Məhkəmə qərarları › İş №e-2(008)-855/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-855/2025

05.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-855/2025 05.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında,açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X6 oğlundan 30800 manat (otuz min səkkiz yüz) məbləğində borcun, 182,4 manat dövlət rüsmunun İddiaçı xeyrinə tutulması, tələbin ünvan 2 bağ evinə yönəldilməsi, ünvan 2 bağ evinin açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun İddiaçı ödnilməsi, cavabdeh X6 oğlunun və ailə üzvlərinin ünvan 2 bağ evindən çıxarılmaqla istifadə hüquqlarına xitam verilməsi və öz hesablarına mənzilin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli, 3M-1719 reyestr nömrəli Kredit Müqaviləsinə əsasən cavabdeh X6 oğlu İddiaçı 30800 manat məbləğində borc götürmüşdür. xx.xx.2024-cü il tarixdə borcun qaytarılması müddəti bitməsinə baxmayaraq, cavabdeh X6 oğlunun borcu qaytarmaq niyyəti yoxdur. Cavabdeh X6 oğluna borcun qaytarılması barədə xx.xx.2024-cü il tarixdə bildiriş göndərilsə də borcunu qaytarmaqdan imtina edir. xx.xx.2022-ci il tarixli İpoteka Müqaviləsinə əsasən cavabdeh xx.xx.2022-ci il tarixli, 3M-1719 Reyestr nömrəli Kredit Müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə ünvan 2 ünvanında yerləşən Bağ evini İpoteka saxlayan İddiaçı xeyrinə yüklü etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iştirakı olmadan baxılması və yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qəradadına əsasən İddiaçı Cavabdeh qarşı borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə iddia tələbinin cavabdeh X6 oğlunun və ailə üzvlərinin ünvan 2 bağ evindən çıxarılmaqla istifadə hüquqlarına xitam verilməsi və öz hesablarına mənzilin boşaldılması hissəsində icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 30800 manat məbləğində borc verir. Cavabdeh borcu xx.xx.2024-cü il tarixinədək İddiaçı qaytarmağı öhdəsinə götürür. -xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 91.1 kv.m. olan bağ evinin və həmin ünvanda mülkiyyətdə olan ümumi sahəsi 0.04 ha ölçülü sahənin 3M/1719 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə İddiaçı xeyrinə ipoteka yüklü edir. -xx.xx.2022-ci il tarixli ********** nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, X6 oğluna məxsus ünvan 2 saylı bağ evi İddiaçı xeyrinə ipoteka yüklü edilmişdir. -xx.xx.2017-ci il tarixli RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 saylı bağ evi X6 oğlunun tam mülkiyyətindədir. Premium Qiymətləndirmə MMC-nin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, ünvan 2 da ümumi sahəsi 91.1 kv.m sahədən 0.04 ha torpaq sahədən ibarət bağ evinin xx.xx.2025-ci il vəziyyətinə bazar dəyəri 63.770 manat, likvid dəyəri 54.205 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmiş borc müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixədək qaytarmaq şərti ilə Cavabdeh 30800 manat pul vəsaiti borc verilmişdir. Həmin tarixdə bağlanmış borc müqaviləsinin təminatı kimi borc alan Cavabdeh ilə ipoteka saxlayan İddiaçı arasında 3M-1719 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasını təmin edilməsi məqsədi ilə 3M-1720 reyestr nömrəsi ilə qeydə alınmış ipoteka müqaviləsi bağlanılaraq sonuncuya məxsus ünvan 2 da ümumi sahəsi 91.1 kv.m sahədən 0.04 ha torpaq sahədən ibarət bağ evi ipoteka saxlayan İddiaçı adına yüklü edilmişdir. İddiaçı yuxarıda qeyd edilən bağ evinə ipoteka hüququnun qeydiyyata alınmasına dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli (qeydiyyat №-si: **********) çıxarış verilmişdir. xx.xx.2024-cü il tarixdə borcun qaytarılması müddəti bitməsinə baxmayaraq cavabdeh X6 oğlu borcu qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərininpredmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsi manatla olan pul öhdəliklərinə şamil olunur və bu zaman həmin maddənin “ödəniş müddəti çatanadək” müddəası müqavilədə öhdəliyin müəyyən edildiyi icra müddətini, müqavilədən irəli gələn “öhdəliyin əmələ gəldiyi vaxt” müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Göründüyü kimi, X6 oğlu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, İddiaçı olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də X6 oğlu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia üzrə iddiaçı tərəfindən tələb edilən əsas borc məbləğini nəzərdən keçirib, belə qənaətə gəlir ki, iddia tələbi borcun tutulması hissəsində əsaslıdır və təmin edilməli, X6 oğlundan İddiaçı xeyrinə 30800 manat məbləğində borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir; 319-cu maddəsinə əsasən gər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka ilə təmin edilən tələb icra edilmədikdə, ipoteka saxlayan və borclu ipoteka tələbi təmin edilən anda satışın açıq hərracdan fərqli olan başqa formaları barədə razılığa gələ bilərlər. Razılıqda həmçinin nəzərdə tutula bilər ki, ipoteka predmeti borclunun borclarının tam hesablanması şərtilə bazar qiymətinə satılsın və (və ya) satış zamanı ipoteka predmeti olmuş mənzili (yaşayış sahəsini) əldə edən şəxs qarşısında gələcəkdə borcluya və onun ailə üzvlərinə həmin mənzilin (yaşayış sahəsinin) kirayəçisi olmaq hüququ verən şərt qoyulsun. İpoteka ilə yüklü edilmiş obyektin alıcısı satınalma qiymətini ödəməyə borcludur. İpoteka ilə yüklü edilmiş obyektin tutmaya yönəldilməsi xərcləri satınalma qiymətindən tutulur. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır. 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; - 47.5-ci maddəsinə əsasən isə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır Araşdırma zamanı, müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən X6 oğlu kredit müqaviləsi üzrə ödənişlərin qaytarılmasının təminatı kimi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 91.1 kv.m. olan bağ evi və həmin ünvanda mülkiyyətdə olan ümumi sahəsi 0.04 ha ölçülü sahə iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutma, ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka qoyan yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tərəflər razılığa gəlmişlər. X6 oğlu həmin kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda və qaydada icra etməmiş və iddiaçı (ipotekasaxlayana) ipotekaya tutma yönəltmək hüququndan istifadə etmişdir. İddiaçı, X6 oğluna kredit müqaviləsinə əsasən ödəmədiyi kredit borcuna görə tələbin cavabdehə məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 91.1 kv.m. olan bağ evinə və həmin ünvanda mülkiyyətdə olan ümumi sahəsi 0.04 ha ölçülü sahəsinə məhkəmə qaydasında tutmanın yönəldilməsinin başlanması barədə bildiriş göndərmiş və bundan sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Bakı şəhər Ərazi İdarəsinə müraciət edilmiş, həmin idarə tərəfindən bildiriş qeydə alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada yerinə yetirməmiş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda tutmanın ipoteka predmetinə yönəldilməsini və ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, öhdəlik icra edilmədiyindən kredit borcu üzrə tutma borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş cavabdehə məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 91.1 kv.m. olan bağ evinə və həmin ünvanda mülkiyyətdə olan ümumi sahəsi 0.04 ha ölçülü sahəsinə yönəldilməli, həmin mənzil açıq hərracda satılmalı, satışdan əldə ediləcək pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana (cavabdehə) qaytarılmalıdır. Məhkəmə ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiymət) barədə qeyd edir ki, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyi əsasında 54.205 manat müəyyən olunmalıdır. Həmçinin iddia tələbinin dövlət rüsumunun cavabdehdən tutulmasına dair hissəsi də təmin edilməlidir. Belə ki, iddiaçının 182,40 manat Sabunçu Rayon Məhkəməsinə ödəməsi barədə ********** nömrəli qəbz iş materiallarına əlavə olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza xərci də cavabdehdən tutulmalıdır. Belə ki, iddia təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 600 manat məbləğində pul vəsaiti cavabdeh X6 oğlundan alınaraq 300 manat məbləğində Premium Qiymətləndirmə MMC-yə, 300 manat məbləğində isə İddiaçı ödənilməlidir. O səbəbdən ki, İddiaçı tərəfindən əvvəlcədən 300 manat məbləğində pul Premium Qiymətləndirmə MMC-yə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2022-ci il tarixli borc müqaviləsi üzrə X6 oğlundan İddiaçı xeyrinə 30800 manat məbləğində pul, 182,40 manat ödənilmiş dövlət rüsumu tutulmalı, tutma ipotekaya qoyulmuş X2 məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 91.1 kv.m. olan bağ evinin və həmin ünvanda mülkiyyətdə olan ümumi sahəsi 0.04 ha ölçülü sahəsinə yönəldilməlidir. Həmin əmlak açıq hərracda satılaraq, satışdan əldə olunan vəsait kredit borcunun ödənilməsinə yönəldilməli, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana – X6 oğluna qaytarılmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli müqavilə üzrə X6 oğlundan İddiaçı xeyrinə 30800 ( otuz min səkkiz yüz )manat məbləğində pul, 182,40 (yüz səksən iki manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 30982,40 ( otuz min doqquz yüz səksən iki manat, qırx qəpik) manat məbləğində pul tutulsun. Tutma ipotekaya qoyulmuş X6 oğluna məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 91.1 kv.m. olan bağ evinə və həmin ünvanda mülkiyyətdə olan ümumi sahəsi 0.04 ha ölçülü sahəyə yönəldilsin. Həmin əmlak açıq hərracda satılsın. İpoteka predmeti olan, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 91.1 kv.m. olan bağ evinin və həmin ünvanda mülkiyyətdə olan ümumi sahəsi 0.04 ha ölçülü sahənin ilkin satış qiyməti 54205 (əlli dörd min iki yüz beş) manat müəyyən edilsin. Satışdan əldə olunan vəsait kredit borcunun ödənilməsinə yönəldilsin. Ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana – X6 oğluna qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 600 (altı yüz) manat məbləğində pul vəsaiti X1 alınaraq 300 (üç yüz) manat məbləğində Premium Qiymətləndirmə MMC-yə, 300 (üç yüz) manat məbləğində isə İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar