Məhkəmə qərarları › İş №e-2(008)-945/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-945/2025

09.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-945/2025 09.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə 78000 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 352 manat pulun tutularaq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə ona məxsus ünvan 1 ünvanında yerləşən evin satışı ilə bağlı tanış olmuşlar. Həmin evi 330000 manata cavabdehə satmışdır. Həmin məbləğdən 87000 manat borcu qalmışdır. Həmin evi 2-ci Cavabdeh2 adına rəsmiləşdirmişdir. 2023-cü ilin dekabr ayında həmin borcu verəcəyini öhdəlik götürsələ də bu vaxta qədər həmin borcu verməmişdilər. Cavabdeh həmin pul vəsaitini özündə saxlamaqla ona maddi və mənəvi zərər vurmuşdur. Onun pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğində faizlər ödəməlidir. Bu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsini müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009cu il qərarında tam öz əksini tapmışdır. Həmin qərarın şərhinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulması müəyyən edilmişdir. Bununla yanaşı, mülki qanunvericilik öhdəliklərinin icra edilməməsinə görə məsuliyyət müəyyən edir. Belə ki, M.M-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə elməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsim əsas götürməklə ödəyə bilər. Həmçinin vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, MM-in 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh1 və Cavabdeh2 78000 manat deyil, 87000 manat pul və 352 manat dövlət rüsumu onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək digər Cavabdeh2 ona borcu olmadığını, əslində onun borculu olan şəxs Cavabdeh1 olduğunu bildirərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini tam olaraq qəbul edərək bildirmişdir ki, iddiaçıya hazırda 87000 manat borcu mövcuddur. Sözügedən borc iddiaçıya məxsus evi Cavabdeh2 satmasına görə yaranmışdır. İddiaçıya olan borcunun 50.000 manat olan hissəsini Cavabdeh2 ona qaytarmalı, o isə öz növbəsində iddiaçıya qaytarmalıdır. Digər Cavabdeh2 məhkəmə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məluamt verməmişdir Məhkəmə mülki işə digər Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixli Cavabdeh1 tərəfindən tərtib edilmiş aktdan görünür ki, onun İddiaçı ev alqı-satqısına görə 330000 manat pulun 243000 manat olan hissəsini ödəmişdir. Hal-hazırda 87.000 manat borcu mövcuddur. Bildirirk ki, təxminən mart ayından başlayaraq hissəli şəkildə ödənişləri edəcəkdir. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 351 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə mülki işin matriallarını araşdırararaq qeyd edir ki, iddiaçı Cavabdeh1 ona 87000 manat məbləğində borcu olduğunu bildirmiş və bunu təsdiq edən Cavabdeh1 tərəfindən tərtib edilmiş aktı məhkəməyə təqdim etmiş, Cavabdeh1 isə iddiaçıya həqiqətəndə 87000 manat borcu olduğunu bildirdiyindən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə əsaslı hesab edildiyindən təmin edilməlidir. Bundan sonra məhkəmə iddia tələbinin digər Cavabdeh2 yönələn hissəsinə münasibət bildirərək qeyd edir ki, işin hallarından Cavabdeh2 iddiaçıya hər hansı bir borcunun olması müəyyən edilmədiyindən iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan əlavə iddiaçı tərəfindən ödənilmiş 351 manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Məcəllənin 217.4-cü maddəsi). Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 87000 (səksən yeddi min) manat məbləğində pul və 351 (üç yüz əlli bir) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi digər Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar