Məhkəmə qərarları › İş №e-2(009)-1155/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1155/2023

17.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1155/2023 17.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı X3 nümayəndəsi və vəkili Nümayəndə İlk iddia üzrə cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı X3 cavabdeh Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası yanında “Qaraja” qarşı ("xxxx" ASC-ni üçünçü şəxs kimi cəlb edilməklə) “pul tələbinə dair” ilk iddia və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası yanında “Qarajın” X4 qarşı «avtomobilin qanunsuz sahiblikdə saxlanılması nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbinə dair» qarşılıqlı iddia üzrə mülki iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı X6 cavabdeh Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına qarşı “pul tələbinə dair” ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 (“Toyota Servis” Əhmədli müəssisəsi) tərəfindən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası yanında “Qaraj”a məxsus “Toyota Avalon” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 7135 (yeddi min yüz otuz beş) manat pulun və 91,35 (doxsan bir manat otuz beş qəpik) manat məhkəmə rüsumu olmaqla, cəmi 7226,35 (yeddi min iki yüz iyirmi altı manat otuz beş qəpik) manatın cavabdehlərdən tutularaq ona ödənilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası yanında “Qaraj”a məxsus “Toyota Avalon” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin əməkdaşı X1 tərəfindən ona məxsus “Toyota Servis” Əhmədli müəssisəsinə gətirilərək həmin avtomobilin təmir olunması xahiş olunmuşdur. Bundan sonra, qeyd olunan avtomobil "xxxx" ASC-də sığortalandığı və həmin sığorta şirkəti ilə aralarında “Avtomobillərin texniki təmiri xidmətlərinin göstərilməsinə dair” 01 sentyabr 2020-ci il tarixli müqavilə bağlandığı üçün tərəflərindən "xxxx" ASC-dən icazə alınmalı olduğu, yalnız onların təmir etməklərini qəbul etdiyi təqdirdə avtomobili təmir edib təhvil verə biləcəklərini bildirilmişdir. Daha sonra "xxxx" ASC-nin əməkdaşları tərəfindən şifahi olaraq təmirin həyata keçirilməsi təsdiq olunduqdan sonra tərəflərindən cavabdehə məxsus avtomobil tam şəkildə təmir olunmuş və bununla bağlı qüsur aktı tərtib olunmuşdur. Həmin 17 mart 2021-ci il tarixli 442 nömrəli qüsur aktına əsasən təmir üçün ümumilikdə 7135 (yeddi min yüz otuz beş) manat hesablanmışdır. Lakin, qüsur aktının Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası yanında “Qaraj”-ın əməkdaşı Mirrəyyub İbrəhimliyə təqdim olunmasına və dəfələrlə ödənişin tələb olunmasına baxmayaraq, tərəflərinə heç bir ödəniş edilməmişdir. Bundan sonra tərəflərindən müəyyən olunmuşdur ki, Həmkarlar İttifaqları Konfederasiyası yanında “Qaraj” ilə "xxxx" ASC arasında məhkəmə mübahisəsi olmuşdur. Həmin mübahisənin nəticəsi olaraq Nəsimi Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli 2(006)- 248/2022 saylı qətnaməsi ilə cavabdeh "xxxx" ASC-dən iddiaçı AHİK yanında “Qaraj”ın xeyrinə 5.000 (beş min) manat sığorta ödənişi və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Həmin qətnamədən göründüyü kimi AHİK yanında “Qaraj”ın verdiyi iddia ərizəsində qeyd edilmişdir ki, “Toyota Avalon” markalı, **- AF-*** dövlət qeydiyyat nişanlı avtomobil təmir üçün onlara gətirilmişdir və avtomobilin təmiri üçün 7135 (yeddi min yüz otuz beş) manat xərc çıxarılmışdır. Daha sonra avtomobilin mülkiyyətçisi AHİK yanında “Qaraj” tərəfindən həmin pul məbləğinin sığorta şirkətindən tələb olunmasına və onun xeyrinə 5000 manat məbləğində pulun tutulması ilə bağlı qətnamənin çıxarılmasına baxmayaraq, onlara nə "xxxx" ASC tərəfindən, nə də ki hazırki iddia ərizəsi üzrə cavabdeh tərəfindən təmir xərci qismində heç bir məbləğ ödənilməmişdir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırda tərəflərindən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası yanında “Qaraj”-a məxsus “Toyota Avalon” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 7135 (yeddi min yüz otuz beş) manat pulun cavabdehdən tutularaq onlara ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 385.2, 386.1, 425.1, 425.2, 427.1, 442, 448.1, 448.2-ci maddələrinə əsasən iddianın təmin edilməsi xahiş olunur. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası yanında “Qaraj” X4 qarşı “avtomobilin qanunsuz sahiblikdə saxlanılması nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ilə məhəməyə müraciət edərək ilk iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilərək mülkiyyətlərində olan “Toyota Avalon” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2021-ci il tarixdən xx.xx.2022ci il tarixədək 20 ay müddətində cavabdeh X4 məxsus “X12” müəssisəsi adı altında qanunsuz fəaliyyət göstərən servisdə qalması nəticəsində dəymiş 12000 manat məbləğində maddi ziyanın və ödənilmiş 126 manat dövlət rüsumunun X2 tutulub Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası yanında Qarajın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddianın dəlilləri: ilkin iddiaçının ərizədə göstərdikləri həqiqəti əks etdirmir. Belə ki, xx.xx.2021-ci il tarixdə “Atatürk” prospekti ünvanında AHİK yanında qaraja məxsus olan “Toyota Avalon” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman, “Mercedes Benz 240” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol hərəkəti haqqında qanunun tələblərini pozaraq avtoqəza törətmiş, bununla bağlı İXP ******* saylı X11 protokol tərtib edilmişdir. Daha sonra baş vermiş hadisədə günahkar olan avtomobilin sığortalı olduğu "xxxx" ASC tərəfindən avtomobilin təmiri “X12” müəssisəsinə göndərilmişdir. Müəssisənin harda yerləşdiyi barədə maraqlanaraq ünvan 1 ünvanında yerləşən avtomobil təmiri müəssisəsinə gedılən zaman faktiki fəaliyyət göstərən müəssisənin əslində “Toyota Servis”lə heç bir əlaqəsinin olmadığını, müəssisə rəhbərinin fərdi sahibkar subyekti kimi qeydə alındığını müəyyən etdi. Samir adlı şəxs ona yaxınlaşaraq, özünü “X12” müəssisəsinin rəhbəri kimi təqdim etdi. Əslində isə qeyd etdiyi kimi, həmin müəssisənin “Toyota Servis” ilə heç bir bağlılığı olmamışdır. Avtomobilin təmiri ilə əlaqədar onun iddiaçı ilə heç bir yazılı və ya şifahi razılaşması olmayıbdır. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 20 ay müddətində “X12” müəssisəsi adı altında qanunsuz fəaliyyət göstərən servis avtomobili qanunsuz olaraq saxlamış və ona təhvil verməmişlər. Belə ki, müəssisənin rəhbəri Samir təmir xərclərinin əvəzinin sığorta şirkəti tərəfindən ödənilməməsini əsas gətirərək avtomobili mülkiyyətçiyə verməkdən imtina edirdi. Bundan əlavə də olaraq avtomobilin təmiri ilə bağlı olaraq heç bir iş görməmişdilər. Onlar avtomobilin qanunsuz olaraq iddiaçının sahibliyində saxlanmasına etiraz edirdilər, dəfələrlə hüquq-mühafizə orqanlarına yazılı müraciət etmişlər, eyni zamanda xx.xx.2021-ci il tarixində “102” qaynar xətti vasitəsilə şikayətlər etmişlər. Hadisənin baş verməsi anından ilk vaxtdan gördülər ki, sığorta tərəfindən təyin edilən servis nə avtomobili təmir etmək iqtidarında deyil, nə də ki sığorta şirkəti onların sığorta pulunu ödəmir. Ona görə də Nəsimi rayon Məhkəməsinə müraciət edərək avtomobilə dəymiş ziyanın ödənilməsini tələb etdilər. Nəsimi rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli 2(006)-248/2022 saylı qətnaməsi ilə "xxxx" ASC-dən iddiaçı AHİK yanında “Qaraj”ın xeyrinə 5.000 manat sığorta ödənişi və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Bundan sonra iddiaçı tərəfindən yenə də avtomobillərini özlərinə qaytarmaqdan imtina edilirdi. xx.xx.2022-ci il tarixdə polisin iştirakı ilə çətinliklə avtomobili evakuator vasitəsilə iddiaçının qanunsuz sahibliyindən götürdülər. Daha sonra həmin tarixdə avtomobili iddiaçıya məxsus yerdən evakuatorla götürüb özləri təmir üçün “X7” MMC-nə apardılar, orada təmir olundu. Bəzi işlər isə dəmir və rəngsaz işlərini isə öz müəssiələrində özləri etdilər. Beləliklə də iddiaçının yarıtmaz fəaliyyəti nəticəsində müəssisələrinə xeyli miqdarda maddi ziyan dəymişdir. Müəssisə məcburiyyət qarşısında 20 ay müddətində digər ödənişli nəqliyyat vasitələrindən istifadə etmişdir. İşlərində ləngimələr baş vermişdir. Əgər iddiaçının sığorta şirkəti ilə aralarında müqavilə olmuşsa sığorta şirkəti hansı səbəbdən avtomobilin təmirinə dair cavabdehliyi üzərinə götürməyib, sığorta ödənişini məhkəmə qərarı ilə məcburən onlara ödəmişdir? Əgər iddiaçı özünü haqlı hesab edirdisə hansı səbəbdən "xxxx" ASC ilə aralarında 3-cü şəxs qismində “Toyota Servis” Əhmədli müəssisənin iştirakı ilə məhkəmə mübahisəsi olan zaman həmin məhkəmədə heç bir tələb irəli sürməmiş, qəbul edilmiş qətnamədən apellyasiya şikayəti verilməmişdir? Əgər həqiqətən də avtomobil təmir edilmişdirsə, onda nə üçün avtomobili onlar ordan evakuator vasitəsilə götürüb apardılar? Görünür iddiaçı bu işin həqiqi hallarını ya unudub, ya da ki bilməməzlikdən gəlir! Onu da qeyd edirlər ki, AHİK yanında qaraja məxsus olan “Toyota Avalon” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanunsuz olaraq iddiaçının və sığortanın təqsiri ucbatından xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 20 ay müddətində “X12” müəssisəsi adı altında qanunsuz fəaliyyət göstərən servisdə qalması nəticəsində onlara 12000 manat məbləğində maddi ziyan dəyib. Ona görə də dəymiş ziyan olaraq qarşılıqlı iddia üzrə cavabdeh X2 12000 manat məbləğində maddi ziyan tutulub Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası yanında “Qaraj”ın xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməlidir. İlkin iddiaya etirazın dəlilləri: AHİK yanında “Qaraj”ın rəisi M.M.İbrahimlinin məhkəməyə ünvanladığı etirazdan görünür ki, iddiaçının ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, xx.xx.2021-ci il tarixdə “Atatürk” prospekti ünvanında AHİK yanında qaraja məxsus olan “Toyota Avalon” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman, “Mercedes Benz 240” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol hərəkəti haqqında qanunun tələblərini pozaraq avtoqəza törətmiş, bununla bağlı İXP ******* saylı X11 protokol tərtib edilmişdir. Daha sonra baş vermiş hadisədə günahkar olan avtomobilin sığortalı olduğu "xxxx" ASC tərəfindən avtomobilin təmiri “X12” müəssisəsinə göndərilmişir. O müəssisənin harda yerləşdiyi barədə maraqlanaraq ünvan 2 ünvanında yerləşən avtomobil təmiri müəssisəsinə getdi. Orada olan zaman faktiki fəaliyyət göstərən müəssisənin əslində “Toyota Servis”lə heç bir əlaqəsinin olmadığını, müəssisə rəhbərinin fərdi sahibkar subyekti kimi qeydə alındığını müəyyən etdi. Samir adlı şəxs ona yaxınlaşaraq, özünü “X12” müəssisəsinin rəhbəri kimi təqdim etdi. Əslində isə qeyd etdiyi kimi, həmin müəssisənin “Toyota Servis” ilə heç bir bağlılığı olmamışdır. Avtomobilin təmiri ilə əlaqədar onun iddiaçı ilə heç bir yazılı və ya şifahi razılaşması olmamışdır. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 20 ay müddətində “X12” müəssisəsi adı altında qanunsuz fəaliyyət göstərən servis avtomobili qanunsuz olaraq saxlamış və ona təhvil verməmişdir. Belə ki, müəssisənin rəhbəri Samir təmir xərclərinin əvəzinin sığorta şirkəti tərəfindən ödənilməməsini əsas gətirərək avtomobili mülkiyyətçiyə verməkdən imtina edirdi. Bundan əlavə də olaraq avtomobilin təmiri ilə bağlı olaraq heç bir iş görməmişdilər. Onlar avtomobillərinin qanunsuz olaraq iddiaçının sahibliyində saxlanmasına etiraz edirdilər, dəfələrlə hüquq-mühafizə orqanlarına yazılı müraciət etmişlər, eyni zamanda xx.xx.2021-ci il tarixində “102” qaynar xətti vasitəsilə şikayətlər etmişlər. Hadisənin baş verməsi anından ilk vaxtdan gördülər ki, sığorta tərəfindən təyin edilən servis nə avtomobili təmir etmək iqtidarında deyil, nədə ki sığorta şirkəti onların sığorta pulunu ödəmir. Ona görə də Nəsimi rayon Məhkəməsinə müraciət edərək avtomobilə dəymiş ziyanın ödənilməsini tələb etdilər. Nəsimi Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli 2(006)-248/2022 saylı qətnaməsi ilə "xxxx" ASC-dən iddiaçı AHİK yanında “Qaraj”ın xeyrinə 5.000 manat sığorta ödənişi və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Bundan sonra iddiaçı tərəfindən yenə də avtomobillərini özlərinə qaytarmaqdan imtina edilirdi. xx.xx.2022-ci il tarixdə polisin iştirakı ilə çətinliklə avtomobili evakuator vasitəsilə iddiaçının qanunsuz sahibliyindən götürdülər. Daha sonra həmin tarixdə avtomobili iddiaçıya məxsus yerdən evakuatorla götürüb özləri təmir üçün “X7” MMC-nə apardılar, orada təmir olundu. Bəzi işlər isə dəmirçi və rəngsaz işlərini isə öz müəssisələrində özləri etdilər. Əgər iddiaçının sığorta şirkəti ilə aralarında müqavilə olmuşsa sığorta şirkəti hansı səbəbdən avtomobilin təmirinə dair cavabdehliyi üzərinə götürməyib, sığorta ödənişini məhkəmə qərarı ilə məcburən onlara ödəmişdir? Əgər iddiaçı özünü haqlı hesab edirdisə hansı səbəbdən "xxxx" ASC ilə aralarında 3-cü şəxs qismində “Toyota Servis” Əhmədli müəssisənin iştirakı ilə məhkəmə mübahisəsi olan zaman həmin məhkəmədə heç bir tələb irəli sürməmiş, qəbul edilmiş qətnamədən apellyasiya şikayəti verilməmişdir? Əgər həqiqətən də avtomobil təmir edilmişdirsə onda nə üçün avtomobili onlar ordan evakuator vasitəsilə götürüb apardılar? Görünür iddiaçı bu işin həqiqi hallarını ya unudub, yada ki bilməməzlikdən gəlir! Beləliklə, hesab edir ki ilk iddia tələbi əsassız olduğundan təmin edilməli, qarşılıqlı iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 ilk iddia tələbinə təqdim etdiyi etirazı müdafiə edərək onun məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçının hüquqi ünvanı və ya hüquqi şəxs kimi fəaliyyətinə dair dəqiq məlumat göstərilməyib; avtomobilin ona məxsus servisə gətirilməsi və ya oradan hansı tarixdə götürülməsi, hansı üsulla götürülməsi, avtomobilin götürülməsi barədə təhvil-təslim aktı yoxdur, konkret tarixlər göstərilməyibdir. Təmirlə əlaqədar maraqlı şəxslər tərəfindən təsdiqlənmiş müqavilə, qüsur aktı,qiymət razılaşma protokolu, təhvil-təslim aktları yoxdur. Belə ki, bildirirlər ki, xx.xx.2021-ci il tarixdə “Atatürk” prospekti ünvanında AHİK yanında qaraja məxsus olan “Toyota Avalon” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman, “Mercedes Benz 240” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol hərəkəti haqqında qanunun tələblərini pozaraq avtoqəza törətmiş, bununla bağlı İXP ******* saylı X11 protokol tərtib edilmişdir. Daha sonra baş vermiş hadisədə günahkar olan avtomobilin sığortalı olduğu "xxxx" ASC tərəfindən avtomobilin təmiri “X12” müəssisəsinə göndərilmişdir. O müəssisənin harda yerləşdiyi barədə maraqlanaraq ünvan 2 ünvanında yerləşən avtomobil təmiri müəssisəsinə getdi. Orada olan zaman faktiki fəaliyyət göstərən müəssisənin əslində “Toyota Servis”lə heç bir əlaqəsinin olmadığını, müəssisə rəhbərinin fərdi sahibkar subyekti kimi qeydə alındığını müəyyən etdi. Samir adlı şəxs ona yaxınlaşaraq, özünü “X12” müəssisəsinin rəhbəri kimi təqdim etdi. Əslində isə qeyd etdiyi kimi, həmin müəssisənin “Toyota Servis” ilə heç bir bağlılığı olmamışdır. Avtomobilin təmiri ilə əlaqədar onun iddiaçı ilə heç bir yazılı və ya şifahi razılaşması olmamışdır. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 20 ay müddətində “X12” müəssisəsi adı altında qanunsuz fəaliyyət göstərən servis avtomobili qanunsuz olaraq saxlamış və ona təhvil verməmişlər. Belə ki, müəssisənin rəhbəri Samir təmir xərclərinin əvəzinin sığorta şirkəti tərəfindən ödənilməməsini əsas gətirərək avtomobili mülkiyyətçiyə verməkdən imtina edirdi. Bundan əlavə də olaraq avtomobilin təmiri ilə bağlı olaraq heç bir iş görməmişdilər. Onların avtomobilinin qanunsuz olaraq iddiaçının sahibliyində saxlanmasına etiraz edirdilər, dəfələrlə hüquq-mühafizə orqanlarına yazılı müraciətlər etmişlər, eyni zamanda xx.xx.2021-ci il tarixində “102” qaynar xətti vasitəsilə şikayətlər etmişlər. Hadisənin baş verməsi anından ilk vaxtdan gördülər ki, sığorta tərəfindən təyin edilən servis nə avtomobili təmir etmək iqtidarında deyil, nədə ki sığorta şirkəti onların sığorta pulunu ödəmir. Ona görə də Nəsimi rayon Məhkəməsinə müraciət edərək avtomobilə dəymiş ziyanın ödənilməsini tələb etdilər. Nəsimi rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli 2(006)-248/2022 saylı qətnaməsi ilə "xxxx" ASC-dən iddiaçı AHİK yanında “Qaraj”ın xeyrinə 5.000 manat sığorta ödənişi və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Bundan sonra iddiaçı tərəfindən yenə də avtomobillərini özlərinə qaytarmaqdan imtina edilirdi. xx.xx.2022-ci il tarixdə polisin iştirakı ilə çətinliklə avtomobili evakuator vasitəsilə iddiaçının qanunsuz sahibliyindən götürdülər. Daha sonra həmin tarixdə avtomobili iddiaçıya məxsus yerdən evakuatorla götürüb özləri təmir üçün “X7” MMC-nə apardılar, orada təmir olundu. Bəzi işlər isə dəmir və rəngsaz işlərini isə öz müəssiələrində özləri etdilər. Əgər iddiaçının sığorta şirkəti ilə aralarında müqavilə olmuşsa sığorta şirkəti hansı səbəbdən avtomobilin təmirinə dair cavabdehliyi üzərinə götürməyib, sığorta ödənişini məhkəmə qərarı ilə məcburən onlara ödəmişdir? Əgər iddiaçı özünü haqlı hesab edirdisə hansı səbəbdən "xxxx" ASC ilə aralarında 3-cü şəxs qismində “Toyota Servis” Əhmədli müəssisənin iştirakı ilə məhkəmə mübahisəsi olan zaman həmin məhkəmədə heç bir tələb irəli sürməmiş, qəbul edilmiş qətnamədən apellyasiya şikayəti verilməmişdir? Əgər həqiqətən də avtomobil təmir edilmişdirsə, onda nə üçün avtomobili onlar ordan evakuator vasitəsilə götürüb apardılar? Görünür iddiaçı bu işin həqiqi hallarını ya unudub, ya da ki bilməməzlikdən gəlir! Beləliklə, hesab edir ki, ilk iddia tələbi əsassız olduğundan təmin edilməməli iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməlidir. Yuxarıda qeyd olunan hüquq normalarına, işin faktiki hallarına əsaslanaraq, Azərbaycan Respublikası MPM-nın müddəalarını rəhbər tutaraq məhkəmədən xahiş edirlər ki, iddiaçı X3 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası yanında Qaraja qarşı pul tələbi barədə iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılsın. Məhkəmə iclasında iştirak edən ilk iddiaçının nümayəndəsi və vəkili Nümayəndə ilk iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını, qarşılıqlı iddianı isə qəbul etməyərək rədd olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli 2(006)-248/2022 saylı qətnaməsindən hazırkı icraat zamanı məlumatı olmuş, lakin mübahisələndirməmişdir. Hazırki iddianı müdafiə edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddianı müdafiə edərək təmin edilməsini, ilk iddianı isə qəbul etməyərək rədd olunmasını xahiş etmişdir. Üçünçü şəxs kimi cəlb edilmiş "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi iştirak etməmiş və etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə üçünçü şəxs kimi cəlb edilmiş "xxxx" ASC-nin nümayəndəsinin işirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ilk və qarşılıqlı iddialar aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - AHİK yanında “Qaraj”ın rəisi M.M.İbrahimlinin "xxxx" ASC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli 05 saylı məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə Atatürk prospekti ünvanında baş vermiş qəza zamanı rəhbərlik etdiyiniz sığorta şirkəti tərəfindən sığortalanmış MERSEDES E 240 markalı 99DR866 d.q.n. avtomobil AHİK yanında qaraja məxsus Toyota Avalon markalı ** AF *** d.q.n. avtomobilə maddi ziyan yetirmişdir. Qeyd olunanları nəzərə alaraq onlara məxsus ** AF *** d.q.n. avtomobilin tam bərpası Atasığortanın təyin etdiyi “X12” müəssisəsində yerinə yetirilməsinə heç bir etirazı yoxdur. - AHİK yanında “Qaraj”ın rəisi M.M.İbrəhimlinin məhkəməyə ünvanladığı məktubdan görünür ki, baş vermiş hadisədən sonra Nəsimi rayon məhkəməsinin qərarına baxmayaraq avtomobil geri verilmirdi. Xətai RPİ-nə və Xətai Rayon Prokurorluğuna edilən müraciətlərdən sonra xx.xx.2022-ci ildə Xətai RPİ-nin əməkdaşlarının iştirakı ilə Toyota markalı 10AF572 d.q.n nömrəli avtomobil iddiaçının göstərdiyi ünvandan evakuatorla götürülüb və birbaşa “X13” MMC-yə, Toyota markalı avtomobillərin ixtisaslaşdırılmış təmir müəssisəsinə aparılmışdır. xx.xx.2022-ci il tarixində onunla birlikdə avtomobilin dəmirçi, rəngsaz, cilalanma və təkər təmiri nəzərə alınmamaqla qüsur aktı və 5655.53 manat dəyərində qiymətləndirmə aktı tərtib edilmişdir. Onların tələblərinə uyğun olaraq bu işlərdən 2594.94 manat dəyərində işlər yerinə yetirilmişdir. xx.xx.2022-ci il tarixində avtomobil AHİK yanında qaraja gətirilmişdir. Qarajda avtomobilin dəmirçi, rəngləmə və cilalanma işləri görülmüşdür. Bu işlər qarajın öz işçiləri tərəfindən aparıldığı, heç bir ehtiyat hissə işlənmədiyi üçün və əlavə vəsait xərclənmədiyi üçün ümumi qaydalara uyğun olaraq bu işlərin aktlaşdırmağa ehtiyac olmamışdır. Yuxarıdakı işlər tamamlandıqdan sonra xx.xx.2023-cü il tarixdə avtomobil bir daha “X9” MMC-yə aparılıb orda diaqnostika edilib və 379.61 manat məbləğində işlər görülüb. 20 ay müddətində avtomobil açıq şəraitdə, hərəkətsiz dayandığı üçün avtomobilin altında 4 təkər deformasiyaya uğrayıb, yararsız vəziyyətə düşmüşdür. xx.xx.2023-cü il tarixdə avtomobilin təkərləri dəyişdirilmişdir. xx.xx.2023-cü il tarixdə avtomobildə 1300 manat məbləğində əlavə işlər görülmüşdür. - X6 tərəfindən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası yanında “Qaraj”-a ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasına məxsus “Toyota Avalon” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobil işçiniz Mirəyyub İbrahimli tərəfindən Toyota avtomobillərinin təmir mərkəzlərinə gətirilərək avtomobilin təmir olunması xahiş olunmuşdur. Daha sonra, avtomobilin sığorta olduğu "xxxx" ASC-nin əməkdaşları tərəfindən təmirin həyata keçirilməsi təsdiq olunduqdan sonra tərəflərindən onlara məxsus avtomobil təmir olunmuş və bununla bağlı qüsur aktı tərtib olunmuşdur. Həmin 17 mart 2021-ci il tarixli 442 nömrəli qüsur aktına əsasən təmir üçün ümumilikdə 7135 manat hesablanmışdır. Qüsur aktının əməkdaşınız Mirəyyub İbrahimliyə təqdim olunmasına və dəfələrlə ödənişin tələb olunmasına baxmayaraq, tərəflərinə heç bir ödəniş edilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edirlər ki, tərəflərindən 17 mart 2021-ci il tarixli 442 nömrəli qüsur aktına əsasən “Toyota Avalon” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün ümumilikdə 7135 manat 3 gün ərzində onlara ödənilməlidir. Göstərilən müddətdə tələb olunan məbləği ödəmədikləri təqdirdə, tərəflərindən yuxarıda qeyd olunan məbləğin tələb olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacaq və bu zaman ödənilən rüsum, hüquqi xidmətə görə ödənilən məbləğ həmçinin çəkilən bütün xərclər onlardan tələb olunacaqdır. - AHİK yanında “Qaraj”ın rəisi M.M.İbrəhimlinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli 112 saylı məktubdan görünür ki, “Toyota Avalon” markalı ** AF *** dövlət qeydiyyat nişanlı avtomobil öz nizamnaməsi ilə hüquqi şəxs kimi fəaliyyət göstərən AHİK yanında qaraja məxsusdur. Baş vermiş yol nəqliyyat hadisəsindən sonra avtomobilin bərpasına "xxxx" ASC cavabdeh idi. Lakin onlar öz öhdəliklərini yerinə yetirmədilər. "xxxx" ASC öz işlərində hüquq pozuntularına yol verdikləri və digər mübahisəli halların həlli üçün AHİK yanında qaraj Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı-AHİK yanında qaraj, cavabdeh-"xxxx" ASC, 3-cü şəxs – “Toyota Servis” Əhmədli müəssisəsinin iştirakı ilə Nəsimi rayon Məhkəməsində işə baxılaraq qətnamə qəbul edilmişdir. Bundan sonra bu işlə bağlı mübahisəli məsələlərə son qoyulmuşdur. Onun üçün maraqlı olan başqa halların həlli üçün "xxxx" ASC-nə müraciət edə bilər. - AHİK yanında “Qaraj”ın rəisi M.M.İbrəhimlinin Xətai rayon polis İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2020-ci il tarixdə “Atatürk” prospekti ünvanında Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyası yanında qaraja məxsus olan “Toyota Avalon” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman “Mercedes Benz 240” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol hərəkəti haqqında qanunun tələblərini pozaraq avtoqəza törətmiş, bununla bağlı İXP ******* saylı X11 protokol tərtib edilmişdir. Daha sonra avtomobilin sığortalı olduğu "xxxx" ASC tərəfindən avtomobil təmiri “X12” müəssisəsinə göndərilmişdir. O müəssisənin harda yerləşdiyi barədə maraqlanaraq ünvan 2 ünvanında yerləşən avtomobil təmir müəssisəsinə getdi. Orada olan zaman faktiki fəaliyyət göstərən müəssisənin əslində “Toyota Servis”lə heç bir əlaqəsinin olmadığını, müəssisə rəhbərinin sahibkarlıq subyekti kimi qeydə alındığını müəyyən etdi. Samir adlı şəxs ona yaxınlaşaraq, özünü “X12” müəssisəsinin rəhbəri kimi təqdim etdi. Əslində isə qeyd etdiyi kimi, həmin müəssisənin “Toyota” ilə heç bir bağlılığı olmamışdır. Həmin müəssisənin rəhbəri sığorta şirkəti ilə əlbir olaraq sünii şəkildə təmir xərcini artırması səbəbindən o qüsur aktına imza etməmişdir və onun iştirakı olmadan qüsur aktı çıxarılmışdır. Qeyd etmək istəyir ki, xx.xx.2020-ci il tarixdən “X12” müəssisəsi avtomobili qanunsuz olaraq saxlamış və ona təhvil verməmişdir. Belə ki, müəssisənin rəhbəri Samir təmir xərclərinin əvəzinin sığorta şirkəti tərəfindən ödənilməməsini əsas gətirərək avtomobili mülkiyyətçiyə təhvil verməkdən imtina edir. Bununla bağlı dəfələrlə təmir müəssisəsinin rəhbərliyinə müraciətlərinin heç bir nəticəsi olmamışdır. Belə ki, xx.xx.2020-ci il tarixdən “X12” müəssisəsinin rəhbərliyinin zorakı, qanunsuz hərəkətləri nəticəsində avtomobilindən istifadə etməməyi ona maddi və mənəvi zərər vurmuş və hal-hazırki günədək avtomobil ona qaytarılmamışdır. Yuxarıda qeyd edilənlər nəzərə alınmaqla avtomobilin “X12” müəssisəsinin qanunsuz sahibliyindən qaytarılmasını təmin etməyinizi və qanun pozuntusuna yol verilmiş şəxslərin barəsində müvafiq hüquqi tədbirlərin görülməsini təmin etməyinizi xahiş edir. - AHİK yanında “Qaraj”ın rəisi M.M.İbrəhimlinin Xətai rayon prokurorluğuna ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2020-ci il tarixdə “Atatürk” prospekti ünvanında Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyası yanında qaraja məxsus olan “Toyota Avalon” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman “Mercees Benz 240” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol hərəkəti haqqında qanunun tələblərini pozaraq avtoqəza törətmiş, bununla bağlı İXP ******* saylı X11 protokol tərtib edilmişdir. Daha sonra avtomobilin sığortalı olduğu "xxxx" ASC tərəfindən avtomobil təmiri “X12” müəssisəsinə göndərilmişdir. O müəssisənin harda yerləşdiyi barədə maraqlanaraq ünvan 2 ünvanında yerləşən avtomobil təmir müəssisəsinə getdi. Orada olan zaman faktiki fəaliyyət göstərən müəssisənin əslində “Toyota Servis”lə heç bir əlaqəsinin olmadığını, müəssisə rəhbərinin sahibkarlıq subyekti kimi qeydə alındığını müəyyən etdi. Samir adlı şəxs ona yaxınlaşaraq, özünü “X12” müəssisəsinin rəhbəri kimi təqdim etdi. Əslində isə qeyd etdiyi kimi, həmin müəssisənin “Toyota” ilə heç bir bağlılığı olmamışdır. Həmin müəssisənin rəhbəri sığorta şirkəti ilə əlbir olaraq sünii şəkildə təmir xərcini artırması səbəbindən o qüsur aktına imza etməmişdir və onun iştirakı olmadan qüsur aktı çıxarılmışdır. Qeyd etmək istəyir ki, xx.xx.2020-ci il tarixdən “X12” müəssisəsi avtomobili qanunsuz olaraq saxlamış və ona təhvil verməmişdir. Belə ki, müəssisənin rəhbəri Samir təmir xərclərinin əvəzinin sığorta şirkəti tərəfindən ödənilməməsini əsas gətirərək avtomobili mülkiyyətçiyə təhvil verməkdən imtina edir. Bununla bağlı dəfələrlə təmir müəssisəsinin rəhbərliyinə müraciətlərinin heç bir nəticəsi olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsinə əsasən, özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktlar müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurması cinayət əməli kimi nəzərdə tutulmuşdur. Belə ki, xx.xx.2020-ci il tarixdən “X12” müəssisəsinin rəhbərliyinin zorakı, qanunsuz hərəkətləri nəticəsində avtomobilindən istifadə etməməyi ona maddi və mənəvi zərər vurmuş və hal-hazırki günədək avtomobil ona qaytarılmamışdır. Yuxarıda qeyd edilənlər nəzərə alınmaqla avtomobilin “X12” müəssisəsinin qanunsuz sahibliyindən qaytarılmasını təmin etməyinizi və qanun pozuntusuna yol verilmiş şəxslərin barəsində müvafiq hüquqi tədbirlərin görülməsini təmin etməyinizi xahiş edir. Əlavə olaraq bildirir ki, "xxxx" ASC-nin və yuxarıda göstərilən şəxsin belə özbaşınalıqlar törətdikləri barədə sosial şəbəkələrdə məlumatlar var. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli 2(006)-248/2022 saylı qətnaməsindən görünür ki, cavabdeh "xxxx" ASC-dən iddiaçı AHİK yanında “Qaraj”ın xeyrinə 5.000 (beş min) manat sığorta ödənişi və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet vergi idarəsi saytından götürülmüş Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında məlumatlardan görünür ki, fiziki şəxs X6 ********** No-li VÖEN ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsində vergi uçotundadır. - "xxxx" adlanan fiziki şəxs X6 ilə Sığorta Şirkəti adlanan "xxxx" ASC arasında «avtomobillərin texniki təmiri xidmətlərinin göstərilməsinə dair» xx.xx.2020-ci il tarixli müqaviləsindən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən, İcraçı Sığorta şirkətinin təklifinə və Müştərinin müraciətinə əsasən xidmətlər göstərir. Müştəri isə xidmətin dəyərini ödəyir. Müştəri dedikdə Sığorta şirkətinin təklifinə əsasən təmir olunmaq məqsədilə təmir müəssisəsinə yerləşdirilən zərərdəymiş nəqliyyat vasitəsinin sahibi nəzərdə tutulur. - “Toyota Servis” Əhmədli müəssisəsinin 17 mart 2021-ci il tarixli 442 nömrəli qüsur aktına əsasən “Toyota Avalon” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobili təmiri üçün ümumilikdə 7135 (yeddi min yüz otuz beş) manat hesablanmışdır. - 21-01240/03/AA-596/21 saylı Sığorta aktından görünür ki, sığorta predmeti kimi “Mercedes Benz E240” markalı avtomobil, zərər dəymiş əmlak kimi Toyota Avallon markalı avtomobil, dəymiş zərər 7135,00 manat, hesablanmış sığorta ödənişinin məbləği 5000,00 manat müəyyən edilmişdir. Əsaslandırıcı hissə: İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixində Atatürk prospekti ünvanında AHİK yanında Qaraja məxsus olan **-AF-*** dövlət qeydiyyat nömrə nişanlı, “Toyota Avalon” markalı avtomobil ilə, **-DR-*** dövlət qeydiyyat nömrə nişanlı, “Mersedes E240” markalı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş, bununla bağlı X11 İXP ******* nömrəli protokol və TP ******* nömrəli qərar qəbul edilmişdir. **-DR- *** dövlət qeydiyyat nömrə nişanlı, “Mersedes E240” markalı avtomobilin mülki məsuliyyəti "xxxx" ASC tərəfindən icbari sığorta növü üzrə sığortalanmış və adı çəkilən sığorta şirkəti tərəfindən cavabdehə məxsus **-AF-*** dövlət qeydiyyat nömrə nişanlı, “Toyota Avalon” markalı avtomobilin təmir olunması "xxxx" ASC-nin ********** No-li VÖEN ilə fəaliyyət göstərən X6 ilə bağladığı «avtomobillərin texniki təmiri xidmətlərinin göstərilməsinə dair» xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən təyin etdiyi “X12” adda yerə həvalə edilmişdir. X6 həmin müəssisə adı altında fərdi sahibkar kimi fəaliyyət göstərir. Həmçinin müəyyən edilmişdir ki, avtomobil təmir olunması üçün yuxarda qeyd olunan servisə verildikdən sonra həmin müəssisəsinin 17 mart 2021-ci il tarixli 442 nömrəli qüsur aktına əsasən “Toyota Avalon” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün ümumilikdə 7135 (yeddi min yüz otuz beş) manat hesablanmışdır. Cavabdeh tərəf müəyyən müddət sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası yanında “Qaraj”ın cavabdeh "xxxx" ASC-yə (ilk iddiaçı 3-cü şəxs qismində cəlb edilməklə) «pul tələbinə dair» iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qətnamə ilə dəymiş zərər 6835 manat həcmində müəyyən edilmiş, lakin “İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 56.1.2-ci maddəsinin tələbi nəzərə alınaraq iddia qismən təmin edilmiş və avtomobilə dəymiş zərərə görə 5000 manatın cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Həmin qətnamədə göstərilmişdir ki, “X12” müəssisəsi avtomobilin təmirini bir müddət təmir işləri aparmış, lakin sonradan avtomobilin təmiri yarımçıq saxlanılmışdır. Məhkəmə tərəfindən təyin edilmiş “məhkəmə-əmtəəşünaslıq ekspertizasının” 27 dekabr 2021-ci il tarixli 9/7182-8/2578 saylı rəyi ilə 2006-cı il buraxılışlı “Toyota Avalon” markalı ** AF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 6835 manat müəyyən edilmişdir. Cavabdeh 5000 məbləğində vəsaitin ödənilməsini iddiaçiya təklif etmişdir, lakin iddiaçı bununla razılaşmamışdır. İddiaçı pulun qəbulundan imtina etməsini onunla əsaslandırmışdır ki, “hesablama aktında avtomobilin təmir xərcləri normadan qat-qat yüksək göstərilmiş, həmin sənəddə göstərilən detallar və dəyərləri original və yeni detallara aid olsa da, avtomobildə dəyişən detallar işlənmiş detallardır.” Qətnamədən də göründüyü kimi, “Toyota Servis” Əhmədli müəssisəsi həmin iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. Həmçinin işin hallarından görünür ki, qətnamə icra edildikdən sonra (cavabdeh tərəfin izahatlarına əsasən) cavabdeh tərəfindən hüquq mühafizə orqanlarına edilən şikayətlər əsasında avtomobil sözügedən servisdən götürülərək “X7” MMC-nə aparılmış və orada xx.xx.2022-ci il tarixində onunla birlikdə avtomobilin dəmirçi, rəngsaz, cilalanma və təkər təmiri nəzərə alınmamaqla qüsur aktı və 5655.53 manat dəyərində qiymətləndirmə aktı tərtib edilmişdir. Hazırki iş üzrə iddiaçı tərəf "xxxx" ASC-nin əməkdaşları tərəfindən təmirin həyata keçirilməsi üçün avtomobilin təqdim olunduğunu, bundan sonra onun tərəfindən 17 mart 2021-ci il tarixli 442 nömrəli qüsur aktına əsasən təmir üçün ümumilikdə 7135 manat hesablanaraq avtomobilin təmir olunmasını, lakin cavabdeh tərəfə həmin qüsur aktı təqdim edilməsinə baxmayaraq heç bir ödəniş edilməməsini göstərmişdir. Məhkəmə iddiaçının tələbinin maddi əsası kimi istinad etdiyi maddi hüquq normaları ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Qanunun yuxarıda göstərilən normalarına əsasən öhdəliklərin lazımınca yerinə yetirlməməsi və bununla əlaqədar dəymiş ziyanın ödənilməsi onun məzmunu ilə müəyyən olunur ki, bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən onun iştirakçıları arasında müvafiq müqavilənin bağlanması yolu ilə həyata keçirilir. Belə müqavilənin mövcudluğu öhdəliklərin yaranması üçün zəruri şərtdir, belə ki, onun məzmunu tərəflərin etməli olduğu hərəkətləri müəyyən edir. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən müqavilə öhdəliyindən irəli gələn tələblə bağlı iddia irəli sürərkən şəxs yalnız etibarlı müqaviləyə əsaslana bilər. Lakin, işin hallarından aydın görünür ki, iddiaçı ilə cavabdeh arasında heç bir müqavilə mövcud deyil, müəyyən öhdəlikləri özündə əks etdirən belə bir müqavilə iddiaçı ilə 3-cü şəxs arasında mövcuddur ki, bu müqavilə üzrə öhdəliklər də hazırki iddianın predmeti deyildir. İddiaçının yalnız tərtib etdiyi qüsur aktına əsasən cavabdehdən pul tələb etməsi öhdəliklərin icrası ilə bağlı aralarında yaranmış münasibət kimi qiymətləndirilə bilməz. Məhkəmə, qeyd etməyi zəruri sayır ki, qanunvericiliyə görə hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İddiaçı tərəf avtomobilin təmir işlərinin “X12” müəssisəsində yerinə yetirilməsini iddia etsə də, bununla bağlı mötəbər sübut təqdim edə bilməmişdir. “X12” müəssisəsinin sözügedən avtomobildə bir müddət təmir işləri aparması, lakin sonradan avtomobilin təmirinin yarımçıq saxlanılması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilməsinə baxmayaraq, həmin işlərin konkret nədən ibarət olmasına dair nə həmin işə baxan məhkəməyə, nə də hazırki iş üzrə heç bir sübut təqdim edilməmişdir. İşin hallarından daha sonra görünür ki, avtomobil “X12” müəssisəsində uzun müddət saxlanılmış və faktiki olaraq cavabdehə təmir edilmiş vəziyyətdə təhvil verilməsi faktı baş verməmişdir. Bu müddət ərzində “X12” müəssisəsi adı altında fəaliyyət göstərən iddiaçı ilə "xxxx" ASC arasında «avtomobillərin texniki təmiri xidmətlərinin göstərilməsinə dair» xx.xx.2020-ci il tarixli müqaviləsinin şərtlərinə əsasən ona ödənişlər edilməli olduğunu hesab etdiyi halda iddiaçı bu halı mübahisələndirməmiş, hətta Nəsimi Rayon Məhkəməsində baxılan iş üzrə də 3-cü şəxs qismində cəlb edilməsinə baxmayaraq nə həmin vaxt, nə də qəbul edilmiş qətnamə barədə məlumatı olduqdan sonra da onun qanuniliyini mübahisələndirməmiş, qətnamə hazırda qanuni qüvvəsini alaraq icra edilmiş və cavabdeh tərəfindən əldə edilən ödəniş hissə-hissə avtomobilin təmiri, diaqnostikası və bərpası ilə bağlı digər işləri üçün sərf edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair xx.xx.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, işə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş hallar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddiası da əsaslı sayıla bilməz. Məhkəmə qeyd edir ki, X4 bağladığı müqavilə üzrə tərəf olan "xxxx" ASC-nin müqavilə şərtlərini yerinə yetirmədiyinə görə sonuncunun 3-cü şəxs kimi cəlb olunduğu qətnamədən müvafiq qaydada şikayət vermək və ya müstəqil qaydada "xxxx" ASC-yə qarşı iddia irəli sürmək hüququ vardır. Məhkəmə bu qənaətə gələrkən ilk növbədə yuxarıda qeyd edilən məhkəmə qətnaməsinin mövcudluğunu nəzərə alır və məhkəmə qətnaməsi ilə sığorta şirkətindən “Qarajın” xeyrinə sığorta ödənişi tutulduğuna görə yuxarıda qeyd edilən müqavilənin 1.1-ci bəndinin şərtinə əsasən belə “Qaraj”dan iddiaçının xeyrinə pul tutulmasını mümkün hesab etmir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı X3 cavabdeh Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası yanında “Qaraja” qarşı “pul tələbinə dair” ilk iddiası rədd edilməlidir. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə 12000 manat məbləğində maddi ziyan tələbinin əsasını AHİK yanında Qaraja məxsus olan “Toyota Avalon” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanunsuz olaraq iddiaçının və sığorta şirkətinin təqsiri ucbatından xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 20 ay müddətində “X12” müəssisəsi adı altında fəaliyyət göstərən servisdə qalması ilə əsaslandırılmışdır. İşin materiallarından göründüyü kimi, mübahisəli avtomobil "xxxx" ASC-nin ********** No-li VÖEN ilə fəaliyyət göstərən X6 ilə «avtomobillərin texniki təmiri xidmətlərinin göstərilməsinə dair» xx.xx.2020-ci il tarixdə bağlanan müqavilə əsasında “X12” müəssisəsinə həvalə edilmişdir. Qarşılıqlı iddiaçının da qeyd etdiyi kimi avtomobilin təmiri ilə bağlı məhz adları qeyd edilən şəxslər arasında müqavilə münasibətləri yaranmışdır. İşin araşdırılmış hallarından görünür ki, avtomobil “X7” MMC-nə aparılmış və hazırda təmir edilmiş vəziyyətdədir və məhz ilk iddia qaldırıldıqdan sonra hazırki qarşılıqlı iddia qaldırılmışdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qanunvericiliyə əsasən hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar və faktlar əsasında hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 20 ay müddətində “X12” müəssisəsi adı altında fəaliyyət göstərən servisdə qalması nəticəsində onlara 12000 manat məbləğində maddi ziyan dəyməsi ilə bağlı izahat verməklə kifayətlənmiş bu ziyanın konkret nədən ibarət olmasını və X3 bu ziyanda təqsirinin hansı formada olmasına dair sübut növlərini təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçının maddi ziyanla bağlı irəli sürdüyü faktiki hallar da onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından bu iddia da əsaslı sayıla bilməz və rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia rədd edilsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar