Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-681/2025 08.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əldən çıxmış faydanın və mənəvi zərərin ödənilməsi” tələbinə dairiddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əldən çıxmış faydanın və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əldən çıxmış fayda kimi xx.xx.2022-ci il tarixdən qətnamə icra olunan tarixinədək hesablanmaqla vəsaitin, mənəvi zərərə görə isə 7700 manat məbləğində pul vəsaitinin, həmçinin iş üzrə ödənilmiş dövlət rüsumu olaraq 98 manatın Cavabdeh tutularaq qarşılıqlı iddia üzrə mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, alqı-satqı müqaviləsi bağlayaraq, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Xəlilbəy Xaməmmədov küçəsi 6 saylı evin 10-cu mənzilini 106190.25 manata almışdır. Həmin mənzilin üzərində alıcı İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 11 yanvar 2023-cü il tarixdə qeydiyyata alınaraq, RX seriyalı, ********** nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Tərəflər arasında bağlanmış 22 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin 11-ci bəndində müəyyən olunan şərtə əsasən, satıcı-cavabdeh mənzili xx.xx.2018-ci ilədək faktiki olaraq alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə Cavabdeh tərəfindən öhdəlik yerinə yetirilmədiyindən bu məhkəmə mübahisəsinə səbəb olmuşdur. Belə ki, Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)-3354/2023 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilərək Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Xəlilbəy Xaməmmədov küçəsi 6 saylı evin 10-cu mənzilin cavabdehlər X9 və qeyriləri tərəfindən İddiaçı təhvil verilməsi, cavabdehlərin mənzildən çıxarılması, mənzilin cavabdehlər tərəfindən boşaldılması, mənzilin açarlarının cavabdehlər tərəfindən iddiaçıya təhvil verilməsi, iddiaçının həmin mənzildən istifadə etməsi, mənzilə girib-çıxmasına maneçilik törədilməsi cavabdehlərə qadağan edilməsi qət edilmiş, ilk iddia qalan hissədə rədd edilmiş, qarşılıqlı iddia rədd edilmişdir. Həmin iş üzrə cavabdeh X10 tərəfindən apelyasiya şikayətinə baxılması üçün hazırda mülki iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Lakin hazırki iş üzrə Cavabdeh və həmin evdə yaşayan X4 bütün bu hərəkətləri ilə əsassız iddialar qaldırılmış, müxtəlif səpkili vəsatətlərin verilməsi məhkəmə proseslərinin süni surətdə uzadılmasına səbəb olmuşdur. Halbuki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Xəlilbəy Xaməmmədov küçəsi 6 saylı evin 10-cu mənzilinə dair xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi bağlasa da, bu günədək həmin mənzildə yaşaya bilmirəm. Bu isə onun ailəsi üçün həm maddi, həm də mənəvi çətinliklərin yaranmasına səbəb olmuşdur. Göründüyü kimi, hazırki iş üzrə cavabdeh Süleymanov S üleyman Məhəmməd oğlu tərəfindən 22 dekabr 2022-ci il tarixli alqısatqı üzrə mənzili təhvil vermək vəzifəsini vaxtında icra etməmişdir. Halbuki, alqı-satqı müqaviləsi əsasında satıcı əşyanı alıcının mülkiyyətinə vermək, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəmək öhdəliyi daşıyır (MMin 567-ci maddəsi). Buna görə də hazırda cavabdeh iddiaçının mülkiyyətçi kimi hüquqları pozulmaqla yanaşı, əldə edəcəyi müvafiq gəlirlərdən də məhrum olmuşdur. Çünki o faktiki olaraq həmin mənzili kirayə vermək olduğu halda edə bilməmişdir, çünki mənzil boş olmadığı üçün və onun fiziki olaraq təhvil verilməsi mümkün olmadığından kirayə verilməsi mümkün alınmamışdır. Onun bu səbəbdən məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququm yaranmışdır. Belə ki, mənim həmin mənzilə dair alqı-satqı müqaviləsini bağlandığı, yəni xx.xx.2022-ci il tarixdən hazırki tarixədək olan dövr üzrə heç bir hüquqi əsas olmadan, müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən zərər Cavabdeh tutulmalıdır. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli arayışından da görünür ki, mübahisə edilən mənzilin yerləşdiyi ərazidəmənzillərin orta aylıq kirayə haqqı 550-600 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, sözügedən mənzili 2018-ci il tarixdə X2 almışdır. Lakin o mənzilin mülkiyyətçisi olsada mənzilin əvvəlki mülkiyyətçisi olan X11 həmin evi tərk etməmişdir. X5 həmin evdən çıxarılmasına dair isə həttə qanunu qüvvəyə minmiş qətnamə olsa belə qətnamə icra edilə bilməmişdir. Daha sonra indiki mülkiyyətçini yəni iddiaçını X11 özü tapmış, ona müraciət edərək mənzili satmağı təklif etmişdir. O isə alıcıya mənzildən X5 çıxmadığını bildirmiş, lakin alıcı olan İddiaçı ona bu məsləyə qarışmadığını, mənzili almaqda israrlı olduğunu bildirmişdir. X5 haızrki mübahisə predmenti olna mənzildən çıxmaması səbəbindən həttə o məcbur qalıb mənzili dəyərindən da aşağı qiymətə İddiaçı 105.000 manat satmışdır. 32000 manat isə iddiaçı əvvəlki mülkiyyətçiyə ödəmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış iddiaçıya məkəməyə gəlməmiş, gəlməməsinin üzrülü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbiqismən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AN-İ nömrəli ******* nömrəli xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsindən görünür ki, Cavabdeh Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Xəlilbəy Xasməmmədov küçəsi 6 nömrəli evin 10 nömrəli mənzilini İddiaçı 106190,25 manata satmışdır. AN-İ nömrəli ******* nömrəli xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin 11-ci maddəsində göstərilmişdir ki, satıcı daşınmaz əmlakı yardımcı vaistəsi ilə birlikdə xx.xx.2022-ci il tarixədək alıcının faktiki istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik Hüquqi şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestridən çıxarışından görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Xəlilbəy Xasməmmədov küçəsi 6 nömrəli evin 10 nömrəli mənzilini xx.xx.2023-cü il tarixdən İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3868/2023 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh iddiası təmin edilmiş, cavabdeh X4 Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Xəlilbəy Xasməmmədov küçəsi 6 nömrəli evin 10 nömrəli mənzilindən istifadə hüququna xitam verilməklə boşaldılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3868/2023 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, cavabdeh X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3868/2023 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, cavabdeh X10 tərəfindən verilmiş kasassiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır X10 ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixli Ev alqı-satqısı beh müqaviləsi kimi adlandırıldığı müqavilənin surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Xəlilbəy Xasməmmədov küçəsi 6 nömrəli evin 10 nömrəli mənzili satıcı X10 alıcı İddiaçı 137000 manata satmışdır. Bunun üçün İddiaçı 30.200 manat məbləğində behi X6 ödəmişdir. Alqı-satqının bağlanma tarixi xx.xx.2022-ci iln tarixi qeyd edilmi, evin boşaldılma tarixi isə xx.xx.2023-cü il kimi müəyyənləşdirilmişdir. Qeyd kimi isə tərəflər göstərmişdirlərki, yuxarda göstəilın məznilin dəyərinin 105.000 manat olan hissəsi mənzilin sahibi Cavabdeh 4 saylı Asan Xidmət Mərkəzində 105.000 manat ödənilmiş, 32000 manat olan hissə isə mənzilin əvvəlki sahibi X6 ödənilmişdir. ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 98,40 manat dövlət rüsumu ödənmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə mülki işin hallarından görünür ki, hazırki mübahisə predmenti olan mənzilin əvvəlki mülkiyyətçisi Cavabdeh olmuşdur. O sözügedən mənzili 2018-ci il tarixdə X3 almışdır. Mülki iş matriallarına əlavıə edilmiş, Ali Məhkəmənin qərarından görünür ki, X10 mülkiyyətində olan mənzili cavabdehə satmış olsada, mənzildən çıxaraq mənzili cavabdehə təhvil verməmiş, bu səbəbdən də Cavabdeh məhkəmə müraciət edərək X4 mənzildən çıxarılmasını xahiş etmişdir. Bakı şəhər sabunçu rayon Məhkəməsinin qətnaməsi ilə X1 Süleyman Məhəmməd oğlunun mənzilinədən çıxarılması qət edilmiş və qətnamə qanunu qüvvəyə minmişdir. Bundan sonra Cavabdeh mülkiyyətində olan məznili 102.000 manata hazırki mülki iş üzrə İddiaçı xx.xx.2022-ci il tarixdə satmış və elə həmin tarixdə də mənzili alıcıya verilməsinə dair öhdəlik götürmüşdür. Lakin hazırki vaxtadək sözügedən mübahisəli mənzil yeni alıcıya yəni İddiaçı təhvil verilmədiyindən, o ona bu vaxtadək əldən çıxmış faydanın Cavabdeh tutlaraq ona ödənilməsini xahiş etmişdi. Lakin məhkəmə tələbə münasibət bildirərək qeyd edir ki, mülki işin hallarından görünür ki, hazırda iddiaçının mülkiyyətində olan mənzildən istifadə edilməsinə manə olan şəxs Cavabdeh deyildə X7r. Belə ki, alqı-satqı müqaviləsi bağlanan zaman cavabdeh nə qədərdə sözügedən mənzili alıcıya xx.xx.2022-ci il traixdə təhvil verməyi öhdəsinə götürsədə, iddiaçı mənzilə dair alqısatqı müqaviləsi bağlayan zamanı mənzilin faktiki olaraq Cavabdeh deyildə X4 faktiki sahibliyində olmasında məlumatı olmuşdur. Belə ki, məhz bu səbəbdən notarial qaydada bağlanmış alqı-satqı müqaviləsindən əvvəl o, xx.xx.2022-ci il tarixdə X10 ilə “Beh” adlandırılan müqavilə bağlamış, mənzilin dəyəri məhz həmin müqavilə ilə onlar arasında müəyyən edilmiş və ilkin məbləğidə 35.000 manat olan hissənidə X6 ödəmiş, X10 isə öz növbəsində mənzili xx.xx.2023-cü il tarixdə İddiaçı təhvil verəcəyinə dair üzərinə öhdəlik götürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mənzilinə nə qədərki müdaxilə hazırki mülki iş üzrə cavabdeh tərəfindən deyildə üçüncü bir şəxs tərəfində yaradılır və mənzilin alqı-satqısı zamanı alıcının mənzilin fakitiki vəziyyətindən məlumatı olmuşdur mənzilin boşaldılmamasına dair məsuliyyət yüklülüyü cavabdehin üzərinə qoyula bilməz. Bundan sonra məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, işdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin dəyməsi sübuta yetirilmir. Bununla bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehin təqsirli hərəkətlərinin təsirindən fiziki və mənəvi sarsıntılar keçirməsi, sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdehdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi də rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıa aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “əldən çıxmış faydanın və mənəvi zərərin ödənilməsi” tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-681/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-681/2025
08.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver