Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-6560/2024 27.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi məhkəmə iclasının katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi İddiaçı2 cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, Cavabdeh2, Cavabdeh7, 4 saylı Bakı “ASAN Xİdmət” Mərkəzinin Notariat Ofisinə qarşı “mülkiyyət hüququna xitam verilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin qoyulması” tələbinə dair ilkin, iddiaçı Cavabdeh4 cavabdehlər İddiaçı2 və Cavabdeh7,qarşı “vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı2 cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh3, Cavabdeh2, 4 saylı Bakı “ASAN Xİdmət” Mərkəzinin Notariat Ofisinə qarşı “mülkiyyət hüququna xitam verilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin qoyulması” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh4 cavabdehlər İddiaçı2 və Cavabdeh7 qarşı “vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin qoyulması”na dair qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İlk iddia üzrə İddiaçı2 nümayəndəsi və vəkili İddiaçı1 məhkəməyə ərizə ilə müraciət edərək mülki işin baxılmamış saxlanmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili mülki işin baxılmamış saxlanmasını xahiş etmiş, digər tərəflər isə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdehlərlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyindən mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı2 cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, Cavabdeh2, Cavabdeh7, 4 saylı Bakı “ASAN Xİdmət” Mərkəzinin Notariat Ofisinə qarşı “mülkiyyət hüququna xitam verilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin qoyulması” tələbinə dair ilkin, iddiaçı Cavabdeh4 cavabdehlər İddiaçı2 qarşı “vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzə əsasən İddiaçı2 tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu büdcədən İddiaçı2 geri qaytarılsın. xx.xx.2024-cü il tarixli 17817 nömrəli qəbzə əsasən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 Vəli oğlu tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu büdcədən Cavabdeh4 Vəli oğluna geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-6560/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-6560/2024
27.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver