Məhkəmə qərarları › İş №e-2(008)-6780/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-6780/2023

20.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-6780/2023 20.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nın Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: İddiaçı MMC Cavabdeh qarşı 450 ipnpt məbləğində artıq köçürülmüş pul vəsaitinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə öz xahişilə Cavabdeh əmək müqaviləsinə xitam verilməsi barədə İddiaçı MMC-yə müraciət etmişdir. xx.xx.2022ci il tarixində İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi rəhbər tutularaq əmək müqaviləsinə xitam verildikdən sonra, baş vermiş texniki səhvlik nəticəsində Cavabdeh hesabına 425,50 AZN pul vəsaiti artıq köçürülmüşdür. Artıq köçürülmüş pul vəsaitinin tələbi ilə əlaqədar xx.xx.2023-cü il tarixində Cavabdeh ünvanına pretenziya məktubu göndərilmiş, lakin müraciət nəticəsiz qalmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmənin iclasına çağırılmışlar, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməyinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakları olmadan baxılmasını xahiş etməmişdir. İddia ərizəsinə əlavə edilmiş ********** №-li xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirak etməsinə dair müvafiq arayış və ya protokol müraciətə əlavə edilməmişdir. İddiaçının nümayəndəsi X3 məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Belə ki, “Mediasiya Haqqında» Azərbaycan Respublikası Qanununu 21.9-cu maddəsinə əsasən 21.9, 21.9.1, 28.1-ci maddələrinin tələbrinə görə tərəf kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etməsinə dair müvafiq arayışı və ya protokolu müracitəinə əlavə etmədiyi halda, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 259.0.13-cü maddəsinə əsasə “Mediasiya Haqqında» Azərbaycan Respublikası Qanununu 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. 114.1.5-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanıldıqda ödənilmiş dövlət rüsumu geri qaytarılır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı MMCnın Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. ********** №-li xx.xx.2023-cü il tarixli qəbz əsasında ödənilmiş 30 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı MMCn-yə qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar