Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-7117/2025 25.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Rəhmanova Ləman Rizvan qızının katibliyi ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 17 saylı notariat ofisinə, Cavabdeh2nə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 17 saylı notariat ofisinə, Cavabdeh2nə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər 17 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-7904 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh2 arasında kredit müqaviləsi imzalanmışdır. Lakin sonradan Cavabdeh2 tərəfindən ödənilməyən borca görə İddiaçı 980 manat məbləğində tutma yönəldilməsi barədə müraciət edilmişdir. Bakı şəhər 17 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-7904 reyestr nömrəli icra qeydinə əsasən İddiaçı 460 manat məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 1465 manat məbləğində pul tutulmalıdır. Cavabdeh2 tərəfindən qeyd olunmuş ümumi borc məbləği ilə bağlı mübahisələr mövcuddur. Belə ki, ümumi kredit borcunun məbləğinin icra qeydi ilə müəyyənləşməsi mümkün deyil. Ona görə də, icra qeydinin və onun yaratdığı hüquqi nəticələrinin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bu səbəblə, Bakı şəhər 17 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-7904 eyestr nömrəli icra qeydi və həmin icra qeydinin yaratdığı hüquqi nəticələr onun tərəfindən məhkəmə qaydasında mübahisələndirilir. Cavabdeh2 nümayəndəsi X6 xx.xx.2025-ci il tarixdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, iddia ərizəsinin əsassız olması səbəbindən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, müvafiq elektron kabinetə daxil olan məlumata əsasən məlum olmuşdur ki, İddiaçı tərəfindən cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisi və mübahisə predmeti barəsində müstəqil tələb irali süməyən üçüncü şəxs qismində Cavabdeh2 MMC-yə qarşı xx.xx.2025-ci il tarixli, 8İ-7904 reyestr nömrəli icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət olunmuşdur. Hesab edir ki, verilmiş iddia əsassızdır və rədd edilməlidir. İlk öncə qeyd etmək istəyir ki, iddiaçı kredit əldə etmək üçün “SF Azerbaijan BОКТ” ММС-yə müraciət etmişdir. Qanunvericiliyə uyğun olaraq Kredit müqaviləsi bağlanmamışdan öncə kredit barəsində iddiaçıya şifahi və yazılı şəkildə məlumat verilmişdir. İddiaçı müvafiq şərtlərlə tanış olduğunu və həmin şərtləri qəbul etməsinə dair müvafiq qaydada razılığını bildirmişdir. Bundan sonra İddiaçı ilə "xxxx" MMC arasında **********002 nömrəli, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən, verilmiş kreditin məbləği, 800 manat verilmiş kredit məbləğindən istifadəyə görə haqq, 40.00 manat verilmiş kredit məbləğindən istifadəyə görə haqq 5.0%, verilmiş kredit məbləği üzrə xidmət haqqının məbləği 140 manat, illik faiz dərəcəsi 60.85%, ödəniləcək ümumi məbləğ 980 manat, verilmiş kredit məbləğinin ödənilmə tarixi: xx.xx.2024 olaraq təsdiq edilmişidir. Bu müqavilənin 1.14-cü maddəsinə əsasən öhdəliklərin vaxtında yerinə yetirilməməsinə görə BOKT borcalandan geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0,85% həcmində faiz tələb etmək hüququna malikdir. Bildirir ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış **********002 nömrəli, xx.xx.2024 tarixli kredit müqaviləsinin 1.17-ci maddəsinin 1-ci bəndinə əsasən, BOKT bu müqavilə üzrə hüquqları (tələbləri) borcalanın razılığı olmadan, öz mülahizəsinə əsasən hər hansı üçüncü şəxsə, kollektor agentliyinə yönləndirmək hüququna malikdir. "xxxx" BOKT MMC ilə Cavabdeh2 MMC arasında bağlanmış “tələb hüquqlarının satılması haqqında” müqaviləyə əsasən İddiaçı ilə BOKT arasında bağlanmış kredit müqaviləsinə dair tələb üzrə bütün hüquqlar Cavabdeh2 MMCyə ötürülmüşdür. İddiaçı uzun müddət kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Cavabdeh2 BOKT MMC tərəfindən qanunvericiliyə uyğun olaraq barəsində icra qeydinin aparılması üçün Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət edilmişdir. xx.xx.2025-ci il tarixli, 8İ-7904 nömrəli icra qeydinə əsasən müqavilə üzrə vaxtında ödənilməmiş 980 manat, hesablanmış cərimə məbləği 460 manat Cavabdeh2 MMC tərəfindən tərtib olunmuş Cavabdeh2 MMC-yə olan borcun və cərimənin hesablanması haqqında maliyyə arayışı etiraza əlavə olunur və tələbkar tərəfindən ödənilmiş 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 1465.00 (bir min dörd yüz altmış beş) manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq Cavabdeh2 MMC-yə ödənilməsi qərara alınmışdır. Bildirir ki, hazırda İddiaçı tərəfindən Cavabdeh2 MMC-yə ödənilməli olan qalıq borcun məbləği 1465.00 (bir min dörd yüz altmış beş) manat təşkil edir. Cavabdeh2 nümayəndəsi X6 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, İddiaçı tərəfindən cavabdehlər Bakı şəhəri 17 saylı Notariat Ofisi və Cavabdeh2 MMC-yə qarşı xx.xx.2025-ci il tarixli, 8İ-7904 reyestr nömrəli icra qeydinin ləğv edilməsi tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur. Qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair ” 16 may 2025-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən Qanunverici orqan tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində nəzərdə tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilənədək məsələyə qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsində nəzərə tutulmuş 10 günlük müddət tətbiq edilməlidir. Lakin göründüyü kimi, İddiaçı barəsində Bakı şəhəri 17 saylı Notariat Ofisi tərəfindən aparılmış 8İ-7904 nömrəli icra qeydi xx.xx.2025-ci il tarixdə aparıldığı halda, onun tərəfindən sözügedən icra qeydinin mübahisələndirilməsi uzun müddət ötürülərək xx.xx.2025-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq icra qeydinin mübahisələndirilməsi müddəti ötürüldüyündən İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, gəlməmiş, xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və borc məbləği ilə razı olmadığı üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi gəlməmiş, xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Digər cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. - Bakı şəhəri 17 saylı notariat ofisinin notariusu X1 tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş və reyestrdə 8İ-7904 nömrə ilə qeyd edilmiş icra qeydindən görünür ki, Cavabdeh2 xeyrinə İddiaçı **********002 nömərli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 980 manat tutulmalıdır. Bundan əlavə, borclu İddiaçı 460 manat məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1465 manat pul tutulmalıdır. Həmin icra qeydi xx.xx.2025-ci il tarixdə aparılmışdır. - "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli **********002 nömrəli kredit müqaviləsinə əsasən BOKT tərəfindən İddiaçı illik 60.85 % olmaqla, 01 ay müddətinə xx.xx.2024-cü il tarixədək 800 manat məbləğində kredit verilmişdir. - Cavabdeh2 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, 20 gün müddətində 1440 manat borc ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı, tələb haqqında məhkəməyə müraciətin notariusun icra qeydi aparmasını dayandırmadığı barədə xəbərdarlıq edilmişdir. - 501665 nömrəli qaimənin surətindən görünür ki, İddiaçı qeydiyyatda olduğu Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X9 küçəsi, ev 89 ünvanına göndərilmiş bildiriş xx.xx.2025-ci il tarixdə “qəbul edilmədi” qeydi ilə qaytarılmışdır. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə banka 800 manat əsas, 40 manat faiz borcu, 140 manat birdəfəlik komissiya borcu, 460 cərimə borcu olmaqla, cəmi 1440 manat borcu vardır. - "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanan 1802/25 nömrəli, xx.xx.2025-ci il tarixli tələb hüququnun satılması haqqında müqaviləyə 05 nömrəli əlavədən görünür ki, tərəflər 1802/25 nömrəli, xx.xx.2025-ci il tarixli tələb hüququnun satılması haqqında müqaviləyə dair şərtləri, tərəflər arasında razılaşdırılmış öhdəlikləri və tələbkarın bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan 01, 02, 03 və 04 saylı əlavələrdə qeyd edilən müştəri portfeli üzrə borc qalıqlarına dair bütün hüquqların yeni tələbkara ötürülməsi təsdiq edilmişdir. - Elektron notariat sistemindən çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən elektron kabinet vasitəsi ilə Bakı şəhəri 17 saylı notariat ofisinə notariat icra qeydi haqqında ərizə göndərilmiş, ərizəyə səlahiyyəti təsdiq edən sənədlər, bildiriş, borcun alındığı sənədlər, o cümlədən kredit müqaviləsi, tələb hüququnun satılması haqqında müqaviləyə 05 nömrəli əlavə, müddəti keçirilmiş borcun məbləği göstərilməklə, tələbkar tərəfindən təsdiq olunmuş maliyyə arayışı əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim edilmiş sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə aparılır. Çünki, tələbkarla borlu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun:
76. maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
79. maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın:
162. bəndinə əsasən icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 02 sentyabr tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısının:
2. Borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borcverən "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli **********002 nömrəli kredit müqaviləsinə əsasən BOKT illik 60.85 % olmaqla, 01 ay müddətinə xx.xx.2024-cü il tarixədək 800 manat məbləğində pulu borcalan İddiaçı verməyi, borcalan isə müəyyən edilmiş müddətdə əsas borcu faizi ilə birgə qaytarmağı öhdəsinə götürmüşdür, Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən borcun ödənilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli 8İ-7904 reyestr nömrə icra qeydi verilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, icra qeydinin ləğv edilməsini xahiş edir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, borcun və onun faizinin, cərimə məbləğinin icra qeydi ilə müəyyənləşməsi mümkün deyil və qeyd olunmuş bu məbləğlə tamamilə razı deyildir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə görə tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Qanunvericiliyin tələbindən göründüyü kimi tələbkarın tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərmək öhdəliyi müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi Cavabdeh2 tərəfindən bu tələbə əməl edilmiş, borcalana xx.xx.2025-ci il tarixdə bildiriş göndərilmişdir. Bildirişdə qeyd edilmişdir ki, 20 gün müddətində 1440 manat borc ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı, tələb haqqında məhkəməyə müraciətin notariusun icra qeydi aparmasını dayandırmadığı barədə xəbərdarlıq edilmişdir. Bildiriş kuryer vasitəsi ilə göndərilmiş, xx.xx.2025-ci il tarixdə “qəbul edilmədi” qeydi ilə qaytarılmışdır. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsində qeyd edilir ki, icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı icra qeydinin aparılacağı barədə bildirişi aldıqdan sonra heç bir etiraz bildirmədiyi, icra qeydinin aparılmasına səbəb olan tələbi mübahisələndirmədiyi halda, xx.xx.2025-ci il tarixdə icra qeydinin ləğv edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Notariat haqqında qanunvericiliyə görə tələbkarın üzərinə icra qeydinin aparılacağı barədə bildiriş göndərmək vəzifəsi qoyulmuşdur. Məhkəmə icra qeydinin verilməsinə qədər qanunvericilikdə göstərilən qaydada icra qeydinin aparılacağı barədə bildirişin göndərilməsi və bildirişin alınmasını yoxlayır. Borclu borcun məbləğini icra qeydinin aparılacağı barədə bildirişi aldıqdan sonra mübahisələndirmək imkanına malik olur. Əgər borclunun icra qeydinin aparılacağı barədə bildirişi alması sübut olunmursa o zaman icra qeydinin ləğvi tələbinə məhkəmədə baxılır. Çünki borclu icra qeydinin aparılacağı barədə bildirişi almadığı halda icra qeydi verilirsə, o zaman borclunun hüquqi müdafiə imkanı tükənmiş olur. Bu halda məhkəmə icra qeydinin ləğvi tələbinə baxır. Hazırkı işdə isə iddiaçıya icra qeydinin aparılacağı barədə bildiriş göndərilmiş və iddiaçının bildirişi alması, lakin qəbul etməməsi sübut olunur. Bildirişi aldıqdan sonra iddiaçı tələbi mübahisələndirə bilərdi. Lakin iddiaçı bildirişi almış və tələbi mübahisələndirməmişdir. Nəticədə notarius tərəfindən icra qeydi verilmişdir. İcra qeydi verildikdən sonra iddiaçı tələbi mübahisələndirir. Belə olan halda məhkəmə hesab edir ki, hazırda iddiaçının ümumi kredit borcunun məbləğinin icra qeydi ilə müəyyənləşməsinin mümkün olmaması əsası ilə icra qeydinin ləğv edilməsini tələb etməsi əsassızdır. Məhkəmə hesab edir ki, iddiaçının banka olan borcun tələb hüququnun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ötürülməsindən, icra qeydinin icraya yönəldilməsindən məlumatı olmuşdur. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırkı iş üzrə icra qeydi qanunvericiliyin tələblərinə tam riayət olunmaqla verilmişdir, iddiaçının tələbində göstərdiyi arqumentlər formal xarakter daşımaqla, icra qeydinin ləğv edilməsi üçün əsas olmadığından iddia rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair ” 16 may 2025-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən müvafiq şəxs icra qeydinin verilməsinə əsas olmuş maddihüquqi tələbi (onun yaranma əsasını, məbləğini və s.) isə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə mübahisələndirə bilər. Bu, “Notariat haqqında” Qanunun 76-cı maddəsinin 8-ci hissəsində nəzərdə tutulmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Göründüyü kimi mübahisələndirmənin predmeti icra qeydi deyil, tələbdir. Belə iddia verildikdə tələbkar cavabdeh sayılır, notarius isə üçüncü şəxs kimi işə cəlb edilir. Notariusun apardığı icra qeydi ilə Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş əmr icraatı qaydasında baxılan məhkəmə əmri də müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının sadələşdirilmiş qaydası olaraq oxşar münasibətləri tənzimlədiyindən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müraciətdə qaldırılan məsələnin həlli məqsədilə notariusun icra qeydinin mübahisələndirilməsinə münasibətdə qanunun analogiyası üzrə Mülki Prosessual Məcəllənin 282-ci maddəsinin tətbiqi məqsədəmüvafiqdir. Qanunverici orqan tərəfindən “Notariat haqqında” Qanunun 41-ci maddəsində nəzərdə tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilənədək məsələyə qanunun analogiyası üzrə Mülki Prosessual Məcəllənin 282-ci maddəsində nəzərə tutulmuş 10 günlük müddət tətbiq edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, İddiaçı barəsində Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən borcun ödənilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli 8İ-7904 reyestr nömrəli icra qeydi verildiyi halda, onun tərəfindən sözügedən icra qeydinin mübahisələndirilməsi müddəti ötürülərək xx.xx.2025-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, hazırkı iş üzrə Cavabdeh2 bu iddiaya görə cavabdeh olmalı şəxs deyildir. Belə ki, mübahisələndirilən xx.xx.2025-ci il tarixli 8İ-7904 reyestr nömrəli icra qeydi Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən aparılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhəri 17 saylı notariat ofisinə, Cavabdeh2nə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
QƏT ETDİ:
İddiaçı cavabdehlər Bakı şəhəri 17 saylı notariat ofisinə, Cavabdeh2nə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Şəbnur Qədirova