Məhkəmə qərarları › İş №e-2(008)-6836/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6836/2023

26.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6836/2023 26.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova aylin Məmməd qızının, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçınun Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 6220,80 manat məbləğində borcun silinməsi, pozulmuş hüquqlarımın bərpası ilə bağlı çəkdiyi xərc - 150 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 28 aprel küçəsində fərdi yaşayış evi var. Həmin ünvanda da təbii qazdan istifadəyə görə abonent istifadəçisidir. Abonent kodu **********10010-dir. Sayğac isə küçədə quraşdırılıb və xüsusi mühafizə olunmur. Həmin ünvanda daimi yaşayış olmur. Ünvanına quraşdırılan sayğac artıq 1 ildir ki, istismardadır. Elektron sayğacdır və karta pul yükləməklə təbii qazdan istifadə edilir. Bu yaxınlarda ona əsassız olaraq borc yazıldığı məlum olmuşdur. Bunun səbəbini araşdırmaq üçün cavabdeh təşkilata müraciət etmiş, ona cavabdeh tərəfindən müvafiq sənədlər təqdim edimişdir. Belə ki, barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* №-li akt tərtib edilmişdir. Akta əsasən, təbii qazdan qeyri-qanuni qeydiyyatda olmayan ünvanından sayğacından istifadə edildiyi göstərilmişdir. Bu əsasla xx.xx.2023-cü il tarixli tələbnamə ilə ona 6220,80 manat borc yazılmışdır. Sözügedən akt tamamilə əsassız və saxtadır. Sayğac cavabdehin nümayəndələri tərəfindən quraşdırılıb və xüsusi mühafizə altında olmayıb, küçədə quraşdırılıb. Ödənişlər də vaxtında edilib. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda qeyd etdli ki, cavabdehə müraciətləri zaman «qeyri-qanuni qeydiyyatda olmayan sayğac»ın əslində abonent X1 adında qeydiyyatda olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 adıçəkilən sayğacın abonent X1 adında qeydiyyatda olduğunu, lakin iddiaçının isfadəsində olduğunu bildirdi. Hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı **********10010 nömrəli abonent kodu ilə ünvan 2 ünvanına dair Cavabdehndə qeydiyyata alınmışdır. Abonentin saldosundan gbrünür ki, onun qeydiyyatda keçmiş bir qaz qurğusu var – PQ-4 (4 gözlü qaz plitəsi). İddiaçınin evinə xx.xx.2023-cü il tarixdə Zenner tipli G4T Smart markalı **********1435 №-li sayğac quraşdırılmşıdr. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ”xx.xx.2023-cü il tarixli ******* №-li akta əsasən «abonentin təbii qazdan qeyri-qanuni qeydiyyatda olmayan ünvanın sayğacından istifadə etdiyinə» görə dəymiş ziyanın hesablanması və ödənilməsi qərar alınmışdır. xx.xx.2023-cü il tarixli tələbnamə ilə iddiaçıya itirilmiş 51840 kub metr qaz hesablanmışdır. Abonentin saldosundan görünür ki, həmin qaza görə iddiaçıya 6220,80 manat zərər hesablanmışdır. 51840 kub metr qaz aşağıdakı qaydada hesablanmışdır: 6 kub metr qaz sayğacının nominal dəyəri x 24 saat orta günlük iş rejimi x 360 gün + 51840 kub metr. Cavabdeh tərəfindən iddiaçının sayğacının yerləşdiyi yerin koordinatları göstərilməklə aktda qeyd olunan «qeydiyyatda olmayan ünvanın sayğacı”nın fotoşəkli təqdim edilmişdir. Həmin fotoşəkildən sayğacın tipi Natek, markası AG4TC, nömrəsinin ilk üç rəqəmi 250 olduğu görünür. İddiaçı ilə eyni ünvanda oğlu X3 adına (abonent kodu **********00001) xx.xx.2020ci il tarixdə Natek tipli G4 mexanika markalı 40012622 №-li saygac quraşdırılmışdır. Məhkəmə araşdırması zamanı xx.xx.2023-cü il tarixli ******* №-li akda qeyd olunan «abonentin təbii qazdan qeyri-qanuni qeydiyyatda olmayan ünvanın sayğacın» abonent kimi X1 olduğu müəyyən edilmişdir. X1 adına olan saldodan görünür ki, mexanik tipli sayğac xx.xx.2020-ci il tarixdə quraşdırılmış və cavabdeh tərəfindən həmin sayğaca 2023-cü ilin yanvar ayından avqust ayına qədər mütəmadi olaraq baxış keçirilmiş və göstəricilər qeyd edilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən hesablanmış 6220,80 manat məbləğində borcun silinməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 №-li xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, xx.xx.2023-cü il tarixdə iddiaçı barədə akt tərtib edilərkən eyni zamanda həmin sayğaca abonent X2 barədə göstəricilər qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, bu ziddiyyətə görə iddiaçı məsuliyyət daşımır və bu halın araşdırılması və yoluna qoyulması birbaşa cavabdeh təşkilatın öhdəsindədir. Bundan başqa, cavabdeh Qaydalarda nəzərdə tutulmayan üsulla zərər hesbalamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 6220,80 manat silinməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununa səasən istehlakçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir, 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edlidiyi dövlət rüsumu, iddia tələblərini təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə hesab edir ki, 35,50 manat dövlət rüsumu Cavabdehndan dövlət mədaxilinə ödənilməlidir. Bundan başqa, iddaiçı pozulmuş hüquqlarımın bərpası ilə bağlı çəkdiyi xərc - 150 manatın tutularaq ona ödənilməsini də istəyir. Məhkəmə hesab edir ki, həmin məbləğ də cavabdehdən tutulmalıdır (qəbz əlavə edilmişdir). Yuxarıda göstərilənlərə əsasən və Azərbayjan Respublikasının Mülki Prosessual Məjəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı hesablanmış 6220,80 manat məbləğində borc silinsin. Pozulmuş hüquqlarımın bərpası ilə bağlı çəkilmiş 150 manat xərc cavabdehdən iddiaçının xeyrinə tutulsun. 35,50 manat dövlət rüsumu Cavabdehndən dövlət mədaxilinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar