Məhkəmə qərarları › İş №e-2(008)-5833/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5833/2024

20.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5833/2024 20.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X31 qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X7 qarşı olmaqla “vərəsəlik hüqununun tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 cavabdeh X7 qarşı “vərəsəlik hüqununun tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X8 məxsus miras əmlak üzrə vərəsəlik işinin açılaraq, vərəsələri kimi tanınmasına və onlara miras əmlak üzərində paylarını müəyyən edən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Tələbi onunla əsaslandırmışdır ki, qayınatası X16 xx.xx.1990-cı il tarixində vəfat etmiş onun iki oğlu bir qızı olmuşdur. Bir oğlu X18 2013-cü ildə vəfat etmişdir. X16 vəfat etdikdən sonra onun miras qalmış fərdi yaşayış evində X18 ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla yanaşı həmin miras əmlakını qəbul etmiş və faktiki sahiblik etməklə qeyd edilən əmlaka qeyd şərtsiz sahiblik etmişdir. Mərhumun digər vərəsəsi İddiaçı2 da mərhumun vəfatından sonra həmin fərdi yaşayış evində uzun müddət qeydiyyatda qalmaqla miras əmlakını faktiki olaraq qəbul etmişdir. Bakı şəhəri 16 saylı notariat ofisi bu halları nəzərə almadan hər iki vərəsəyə əsassız imtina cavabı vermişdir. X10 xx.xx.2024-cü il tarixli, 410 nömrəli cavab məktubu ilə, xx.xx.1990-cı il tarixində vəfat edən qayınatanız X3 miras qalmış fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən 1990-cı ildə vərəsəlik işi açıldığı zaman miras qalmış əmlakdan mərhum həyat yoldaşı X17 vərəsə olaraq qardaşı X11 xeyrinə xx.xx.1990-cı il tarixli ərizə ilə keçmiş Razin Dövlət Notariat Kontoruna müraciət edərək mirasın qəbulundan imtina etdiyi əsası və digər vərəsə İddiaçı2 xx.xx.2024-cü il tarixli, 411 nömrəli cavab məktubu ilə, xx.xx.1990-cı il tarixində vəfat edən X3 miras qalmış fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən 1990-cı ildə vərəsəlik işi açıldığı zaman miras qalmış əmlakdan vərəsə olaraq qardaşınız X11 xeyrinə xx.xx.1990-cı il tarixli ərizə ilə keçmiş Razin Dövlət Notariat Kontoruna müraciət edərək mirasın qəbulundan imtina etməsi əsası ilə, hər iki cavab məktubunun son abzasında qeyd edilmişdir ki, “göstərilənləri nəzərə alaraq ərizələrinin təmin olunmaması cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə iddiaçıların nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri 16 saylı Notariat Ofisinin xüsusi notariusu G.X1 xx.xx.2024-cü il tarixli, 410 nömrəli və İddiaçı2 xx.xx.2024-cü il tarixli, 411 nömrəli cavab məktubundan görünür ki, xx.xx.1990-cı il tarixində vəfat edən X3 miras qalmış fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi xahiş olunsa da, 1990-cı ildə vərəsəlik işi açıldığı zaman miras qalmış əmlakdan mərhum həyat yoldaşınız X17 vərəsə olaraq qardaşı X11 xeyrinə, İddiaçı2 isə 1990-cı ildə vərəsəlik işi açıldığı zaman miras qalmış əmlakdan vərəsə olaraq qardaşı X11 xeyrinə xx.xx.1990-cı il tarixli ərizə ilə keçmiş Razin Dövlət Notariat Kontoruna müraciət edərək mirasın qəbulundan imtina edilməsi cavabı verilmişdir. X16 xx.xx.1990-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. X25 xx.xx.1985-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan notariat işindən göründüyü kimi X19 xx.xx.1990-cı il tarixdə Razin Notariat kontoruna ərizə ilə müraciət edərək, atası X3 miras qalmış Qaz 24-02 nömrəli avtomobildən qardaşı X11 xeyrinə imtina etdiyini bildirmişdir. İş materiallarında olan notariat işindən göründüyü kimi X26 xx.xx.1990-cı il tarixdə Razin Notariat kontoruna ərizə ilə müraciət edərək, atası X3 miras qalmış Qaz 24-02 nömrəli avtomobildən qardaşı X11 xeyrinə imtina etdiyini bildirmişdir. X19 xx xxxxxxx 1953-cü ildə Bakı şəhərində doğulmuşdur. atası X16, anası X15. X26 06 iyun 1959-cu ildə Bakı şəhərində doğulmuşdur. atası X16, anası X15. X27 17 dekabr 1951-ci il Bakı şəhərində doğulmuşdur. atası X16, anası X15. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X39 küçəsi, ev 13 hüquq sahibləri 9/12 hissə X4 mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki iş materiallarından göründüyü kimi X12 xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. Qanunvericiliyin tələbinə əsasən hüquq münasibətləri 1990-cıı ildə yəni X4 ölümü ilə bağlı miras açıldığı vaxt qüvvədə olan 1964-cü il tarixli Mülki Məcəllənin yəni 1 sentyabr 2000-ci ilə kimi qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X39 küçəsi, ev 13 - 9/12 hissəsi hazırki vaxta kimi X9 mülkiyyətində olduğu məlum olmuşdur. 1964-cü il Azərbaycan Respublikası Mülki Məcəlləsinin 556-ci maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində, mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanunüzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıcı dövlət, kooperativ təşkilatlarının və ya ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə tərəfindən mirasdan imtina etməyin kimin xeyrinə olduğu göstərilməməklə edilən imtina, mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb olur. Vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən, vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. İş materiallarında olan notariat işindən göründüyü kimi X26 və İddiaçı2 xx.xx.1990-cı il tarixdə Razin Notariat kontoruna ərizə ilə müraciət edərək, atası X3 miras qalmış yalnız Qaz 24-02 nömrəli avtomobildən qardaşı X11 xeyrinə imtina etdiyini bildirmişlər. Yəni konkret olaraq mirasın bir hissəsindən imtina etmişlər. Hazırki iddiaçılar X2 miras qalan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X39 küçəsi, ev 13 - 9/12 hissəsindən imtina etməmiş, miras əmlak hal-hazıra kimi heç bir vərəsə tərəfindən qəbul olunmamaışdır. 1 sentyabr 2000-ci ildən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1260-cı maddəsinə əsasən mirasın bir hissəsindən imtina vərəsə mirasın qalan hissəsinə baxmayaraq, birləşdirilmə hüququ ilə ona mənsub olan miras hissəsindən imtina edə bilər. Həmçinin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, mərhum X5 3 övadı olmuş X26, İddiaçı2 və X20. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə müvafiq olaraq, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyətin, o cümlədən xüsusi mülkiyyətin qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miras qoyanın hüquq və vəzifələrinin daşıyıcısıdır. Mirası qəbul etmək vərəsənin vəzifəsi yox, yalnız onun hüququdur. Başqa sözlə vərəsə bu hüquqdan istifadə edib-etməmək seçiminə malikdir. Mirası qəbul etmək hüququ subyektiv mülki hüquqdur. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında qeyd olunur ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırki iş üzrə vərəsələr mirasdan deyil, yalnız onun tərkibinə daxil olan predmet barəsində imtina etmişdirlər ki, bunu vərəsələr tərəfindən tərtib edilmiş ərizədən də aydın başa düşmək olur. Belə ki, notarait arxivinin verdiyi sənədlərdən də aydın olur ki, həm X21, həm də X22 xx.xx.1990-cı il tarixli ərizə ilə digər vərəsə X13 xeyrinə mərhum X6 mülkiyyətində olan QAZ 24-02 markalı avtomobil nəqliyyat vastəsindən imtina etmişdirlər. Qeyd edilən ərizədən də aydın olur ki, vərəsələr mirasdan deyil, yalnız onun tərkibinə daxil olan bir predmetdən imtina etmişdirlər. Həmçinin mülki işin araşdırılması zamanı müəyyən edilmişdir ki, 1990-cı il tarixdə ölmüş X5 vərəsələri

1. 2013-cü ildə ölmüş X14 vərəsələri İddiaçı1 qizi və X23;

2. İddiaçı2;

3. X24 vəfat etdiyindən onun övladları Haşumova Gülnarə və Haşumov İlqar oğlduğu müəyyən edilmişdir. Məhkəmə miras əmlakın ¼ hissəsinin açıq saxlanmasıyla bağlı qeyd edir ki, X24 vəfat etdiyindən onun vərəsələri Haşumova Gülnarə və Haşumov İlqarın miras əmlakın ¼ hissəsindən pay almaq hüququ yaranır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X39 küçəsi, ev 13 ünvanın X2 miras qalan ¾ hissəsinə İddiaçı1, X23 və İddiaçı2 vərəsə tanınaraq, miras əmlakının 1/8 hissəsinə İddiaçı1, 1/8 X23 və ¼ hissəsi İddiaçı2ın pay hüququnun tanınmalı və digər vərəsələrin mirasla bağlı müraciəti olmadığından miras əmlakın ¼ hissəsi açıq saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X39 küçəsi, ev 13 ünvanın X2 miras qalan ¾ hissəsinə İddiaçı1, X23 və İddiaçı2 vərəsə tanınaraq, miras əmlakının 1/8 hissəsinə İddiaçı1, 1/8 X23 və ¼ hissəsi İddiaçı2ın pay hüququ tanınsın. Miras əmlakın ¼ hissəsi açıq saxlanılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar