Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-953/2023 08.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh nümayəndəsi (oğlu) cavabdeh X1 oğlunun iştirakları ilə İddiaçı Cavabdeh qarşı «paylı mülkiyyətdə olan əmlakdakı payın naturada ayrılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin İddiaçı məxsus 1/2 payı həmin fərdi yaşayış evinin texniki pasportunda «2», «4», «6» və «7» rəqəmləri ilə qeyd olunmuş otaqlardan ibarət olmaqla naturada ayrılması, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin Cavabdeh məxsus 1/2 payı həmin fərdi yaşayış evinin texniki pasportunda «1», «3» və «5» rəqəmləri ilə qeyd olunmuş otaqlardan ibarət olmaqla naturada ayrılması, 100 manat məbləğində dövlət rüsumu və 210 manat məbləğində vəkil xərcinin Cavabdeh tutularaq İddiaçı ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(008)-2963/2021-ci il tarixli Qətnaməsi ilə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, ev 33 ünvanda yerləşən fərdi yaşayış evi üzərində İddiaçı vərəsəlik hüququ tanınmış və ½ hissədə pay hüququ müəyyən edilmişdir. Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(008)-2963/2021-ci il tarixli Qətnaməsi qanuni qüvvəyə minmiş və icra olunmuşdur. Həmin Qətnaməyə əsasən iddiaçıya Sabunçu qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, ev 33 ünvanda yerləşən fərdi yaşayış evi üzərində 1/2 hissədə payına mülkiyyət hüququnu təsdiq edən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********74-10301 nömrəli Çıxarış verilmişdir. Sabunçu qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, ev 33 ünvanda yerləşən fərdi yaşayış evi üzərində digər `1/2 hissədə paya mülkiyyət hüququ Cavabdeh məxsusdur. Dövlət reyestrindən **********74-10301 nömrəli Çıxarışa əsasən yaşayış evinin ümumi sahəsi 75,2 kvadrat metr təşkil edir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi **********74-10301 reyestr nömrəli texniki pasporta əsasən (“A” Tikilisinin planı] yaşayış evi 8 otaqdan ibarətdir. Həmin otaqlar Texniki Pasportun “A” Tikilisinin planında şərti olaraq “1”, “2”, “3”, “4”, “5”, “6”, “7” və “8” rəqəmləri ilə qeyd olunublar. Bunlardan otaq “1”-in sahəsi 12,6 m2, otaq “2”-nin sahəsi 21,6 m2, otaq “3”-ün sahəsi 13,2 m2, otaq “4”ün sahəsi 10,7 m2, otaq “5”-in sahəsi 9,4 m2, otaq “6”-nın sahəsi 4,5 m2, otaq “7”-nin sahəsi 3,2 m2 və otaq “8”-in sahəsi 6,3 m2 təşkil edir. Otaq “8” texniki pasportda “açıq eyvan” kimi qeyd olunub və onun sahəsi yaşayış evinin cəmi sahəsinə daxil edilməmişdir. Yaşayış evi tərəflər arasında uzun illərdir ki, faktiki olaraq bölünmüşdür və tərəflərin hər biri yaşayış evinin çoxdan bəlli olan müvafiq hissəsinə faktiki sahiblik və istifadə edir. İddiaçı uzun illər ərzində yaşayış evinin “2”, “4”, “6” və “7” №-li otaqlarından istifadə və faktiki sahiblik edir.Cavabdeh uzun illər ərzində yaşayış evinin “1”, “3”, “5” və “8” №-li otaqlarından istifadə və faktiki sahiblik edir. Cavabdeh yaşayış evinin faktiki istifadəsi üzrə naturada bölünməsindən boyun qaçırır. Belə ki, yaşayış evinin tərəflər arasında naturada bölünməməsi iddiaçının öz mülkiyyət hüququndan istifadə olunmasına (sahiblik, istifadə və sərəncam hüquqları) mane olur. Qeyd edilməlidir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********74-10301 nömrəli Çıxarışda Yaşayış evinin tərəflərə 1/2 hissələrdə mülkiyyət hüququnda məxsus olduğu göstərilsə də, yaşayış evinin hansı hissəsi iddiaçıya, hansı hisəəsi isə cavabdehə aid olduğu göstərilmir. Bu qeyri-müəyyənlik iddiaçı üçün onun mülkiyyəti olan daşınmaz əmlak üzrəində sahiblik, istifadə və sərəncam hüquqlarını tam həyata keçirilməsinə mane olur. Həmçinin, bu qeyrimüəyyənlik səbəbindən iddiaçı onun mülkiyyətinə düşən paya hüquqların dövlət qeydiyyatı haqqında çıxarış almaq mümkün olmur. Yaşayış evinin tərəflər arasında faktiki sahiblik üzrə naturada bölünməsi mümkündür. Bunun üçün yaşayış evinin müvafiq otağlarının İidiaçının 1/2 payına aid olduğu müəyyən edilməlidir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək: ünvan 2 ünvanda yerləşən 32 №-li fərdi yaşayış evinin İddiaçı məxsus 1/2 payı həmin fərdi yaşayış evinin texniki pasportunda “2”, “4”, “6” və “7” rəqəmləri ilə qeyd olunmuş otaqlardan ibarət olmaqla naturada ayırılması; ünvan 2 ünvanda yerləşən 32 №-li fərdi yaşayış evinin Cavabdeh məxsus 1/2 payı həmin fərdi yaşayış evinin texniki pasportunda “1”, “3”, və “5” rəqəmləri ilə qeyd olunmuş otaqlardan ibarət olmaqla naturada ayırılması; 100 (yüz) manat məbləğində dövlət rüsumu və 210 (iki yüz on) manat məbləğində vəkil xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin; ünvan 2 ünvanda yerləşən 32 №-li fərdi yaşayış evində tərəflərin mülkiyyət hüquqlarındakı paylarda 4,8m2 tənasübsüzlüyün (sahə fərqi) İddiaçı üzərinə Cavabdeh 3840 manat məbləğinin ödənilməsi vəzifəsinin qoyulması ilə aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsasandırılmışdır ki, iş üzrə keçirilmiş texniki ekspertizanın nəticəsinə əsasən ünvan 2 ünvanda yerləşən 32 №-li fərdi yaşayış evinin texniki pasportunda “2”, “4”, “6” və “7” rəqəmləri ilə qeyd olunmuş otaqların ümumi sahəsi 40m2, “1”, “3”, və “5” rəqəmləri ilə qeyd olunmuş otaqların sahəsi isə 40m2 təşkil edir. X12 və Qaydalarına istinadən evin Tərəflər arasında real bölünməsini mümkün hesab etmişdir. Ekspert həmçinin evin İddiaçıya aid hissəsinin sahəsi cavabdehin sahəsindən 4,8m2 çox olduğu barədə rəy vermişdir. Göründüyü kimi həmin fərq cüzidir və tərəflər faktiki olaraq bölünmüş evdə uzun müddətdir ki, yaşayırlar. Göründüyü kimi, pay fərqi cüzidir, ekspert rəyinə əsasən evə tənasübsüz zərər vurulmadan real surətdə ayrıla bilinmir və ümumi əmlakdan istifadə edilməsində mühüm mənafe yoxdur. Belə olduğu halda Məhkəmə MM-nin 220.4.cü maddəsinə yuğun olaraq Cavabdehin razılığı olmadan da bu tənasübsüzlüyü İddiaçının öhdəsinə Cavabdehə kompensasiyanın ödənilməsi vəzifəsini qoymaqla aradan qaldıra bilər. Qiymətləndirmə ekspertizası rəyinə əsasən sözü gedən yaşayış evinin 1m2 qiyməti 800 manat təşkil edir. Belə olduğu halda 4,8m2 sahənin cəmi qiyməti 3840 manat təşkil edir. Beləliklə də mülkiyyət hüququndakı payına tənasübsüzlük (evin hissəsləri arasındakı 4,8m2 fərq) İddiaçının üzərinə Cavabdehə 3840 manat məbləğinin ödənilməsi ilə aradan qaldırılır. Məhkəmə iclasında iddiaçnın nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (oğlu) cavabdeh X1 oğlun iddianı qəbul etməyərək qeyd etdi ki, o evə xeyli miqdarda xərc çəkərək abadlaşdırma işləri aparmışdır. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 75,20 kv.m olan fərdi yaşayış evi (sonradan - yaşayış evi) 1/2 hissədə iddiaçının, 1/2 hissədə cavabdehin mülkiyyətindədir (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarış, qeydiyyat nömrələri ********** və **********). Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 №-li Bakı şəhər Ərazi İdarəsi tərəfindən ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair texniki pasport verilmişdir. Həmin texniki pasportundan aşağıdakılar görünür. Yaşayış evi 8 otaqdan ibarətdir. Həmin otaqlar şərti olaraq “1”, “2”, “3”, “4”, “5”, “6”, “7” və “8” rəqəmləri ilə qeyd olunmuşdular. İddiaçının sahibliyində “2”, “4”, “6” və “7” №-li, cavabdehin sahibliyində “1”, “3”, “5” və “8” №-li otaqlar var (işin mübahisəsiz halı). “8” №-li otaq texniki pasportda “eyvan” kimi göstərilmişdir. İş üzrə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2023-ci il tarixli 10/574 №-li ekspert rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir: yaşayış evinin tərəflərin paylarına münasib təcrid mənzillər şəklində iki hissəyə natura qaydasında bölünməsi İnşaat Norma və Qaydalarının tələblərinə uyğun olaraq texniki cəsətdən mümkündür, yaşayış evi faktiki olaraq bölünmüş vəziyyətdə olduğundan bölgü zamanı əlavə işlər tələb olunmur; yaşayış evinin texniki pasportunda «8» rəqəmi ilə qeyd edilmiş sahəsi 6,3 m2 olan «açıq eyvan» həmin fərdi yaşayış evinin ümümi sahəsinə daxil edilməmişdir və faktiki olaraq cavabdehin istifadəsindədir. yaşayış evinin texniki pasportunda «2», «4», «6» və «7» rəqəmləri ilə qeyd olunmuş otaqların ümümi sahəsi 40,0 m2 təşkil edir. yaşayış evinin texniki pasportunda «1», «3» və «5» rəqəmləri ilə qeyd olunmuş otaqların ümümi sahəsi 35,2 m2 təşkil edir. yaşayış evinin texniki pasportunda «2», «4», «6» və «7» rəqəmləri ilə qeyd olunmuş otaqların ümümi sahəsi 40,0 m2 təşkil etdiyi və həmin fərdi yaşayış evinin texniki pasportunda «1», «3» və «5» rəqəmləri ilə qeyd olunmuş otaqların ümümi sahəsi 35,2 m2 təşkil etdiyini nəzərə alaraq, arada yaranmış 4,8 m2 (40,0-35,2) sahə fərqi yaşayış evinə tənasübsüz zərər vurmadan real surətdə ayrılması mümkün deyil. "xxxx" MMC tərəfindən yaşayış evinin bir kvadrat metrinin orta bazar qiymətinin 800 manat olduğu müəyyən edilmişdir. Beləliklə, ekspert rəyinə əsasən iddiaçının sahibliyində 40,0 m2 ibarət yaşayış sahəsi, cavabdehin isə ibarət 35,2 m2 yaşayış sahəsi var, yəni iddiaçının sahibliyində 4,8 m2 daha çox, həmin artıq sahənin fərqi yaşayış evinə tənasübsüz zərər vurmadan real surətdə ayrılmasının mümkün deyil. Eyni zamanda, cavabdehin istifadəsində ümumi sahəyə daxil edilməyən 6,3 m2 olan «açıq eyvan» var. Hazırda iddiaçı birgə mülkiyyətdəki payların naturada ayrılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyytçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, yaşayış evi naturada mülkiyyətçilər tərəfindən faktiki bölünmüş, həmin bölgü tikinti normalarına uyğun aparılmış, bölgü zamanı iddiaçının 4,8 m2 artıq sahəsi yaranmış, həmin artıq sahənin fərqi yaşayış evinə tənasübsüz zərər vurmadan real surətdə ayrılması mümkün deyil, həmin artıq sahənin bazar dəyəri 3840 manat təşkil edir (4,8 m2 x 800 manat). Cavabdehin istifadəsində olan artıq sahə 6,3 m2 «açıq eyvan» ümumi sahəyə daxil edilmədiyindən məhkəmə həmin sahəni nəzərə almamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, yaşayış evinin İddiaçı məxsus 1/2 payı həmin fərdi yaşayış evinin texniki pasportunda «2», «4», «6» və «7» rəqəmləri ilə qeyd olunmuş otaqlardan ibarət olmaqla, Cavabdeh məxsus 1/2 payı həmin fərdi yaşayış evinin texniki pasportunda «1», «3» və «5» rəqəmləri ilə qeyd olunmuş otaqlardan ibarət olmaqla naturada ayrılmalı, iddiaçı tərəfindən cavabdehə 3840 manat məbləğində kompensasiya ödənilməlidir. Məhkəmə cavabdehin evda ablaşdırma işləri aparmaqla xərc çəkdiyi iddiasına dair qeyd etməyi istəyir ki, Mülki Məcəllənin 217.2-ci maddəsinə əsasən mülkiyyətçilərdən birinin zərurət olmadan və qalan mülkiyyətçilərin razılığını almadan çəkdiyi xərclərin əvəzi qalan mülkiyyətçilər tərəfindən ödənilməməlidir. Bu zaman yaranan mübahisələr məhkəmə qaydasında həll olunur. Cavabdeh tərəfindən buna dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı eyni zamanda məhkəmə xərclərinin də tutulmasını istəyir. Məhkəmə hesab edir ki, 100 manat məbləğində dövlət rüsumu və 210 manat məbləğində vəkil xərci (ödəniş qəbzləri əlavə edilmişdir) Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza iddiaçı tərəfin vəsatətii əsasında təyin edildiyindən, ekspertizanın 100 manat dəyəri Məhkəmə Ekspertiza Mərkəzinə iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. ünvan 2 ünvanda yerləşən 32 №-li fərdi yaşayış evinin İddiaçı məxsus 1/2 payı həmin fərdi yaşayış evinin texniki pasportunda “2”, “4”, “6” və “7” rəqəmləri ilə qeyd olunmuş otaqlardan ibarət olmaqla naturada ayırılsın. ünvan 2 ünvanda yerləşən 32 №-li fərdi yaşayış evinin Cavabdeh məxsus 1/2 payı həmin fərdi yaşayış evinin texniki pasportunda “1”, “3”, və “5” rəqəmləri ilə qeyd olunmuş otaqlardan ibarət olmaqla naturada ayırılsın. ünvan 2 ünvanda yerləşən 32 №-li fərdi yaşayış evində tərəflərin mülkiyyət hüquqlarındakı paylarda 4,8m2 tənasübsüzlüyün (sahə fərqi) aradan qaldırılması üçün İddiaçı üzərinə Cavabdeh 3840 manat məbləğin ödənilməsi vəzifəsi qoyulsun. 100 manat məbləğində dövlət rüsumu və 210 manat məbləğində vəkil xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-953/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-953/2023
08.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver