Məhkəmə qərarları › İş №e-2(008)-6283/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6283/2025

19.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6283/2025 19.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30000 (otuz min) manat pulun və 180 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2023-cü il tarixdə ona məxsus Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən 24 sot torpağa çıxarış almaq məqsədi ilə ondan ümumilikdə 30000 (otuz min) manat pul alaraq ona qarşı dələduzluq etmişdir və onun şikayəti əsasında Sabunçu Rayon Polis İdarəsində Cavabdeh barəsində cinayət işi başlanmış, Cavabdeh barəsində olan cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmış və ibtidai istintaq aparılaraq Sabunçu rayon məhkəməsinə baxılması üçün göndərilmişdir. Sabunçu rayon Məhkəməsinin hakimi Teymur Həsənov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 1(008)-241/2025 saylı hökmə əsasən Cavabdeh təqsirli bilinərək barəsində 3 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir və məhkəmə hökmü ilə sübut olunmuşdur ki, Cavabdeh ona ümumilikdə 30000 (otuz min) manat maddi zərər vurmuşdur. Həmin hökm qüvvəyə minmişdir. Hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı X13 cəza çəkir. Qeyd olunanlara əsasən, Cavabdeh 3000 0(otuz min) manat pulun və 180 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və cavabdehə məhkəmə iclasını vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə müraciət edərək xəstə olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onların iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını bildirmişdir. Cavabdeh və ya onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-cı maddəsinə əsasən məhkəmə işə iddiaçının və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-241/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 28 (iyimi səkkiz) gün müddətə azadlıqdan məhrun etmə cəzası saxlanılmışdır. Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 15 yanvar 2025-ci il tarixdən hesablanmalı, Cavabdeh barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutsəs yazılarını əks etdirən 01 ədəd "CD' disk ış materiallarında saxlanılmalı, zərərçəkmış şəxslər X10 və İddiaçı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunması hökm edilmişdir. Bakı şəhəri Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-241/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmündə təqsirləndirilən şəxs Cavabdeh ifadə verərək bildirmişdir ki, X15. X8 və İddiaçı tanıyır, həmin şəxslərlə heç bır düşmənçiliyi və ya ədavəti yoxdur. İddiaçı 2023-cü ilin noyabr ayından sonuncunun dostu onun isə tanışı olan X1 vasitəsi ilə tanımış, Mübariz Hənifəyevi isə umumı tanışları olan Azadın vasitəsi ilə tanımışdır 2022-ci ilin avqust ayında hazırda dünyasını dəyişən X3 ilə şərikmə Abşeron rayonu. Məmmədli kəndi ərazisində, hazırda adını xatırlamadığı şəxsdən 1500 manata icarəyə ferma götürmüşdür ki, orada heyvan saxlayaraq kökəltməklə satıb pul əldə etsin. 2022-cı ilin noyabr ayında eşitmişdir kı. icarəyə götürdüyü fermanın qonşuluğunda yerləşən Qulaməli Cəfərova məxsus fermadakı heyvanların sahibi Ramil Buğııov heyvanlarını satır. Bu səbəbdən Ramillə goruşmuş. sonuncu bildirmişdir ki, 13 baş iribuynuzlu heyvanlarını və 5 baş danasını 35 000 manata satır. O. 18 baş heyvanların 35 000 manat pulunu 2 ay 15 yün müddətində, yəni 2023-cu ılın yanvar ayının sonunda Ramilə verəcəyinə razılaşmışlar 20.11. 2022-cı ıl tarixdə Ramil heyvanları onun icarə əsasında goturduyu Abşeron rayonu Məmmədli kəndindəki həmin fermaya gətirmişdir Ramil gətirdiyi 5 baş danadan bır ədədin, ona pay olaraq vermişdir. Ramil heyvanları ona verərkən heyvanların ayaqlarında dabaq xəstəliyi» olmuş və Ramil ona heyvanların boğaz olduğunu demişdir. Lakin sonradan aşkar etmişdir ki, mallar boğaz deyil və xəstədir. Mallar 2 ay saxlamış, malların xəstəkləri artmış bu barədə Ramilə məlumat vermiş və razılaşmışlar ki. pullarını ödəməkdə yubanacaqdır, lakin malları satması barədə Ramilə melumat verməmişdir. O 4 baş inəyi kolbasa hazırıanan sexə vermiş, sonrakı müddətdə heyvanları hissə-hissə olaraq dəyərindən ucuz qiymətə ayrı-ayrı şəxslərə satmışdır. Aldığı pulları isə həmin vaxt maddi sıxıntıları olduğu üçün müxtəlif tələbatlarına xərcləmişdir. 2022-ci ilin noyabr ayının sonlarında Ramil zəng vuraraq pula ehtiyacı olduğunu bildirmiş, dərhal Ramilin hazırda xatırlamadığı bank kartına heyvanların pulundan 1 000 manat köçürmüş, bildirmişdir ki, qalan 34 000 manatı ödəyəcək. Sonrakı dövürdə Ramilin pulundan ödəyə bilmədiyindən 2023-cü ilin aprel ayında Ramil ondan şikayət etmişdir. Bundan başqa, İcarəyə götürdüyü fermanın yanında tikinti materialları mağazası işlədən Qulaməli Cəfərovla mehrıban münasibətləri yaranmışdır. 2022-ci ilin dekabr ayında Qulaməlı bildirmişdir ki, 21 baş qoyunu var. 4 000 manata satmaq istəyir. O, qoyunlara baxaraq bəyənmiş, 21 baş xırda buynuzlu qoçları götürərək fermaya gətirmiş, pulunu 1 ay müddətinə ödəyəcəyinə söz vermişdir. Həmin qoyunları Maştağa qəsəbəsindəki qoyun bazarında dəyərindən ucuz qiymətə, yəni 3 200 manata sataraq pullarını fermanın icarəsinə ödəmişdir. Fermada işləyən mərhum Mirəlinın onun heyvanları satmasından məlumatı olmamış və satdığı heyvanların pulundan Mirəliyə heç bir məbləğdə pul verməmişdir. 2023-cü ilin noyabr ayında tanışı Mübariz ona bildirmişdir ki, tanışı İddiaçı ayrı-ayrılıqda 60 sot torpaq sahəsi satır, əgər adamı vardırsa həmin torpaq sahəsinin satılmasında iştirak etsin. O. Mübarizlə birgə həmin torpaq sahəsinə baxmış, Mübariz ona demişdir ki, İddiaçı torpaq sahəsinin hər sotunu 6 000 manata satır. Orada ona məlum olmuşdur ki torpaq sahəsinin çıxarışı yoxdur mövcud olan sənəd yalnız bələdiyyə sənədidir. O. bildirmişdir ki, müştəriləri çıxarışsız torpaq sahəsi almırlar. Odur ki İddiaçı vaxt istəmişdir ki, dövlət yolu ilə həmin torpaq sahəsinə çıxarış düzəltsin, düzəldə bilərsə torpaq sahələrində ayrı-ayrı olan iki ədəd 12 sot torpaq sahələrinə müştərisi var, belə kiŞ müştərisi çıxarışlı torpaq istəyir. O dövlət idarələrinə getsə də. həmin 12 sot və 12 sot cəmi 24 sot torpaq sahələrinə sənəd düzəldə bilməmişdir. Belə ki, onunla birgə Bağlar idarəsindən gələn şəxs bildirmişdir ki, həmin torpaq sahəsinə çıxarış verilmir. Suallara cavab olaraq bildirmişdir ki, sənəd düzəldib çıxarış almaq üçün verəcəkdi, 30 000 manat pul almışdır. 3 ay vaxt vermişdir ki, həll edəcək. Lakin çıxarış almaq mümkün olmamışdır. Hissə-hissə pulu almışdır. Mübariz Rafiq və o olmuşdur. Vurulmuş ziyandan 2500 manat pul ödəniş etmişdir. Başğlar idarəsində sənədlər düzəlməli idi. lakin orada düzəlməmişdir. Ramildən malları alarkən 2 ədədinin xəstə olduğunu özü demişdir. **********077 nömrəli xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 180 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-241/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Cavabdeh İddiaçı oğundan torpağa çıxarış almaq məqsədilə 30.000 manat məbləğində pul almışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək cavabdehə vermiş oduğu 30000 manat pulu geri qaytarılmasının tələb edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli Cavabdeh 30000 manat pul vəsaiti tutularaq İddiaçı tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcələsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinin tələbinə görə Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır Bundan sonra məhkəmə iddia tələbinin 180 (bir yüz səksən) manat dövlət rüsumunun hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissələrdə qismən 35 manat hissədə əsaslı olduğundan həmin hissədə təmin edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 30000 (otuz min) manat məbləğində pul vəsaiti və 180 (bir yüz səksən) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar