylı evin, 33 saylı mənzilini, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Babayev küçəsi, 3024-cü məhəllə, bina 1, blok 1-də yerləşən 58 saylı mənzili, Bakı şəhəri, Nərimanov rayonu, X37 küçəsində, 19b saylı evin, 41 saylı mənzilini, Bakı şəhəri, Nərimanov rayonu, X37 küçəsində, 19b saylı evin, 46 saylı mənzilini, Bakı şəhəri, Nərimanov rayonu, X37 küçəsində, 19b saylı evin, 33 saylı mənzilini, Bakı şəhəri, Nərimanov rayonu, X37 küçəsində, 19b saylı evin, 18 saylı mənzilini, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 105/35 saylı evin 49 saylı mənzilini, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi, 3024-cü məhəllə, korpus 1, 4V saylı evin, 51 saylı mənzilini almışlar. Həmin mənzillərin ümumilikdə təxminən 2.000.000 manat dəyəri olmuşdur. İddiaçı, X21, X20 və X19 əvvəlcədən əlbir olub ona məxsus həmin əmlakları ələ keçirmiş, o, isə bunları sonradan bilmişdir. Hal-hazırda o, cavabdehlər İddiaçı, X10, X6 və X7 onu aldatmalarını bu yaxınlarda, X7 adına çox sayda daşınmaz əmlakın qeydə alınmasını bildikdən sonra başa düşmüşdür. Belə ki, bu vaxta qədər yalnız İddiaçı onu aldatmasını düşünmüşdür. Belə hesab etmişdir ki, İradə bu işləri tək etmiş, uşaqların bundan xəbəri olmamışdır. Lakin ona sonradan məlum olmuşdur ki, əmlaklarını satdıqdan sonra onlar X4 adına Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0599 ha torpaq sahəsini, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0599 ha torpaq sahəsini, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsini, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0598 ha torpaq sahəsini, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsini, Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, məhəllə 577, ev 74, mənzil 493, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, b 74 nömrəli qeyri-yaşayış sahəsini, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 9, mənzil 9, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5405 saylı bağ evini, Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, məhəllə 577, ev 5, mənzil 1, Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, məhəllə 577, ev 5, qeyri-yaşayış sahəsini almışlar. Bakı şəhəri, Buzovna qəsəbəsi, 72/60 saylı sahədə 0,12 ha torpaq sahəsi, Abşeron rayonu, Masazır kəndində 0,06 ha torpaq sahəsi, Abşeron rayonu, Masazır kəndində 0,06 ha torpaq sahəsi, Abşeron rayonu, Masazır kəndində 0,06 ha torpaq sahəsi, Quba şəhəri, Dəvədabanı y/m küçəsində 0,10 ha torpaq sahəsi isə 2020-ci ildən sonra, yəni ona məxsus mənzillər saxta sənədlər əsasında İddiaçı tərəfindən satıldıqdan sonra, İddiaçı oğlu Zaur Musayevin adına alınmışdır. Onun bu qədər var-dövləti olduğu halda, iddiaçının başqa şəxslərdən borc pul alması absurddur. Sadalanan mənzillərdən əlavə, onların başqa əmlakları – qızıl-zinət əşyaları olmuş, İddiaçı həmin əmlakları da evdən gizlincə aparmışdır. Belə ki, o, xaricə əməliyyat olunmağa gedən zaman evdə 500.000 manat məbləğində nağd pul vəsaiti, 20 ədəd 5-lik “İmperial” qızıl, 20 ədəd 10-luq qızıl, dəyəri 4000 ABŞ dolları olan 1 ədəd qızıl komplekt və dəyəri 16.000 ABŞ dolları olan, 1 ədəd brilliant qaşlı qolbaq və 2 ədəd kişi qızıl üzüyü olmuşdur. Məhz İddiaçı ona məxsus əmlakların dələduzluq yolu ilə ələ keçirilməsində Rəna Cəfərovadan da istifadə etmiş, bununla da İddiaçı Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil3 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin olunması və Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq ödənildiyi gün Azərbaycan manatının məzənnəsi ilə 115.000 ABŞ dollarının və ödənilmiş 485,50 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. O, öz mövqeyini – Cavabdeh əməliyyatı üçün X22 tərəfindən Belarus Respublikasına göndərilmiş 115.000 ABŞ dollarının iddiaçı tərəfindən 2022-ci ilin təxminən may-iyun aylarında Rəna Cəfərovaya ödənilməsi və bu halın Rəna Cəfərova tərəfindən məhkəməyə ünvanlanmış ərizə ilə etiraf edilməsi ilə əsaslandırdı. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək izahatında iddia ərizəsinə etirazda yazılanlara uyğun izahat verdi və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. O, öz mövqeyini onunla əsaslandırdı ki, Cavabdeh Belarus Respublikasında ürək əməliyyatı edilməsi üçün 115.000 ABŞ dolları pul vəsaitinin Rəna Cəfərovanın adından göndərilməsi mübahisə edilmir, lakin həmin pul X26 Musayeva ilə birgə nikah dövründə əldə etdiyi pul vəsaitindən verilmiş və onların öz pulları olmuşdur. Hətta Suraxanı Rayon Prokurorluğunda İddiaçı barəsində Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə aparılan cinayət işi üzrə İddiaçı elan edilən ittihamda da İddiaçı ona məxsus mənzilləri sataraq ona 545.000 manat zərər vurması müəyyən edilmişdir. Ümumilikdə isə İddiaçı tərəfindən Cavabdeh əməliyyatda olduğu dövrdə 750.000 manat dəyərində olan mənzil satılmış və İddiaçı bildirdiyinə əsasən, Cavabdeh həmin mənzillərin satışından məlumatı olmuşdur. X23 115.000 ABŞ dolları borcu olduğu halda, 750.000 manatlıq mənzillər satıldıqdan sonra İddiaçı həmin mənzillərin satışından əldə edilmiş puldan Rəna Cəfərovaya olan borcu ödəməməsi sual doğurur. Rəna Cəfərova tələbə olmaqla Almaniyada təhsil alır. Rəna Cəfərova 2022-ci ildə Bakı şəhərində olmamışsa, İddiaçı 115.000 ABŞ dollarını Rəna Cəfərovaya hansı yolla verməsi də sual doğurur. Bundan əlavə, Cavabdeh əməliyyatından sonra 8000 ABŞ dolları artıq qalmış və həmin pul məbləği X8 adına göndərilmiş, Rəna Cəfərova isə həmin pul vəsaitini çıxarıb ona qaytarmışdır. X11 halda, pulu ona qaytarması, eləcə də, Rəna Cəfərovanın pulu ona qaytarmaması halında Rəna Cəfərovaya 115.000 ABŞ dolları ödənilməsi suallar doğurur. Rəna Cəfərovanın məhkəməyə ünvanladığı ərizədən də görünür ki, ərizədə İddiaçı həyat yoldaşı Cavabdeh ürək əməliyyatı üçün aldığı 115.000 ABŞ dolları borcunu geri qaytarması göstərilmişdir. Lakin həmin ərizədə pulun nə vaxt Rəna Cəfərovaya verilməsi göstərilməmişdir. İddiaçı bu ərizənin məzmunundan istifadə edərək pulun Rəna Cəfərovaya 2022-ci ilin may-iyun aylarında ödənilməsini göstərməklə, həmin pulun ona məxsus olmasını sübut etməyə çalışır, lakin həmin pulun hansı tarixdə Rəna Cəfərovaya verilməsi barədə məhkəməyə heç bir sübut təqdim edə bilmir. Halbuki, bu pullar onların birgə nikah dövründə əldə etdiyi pullar olmuş və bu baxımdan Rəna Cəfərovaya 115.000 ABŞ dollarını Belarus Respublikasına göndərilməzdən əvvəl və ya sonra verilməsinin heç bir əhəmiyyəti yoxdur. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia ərizəsinə etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, X9 adından Cavabdeh adına tibbi xidmətlər üçün “BelorusBank”da olan bank hesabına 115.000 ABŞ dolları göndərilmişdir. - Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Məmmədəli Cümşüdovun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin qərarla ********* nömrəli cinayət işi üzrə İddiaçı Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Həmin qərarla elan edilən ittihama əsasən İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X37 küçəsi, ev 19 B ünvanında yerləşən 18 saylı mənzili xx.xx.2019-cu il tarixdə X12 110.000 manata, Bakı şəhəri, Nərimanov rayonu, X37 küçəsi 19B ünvanında yerləşən 46 saylı mənzili xx.xx.2019-cu il tarixdə X2 170.000 manata və ünvan 3 ünvanında yerləşən 33 saylı mənzili xx.xx.2019-cu il tarixdə X13 265.029 manata satmışdır. - X22 tərəfindən elektron imza ilə imzalanmış və tarixi olmayan (0quo9urpvh971eb17c4e) ərizənin məzmununa əsasən İddiaçı həyat yoldaşı Cavabdeh ürək əməliyyatı üçün aldığı 115.000 (yüz on beş min) USD borcunu geri qaytarmışdır. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)- 3079/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı, X14, X15 və X17, X3, "xxxx" MMC-nə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2596/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.1995-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon VVAQ şöbəsi tərəfindən qeydə alınmış və 207 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı işin konkret halları və proses iştirakçılarının izahatları ilə işin mübahisə edilməyən halları kimi müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı xx.xx.1995-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, 2019-cu il tarixdə Cavabdeh ürək transplantasiyası edilməsi üçün Belarus Respublikasına getmiş, orada onun ürəyində əməliyyat edilməsi üçün 115.000 ABŞ dolları pul vəsaiti lazım olmuş, həmin pul vəsaiti xx.xx.2019-cu il tarixdə X9 adından Cavabdeh adına “Belorus Bank”a köçürülmüşdür. X22 həmin pul vəsaitinin İddiaçı tərəfindən ona ödənilməsini bildirir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2596/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında olan nikahın pozulması qət edilmişdir. Cavabdeh İddiaçı ilə ailə münasibətlərinin faktiki olaraq 2021-ci ilin avqust-oktyabr aylarında pozulduğunu bildirir. İddiaçı 115.000 ABŞ dollarının Rəna Cəfərovaya 2022-ci ilin may-iyun aylarında, yəni ailə münasibətləri pozulduqdan sonra ödənildiyini bildirir. Cavabdeh Rəna Cəfərovaya verilən pulun evdə olan, birgə nikah dövründə əldə etdikləri pul vəsaiti olmasını bildirdiyinə görə, İddiaçı 115.000 ABŞ dolları məbləğində pul vəsaitini Rəna Cəfərovaya 2022-ci ilin may-iyun aylarında, yəni faktiki ayrı yaşadıqları dövrdə verməsini sübut etmək vəzifəsi yaranır. Lakin iddiaçı 115.000 ABŞ dolları məbləğində pul vəsaitini Rəna Cəfərovaya 2022-ci ilin may-iyun aylarında verdiyini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə də, Cavabdeh müalicəsi üçün Belarus Respublikasına göndərilmiş 115.000 ABŞ dolları məbləğində pul vəsaitinin X18 verilməsi deyil, həmin pul vəsaitinin tərəflərin birgə nikah dövründə əldə etdikləri pul vəsaiti hesabına və ya İddiaçı öz vəsaiti hesabına verilməsi işin mübahisə edilən halıdır və iddiaçı həmin pul vəsaitinin onun hesabına ödənilməsini sübut etməldir. Qeyd edilənlərdən əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından da görünür ki, 115.000 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh adına “Belorus Bank”a göndərildiyi tarixdən Cavabdeh Azərbaycan Respublikasına qayıtdığı xx.xx.2019-cu il tarixədək İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X37 küçəsi, ev 19 B ünvanında yerləşən 18 saylı mənzili xx.xx.2019-cu il tarixdə X12 110.000 manata, Bakı şəhəri, Nərimanov rayonu, X37 küçəsi 19B ünvanında yerləşən 46 saylı mənzili xx.xx.2019-cu il tarixdə X2 170.000 manata və ünvan 3 ünvanında yerləşən 33 saylı mənzili xx.xx.2019-cu il tarixdə X13 265.029 manata satmışdır. Yəni Cavabdeh Azərbaycan Respublikasında olmadığı dövrdə artıq mənzillərin satışından əldə etdiyi 545.029 manat məbləğində pul vəsaiti İddiaçı sərəncamında olmuşdur. Belə olduqda isə İddiaçı birgə nikah dövründə 115.000 ABŞ dollarını X18 ödəməməsi barədə dəlili ağlabatan deyil. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76-cı maddəsinin tələbləri ilə müəyyən olunur ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur və həmin sübut növlərindən biri də qanuni yolla əldə edilmiş yazılı sübutlardır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Göründüyü kimi, Mülki-Prosessual Məcəllənin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan – hazırkı mübahisə üzrə də xx.xx.2019-cu il tarixdə X9 adından Cavabdeh adına “Belorus Bank”a göndərilmiş 115.000 ABŞ dollarının 2022-ci ilin may-iyun aylarında İddiaçı öz vəsaiti hesabına Rəna Cəfərovaya ödənilməsi barədə iddia tələbini təsdiq edən mötəbər sübutlar (“əsaslı şübhədən kənar” sübutlar) iddiaçı tərəfindən məhkəməyə təqdim olunmalı, iddia ərizəsində iddia tələbi iddiaçı tərəfin malik olduğu və məhkəməyə təqdim etdiyi sübutlar əsasında müvafiq qaydada əsaslandırılmalı və eləcə də, iş üzrə aparılan məhkəmə araşdırmasında da iddiaçı tərəfindən həmin iddia tələbi sübut edilməli idi. Eyni zamanda, İddiaçı öz iddia tələbini Cavabdeh tərəfindən ona maddi zərər vurulması ilə əsaslandırıdığına görə, məhkəmə iddiaya bu hissədə də qiymət verməyi zəruri hesab edərək qeyd edir ki, ailə qanunvericiliyinə əsasən ailə üzvü kimi İddiaçı Cavabdeh qayğısına qalmaq vəzifəsi vardır. Ərin müalicəsi üçün götürülən borc birgə nikah dövründə edilmiş borc olduğuna görə əgər birgə nikah dövründə qaytarılmamışdırsa ilkin olaraq həmin borcda tərəflərin payları müəyyən edilməli və sonra borcun qaytarılması vəzifəsi irəli sürülməlidir. Yəni arvad tərəfindən ərin müalicəsi üçün alınan borc məbləğinə arvada dəymiş zərər kimi qiymət verilə bilməz. Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Ailə Məcəlləsinin 84.2.1-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ərarvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin qaldırılması üçün 486 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə, iddianın təmin olunmamasını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-582/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-582/2023
10.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver