Məhkəmə qərarları › İş №e-2(008)-897/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-897/2022

07.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-897/2022 07.02.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhmanov Cahid Faiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mehdi Hüseyn küçəsi, 7 saylı evin 4 saylı mənzildən cavabdehə məxsus əşyalarının çıxarılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mehdi Hüseyn küçəsi, 7 saylı evin 4 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Cavabdeh iddiaçının keçmiş gəlinidir. Belə ki, iddiaçının oğlu ilə cavabdeh arasında bağlanmış nikah məhkəmənin qətnaməsi ilə pozulmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2018-ci ildə 137 nömrə ilə qeydiyyat aparılmışdır. Cavabdeh oğlu ilə ailə quranda özünə məxsus əşyaları iddiaçının mülkiyyətində olan evdə yerləşdirmişdir. Cavabdehin 4 ildən artıq müddətə həmin evdən çıxmasına baxmayaraq, dəfələrlə xəbərdarlıq edilsə də, özünə məxsus əşyalarını götürmür. Bu da iddiaçının mülkiyyət hüquqlarını pozur. Həmin əşyalar 1 ədəd böyük, 2 ədəd balaca döşəkdən, 2 ədəd yorğan, uşaq üçün yorğan-döşək, 4 ədəd yastıq, 2 ədəd “yorğan üzü”, yataq dəstləri, dəsmallar, çılçıraq (böyük, balaca bənövşəyi rəngdə), 2 ədəd stolüstü lampa, qəhvəüyüdən, ətçəkən, paltar ütüləmək üçün taxta, xalça, “qorka” göy rəngdə nahar servisi, ağ və çəhrayı rəngli “qrafin” dəsti, yaşıl güldanlar, fujelər, qaşıq, çəngəl, bıçaq, 2 ədəd çəngəl bıçaq çemodanı, ağ yemək qabları, çaydan, desert vazlar, xurustal konfet qabları, vazları, xurustal çay stəkanları, nəlbəkilər ağ şüşə qablarından ibarətdir. Cavabdeh özünə məxsus əşyalarını iddiaçının xüsusi mülkiyyətində olan mənzilindən götürmədiyindən, bununla da iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırdığından, iddiaçı xüsusi mülkiyyətində olan mənzildən sərbəst istifadə edə bilmir. Buna görə də iddiaçı mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi Mehdi Hüseyn küçəsi 7 saylı evin 4 saylı mənzilindən cavabdeh X1 məxsus əmlaklar –1 ədəd böyük döşək, 2 ədəd balaca döşək, 2 ədəd yorğan, uşaq üçün yorğan-döşək, 4 ədəd yasdıq, 2 ədəd pakrival, yataq dəstləri, dəsmallar, çılçıraq (böyük, balaca bənövşəyi rəngdə), 2 ədəd stolüstü lampa, qəhvəüyüdən, ətçəkən, paltar ütüləmək üçün taxt, xalça, qorka göy rəngdə nahar servisi, 1 ədəd ağ və çəhrayı rənli qrafin dəsti, yaşıl vazalar, fujelər, qaşıq, çəngəl, bıçaq, 2 ədəd çəngəl bıçaq çemodanı, ağ yemək qabları, çaydan, desert vazlar, xurustal kokteyl qabları, vazlar, xurustal çay stəkanları, ağ şüşə qablardan ibarət nəlbəkilər çıxarılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5159/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadın surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-858/2018 saylı iş üzrə 17 yanvar 2018-ci i l tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh X4, X5, İddiaçı (maraqlı şəxs X6) qarşı “ istifadə hüqunun tanınması və evə köçürülmə” tələbinə dair iddiadan imtinası qəbul edilmiş və mülki işin icraatına xitam verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, ünvan 1 ünvanında yeləşən fərdi yaşayış evi İddiaçı məxsusdur. -Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin AZ-İ seriyalı, 279996 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Cavabdeh ilə olan nikahı 10 aprel 2018-ci il tarixdə, 137 nömrəli akt qeydi ilə ləğv edilmişdir. -İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, iddia ərizəsində qeyd edilmiş əşyalar həmin fotoşəkillərdə öz əksini tapmışdır. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinə əsаsən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Аzərbаycаn Respublikаsı Аilə Məcəlləsinin 34.1-ci mаddəsinə əsаsən nikаhа dаxil оlаnаdək оnlаrа məxsus оlаn əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Kоnvensiyаnın 1 sаylı Prоtоkоlunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа оlmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbаycаn Respublikаsı MPM-nin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunubolunmаdığını müəyyən edir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçının oğlu ilə Cavabdeh nikaha daxil olmuşlar. Cavabdeh iddiaçının oğlu ilə nikahları bağlanarkən, öz cehiz əmlaklarını iddiaçıya məxsus olan evdə yerləşdirmişdir. Lakin sonradan iddiaçını oğlu ilə cavabdeh arasında bağlanmış nikah pozulmuş və cavabdehin gətirmiş olduğu cehiz əmlakları isə iddiaçıya məxsus evdə qalmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5159/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadın surətindən görünür ki, cavabdeh məhkəmədə ərizə verərək bildirmişdir ki, ünvan 2 ünvanında heç vaxt yaşamamış, İddiaçı və maraqlarına toxunan şəxs X3 5000 (beş min) manat pul aldığından Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İnqilab küçəsi, ev 7, 4 saylı mənzilə dair iddiadan imtina etmişdir. Beləliklə işin mübahisəsiz halı ondan ibarət olmuşdur ki, iddia ərizəsində qeyd edilən əşyalar cavabdehə məxsusdur və həmin əşyaların iddiaçının mülkiyyətində olan mənzildə olması mülkiyyətçinin ona məxsus əmlakdan maneəsiz istifadə hüquqlarını həyata keçirməsinə manə olur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi Mehdi Hüseyn küçəsi 7 saylı evin 4 saylı mənzilindən cavabdeh X1 məxsus əmlaklar –1 ədəd böyük döşək, 2 ədəd balaca döşək, 2 ədəd yorğan, uşaq üçün yorğan-döşək, 4 ədəd yasdıq, 2 ədəd pokrıval, yataq dəstləri, dəsmallar, çılçıraq (böyük, balaca bənövşəyi rəngdə), 2 ədəd stolüstü lampa, 1 ədəd qəhvəüyüdən, 1 ədəd ətçəkən, 1 ədəd paltar ütüləmək üçün taxt, 1 ədəd xalça, 1 ədəd qorka göy rəngdə nahar servisi, 1 ədəd ağ və çəhrayı rənli qrafinka dəsti, yaşıl vazalar, fujelər, qaşıq, çəngəl, bıçaq, 2 ədəd çəngəl bışaq çemodanı, ağ yemək qabları, çaydan, desert vazlar, xrustal konfet qabları, vazlar, xrustal çay stəkanları, ağ şüşə qablardan ibarət nəlbəkilər çıxarılaraq Cavabdeh təhvil verilməlidir. Eyni zamanda məhkəmə Cavabdeh izah edir ki, bu qətnamə cavabdehin bu qətnamədə göstərilən cehiz əmlaklarından başqa digər cehiz əmlakılarının olduğu təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət etməsinə maneə olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi Mehdi Hüseyn küçəsi 7 saylı evin 4 saylı mənzilindən Cavabdeh məxsus əmlaklar –1 ədəd böyük döşək, 2 ədəd balaca döşək, 2 ədəd yorğan, uşaq üçün yorğan-döşək, 4 ədəd yasdıq, 2 ədəd pokrıval, yataq dəstləri, dəsmallar, çılçıraq (böyük, balaca bənövşəyi rəngdə), 2 ədəd stolüstü lampa, 1 ədəd qəhvəüyüdən, 1 ədəd ətçəkən, 1 ədəd paltar ütüləmək üçün taxt, 1 ədəd xalça, 1 ədəd qorka göy rəngdə nahar servisi, 1 ədəd ağ və çəhrayı rənli qrafinka dəsti, yaşıl vazalar, fujelər, qaşıq, çəngəl, bıçaq, 2 ədəd çəngəl bışaq çemodanı, ağ yemək qabları, çaydan, desert vazlar, xrustal konfet qabları, vazlar, xrustal çay stəkanları, ağ şüşə qablardan ibarət nəlbəkilər çıxarılaraq Cavabdeh təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar