Məhkəmə qərarları › İş №e-2(008)-6463/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6463/2025

03.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6463/2025 03.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Mehtiyev Əli Fikrət oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavadehdən 36.920 manat pulun və 201 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh 7 il əvvəl işlədiyi iş yerindən tanıyır. Cavabdeh həm onunla eyni rayondan - Qubadlı rayonundan olduğu üçün həmyerli kimi aralarında yaxın münasibət yaranmışdır. Həmin vaxt cavabdeh Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən mağazada mobil telefon satışı ilə məşğul olmuş, 2022-ci ilin aprel ayında iddiaçı ona zəng edərək, əlində satış üçün İphone 14 promax markalı mobil telefonlar olduğunu, həmin telefonlar satsını təklif etmişdir. Bundan sonra ilkin olaraq 2 ədəd İphone 14 promax markalı mobil telefonu Rüstəmə vermiş, daha sonra 14 ədəd İphone 14 promax markalı mobil telefonu götürmüş, həmin telefonların satışından 11.500 manat pulu versə də, qalan 36.920 manat pul borc olaraq qalmışdır. İddiaçı qalan pulu istədikdə Rüstəm hər dəfə müxtəlif bəhanələr gətirmiş, daha sonra tanışı olan bir şəxsin onu aldadaraq pulların hamısını ələ keçirdiyini, pulları həmin şəxsdən ala bilmədiyini, geri alan kimi ona olan borcunu qaytaracağını bildirmişdir. Bir müddət Cavabdeh vədlərinə inanmış, gözləmə mövqeyi tutmuş, lakin onun verdiyi vədlərin reallaşmayacağını anladığı üçün xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinə müraciət etmişdir. Təhqiqat araşdırması zamanı izahatı alınmış Cavabdeh, İddiaçı onun barəsində yazdığı şikayət ərizəsi ilə tanış olmuş, İddiaçı 7 il bundan əvvəl işlədiyi iş yerindən tanımış, İddiaçı həm onunla eyni rayondan Qubadlı rayonundan, həm də aralarında dostluq münasibəti yaranmış, həmin vaxtı Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən mağazada mobil telefon satışı ilə məşğul olurmuş, 2022-ci ilin aprel ayında İddiaçı ona zəng edərək bildirmişdir ki, onun əlində satış üçün İphone 14 promax markalı mobil telefonlar var. Ona təklif etmişdir ki, həmin telefonları satmış, bundan sonra ilkin olaraq 2 ədəd İphone 14 promax markalı mobil telefonu Xəzərdən götürmüş, daha sonra 14 ədəd İphone 14 promax markalı mobil telefonu götürmüş, həmin mobil telefonlardan satışından 11.500 manat pul vermiş, qalan pullardan 36.920 manat pul qalmışdır. Belə ki, həmin vaxtı onun tanışı ona Sabunçu rayonu Kürdaxanı qəsəbəsində torpaq sahəsi bağışladıqlarını və vaxtı əlində olan 32.000 manat pulu ona vermiş, lakin sonradan onun telefon mağazasında işlər qaydasında olmadığı ücün bağlamaq qərarına gəlmiş, həmçinin sonradan tanışı da onu aldatmışdır. Bundan sonra İddiaçı olan 36.920 manat pulu qaytara bilməmişdir. Cavabdeh əlavə olaraq İddiaçı 36.920 manat pul verməlidir. İddiaçı ümumilikdə 16 ədəd İphone 14 promax markalı mobil telefonu satmaq məqsədi ilə almış, Xəzərə 11.500 manat pul vermiş, qalan pulları da hissə-hissə ödəyəcəyinə söz vermiş, onun tanışı onu aldatmış, 32.000 manat pulunu ələ keçirtdiyi üçün, həmçinin işlərinin qaydasında getmədiyi üçün ona olan borcunu verə bilməmişdir. Göründüyü kimi, təhqiqat zamanı verdiyi izahatında R,Cəfərov İddiaçı pul aldığını, hazırda ona 36.920 manat məbləğində pul verməli olduğunu etiiraf etmişdir. Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Cavabdeh barəsində cinayət işinin başlanmasının rədd edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, İddiaçı müraciəti ilə bağlı toplanmış material mülki xarakterli olduğundan mübahisəni həll etmək üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət edə bilər. İddiaçı nümayəndəsi və vəkili Vəkil işə onun iştirakı olmadan baxılmasına etiraz etmıədiyi barədə elektron sistem vasitəsi ilə xx.xx.2025-ci il tarixdə ərizə vermişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək, İddiaçı 36.920 manat borcu olduğunu etiraf etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Cavabdeh təhqiqat araşdırması zamanı bildirmişdir ki, İddiaçı İpone 14 promax markalı mobil telefonların satışından 36.920 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarından görünür ki, iddiaçı Cavabdeh satması üçün ilkin olaraq 2 ədəd İphone 14 promax markalı mobil telefonu, daha sonra 14 ədəd İphone 14 promax markalı mobil telefonu vermiş, həmin mobil telefonlardan satışından cavabdeh 11.500 manat pul qaytarmış, qalan pullardan 36.920 manat pul borclu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə araşdırması zamanı Cavabdeh izahatında İddiaçı 36.920 manat borclu olduğunu etiraf etmişdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər Qanunun tələblərinə uyğun olaraq Cavabdeh tərəfindən götürülmüş öhdəliklər icra edilmədiyindən, cavabdeh 36.920 manat borclu olduğunu cinayət işinin rədd edilməsi barədə qərarda və məhkəmə iclasında etiraf etdiyindən, məhkəmə hesab edir ki iddia tələbi təmin edilməli, 36.920 manat pul və 201 manat dövlət rüsumu cavabdehdən tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 36.920 manat və 201 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar