Məhkəmə qərarları › İş №e-2(008)-823/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-823/2024

17.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-823/2024 17.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı X10 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, Mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iştirakı ilə, İddiaçı X10 Cavabdeh qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərX17 və 4 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi olmaqla“atalığın müəyyən olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X16 Cavabdeh qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X17 və 4 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi olmaqla “atalığın müəyyən olunmasıtələbinədairiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı xx.xx.2022-ci tarixdə Bakı şəhərində qadın cinsində doğulmuş qız uşağının və xx.xx.2023-cü ildə Bakı şəhərində kişi cinsində doğulmuş oğlan uşağının atasının xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş Cavabdeh olmasının müəyyən edilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, üçüncü şəxs X17 ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahların 3 övladı xx.xx.2011-ci il təvəllüdlü X18, xx.xx.2012-ci il təvəllüdlü X14 və xx.xx.2013-cü il təvəllüdlü X19 dünyaya gəlmişlər. Daha sonra üçüncü şəxslə mkünasibətləri korlanmış, buna görə də 2021-ci ilin sentyabrında üçüncü şəxslə birgə yaşadığı evi tərk edib atası evinə qaytımışdır. Üçüncü şəxslə nikahları Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-389/2023 saylı qətnaməsi ilə pozulmuş və azyaşlı 3 övladı atasının yanında qalması qət edilmişdir. Bu barədə Sabunçu rayon qeydiyyat şöbəsində nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə qeyd aparılmışdır. Onunla üçüncü şəxs arasında nikah qeyd edilən tarixdə pozulsa da, faktiki olaraq ailə münasibətləri həmin tarixdən 1 il 8 ay öncə yəni, 2021-ci ilin sentyabr ayında pozulmuşdur. Üçüncü şəxs nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmiş və iddia ərizəsində və məhkəmədə verdiyi izahatında birgə nikahdan 3 övladının olduğunu qeyd etmişdir. (bu hal Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-389/2023 saylı qətnaməsində özəksini tapmışdır). O, üçüncü şəxslə ayrı yaşadığı dövr ərzində hazırki iş üzrə Cavabdeh ilə birgə yaşamış və faktiki ailə münasibətlərində olmuşdur. Elə həmin dövrdə cavabdehlə faktiki nikahlarından 2 övladı - xx.xx.2022-ci ildə 1 qız uşağı və xx.xx.2023-cü ildə isə 1 oğlan uşağı doğulmuşdur. Həmin vaxt onun rəsmi nikahda olmağına baxmayaraq, üçüncü şəxslə ayrı yaşadığı üçün üçüncü şəxs xx.xx.2022-ci ildə 1 qız uşağının və xx.xx.2023-cü ildə isə 1 oğlan uşağının dünyaya gəlməsindən xəbəri olmamışdır. Bakı Sabunçu Tibb Mərkəzinin verdiyi xx.xx.2022-ci il tarixli, **********51 saylı və xx.xx.2023-cü il tarixli **********40 saylı doğum haqqında tibbi şəhadətnamələrin ata haqqında məlumat qrafasında üçüncü şəxs X17 haqqında heç bir məlumat yoxdur. Hazırda cavabdehlə faktiki nikahdan doğulmuş hər iki övladı sağlamdır. Qızın adı Aylin, oğlanın adı isə Sərdardır. 22 nömrəli Şəhər Poliklinikasında qeydiyyata götürülmüşlər. Üçüncü şəxslə birgə nikahları rəsmi şəkildə pozulduqdan sonra xx.xx.2022-ci il təvəllüdlü qız uşağının və xx.xx.2023-cü il təvəllüdlü oğlan uşağının doğumunu qeydə alaraq barəsində cavabdehin atalığının müəyyən edilməsinə dair xx.xx.2023-cü il tarixdə 4 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etdik. Lakin 4 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi Ailə Məcəlləsinin 44.2-ci maddəsiniəsas tutaraq atalığın müəyyən olunmasında imtina etmiş, uşaqların doğumunu qeydə alaraq barəsində cavabdehin atalığının müəyyən olunması üçün məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Övladları dünyaya gəldiyi gündən hal-hazıradək uşaqların həqiqi atası ilə birgə yaşayırlar. O səbəbdən uşaqların doğum haqqında şəhadətnamələrində ata qrafasında uşaqların həqiqi atasının qeyd edilməsi zəruridir. Bu uşaqların gələcəkdə normal ailə mühitində böyüməsi, cəmiyyətdə sağlam şəkildə formalaşması üçün vacibdir. Uşaqlar doğma atasını öz atası kimi tanıyırlar, sadəcə formal olaraq sənədlərdə də bu öz əksini tapmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı X10 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək onun təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasına iştirak edən 3-cü şəxs X17 iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış4 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə məktubla müraciət edərək işlərinin çoxluğundan məhkəmə iclasının onların nümayəndəsinin iştirakları olmadan keçirilməsni xahiş etmişlər. Məhkəmə mülki işə digər üçüncü şəxs 4 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “Bakı Baş Səhiyyə X24 şəxsi 22 nömrəli Şəhər Poliklinikasının” xx.xx.2023-cü il tarixli 327 nömrəli arayışından görünür ki, X20 xx.xx.2023-cü il tarixdə “Bakı Baş Səhiyyə X24 şəxsi 22 nömrəli Şəhər Poliklinikası”na qeydiyyata götürüldü. İş materiallarında olan “Bakı Baş Səhiyyə X24 şəxsi 22 nömrəli Şəhər Poliklinikasının” xx.xx.2023-cü il tarixli 328 nömrəli arayışından görünür ki, X21 xx.xx.2022-ci il tarixdə “Bakı Baş Səhiyyə X24 şəxsi 22 nömrəli Şəhər Poliklinikası”na qeydiyyata götürüldü. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-389/2023 nömrəli 15 may 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, X17 ilə X15 arasında Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2011-ci ildə bağlanmış və 144 nömrə ilə qeyd edilmiş nikahın pozulması, X17 ilə X3 birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X18, xx.xx.2012-ci il təvəllüdlü X14 və xx.xx.2013-cü il təvəllüdlü X19 boşanmadan sonra atası X6 himayəsinə verilməsi, məhkəməyə müraciət olunduğu xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün X2 hər ay, hər uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 579 (beş yüz yetmiş doqquz) manat sabit pul məbləğində aliment tutularaq X11 verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 452839 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surıtindən görünür ki, X22 ilə X15 arasında bağlanmış nikah pozulmuşdur. Bu barədə nikhın pozulması haqqında akt qeydlər kitabında xx.xx.2023-cü il tarixli 399 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Rzayeva soyadı verilmişdir. İş materiallarında olan 4 saylı Bakı “ASAN Xidmət” X1 xx.xx.2023-cü il tarixli, 3-16- 5/7-15-1099/2023; 3-16-5/7-15-1100/2023 nömrəli imtina məktubundan görünür ki, X17 ilə xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsində 144 saylı nikah haqqında akt qeydi ilə nikah qeydə alınmış və xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən 399 saylı akt qeydi ilə nikahın pozulması dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Azərbaycan Nazirlər Kabinetinin 2003-cü ili 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 2.15-ci bəndinə uyğun olaraq nikah dövründə ana bətninə düşmüş, lakin nikah pozulduqdan və ya etibarsız hesab edildikdən sonra anadan olmuş uşağın doğumunun qeydiyyatı, nikahın pozulduğu və ya etibarsız hesab edildiyi gündən uşağın doğulduğu günədək 10 aydan çox keçməmişdirsə, valideynləri nikahda olan uşağın doğumunun qeydiyyatı qaydasında aparılır. Eyni qaydanın 2.8-ci bəndinə görə, doğum haqqında akt qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır. 2.8.1. öz aralarında nikahda olan ata və ana doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Uşağın atası və ya anası kimi qeyd olunmuş şəxsin həmin qeydiyyat barədə məlumatı olduqda və ya məlumatı olması yəqin edildikdə, o, həmin qeydiyyata dair məhkəmə qaydasında iddia verə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 47.1-ci maddəsinə görə mu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Bununla bağlı ata adının verilməsindən və valideyn kimi Cavabdeh oölunun qeyd olunmasından imtina edilməsi barədə qərardan inzibati qaydada və (vəya) məhkəməyə şikayət verilməsi məsləhət görülmüşdür. İş materiallarında olan 4 saylı Bakı “ASAN Xidmət” X1 xx.xx.2023-cü il tarixli, 3-16- 5/8-13-3083/2023 nömrəli məktubundan görünür ki, X17 ilə xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsində 144 saylı nikah haqqında akt qeydi ilə nikah qeydə alınmış və xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən 399 saylı akt qeydi ilə nikahın pozulması dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Azərbaycan Nazirlər Kabinetinin 2003-cü ili 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 2.15-ci bəndinə uyğun olaraq nikah dövründə ana bətninə düşmüş, lakin nikah pozulduqdan və ya etibarsız hesab edildikdən sonra anadan olmuş uşağın doğumunun qeydiyyatı, nikahın pozulduğu və ya etibarsız hesab edildiyi gündən uşağın doğulduğu günədək 10 aydan çox keçməmişdirsə, valideynləri nikahda olan uşağın doğumunun qeydiyyatı qaydasında aparılır. Eyni qaydanın 2.8-ci bəndinə görə, doğum haqqında akt qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır. 2.8.1. öz aralarında nikahda olan ata və ana doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Uşağın atası və ya anası kimi qeyd olunmuş şəxsin həmin qeydiyyat barədə məlumatı olduqda və ya məlumatı olması yəqin edildikdə, o, həmin qeydiyyata dair məhkəmə qaydasında iddia verə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 47.1-ci maddəsinə görə mu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)-823/2024 nömrəli 11 yanvar 2024cü il tarixli qərardadından görünür ki, iddiaçı X10 Cavabdeh qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərX17 və 4 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi olmaqla“atalığın müəyyən olunması” tələbinə dair mülki iş üzrə ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13” X29 xx.xx.2024-cü il tarixli 9/342 nömrəli məktubundan görünür ki, anası İddiaçı olan ekspertizaya təqdim olunan iki uşaq barəsində Cavabdeh atalıq faktı inkar olunmadı. İş materiallarında olan doğum haqında tibbi şəhadətnamədən görünür ki, xx.xx.2022ci ildə X15 1 qız uşağı doğmuşdur. İş materiallarında olan doğum haqında tibbi şəhadətnamədən görünür ki, xx.xx.2023cü ildə X15 1 oğlan uşağı doğmuşdur. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 100 manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-ci maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.1-ci maddəsinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir. Həmin Məcəllənin 170-ci maddəsinə əsasən nikah dövründə ana bətninə düşmüş, lakin nikah pozulduqdan və ya etibarsız hesab edildikdən sonra anadan olmuş uşağın doğulmasının qeydiyyatı, nikahın pozulduğu və ya etibarsız hesab edildiyi gündən uşağın doğulduğu günədək 10 aydan çox keçməmişdirsə, valideynləri nikahda olan uşağın doğulmasının qeydiyyatı qaydasında aparılır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı X16 ilə Cavabdeh faktiki münasibətlərindən xx.xx.2021-ci il bir qız və xx.xx.2023-cü il tarixdə bir oğlan uşaqları doğulmuşdur. Doğum haqqında şəhadətnamə alan zaman iddiaçı maraqlı şəxs X17 ilə nikahda olduğundan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il bir qız və xx.xx.2023-cü il tarixdə bir oğlan uşaqlarının atasının Cavabdeh olmasını müəyyən edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmənin xx.xx.2024-cü il tarixli 2(008)-823/2024 saylı qərardadı ilə xx.xx.2021-ci il bir qız və xx.xx.2023-cü il tarixdə bir oğlan uşaqlarının atasının cavabdeh olmasının müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13” X29 xx.xx.2024-cü il tarixli 9/342 nömrəli məktubundan görünür ki, anası İddiaçı olan ekspertizaya təqdim olunan iki uşaq barəsində Cavabdeh atalıq faktı inkar olunmadı. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh xx.xx.2021-ci il bir qız və xx.xx.2023-cü il tarixdə bir oğlan uşaqlarının atası olması müəyyən edilməli, xx.xx.2021-ci il bir qız uşağının soyadını “Aşumova”, ata qrafasında “Cavabdeh” oğlu qeyd edilməli və xx.xx.2023-cü il tarixdə bir oğlan uşağının soyadını “Aşumov”, ata qrafasında “X33” oğlu qeyd edilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı X9 xx.xx.2022-ci ildə doğmuş olduğu qız və xx.xx.2023-cü ildə doğmuş olduğu oğlan uşağının atası xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh olması müəyyən edilsin. xx.xx.2022-ci ildə doğulmuş qız uşağının soyadını “Aşumova”, ata adını “Həsən”, ata qrafasında “Cavabdeh” oğlu kimi qeyd edilsin. xx.xx.2023-cü ildə doğulmuş oğlan uşağının soyadını “Aşumov”, ata adını “Həsən”, ata qrafasında “Cavabdeh” oğlu kimi qeyd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu X5 tutularaq iddiaçı X12 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar