Məhkəmə qərarları › İş №e-2(009)-1157/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1157/2022

06.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1157/2022 06.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızı İddiaçı Cavabdeh1 üçüncü şəxs kimi göstərilməklə Cavabdeh2 ASC-yə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 üçüncü şəxs kimi göstərilməklə Cavabdeh2 ASC-yə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edilir ki, ərizənin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, iddia ərizəsindən görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 02.09.2020-ci il tarixli, 2(009)-372/2020 nömrəli qərardadına əsasən tərəflər arasında 01.09.2020-ci il tarixli barışıq sazişi təsdiq edilmiş, həmin barışıq sazişinin şərtlərinə görə, 01.05.2018-ci il tarixli kredit müqaviləsinə və həmin müqaviləyə 25.12.2018-ci il tarixli əlavələrə əsasən Cavabdeh2 ASC-yə olan qalıq borc 576.216,29 ABŞ dolları məbləğində müəyyən edilmiş, həmin borcun son ödənilmə tarixi isə 30.06.2025-ci ilə təyin edilmişdir. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ İddiaçı Cavabdeh1 üçüncü şəxs kimi göstərilməklə Cavabdeh2 ASC-yə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar