Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-808/2022 19.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh Bayramlı Aslan Fazil oğluna qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh Bayramlı Aslan Fazil oğluna qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 42349.02 manat vurulmuş zərər və 217.05 manat dövlət rüsumunun iddiaçı "xxxx" ASCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi "Toyota" markalı, ** UM *** dövlət nömrə nişanlı avtomobil Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küşəsi ilə hərəkət edən zaman işıqforun qadağanedici nişanı tələbini pozmuş və nəticədə "AUDİ Q7" markalı, ** SD *** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Yuxarıda qeyd olunan hadisə ilə bağlı Bakı şəhər Nizami DYPŞ tərəfindən tərtib olunmuş TP ******* saylı, xx.xx.2021-ci il tarixli qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsininin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirkar şəxs Cavabdeh müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində "AUDİ Q7 " markalı, ** SD *** dövlət nömrə nişanlı avtomobilə 47378 (qırx yeddi min üç yüz yetmiş səkkiz) manat maddi zərər dəymişdir. MİP2000152 saylı sığorta şəhadətnaməsinə və AKS210161 saylı, xx.xx.2021-ci il tarixli Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 46728 (qırx altı min yeddi yüz iyirmi səkkiz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdehin mülki məsuliyyəti "xxxx" ASC-də sığortaladığından 4378,98 (dörd min üç yüz yetmiş səkkiz manat, doxsan səkkiz qəpik) manat sığorta ödənişi "xxxx" ASC-dən alınmışdır. Buna görə də "Toyota" markalı, ** SD *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh bu iş üzrə cavabdeh qismində cəlb edilməlidir. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi xanım Nilufər Cəfərlinin icraatında olan e-2(008)-808/2022 saylı mülki iş üzrə iddia ərizəsinin xahiş etdim hissəsinə cavabdehin adı Cavabdeh kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qismən qəbul edərək iddianın qismən təmin edilməsinə etiraz etmədiklərini bildirərək qeyd etmişdirlər ki, Audi Q7 marakalı avtomobilə dəymiş zərər şişirdilmişdir. Cavabdeh tərəf nə qüsur aktında qeyd edilən məbləğlə, nədəki ekspetin rəyindəki məbləğ ilə razı deyildir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş avtonəqliyyat vasitələrinin tam şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2020 – xx.xx.2021-ci il tarixədək dövlət qeydiyyat nişanı ** SD ***, markası "xxxx", istehsal ili 2019 olan avto nəqliyyat vaistəsi Mega Sığorta ASC-də kasko siğorta ilə siğortalanmışdır. Siğorta məbləği avtonəqliyyat vasitəsinə dəyən zərər üzrə 85.000 manat müəyyən edilmişdir. - 07 iyun 2021-ci il tarixli cinayət işinin başlanamasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı təqsirli sürücü Bayramlı Aslan Fazil oğlunun əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rəd edilmiş, Bayramlı Aslan Fazil oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Nizami RPİ-nin DYPŞ-ma göndərilməsi qərara alınmışdır.. - İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Bayramlı Aslan Fazil oğlunun barəsində xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inizabit xəta törətməsinə dair barəsində protokol tərtib edilmişdir. - İnzibati Tənbeh haqqında TP ******* nömrəli, xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Bayramlı Aslan Fazil oğlu xx.xx.2021-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmiş və 60 (altmış) manat cərimə edilmişdir. - Nəqliyyat vasitələrinə Sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, X1 Aslan Fazil oğluna sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək və sairə kimi səlahiyyətləri etibarnamə üzrə vermişdir. Dream Auto” MMC-nin qüsur aktından görünür ki, AUDİ Q 7 markalı 99SD599 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 47378 manat olması müəyyən edilirş - xx.xx.2021-ci il tarixli siğorta ödənişi aktının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ilə Çobanzadə küçəsinin kəşisməsində işıqforun qadağanedici nişanı tələbinin pozulması səbəbindən Meqa Siğorta ASC-də kasko siğorta ilə siğortalanmış X5 mülkiyyətində olan Audi Q7 marakalı 99SD-599 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 47378 manat məbləğində zərərin 46728 manat olan hissəsi "xxxx" ASC tərəfindən X6 ödənilməsi qərara alınmışdır. Mega Sığorta” ASC-nin xx.xx.2021-ci il tarixli, 693-06/21 SH nömrəli X6 ünvanlanmış bildirişdən görünür ki, "xxxx" ASC tərəfindən 46728 manat məbləğində sığorta ödənişi hesablanmışdır. Həmin sığorta ödənişini ona ödəməyi üçün bank hesabını onlara təqdim edilməsini və şəxsiyyətini təsdiq edən sənədlə Cəmiyyətinə yaxınlaşması xahiş edilmişdir. - xx.xx.2021-ci il tarixli, 008097 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, 46.728 (qırx altı min yeddi yüz iyirmi səkkiz manat) manat sığorta Meqa Siğorta ASC X6 məxsus hesaba ödənilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 9/1634 nömrəli rəyinin surətindən görünür ki, 2019-cu il buraxılışlı "xxxx" markalı, ** SD *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 44176 manat müəyyən edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi "Toyota" markalı, ** UM *** dövlət nömrə nişanlı avtomobil Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küşəsi ilə hərəkət edən zaman işıqforun qadağanedici nişanı tələbini pozmuş və nəticədə "AUDİ Q7" markalı, ** SD *** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Yuxarıda qeyd olunan hadisə ilə bağlı Bakı şəhər Nizami DYPŞ tərəfindən tərtib olunmuş TP ******* saylı, xx.xx.2021-ci il tarixli qərara əsasən yolnəqliyyat hadisəsinin baş verməsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsininin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirkar şəxs Cavabdeh müəyyən edilmişdir. Qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində "AUDİ Q7 " markalı, ** SD *** dövlət nömrə nişanlı avtomobilə 47378 (qırx yeddi min üç yüz yetmiş səkkiz) manat maddi zərər dəymişdir. MİP2000152 saylı sığorta şəhadətnaməsinə və AKS210161 saylı, xx.xx.2021-ci il tarixli Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 46728 (qırx altı min yeddi yüz iyirmi səkkiz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdehin mülki məsuliyyəti "xxxx" ASC-də sığortaladığından 4378,98 (dörd min üç yüz yetmiş səkkiz manat, doxsan səkkiz qəpik) manat sığorta ödənişi "xxxx" ASC-dən alınmışdır. Buna görə də "Toyota" markalı, ** SD *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh bu iş üzrə cavabdeh qismində cəlb edilmişdir. "xxxx" ASC zərərçəkmiş şəxsə ödənilmiş 42349.02 (4378.98 manat Meqa Sığorta ASC-yə ödənildikədn sonra) manat məbləğində pul vəsaitini cavabdeh Bayramlı Aslan Fazil oğlundan tələb edir. Məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı "xxxx" ASC-də sığortalanmış "AUDİ Q7" markalı, ** SD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər "xxxx" ASC tərəfindən ümumi siğorta məbləği hissəsində zərərçəkmiş şəxsə ödənildiyindən, "xxxx" ASC həmin yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli hesab edilən Bayramlı Aslan Fazil oğlundan sığorta ödənişinin geri tələb etməkdə haqlıdır, lakin iş materiallarından görünür ki, "xxxx" ASC Qüsur aktına əsasən AUDİ Q7" markalı, ** SD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 46728 manat olduğunun qeyd etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 9/1634 nömrəli rəyinin surətindən görünür ki, 2019-cu il buraxılışlı "xxxx" markalı, ** SD *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxmi dəyəri 44176 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı "AUDİ Q7" markalı, ** SD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Eksperiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/1634 nömrəli rəyində göstərilmiş məbləğ əsas götürülməlidir. Bundan sonra iddia ərizəsindəndə görünür ki, Meqa Siğorta ASC-nin zərərçəkmiş avtomobilin mülkiyyətçisinə ümumi ödənilmiş məbləğin 4378.98 manat olan hissəsi cavabdehin mülki məsuliyyəti "xxxx" ASC-də siğortalanmış olduğundan iddiaçıya ödənilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 39797.02 (otuz doqqquz min yeddi yüz doxsan yeddi manat, iki qəpik) ( 44176– 4378.98=39.797.02) manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən iddia tələbi bu hissədə də qismən təmin edilməli, 150 manat dövlət rüsumu tutulmalıdır. Bundan əlavə ekspertiza xərclərinə dair bildirişindən göründüyü kimi hesablanmış aparılan tədqiqatın dəyəri 100 manat cavabdehdən tutulmalı, Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, Kodu 210005 olan, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Məhkəməsinin VÖEN: **********, Hesab: AZ34CTRE**********00088501 olan hesabına ödənilməldir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 39797.02 (otuz doqqquz min yeddi yüz doxsan yeddi manat, iki qəpik) manat məbləğində pul və 150 (yüz əlli) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. 100 manat eksperiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, Kodu 210005 olan, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Məhkəməsinin VÖEN: **********, Hesab: AZ34CTRE**********00088501 olan hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-808/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-808/2022
19.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver