Məhkəmə qərarları › İş №e-2(008)-6959/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-6959/2023

27.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-6959/2023 27.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 azyaşlı oğlu xx.xx.2020-ci il təvəllüdlü X5 birlikdə və Cavabdeh2 azyaşlı oğlu xx.xx.2011-ci il təvəllüdlü X9 və azyaşlı qızı xx.xx.2014-cü il təvəllüdlü X1 ilə birlikdə kompensasiya ödənilməklə onların ünvan 1 ünvanında yerləşən 43 saylı mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 2 ünvanında yerləşən mənzilinin mülkiyyətçisi olub. 26 may 2003-cü ıl tarixindən etibarən həmin mənzildə qeydiyyatda olmaqla yaşamaqdadır. İddiaçıdan başqa sözügedən mənzildə cavabdehler iddiaçının oğulları Cavabdeh1 (xx.xx.1981-ci il təvəllüdlü), Cavabdeh2 Borlsoviç (xx.xx.1979-cu il təvəllüdlü) və nəvələri X7 (xx.xx.2020-ci il təvəllüdlü Stepanov Fleksey uetkinlik yaşına çatmayan övladı, şəxsiyyət vəsiqəsi məlumatları AA3177448. FİN 8X35L7Ə), X9 (xx.xx.2011-ci il təvəllüdlü Cavabdeh1 yetkinlik yaşına çatmayan övladı, şəxsiyyət vəsiqəsi məlumatları: AA3192095, FİN 60EYDZZ), X1 (xx.xx.2014-cü il təvəllüdlü Cavabdeh2ın yetkinlik yaşına çatmayan övladı, şəxsiyyət vəsiqəsi məlumatları AA3192093, FİN 6Y5BPQ3) da qeydiyyatdadırlar. Qeyd edilənlərdən əlavə iddiaçının qızı X8 (xx.xx.1995-ci il təvəllüdlü) və nəvəsi X3 (xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatmayan övladı) da sözügedən mənzıldə qeydiyyatda olmaqla hazırda da iddiaçı ilə birlikdə yaşamaqdadır. Cavabdehlər əvvəllər iddiaçı ilə birlikdə yaşamış və normal ailə münasibətlərində olmuşlar. 2017-ci ildən Cavabdeh1 həyat yoldaşı ilə digər mənzilə köçmüş və Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi, ev 35, 43 saylı mənzildə faktiki olaraq yaşamır. Onların birgə nikahdan dünyaya gəlmiş övladları X6 valideynləri ilə birgə yaşayır və Bakı şəhəri,.Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi, ev 35, 43 saylı mənzildə yaşamamasına baxmayaraq həmin mənzildə qeydiyyatdadır. Cavabdeh2 birgə nikahdan dünyaya gəlmiş övladları X10 və X1 2020-ci ilin sentyabr ayından (nikahın pozulması səbəbi ilə) anaları ilə birgə yaşayırlar və faktiki olaraq Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi, ev 35, 43 saylı mənzildə yaşamamalarına baxmayaraq həmin mənzildə qeydiyyatdadırlar. Göründüyü kimi, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi, ev 35, 43 saylı mənzildə cavabdehlər uzun müddətdir ki, yaşamır və onların həmin mənzildə qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüquqlarını pozur. Hesab edirik ki, cavabdehlərə kompensasiya verməklə mənzildən istifadə hüquqlarına xitam veilməlidir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmənin iclasına çağırılmışlar, lakin iddiaçı və cavabdeh məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. İddiaçı məhkəməyə ərizə göndərərək tərəflər arasında barışıq əldə olunduğundan iddia ərizəsi və işin sənədlərinin geri qaytarılmasını xahiş etmişdir. ********** №-li xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 259.0.11-ci maddəsinə müvafiq olaraq, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. 114.1.5-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanıldıqda ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Ekspertizanın keçirilməsi məhkəmənin təşəbbüsü ilə aparıldığından ekspertiza tədqiqatının dəyəri 300 manatın 150 manat hissəsi iddiaçıdan, 150 manat hissəsi isə cavabdehlərdən tutulub "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. ********** №-li xx.xx.2023-cü il tarixli qəbz əsasında ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 300 manatın 150 manat hissəsi İddiaçı, 150 manat hissəsi isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq "xxxx"” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********, H/h: AZ61AİİB********************, "xxxx" ASC-nin Nərimanov filialı, M/H: AZ37NABZ********************, Kod:200093, VÖEN: **********, SWİFT: AİİBAZ2X) hesabına ödənilsin. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar