Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-716/2024 14.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş qeyri-yaşayış sahəsinin inşa edilməsinə sərf olunmuş pul vəsaitinin bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin inşa edilməsinə sərf olunmuş xərcin bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təxmini dəyəri 200.000 manat məbləğində qiymətləndirilən, iddia predmeti olan Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 03 saylı qərarına və Xaçmaz rayon icra hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 44 saylı sərəncamına əsasən tərəflərin ərarvad qismində yaşadıqları dövrdə birgə inşa etdirdikləri, hazırda Cavabdeh istifadəsində olan 160 kv.m torpaq sahəsində tikilmiş fərdi mağazanın inşasına sərf edilmiş vəsaitin yarısının, yəni 100.000 manat məbləğində pulun, 390 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 100.390 manat pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə İddiaçı ilə Cavabdeh 16 may 2024-cü il tarixli razılaşmaya əsasən barışdığını və mülki iddiadan imtina etdiklərini bildirmiş və sözügedən mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Əhmədov İddiaçı Aynur Aslan qızına qarşı əmlak tələbinə dair iddiasından imtina etdiyinə görə həmin mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişlər. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq və vəsatəti nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməli, iddiaçının iddiadan imtinası qəbul edilməli və hazırkı mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, hazırda iddiaçının iddiadan imtina etməsi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 122.1. İddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə, həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən iş üzrə icraata xitam verildiyindən ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191, 263- 264-cü maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş qeyri-yaşayış sahəsinin inşa edilməsinə sərf olunmuş pul vəsaitinin bölünməsi” tələbinə dair mülki iş üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddiadan imtina etməsi barədə ərizəsi təsdiq edilsin və e-2(008)-716/2024 nömrəli mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən ödənilmiş 390 manat məbləğində dövlət rüsumu (qəbz nömrəsi: **********) iddiaçıya qaytarılsın. İddiaçıya izah olunsun ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-716/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-716/2024
14.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver