Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1145/2022 04.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, İddiaçı 3-cü şəxs qismində "xxxx" MMC cəlb edilməklə cavabdehlər Səbail rayon İcra şöbəsinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “hərracın keçirilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı 3-cü şəxs qismində "xxxx" MMC cəlb edilməklə cavabdehlər Səbail rayon İcra şöbəsinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı hərracın keçirilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının paylı mülkiyyətində olan Bakı şəhəri, R.Behbudov küçəsi, ev 59, 53, 54 saylı mənzil və Bakı şəhəri, Bül-bül prosp., ev 63, 47/48/49 saylı mənzilə dair təkrar hərracın keçirilməsi ilə bağlı Cavabdeh1 icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakılara görə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən qətnamənin icrası qaydasında icra məmurunun hərəkətindən şikayət olunduğu halda, məhkəməyə iddia icraatı qaydasında müraciət olunmuşdur, halbuki həmin mübahisəyə iddia icraatı qaydasında baxıla bilməz, icra məmurunun hərəkətlərindən şikayət qaydasında məhkəməyə müraciət olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icaatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə baxılmalı deyildirsə müddəası özündə, milki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də, iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə deyil, başqa məhkəmədə, yaxud başqa məhkəmə icraatı qaydasında baxılmalı olmasını ehtiva edir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 261, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı 3-cü şəxs qismində "xxxx" MMC cəlb edilməklə cavabdehlər Səbail rayon İcra şöbəsinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “hərracın keçirilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddianın yolverilməzliyinə görə geri qaytarılsın. İddiaçı izah olunsun ki, o, icra məmurunun hərəkətlərindən şikayət qaydasında məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-1145/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1145/2022
04.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver