Məhkəmə qərarları › İş №e-2(008)-7417/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-7417/2025

18.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-7417/2025 18.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ona vurduğu əlavə maddi ziyana görə ödəniş günü Azərbaycan Respublikası manatına olan məzənnə ilə 8500 ABŞ dollarının və 133,35 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh2 alınaraq ona ödənilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2021-ci ilin yanvar ayında Rusiya Federasiyasında biznes fəaliyyəti ilə məşğul olan yaxın dostu X12 ona zəng edərək tanışı Abdulla və Ayaz adlı şəxslərlə birlikdə Azərbaycan Respublikasından Rusiya Federasiyasına məhsul ixrac etdiklərini və onlarla birlikdə birgə fəaliyyət göstərməyini xahiş etdi. Elxan Bayramov bildirdi ki, pomidor yükünü Rusiya Federasiyasından gələn yük maşınının sürücüsü Azərbaycanda pomidor məhsulunu idarə etdiyi yük maşınına yükləyərək Qazaxıstan vasitəsilə Rusiya Federasiyasına çatdıracaqdır. Daşınma xərci olaraq bir yük maşını üçün 8.500 (səkkiz min beş yüz) ABŞ dolları məbləğində pul verməli idi. Elxan Bayramovun vasitəçiliyi ilə Abdulla və Ayaz adlı şəxslərlə görüşdü və onlar Sərraf adlı şəxsdən bir yük maşını pomidor məhsulu alacaqlarını bildirdilər. Razılaşmadan sonra Məmmədov X2 rayonu ərazisində yerləşən istixanadan pomidor məhsulunu yük maşınına yüklətdirib Azərbaycandan gəmi vasitəsilə Qazaxıstan Respublikasına, oradan da Rusiya Federasiyasına göndərdi. VOLVO markalı, kz 294 bxz 02 dövlət qeydiyyat nişanlı avtomobilin surscüsü (sahibi) Kazaxstan Respublikası vətəndaşı (passport P/Kaz/N12122868, xx.xx.1983) Şamurzayev Şuxrata Azərbaycan Respublikasında boşdayanma xərci kimi 2000 ABŞ dolları və daşınma xərci olaraq 8.500 ABŞ dolları cəmi - 10500 ABŞ dollarını şəxsən özü ödəmişdir. VOLVO markalı, kz 294 bxz 02 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü (sahibi) Kazaxstan Respublikası vətəndaşı (passport P/Kaz/N12122868, xx.xx.1983) buna dair öz adından Azərbaycan Respublikasının bütün səlahiyyətli məhkəmələrinə ünvünlanan ərizə yazaraq ondan 10500 ABŞ dolları almasını təsdiq etmişdir. Şuxrat Şamurzayevə ödədiyi 10500 ABŞ dollarını 2000 ABŞ dolları Ş.Şamyrzayevin Azərbaycan Respublikasında boşdayanma xərci idi. 8.500 ABŞ dolları isə Cavabdeh2 alınmış pomidor məhsulunun Qazaxıstan Respublikası ərazisindən keçməklə Rusiya Federasiyasına daşınma xərci idi. Yük maşını Qazaxıstan Respublikası ərazisində sərhəd gömrük keçid məntəqəsindən keçərkən, yük maşınında olan pomidor məhsulundan nümunələr götürülmüş və Fitosanitar Laboratoriyadan keçirilən zaman pomidor məhsulunun tərkibində texniki tələblərə cavab verməyən maddə aşkarlandığı üçün yük maşını geri qaytarılmışdır. Həmin yük maşını Azərbaycana qayıtdıqdan sonra Cavabdeh1 pomidor məhsulunu Qaradağ rayonu ərazisində yerləşən “Meyvəli Bazarı”na apararaq, texniki tələblərə cavab verməyən pomidor məhsulunu müxtəlif şəxslərə satmışdır. Qeyd olunan fəaliyyətlə bağlı Cavabdeh1 ona 6.000 (altı min) manat pul ödəməli idi. Bununla bağlı Cavabdeh1 2024-cü ilin iyun ayında ona 6.000 manat pulu ödəyəcəyinə dair iltizam vermiş və həmin iltizamı da imzalamışdır. İltizam verdikdən hazırki vaxta kimi Cavabdeh1 ödəməli olduğu 6.000 manat puldan ümumilikdə 1.200 (bir min iki yüz) manat məbləğində pul ödəmişdir. Hazırda Sərrafın ona 4.800 (dörd min səkkiz yüz) manat məbləğində pul borcu vardır. Həmin fəaliyyət nəticəsində Biləsuvar rayonundan alınmış pomidor məhsulunda texniki tələblərə cavab verməyən maddə aşkarlandığı üçün yük maşınına ödədiyi 8.500 (səkkiz min beş yüz) ABŞ dolları məbləğində ziyan Biləsuvar rayonunda olan istixananın sahibi Cavabdeh2 səhlənkarlığı nəticəsində dəymişdir. Buna görə də 8500 ABŞ dolları məbləğində ona dəymiş zərər Cavabdeh2 tərəfindən ona ödənilməlidir. Göstərilən xüsusatla bağlı ərizə ilə Nərimanov rayon Polis İdarəsinə müraciət etmişdir X1 və icraçı Şamurzaev Şuxrat arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 03 nömrəli sifariş aktının surətindən görünür ki, sifarişçi Azərbaycan Respublikasından yüklənmiş 17 ton tezxarab olan (pomidor və s.) məhsulların Rusiya Federasiyasına çatdırılması məqsədilə icraçıya 10.500 ABŞ dolları (yol xərcləri və Azərbaycanda qalmaq üçün çəkiləcək məsrəflər) məbləğində pul verərək, icraçı yüklənmiş məhsulunu təhvil alaraq 17 ton məhsulu Rusiya Federasiyasına çatdıraraq təhvil verməlidir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin iddiaçıların nümayəndəsi (vəkili) X9 ünvanladığı məktubdan görünür ki, Xaçmaz Gömrük İdarəsinə Qazaxıstan Respublikası vətəndaşları X3, X5 və Şaxmurzayev Şuxratın ixracidxal əməliyyatları ilə bağlı müraciəti daxil olmamışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-33-1700/2- 002544/2024 nömrəli məktubundan görünür ki, Qazaxıstan Respublikası vətəndaşı sürücü X7 tərəfindən idarəolunan “Volvo” markalı, 825LEB05/62OVO02 nömrə nişanlı yük avtomobili ilə 07 yanvar 2021-ci il tarixdə pomidor yükü rəsmiləşdirilərək Qazaxıstan Respublikasına yola salınmış, həmin yük 30 yanvar 2021-ci il tarixdə geri qaytarılaraq 02 fevral 2021-ci il tarixdə “təkrar idxal” gömrük prosedurunda rəsmiləşdirilmişdir. Qazaxıstan Respublikası vətəndaşı sürücü X4 tərəfindən idarə olunan “Volvo” markalı, F906402/66OVO02 nömrə nişanlı yük avtomobili ilə 07 yanvar 2021-ci il tarixdə pomidor yükü rəsmiləşdirilərək Qazaxıstan Respublikasına yola salınmış, həmin yük 30 yanvar 2021-ci il tarixdə geri qaytarılaraq 05 fevral 2021-ci il tarixdə “təkrar idxal” gömrük prosedurunda rəsmiləşdirilmişdir. Qazaxıstan Respublikası vətəndaşı sürücü Şaxmurzayev Şuxrat tərəfindən idarə olunan “Volvo” markalı, 294BXZ02/43İPA13 nömrə nişanlı yük avtomobili ilə 09 yanvar 2021-ci il tarixdə pomidor yükü rəsmiləşdirilərək Qazaxıstan Respublikasına yola salınmış, həmin yük 30 yanvar 2021-ci il tarixdə geri qaytarılaraq 10 fevral 2021-ci il tarixdə “təkrar idxal” gömrük prosedurunda rəsmiləşdirilmişdir. Beləlikə, Cavabdeh2 tərəfindən satılmış məhsul lazımı keyfiyyətdə olmamış, Qazaxıstan Respublikası vətəndaşı sürücü X4 tərəfindən idarə olunan “Volvo” markalı, F906402/66OVO02 nömrə nişanlı yük avtomobili ilə 07 yanvar 2021-ci il tarixdə pomidor yükü rəsmiləşdirilərək Qazaxıstan Respublikasına yola salınmış, həmin yük 30 yanvar 2021-ci il tarixdə geri qaytarılaraq 05 fevral 2021-ci il tarixdə “təkrar idxal” gömrük prosedurunda rəsmiləşdirilmişdir. Bunun da nəticəsində, yəni Cavabdeh2 lazımı keyfiyyətdə məhsul təhvil verməməsi nəticəsində yük daşıma xərci ödəməsi ilə əlaqədar iddiaçıya 8.500 ABŞ dolları məbləğində maddi ziyan vurmuşdur. Odur ki, Cavabdeh2 öhdəliyini lazımı qaydada icra etməməsi nəticəsində yük daşımaya görə ödədiyi 8500 ABŞ dolları məbləğində əlavə zərəri də ona ödəməlidir. Cavabdeh2 öhdəliyini lazımınca icra etməməsi nəticəsində yük daşıma xərci kimi 8500 ABŞ dolları ödədiyi və bunun nəticəsində vurduğu ziyanı ona ödəməklə yanaşı, eyni zamanda 133,35 manat məbləğində ödədyim dövlət rüsumunu da ona ödəməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmiş, əsas pul tələbini Nofəldən istədiyini, Sərrafın vasitəçi olduğunu və işin ərazi aidiyyatı üzrə Kəlbəcər Rayon Məhkəməsinə göndərilməsi məsələsinin həllinin məhkəmə mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Kəlbəcər Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hazırki vəziyyətdə iddia ərizəsindən və iddiaçının məhkəmə iclasındakı çıxışından məhkəməyə məlum olur ki, iddiaçının pul tələbi Cavabdeh2 qarşıdır. Digər Cavabdeh1 qarşı heç bir tələb irəli sürməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinə Cavabdeh2 qeydiyyatda olduğu yer üzrə baxılmalıdır. Belə ki, "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən cavabdeh Şəfiyev X11 rayonu, A.Qurbanov küçəsi 54 ünvanında qeydiyyatdadır. Digər Cavabdeh1 adı iddianın başlığında qeyd edilsə də sonunda həmin şəxsdən heç bir tələb olmadığından və Cavabdeh2 yaşayış yeri Kəlbəcər rayonu olduğundan hazırki işə Bakı şəhər Sabunçu rayon Məhkəməsində baxılmasına heç bir hüquqi zərurət qalmır. Belə olan halda məhkəmə hesab edir ki, iş materiallarına cavabdehin qeydiyyat yeri üzrə Kəlbəcər Rayon Məhkəməsində baxılmalıdır. MPM-in 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Kəlbəcər rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 35, 44, 45, 263-264, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Kəlbəcər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Fuad Babaşov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar