Məhkəmə qərarları › İş №e-2(009)-1025/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1025/2023

15.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1025/2023 15.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh aldığı evin təmir və s. üçün ödədiyi 20000 manat pulun, 2020-ci ildə aldığı ipotekalı mənzil üçün tərəfindən ödənilən 8000 manat pulun (anasından ayrıayrılıqda ona vermək üçün aldığı 3000 və 5000 manat pul), ona verdiyi qızılların dəyəri olaraq 10000 manat pulun, ipotekalı mənzil üçün ödədiyi aylıq məbləğlərin-cəmi 14250 manat pulun, ümumilikdə 52250 manat məbləğində pulun, vəkil xərcləri üçün ödənilmiş 1500 manat məbləğində pulun, dövlət rüsumu olaraq ödənilmiş 250 manat pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2007-2008-ci illərdə qeyri-rəsmi nikahla (dini kəbinlə) evli olmuşdur. Bu evlilikdən bir qız övladı var. Cavabdeh 2019-cu ildə yaşadığı ünvan 1 ünvanına gələrək, ondan işləri ilə bağlı borc vəsait istəmişdi. O da anası X1 və qızı X2 şahidliyi ilə 2020-ci ilin avqust ayında Cavabdeh 5000 AZN borc vermişdi. O 5000 AZN vəsaiti götürərək, yanvar ayının sonuna qaytaracağını bildirmişdi. Lakin, cavabdeh dediyi müddətdə borc vəsaitini qaytarmamışdır. Bundan sonra o, qeydiyyatda olduğu ünvan 2 ünvanda yerləşən mənzili 45000.00 AZN-ə sataraq, onlara başqa yerdən ev alacağını bildirdi. 2012-ci ilin iyun ayında həmin mənzili cavabdeh 26500 ABŞ dollara almışdır. Həmin vaxtı ABŞ dollarının məzənnəsi 0.79 AZN təşkil edirdi (26500 $ x 0.79 = 20935.00 azn) Mənzili satarkən içərisində ona aid olan bütün qiymətli əşyalarla (mebel və digər) birlikdə satmışdır. O, həmin mənzili onlara alarkən, mənzil çox bərbad və təmirsiz olduğu üçün o onun adına olan həmin mənzili 2 dəfə təmir etdirməli oldu. Bunun nəticəsində də onun əşyalara və təmir üçün 20000 AZN xərci çıxdı. Mənzil isə 45000 AZN-ə satıldı. Cavabdeh satdığı mənzilin pulunu götürərək, daha yaxşı mənzil alacağını vəd etdi. O, yeni mənzil almaq üçün vəsaitin az olduğunu bildirdi. Yenidən ona əlavə olaraq anasından 3000 AZN pul və 10000 AZN dəyərində qızıl, zinət əşyalarını verdi. Həmin qızılların ona verilməsini təsdiq edən səs yazısı və şəkillər mövcuddur. Əlavə etdiyi səs yazısında o desə də ki, 9000 AZN edir verdiyi qızıllların dəyəri, həmin qızılları ondan aldığı üçün həmin qızılların dəyəri 10000 AZN-dir. xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən Kristal Abşerona aid olan MTK-dan öz adına ipoteka şərtləri ilə 64 m²-dən ibarət mənzil aldı. Mənzili alarkən belə razılığa gəldilər ki, bir ayın ödənişini cavabdeh verəcək, növbəti ayın ödənişini isə o verəcək. Razılığa əsasən 2023-cü ilin yanvar ayına kimi, o 14250 AZN ödəniş etmişdir. Elə aylar olub ki, onun ödəniş etmək imkanı olmayıb, həmin ayı da o ödəniş etmişdir. 15 ildir ki, övladı X3 özü tək baxır. Heç bir aliment almır və heç bir dəstəyi də yox idi. 2023-cü ilin may ayından sonra bir ədəd kart verdi, guya ki, uşağın maddi ehtiyaclarını ödəmək üçün, həmin kartı da 2023-cü ilin fevral ayına kimi almışdır. Mart ayından isə kartı dayandırıb. Ona görə də mənzilin aylıq ödənişini ödəməyə çətinlik çəkir. O, isə ona ödəniş etməyəcəyini bildirdi. Mənzil ipoteka ilə yüklü olduğuna görə ödənişləri gecikdirdiyi üçün bank tərəfindən onlara xəbərdarlıq edilib. Yuxarıda qeyd etdiklərindən də görünür ki, cavabdeh, ondan aldığı pulları nə qədər geri tələb etsə də, bu günə qədər də həmin borcdan ona heç bir ödəniş etməmişdir. Qeyd edir ki, o qədər pul versə də, (anamın və qızılların pulu) sonradan öyrəndi ki, verdiyi pulu evin ödənişi üçün verməmişdir. Belə olan halda artıq başa düşdü ki, ondan pul almaqda onun məqsədi sadəcə əsassız varlanmaq olmuşdur, ev üçün, uşağının gələcəyi üçün (dediyinə görə) hər dəfə ondan müəyyən vaxtlarda pul alırdısa ən azından müəyyən hissələrini belə olsun evin borcuna görə ödəyə bilərdi. Bu gün o bu qədər pul itirdiyi üçün öz gələciyini də, övladının gələcəyini də təhlükə altına almış, hər an evsiz qala bilərlər. Bu gün ödədiyi məbləğləri geri ala bilsə övladı ilə qalacaq, normal şəraitli balaca bir ev alıb normal həyatını yaşamaq istəyir. xx.xx.2023-cü il tarixdə Cavabdeh nümayəndəsi və vəkili Məmmədli X4 Arzu Avaz qızına qarşı “mənzilə istifadə hüququnun olmayan hesab edilməsi və mənzildən çıxarılmasına” dair qarşılıqlı iddia ərizəsi vermişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-1025/2023 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz təqdim etmişdir. Etirazını onunla əsaslandırmışdır ki, iddia tələbinin heç bir əsası yoxdur. Cavabdeh İddiaçı 5000 manat məbləğində borc pul almamışdır. İddiaçı 20000 manat məbləğində təmir xərci ilə əlaqədar olaraq heç bir sübut təqdim edə bilmir. Sumqayıt şəhəri, 17-ci mikrorayon, 33 nömrəli evin 50 nömrəli mənzili Cavabdeh tərəfindən 2012-ci ildə alınmış və 2020-ci ildə satılmışdır. Həmin dövrdə mənzildə İddiaçı, qızı və anası qanunsuz olaraq qalmışlar. Sadəcə olaraq cavabdeh keçmiş ailəsi kimi onlara həmin mənzildə yaşamağa şərait yaratmışdır. Mənzil alınarkən təmirli olmuş və iddiaçı tərəfindən də təmir edilməmişdir. Yəni mənzilin təmirə ehtiyacı olmamışdır. İddiaçının təmir üçün 20000 manat məbləğində pulu olsaydı, özünə həmin dövrdə ev alardı. Cavabdeh iddiaçının anasından 3000 manat məbləğində pul almamışdır. xx.xx.2020-ci il tarixdə “Kristal Abşeron" MTK ilə aralarında bağlanmış payçı müqaviləsinə əsasən Sumqayıt şəhəri, Bulvar ərazisində inşa edilmiş 98 nömrəli 2 otaqlı mənzili əldə etmişdir. Həmin mənzilin alınması üçün verilmiş qızılların dəyəri isə 9000 manat olmuşdur. Cavabdeh iddiaçının mənzilin alınması üçün ona 9000 manat dəyərində qızıl-zinət əşyalarını verdiyini qəbul edir. Mübahisəli mənzil Cavabdeh mülkiyyətində olmaqla aylıq ödənişlər də Gürşad tərəfindən həyata keçirilmişdir. Hətta Gürşad özü şəxsən ödəniş edə bilmədikdə iddiaçıya pul göndərmişdir ki, aylıq ödənişi etsin. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi yazılı sübut qismində “Saloglu” şirkəti tərəfindən verilməsi ehtimal olunan sənədləri təqdim etmişdir. Həmin sənədlər əsassızdır. Belə ki, qeyd edilən sənəd “Saloglu” şirkəti tərəfindən möhürlənərək imzalanmamışdır, ona görə də onun mötəbərliyinə şübhə vardır. Daha sonra, 2-ci səhifədə aylıq ödənişlərin ödənilməsi qeyd edilsə də onlar da mötəbər deyil, ona görə ki, vizual müşahidə etdikdə həmin yazıların eyni gündə eyni qələmlə yazıldığı aşkar şəkildə görünür. Halbuki vaxtaşırı olaraq ödənilməli borc idisə, o zaman hər ay fərqli rənglərdə yazılmalı idi. Daha sonra, 2-ci səhifədə aylıq ödənişlərin ödənilməsi qeyd edilsə də həmin pul məbləğlərinin həqiqətən hər ay ödənildiyini təsdiq edən ödəniş qəbzi olmalı idi. Lakin belə bir qəbz mövcud deyil. Bundan başqa, iddia ərizəsində qeyd edildiyi kimi Cavabdeh mülkiyyətində olmuş ünvan 1 ünvanda yerləşən mənzil 45000 manata deyil, 40000 manata satılmışdır. Belə ki, həmin mənzili Cavabdeh şəxsi vəsaiti hesabına xx.xx.2012-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən 21666 manata almış, xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən isə 40000 manata satmışdır (alqı-atqı müqaviləsinin surəti əlavə olunur). Həmin mənzillərin alınıb-satılmasında hazırki iş üzrə İddiaçı heç bir rolu olmamış və onun pul vəsaiti xərclənməmişdir. Eləcə də həmin mənzil satıldıqdan sonra Cavabdeh şəxsi vəsaiti hesabına əldə edilmiş Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən Kristal Abşeron MTK-da olan mənzilin də İddiaçı heç bir aidiyyəti yoxdur. Hazırda da o, həmin mənzildə yaşayaraq cavabdehin mülkiyyət hüquqlarını pozur. Cavabdeh Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən Kristal Abşeron MTK-ya aid olan binadan ipoteka şərtləri ilə 64 kv metrdən ibarət mənzil almışdır. Mənzilə görə aylıq ödənişlər isə Cavabdeh tərəfindən şəxsən həyata keçirilmişdir. Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, hər ayın 28-i mənzilə görə kredit ödənişləri Cavabdeh tərəfindən ödənilmişdir. Cavabdeh həmin ödənişləri birbaşa bankın özündə, və ya ödəmə terminalları vasitəsilə etmişdir (hesabdan çıxarış əlavə edilir). ABB ilə bağlanmış mənzilə dair ipoteka krediti Cavabdeh adına rəsmiləşdirildiyinə görə ödənilmiş qəbzlər Gürşad tərəfindən saxlanılmamışdır. Hazırda isə ödəniş qəbzlərini özündə saxlayır (ödəniş qəbzlərinin əsli əlavə olunur). Bəzən belə hal müşahidə edilmişdir ki, Gürşad pulu İddiaçı göndərmiş və ödəniş Arzu tərəfindən həyata keçirilmişdir. Ola bilər ki, həmin ödənişlərin qəbzlərinin əsilləri hazırda İddiaçı olsun. Vacib olan odur ki, ödənişlər Cavabdeh adında olan mənzilə görə ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Saloğlu mağazasının SA00-011100 nömrəli qaiməsindən görünür ki, 07 iyun 2019-cu il tarixdə İddiaçı Əvəz qızı məhsullar almış və 7740 manat ödəniş etmişdir. İş materiallarında olan zəmanət talonundan görünür ki, Namazova X5 mağazasından 8560 manat dəyərində, 3 il müddətinə ödəmək şərti ilə məhsullar almışdır. İş materiallarında olan 17 may 2012-ci il tarixli alğı-satqı müqaviləsinin surətindən görünür ki, Namazov Gürşad Hidayət oğlu Sumqayıt şəhəri, 17 mkr., ev 33, mənzil 50 (1 otaqlı) 21666 manata almışdır. İş materiallarında olan 21 sentyabr 2020-ci il tarixli alğı-satqı müqaviləsinin surətindən görünür ki, Namazov Gürşad Hidayət oğlu Sumqayıt şəhəri, 17 mkr., ev 33, mənzil 50 (1 otaqlı) 40000 manata satmışdır. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Bulvar küçəsi, 65, M3, m4 xx.xx.2021-ci il tarixdə Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli payçı müqaviləsindən görünür ki, Namazov Gürşad Hidayət oğlu dəyəri 99752 manat olan Sumqayıt şəhəri, Bulvar ərazisində inşa edilmiş 1-ci bina, 3-cü blok, 3-cü mərtəbə, 98 nömrəli 2 otaqlı mənzilin ilkin ödənişini etmiş, müqavilə qiymətinin qalan 68870 manatı "xxxx" ASC arasında bağlanacaq ipoteka müqaviləsinə əsasən tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbinin qanuni əsasını MM-nin 1092-ci maddəsi təşkil edir. Qanunda əsassız varlanmanın anlayışı verilmişdir, belə ki, qanuna görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olan) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) iddia tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: - birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; - ikincisi, iddiaçı əmlakdan məhrum olur; - üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 1092-ci maddəsi əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini nəzərdə tutur. Qanunun tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.). Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh qeyri-rəsmi (dini kəbinlə) yaşamışlar. Onların bir övladı var. Payçı müqaviləsinə əsasən Namazov Gürşad Hidayət oğlu dəyəri 99752 manat olan Sumqayıt şəhəri, Bulvar ərazisində inşa edilmiş 1-ci bina, 3-cü blok, 3-cü mərtəbə, 98 nömrəli 2 otaqlı mənzilin ilkin ödənişini etmiş, müqavilə qiymətinin qalan 68870 manatı "xxxx" ASC arasında bağlanan ipoteka müqaviləsinə əsasən tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Sumqayıt şəhəri, Bulvar küçəsi, 65, M3, m4 xx.xx.2021-ci il tarixdə Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. İddiaçı cavabdehə məxsus mənzildə 20.000 manat dəyərində təmir və s. işlərin onun tərəfindən görüldüyünü, mənzilin alınması üçün cavabdehə 8000 manat və 10000 manat dəyərində qızıllar verdiyini və ipoteka müqaviləsi üzrə 14250 manatın onun tərəfindən ödənildiyini iddia edir, cavabdeh isə iddiaçıdan pul almadığını, mənzilin özü tərəfindən alındığı və hər ay ödənişləri özü etdiyini, bir-neçə dəfə pulu ödənişin edilməsi üçün İddiaçı göndərdiyini, qızılların dəyərinin 9000 manat olduğunu bildirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəlləyə (§22 və §26) əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. İddiaçı iddia tələbinin bir hissəsini təsdiq edən sübut qismində qaimə, ödəniş cədvəli, zəmanət talonu, qəbzlər və cavabdehlə aralarında olan səs yazısı və vatsapp yazışmalarını məhkəməyə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, “Saloglu” mağazası tərəfindən təqdim edilmiş qaimə möhürlənərək imzalanmamış, “Supermax” mağazasının aylıq ödənişlərin ödənilməsi cədvəlində yazılar eyni gündə, eyni qələmlə yazılmış, zəmanət talonu möhürlənməmişdir. Bunlar mağazanın səhvi kimi qəbul edilsə belə iddiaçı pul məbləğlərinin hər ay ödənildiyini təsdiq edən ödəniş qəbzlərini məhkəməyə təqdim etməmişdir. Banka edilmiş ödənişlərin qəbzləri ilə bağlı məhkəmə qeyd edir ki, həmin qəbzlərdə cavabdehin adı qeyd edilmişdir. Lakin 3760 manat ödəniş edilmiş qəbzlərdə (iddiaçının iş yoldaşı tərəfindən edilmiş ödənişlər və cavabdehin hesabı iddiaçıya göndərdiyi tarixdə edilmiş ödənişlərin) iddiaçı tərəfindən ödənildiyi sübuta yetirilir. Belə ki, cavabdeh həmin ödənişlərin pullarını iddiaçıya göndərdiyini bildirsə də buna dair hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Təmir xərcləri və cavabdehə 8000 manat pulun verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən sübut təqdim edilmədiyindən tələb bu hissədə təmin edilə bilməz. Qızılların dəyərinin 10000 manat olduğunu təsdiq edən sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən 9000 manat olduğu qəbul edildiyindən və cavabdeh tərəfindən 9000 manat pulun iddiaçıya qaytarılması sübuta yetirilmədiyindən tələb bu hissədə əsaslı hesab edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ipotekalı mənzil üçün ödənilmiş aylıq ödənişlərin 3760 (üç min yeddi yüz altmış) manatı və qızılların dəyəri 9000 (doqquz min) manat, cəmi 12760 (on iki min yeddi yüz altmış) manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən nümayəndələrə və vəkillərə etdikləri kömək üçün ödənilən xərclər məhkəmə xərclərinə aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan 14 aprel 2023-cü il tarixli müqavilədən görünür ki, iddiaçıya hüquqi yardımın göstərilməsi üçün haqq 1500 manat müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 1500 (bir min beş yüz) manat vəkil xərcinin 200 (iki yüz) manatı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia tələbi qismən təmin edildiyindən Cavabdeh 128.28 (bir yüz iyirmi səkkiz manat, iyirmi səkkiz qəpik) manat (10000-120 manat+10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3%) dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissə: Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 12760 (on iki min yeddi yüz altmış) manat, ödənilmiş dövlət rüsumunun 128.28 (bir yüz iyirmi səkkiz manat, iyirmi səkkiz qəpik) manatı və hüquqi yardıma görə ödənilən məbləğin 200 (iki yüz) manatı tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar