Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-6107/2025 29.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mirzəliyev Ruslan Əsəd oğlu, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “əmlak hüquqlarına xitam verilməklə yaşayış sahəsindən çıxarılması” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “əmlak hüquqlarına xitam verilməklə yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh-mülkiyyətçi Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə dair əmlak hüquqularına xitam verilməklə onların mənzildən çıxarılması və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan binada mülkiyyətinə xitam veriləcək mənzilinin əvəzi olaraq 42.05 kv.m və 20% əlavə olunmaqla (8.41 kv.m.) cəmi 50.46 kv.m, cavabdeh-mülkiyyətçi Cavabdeh3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilə dair əmlak hüquqularına xitam verilməklə onların mənzildən çıxarılması və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan binada mülkiyyətə xitam veriləcək mənzilinin əvəzi olaraq 29.0 kv.m və 20% əlavə olunmaqla (5.8 kv.m) 34.8 kv.m., cavabdeh-mülkiyyətçi Cavabdeh1 ünvan 3 ünvanında yerləşən mənzilə dair əmlak hüquqularına xitam verilməklə onların mənzildən çıxarılması və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan binada mülkiyyətə xitam veriləcək mənzilinin əvəzi olaraq 34.46 kv.m olan sahəyə 20% əlavə olunmaqla (6.89 kv.m) 41.35 kv.m, cavabdeh mülkiyyətçi Cavabdeh4 ünvan 4 ünvanında yerləşən mənzilə dair əmlak hüquqularına xitam verilməklə onların mənzildən çıxarılması və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan binada mülkiyyətə xitam veriləcək mənzilinin əvəzi olaraq 42.25 kv.m olan sahəyə 20% əlavə olunmaqla (8.45 kv.m) 50.7 kv.m mənzilin verilməsi;· cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 mənzildən çıxarılaraq mənzilin boşaldılması; iddiaçı tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 mənzildən çıxarılan gündən yeni mənzillə təmin olunan günədək aylıq 400 (dörd yüz) manat kirayə haqqı ilə təmin olunması öhdəliyinin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə geri qaytarılmalıdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirdərək hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, iddiaçı bir iddia ərizəsində bir-biri ilə əlaqəsi olmayan bir neçə iddia tələbini birləşdirmişdir. Ərizənin məzmunundan da göründüyü kimi cavabdehlərin hər birinə qarşı ayrıca tələb irəli sürülmüş və bu tələblərin bir-biri ilə heç bir əlaqəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “əmlak hüquqlarına xitam verilməklə yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu büdcədən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Vəkil geri qaytarılsın. İddiaçının nümayəndəsinə izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-6107/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-6107/2025
29.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver