Məhkəmə qərarları › İş №e-2(009)-116/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-116/2023

16.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-116/2023 16.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X6 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə İddiaçı - Cavabdeh qarşı «maneələrin aradan qaldırılması və s.» tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “su xəttinin çəkilməsinə yaradılan maneənin aradan qaldırılması və zərər” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində 16 iyun 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «maneələrin aradan qaldırılması və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 197,30 kv.m fərdi yaşayış evi və 0,0288 ha torpaq sahəsinə giriş-çıxışına cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması, yaşayış evinin girişində cavabdeh tərəfindən istənilən qanunsuz tikilinin quraşdırılmasının qadağan edilməsi, iddiaçının öz vəsaiti hesabına çəkdirdiyi 15 metr uzunluğunda asfalt örtüyünün cavabdehin hesabına bərpa olunması, 10.000 manat mənəvi ziyanın cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nörməli, **********04-10301 reyestr nömrəli daşnmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 197.30 kv.m fərdi yaşayış evi və 0.0288 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İddiaçı torpaq sahəsini alıb 2022-ci ilin mart ayından Səbail rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş layihə əsasında fərdi yaşayış evinin tikintisinə başlamışdır. Tikinti işlərinə başlayar-başlamaz eyni dalanda yaşayan qonşusu, cvabdeh Cavabdeh və onun oğlu X2 ilə problemlər yaşamağa başlamışdır. Belə ki, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsinin giriş hissəsində olan yolun guya cavabdehə məxsus olduğunu bildirməklə, iddiaçının mülkiyyətində olan daşınmaz əmlaka giriş-çıxışa maneçilik törətməyə başlamışdır. Belə ki, topraq sahəsinin texniki pasportuna görə giriş iddiaçı və cavabdehin torpaq sahələrinin hasarlarının arasında yerləşən, dövlət mülkiyyətində olan torpaq sahəsindəndir. Cavabdeh özü də öz evinin girişini həmin yerdən düzəltdirmişdir. Bir neçə il müddətində iddiaçı həmin torpaq sahəsində zibil, ağır materiallar, çən, yellənən stul, beton dirəklər, paslanmış çəlləklər və sair tullantılar saxlamış, 20 il ərzində bütün bu ərazini zibilləyib, qonşularla münaqişə edib, onların girişini bağlayıb, daş divarla hörmüşdir. İddiaçı isə oranı təmizlətmiş və həyət girişi həmin yerin yanından saldırmışdı. Lakin cavabdeh hər vasitə ilə iddiaçının öz həyətinə daxil olmasına maneçilik törədir. 28 mart 2022-ci il tarixdə cavabdeh heç bir əsas olmadan həmin torpaq sahəsində, mənim həyətimin girişinin qarşısında hasar tikmişdir. İddiaçı bu barədə aidiyyatı üzrə Səbail rayon polis idarəsinin 41-ci polis bölməsinə və Səbail rayon icra hakimiyyətinə müraciət etmişdir. Bundan sonra qanunsuz tikilmiş həmin hasar sökülmüşdür. Daha sonra cavadeh Cavabdeh iddiaçıya qarşı Səbail rayon məhkəmsində iddia qaldıraraq onun qanunsuz olaraq tikdiyi, daha sonra isə sökülmüş daş hasarın İddiaçı hesabına bərpa olunmasını tələb etmişdir. Bakı şəhəri, Səbail rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-910/2022 saylı qətnaməsi ilə Cavabdeh iddiası rədd edilmişdir. Qətnamədən göstərilir ki, “məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh tərəfindən sökülmüş hasar onun mülkiyyətində olan torpaq sahəsinin hüdudları (30 sm aralı) xaricində yerləşir. Lakin həmin hasarın iddiaçıya ayrılmış torpaq sahəsində yerləşməsi mütəxəssis rəyi ilə müəyyən edilə bilmədiyindən, yəni iddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmadığından, həmin torpaq sahəsi üzrəində iddiaçının müvafiq çıxarışı və koordinatları qeyd edilmi. Torpaq sahəsinin planı və ölçülərində əks etdirən sənəd mövcud olmadığından, sökülmüş hasarın iddiaçıya ayrılmış torpaq sahəsində yerləşməsini müəyyən etmək mümkün deyil.” Bundan başqa qətnamədən görünür ki, Cavabdeh özü də iddia ərizəsində iddiaçının torpaq sahəsinin girişində olan torpaq sahəsinin dövlət mülkiyyətində olduğunu bildirmişdir. Bundan sonra, 13 avqust 2022-ci il tarixində Cavabdeh iddiaçının həyətinin giriş qapısının qarşısında yenidən hündürlüyü bir metr yarım olan divar hörmüş, təkrar Səbail rayon İcra Hakimiyyətinə və 41 saylı Polis bölməsinə müraciət edilmiş və qanunsuz hasarı təkrar olaraq sökülmüşdür. 05 sentyabr 2022-ci il tarixdə iddiaçı Nizaməddin Quliyev qanunsuzluqlarını davam etdirərək yenidən iddiaçının həyətinin giriş qapısının qarşısında divar hörmüş, təkrar olaraq Səbail rayon İcra Hakimiyyətinə və 41 saylı Polis bölməsinə müraciət edilmiş və qanunsuz hasarı təkrar olaraq sökülmüşdür. Bundan sonra, İddiaçı Səbail rayon icra hakimiyyətinin icazəsi ilə və polis əməkdaşlarının işirakı ilə həmin torpaq sahəsini təmizləyib öz giriş qapısının qarşısında öz hesabına asfalt örtük çəkmişdir. Bu müddətdə cavabdeh asfakt örtüyün çəkilməsinə hər vasitə ilə maneçilik törətmiş, çalışan işçiləri təhqir etmiş, əsassız səs-küy salmışdır. İddiaçı bir neçə dəfə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Qaynar Xəttinə məlumat vermiş, cavabdeh bir neçə dəfə polis bölməsinə aparılmışdır. Lakin hər dəfə bölmədən geri qayıdıb yenidən problemlər yaratmağa başlamışdır. 27 sentyabr 2022-ci il tarixdə isə, cavabdeh həmin gün bütün dövlər orqanlarının tədbirdə olmağından sui istifadə edərək iddiaçının öz vəsaiti hesabına çəkilmiş 15 metr asfalt örtüyünü dağıdıb yararsız hala salmışdır. Təkrar olaraq polisə və Səbail rayon İcra Hakimiyyətinə müraciət olunmuşdur. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “su xəttinin çəkilməsinə yaradılan maneənin aradan qaldırılması və zərər” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz zəbt edib tökdüyü asfaltın ərazidən öz vəsaiti hesabına yığışdırılması, yaşıllıq zonanın əvvəlki vəziyyətinə gətirilməsi, onun evinə su xəttinə çəkilməsinə yaratdığı menənin cavabdehə qadağan edilməsi, su xəttinin üzərində cavabdeh tərəfindən yerləşdirilmiş tikinti materiallarının yığışdırılması və 15,000 manat mənəvi ziyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Bağlar küçəsi, 4-cü döngədə yerləşən bağ evi ona məxsusdur. Həmin bağ evi yerləşən torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli, 2453 nömrəli sərəncamı ilə ona ayrılmış və fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. 1995-ci ildən o, həmin evdə yaşayır və bütün əmlak və torpaq vergiləri tərəfindən dövlət büdcəsinə ödənilir. Həmin evə çəkilmiş kommunikasiya xətləri 27 il ərzində işlək vəziyyətdə olmuş və bu günə qədər də işlək vəziyyətdədir. 27 il ərzində onun heç bir qonşu ilə problemi olmamış və qarşlıqlı hörmət əsasında yaşamışdır. İlkin iddia üzrə iddiaçı qarşılqılı iddia üzrə cavabdeh X4 2022-ci ilin mart ayında onunla qonşuluqda torpaq sahəsi almışdır. Özünün giriş qapısı olduğu halda ona məxsus evin darvazasının qabağına özü üçün darvaza quraşdırmaq məqsədilə yol açmağa cəhd edərək mövcud daş hasarı uçurtmuş, daş hasarı uçuran zaman layihə əsasında onun evinə çəkilmiş su xəttini və həmin daş ara bərkildilmiş su sayğacını “ekskavator” vasitəsilə qoparıb kənara tullatdırmış, içinin qaz xəttinin dayaqlarını da zədələyərək yerindən oynatmışdır. Bundan sonra ona məlum olmayan qanunsuz yollarla qeyd olunan ərazini zəbt etmiş, yaşıllıq asını məhv edərək həmin əraziyə asvalt tökdürmüşdür. Bundan başqa Yülviyyə Məmmədli onun evinin divarı ilə onun divarı arasında eni 2.5 m, uzunluğu 14-15 m sanitar ərazidəki yaşıl ağacları və yaşıllıq ərazini məhv etmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə İddiaçı təqsirli hərəkəti nəticəsində dağıdılmış su xəttini bərpa etmək məqsədilə qanunsuz tökülmüş asfalt örtüyünün 1 kv.m hissəsini qazıb su xəttini axtarmaq istəyən zaman Yülviyyə Məmmədli 41-ci Polis bölməsinin əməkdaşlarını əraziyə çağıraraq səs-küy etməyə başladı. Bu zaman Polis işçiləri Namik Cahangirov, Elmar Surxayev və Əkbər İbayevin yanında nalayiq küçə söyüşləri ilə onu təhqir etməyə başladı. O öz təhqirlərində onu “erməni” andıraraq dedi ki, “tı qavno kuşayeş”. Bununla da ürəyi soyumayan İddiaçı ailəsini də təhqir etməyə davam etdi. Söyüşlər o səviyyədə idi ki, polis əməkdaşları utandıqlarından qulaqlarını tutmuşdular. Polis əməkdaşı Elmar Surxayev məni qucaqlayıb ərazidən uzaqlaşdırdı ki, bu adam sizi təhrik edir xahiş edirəm uzaqlaşaq burdan. Su xəttini bu gün də bərpa edə bilmir. Çünki İddiaçı tikinti materiallarını onun evinin divarının qarşısında küçə boyu səpələyib ki, orada heç bir iş gördürə bilməsin. Nəticədə onun evinə su verilişi bərpa olunmamış qalır. Həmçinin Məmmədli su idarəsinə gedərək məhkəməyə müraciət etdiyini bildirmiş və onlardan tələb etmişdir ki, onun evinə gələn su xəttini bərpa etməsinlər. Bildirir ki, o, ehtiyyatda olan polkovnik-leytenant Cavabdeh ömrünün 31 ilini orduya, ordu quruculuğuna həsr edərək, qaynar nöqtələrdə, yəni “Vyetnam”, “Qarabağ” və digər döyüş bölgələrində xidmət etmiş, ülviyyə Məmmədlinin onu “erməni” adlandırması və digər küçə söyüşləri ilə təhqir etməsi hüquqlarını pozmaqla yanaşı, onun emosional durumuna olduqca mənfi təsir edərək onda sarsıntılar yaratmış, həmçinin onun müsbət formalaşmış imicinə də çox ciddi zərbə vurmuşdur. Hərbiçinin şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunaraq şərəflə qorunur. Və nəzərə çatdırır ki, hərbi qulluqçular tam dövlət təminatındadır. Ona görə də hazırki qarşlıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Hesab edir ki, cavabdehin qanunsuz yollarla zəbt edib tökdüyü asfaltın ərazidən yığışdırılması və yaşıllıq zonanı əvvəlki vəziyyətinə bərpa olunması, həmçinin yuxarıda göstərdikləri dəlillərə əsasən ona dəymiş mənəvi ziyanın əvəzi olaraq 5.000 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, ilkin iddia üzrə iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə cavabdeh ərizə təqdim edərək, məhkəmə iclasının ilkin iddia üzrə iddiaçının iştirakı olmadan keçirilməsini və qarşılıqlı iddianın təmin edilməsini, ilkin iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-cü maddəsinə əsaslanaraq mülki işə ilkin iddia üzrə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. Məhkəmə ilkin iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir: İş materiallarında olan: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyeyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 197,30 kv.m fərdi yaşayış evi və 0,0288 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Səbail rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı “cavabdehin maddi vəsaiti hesabına daş hasarın bərpa olunması” tələbinə dair iddiası təmin edilməmişdir. MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 0,0288 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1995-ci il tarixli sərəncamı ilə Badamdar qəsəbəsində “Köhnə bağlar” ərazisində bağ küçəsində mövcud olan bağ sahəsi Cavabdeh adına sənədləşdirilməsi və orada fərdi evin tikilməsinə icazə verilmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsinin giriş hissəsində olan yolun ona məxsus olduğunu bildirməklə, iddiaçının mülkiyyətində olan daşınmaz əmlaka giriş-çıxışa maneçilik törədir. Məhkəmə Ekspertiza Mərkəzinin 17 may 2023-cü il tarixli 10/3337 saylı rəyində qeyd edilmişdir ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 197,30 kv.m fərdi yaşayış evi və 0,0288 ha torpaq sahəsinə xx.xx.2022-ci il tarixdə verilmiş texniki pasport faktiki vəziyyətlə eynilik təşkil edir. Həmçinin giriş qapısı pasporta uyğundur. İddiaçı ona məxsus yaşayış evinin darvazasının önündə çəkdirmiş olduğu asfalt örtük olan ərazi hansısa şəxsin adına dövlət qeydiyyatına alınmamışdır. Məhkəmə ilkin iddia tələbinin “ünvan 1 ünvanında yerləşən 197,30 kv.m fərdi yaşayış evi və 0,0288 ha torpaq sahəsinə giriş-çıxışına cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması, yaşayış evinin girişində cavabdeh tərəfindən istənilən qanunsuz tikilinin quraşdırılmasının qadağan edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən 197,30 kv.m fərdi yaşayış evi və 0,0288 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi qanunidir. Onun xüsusi mülkiyyətində olan əmlaka dair hüququ cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Məhkəmə iddia tələbinin “iddiaçının öz vəsaiti hesabına çəkdirdiyi 15 metr uzunluğunda asfalt örtüyünün cavabdehin hesabına bərpa olunması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə qismən əsaslıdır. Belə ki, tərəflərin izahatlarından və eyni zamanda iş materiallarında olan 29 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı özünə məxsus yaşayış evinin darvazasının önündə şəxsi vəsaiti hesabına asfalt örtük çəkdirmiş və həmin örtüyün bir hissəsi cavabeh Cavabdeh tərəfindən iddiaçının razılığı olmadan özbaşına olaraq sökülmüşdür. Məhkəmə qeyd edir ki, cavabdeh bu hərəkəti ilə iddiaçıya ziyan vurmuşdur. Mülki Məcəllənin: 21.2-ci bəndinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1115-ci bəndinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə Ekspertiza Mərkəzinin 17 may 2023-cü il tarixli 10/3337 saylı rəyində qeyd edilmişdir ki, İddiaçı ona məxsus yaşayış evinin darvazasının önündə olan asfalt örtüyün ölçüsü 65,9 kv.m olmuşdur. Lakin sonradan asfalt örtüyün 16,6 kv.m hissəsi dağıdılmışdır. Məhkəmə yekun olaraq qeyd edir ki, ilkin iddia tələbi bu bu hissədə qismən təmin olunaraq, İddiaçı ona məxsus yaşayış evinin darvazasının önündə olan asfalt örtüyün cavabdeh tərəfindən dağıdılmış 16,6 kv.m hissəsi cavabdeh tərəfindən bərpa olunmalıdır. Məhkəmə iddia tələbinin “10.000 manat mənəvi ziyanın cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə də əsassızdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında izah edilir ki, mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və y ahəmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə yuxarıda sadalananları və işin hallarını əsas götürərək hesab edir ki, iddiaçı cavabdeh tərəfindən böhtana məruz qalmaqla mənəvi sarsıntı keçirdiyini bildirsə də, hansı mənəvi sarsıntı və ya fiziki itirab keçirdiyi barədə məhkəməyə əsaslı bir sübut təqdim edə bilməmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir. Qarşılıqlı iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı ərizəsində cavabdehin qanunsuz zəbt edib tökdüyü asfaltın ərazidən öz vəsaiti hesabına yığışdırılması, yaşıllıq zonanın əvvəlki vəziyyətinə gətirilməsi, onun evinə su xəttinə çəkilməsinə yaratdığı maneənin cavabdehə qadağan edilməsi, su xəttinin üzərində cavabdeh tərəfindən yerləşdirilmiş tikinti materiallarının yığışdırılmasını xahiş edir. Məhkəmə Ekspertiza Mərkəzinin 17 may 2023-cü il tarixli 10/3337 saylı rəyində qeyd edilmişdir ki, İddiaçı ona məxsus yaşayış evinin darvazasının önündə çəkdirmiş olduğu asfalt örtük olan ərazi hansısa şəxsin adına dövlət qeydiyyatına alınmamışdır. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin giriş hissəsində olan yol hansısa şəxsin adına dövlət qeydiyyatına alınmamışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının cavabdeh tərəfindən qanunsuz zəbt etdiyini iddia etdiyi ərazinin iddiaçıya ayrılmış torpaq sahəsində ayrılmış torpaq sahəsində yerləşməsi ekpsert rəyi ilə müəyyən edilə bilmədiyindən, yəni iddiaçı həmin ərazi üzərində mülkiyyət hüququnu reyestrdə qeydiyyata aldırmadığından, həmin ərazi üzərində iddiaçının müvafiq çıxarışı və koordinatları qeyd edilmiş torpaq sahəsinin planı və ölçülərində əks etdirən sənəd mövcud olmadığından həmin ərazinin iddiaçıya ayrılmış torpaq sahəsində yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. Torpaq Məcəlləsinin: 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qanunvericiliyin tələbindən göründüyü kimi, torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınmamışdırsa, dövlət tərəfindən həmin hüquqların müdafiəsinə təminat verilmir. Məhkəmə iddiaçının mübahisələndirdiyi ərazi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmamasını nəzərə alaraq hesab edir ki, həmin ərazi cavabdehin mülkiyyətində olan torpaq sahəsindən kənarda yerləşsə də, iddiaçının həmin ərazinin əvvəlki vəziyyətinə gətirilməsi və digər tələbləri ilə bağlı iddia irəli sürmək üçün subyektiv hüququ yoxdur. Bundan başqa məhkəmə eyni zamanda qeyd edir ki, Cavabdeh ərizəsində onun evinə su xəttinə çəkilməsinə cavabdeh tərəfindən maneələr yaradıldığını və su xəttinin üzərində cavabdeh tərəfindən tikinti materiallarının yerləşdirildiyini göstərsə də, bu halları təsdiq edə biləcək mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinin “mənəvi ziyanın əvəzi kimi 15,000 manat pulun cavabdehdən tutulması” hissəsinə münasibətdə isə qeyd edir ki, qarşılıqlı iddia tələbi özlüyündə əsassız hesab olunduğundan əsas tələbdən irəli gələn törəmə tələb kimi iddia tələbinin göstərilən hissəsi də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 197,30 kv.m fərdi yaşayış evi və 0,0288 ha torpaq sahəsinə giriş-çıxışa Cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılsın və həmin yaşayış evinin girişində cavabdeh tərəfindən istənilən qanunsuz tikilinin quraşdırılması qadağan edilsin. İddiaçı ona məxsus yaşayış evinin darvazasının önündə 65,9 kv.m ölçüsü olan asfalt örtüyün cavabdeh tərəfindən dağıdılmış 16,6 kv.m hissəsinin cavabdehin hesabına bərpa olunması vəzifəsi Cavabdeh üzərinə qoyulsun. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. İlkin iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 50 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilsin. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-tikinti texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manat vəsaitin 25 manat hissəsi iddiaçıdan, 25 manat hissəsi cavabdehdən tutulub dövlət büdcəsinə (hesab: Az.MEM VÖEN**********;AZ41NABZ********************, Dövlət XəzinədarlığıAgentliyi,KOD210005;VÖEN**********;MüxbirhesAz41NABZ**********0******** ** S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Səbail rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar