Məhkəmə qərarları › İş №e-2(009)-1164/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1164/2024

23.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1164/2024 23.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, İddiaçı Nəsrəddı̇ n oğlunun, onun nümayəndə və vəkili Nümayəndə1, Cavabdeh, onun nümayəndə və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Nəsrəddı̇ n oğlunun Cavabdeh Vaqı̇ f qızına qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Nəsrəddı̇ n oğlu Cavabdeh Vaqı̇ f qızına qarşı iddia qaldıraraq, Cavabdeh Vaqı̇ f qızından borclu olduğu 15000 (on beş min) ABŞ dollarının manata məzənnəsi ilə 25500 (iyirmi beş min beş yüz) manat məbləğində pulun,ödənilmiş 167,0 manat dövlət rüsumunun, hüquqi yardıma görə vəkilə ödənilmiş 320 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun qızı X9 ilə Cavabdeh oğlu X2 19 fevral 2019-cu ildə toyları olmuş və rəsmi qaydada evlənmişlər. Bir il Bakı şəhərində yaşadıqdan sonra Cavabdeh gənc ailəni də götürərək Türkiyəyə getmək qərarına gəldi. Türkiyəyə getməmişdən əvvəl ona bildirdi ki, uşaqlara Türkiyədə ev almaq istəyir. Bununla bağlı ondan 2019-cu ilin mart ayınıın axırında 15000 (on beş min) ABŞ dolları pul götürdü. Qızını Türkiyəyə 16 iyul 2020-ci ildə apardı. Orada yaşadıqları müddətdə ev alınması barədə müxtəlif zamanlar evdə söz-söhbətlər olurdu. 2021-ci ilin fevral ayının 20-də qızı yaş yarımlıq uşaqla geri, Bakıya qayıtdı. Ailə münasibətlərində yaranmış gərginliklə bağlı nikahın pozulması haqqında məhkəməyə müraciət olundu və 16 may 2021-ci il tarixdə nikah pozuldu. Türkiyədə ev almaq barədə vəd isə yerinə yetirilmədi. Münasibətlər pozulduqdan o, ev almaq üçün aldığı 15000 (on beş min) ABŞ dollarını Cavabdeh tələb etdi. Pulu .qaytaracağına söz versə də, bu günə kimi həmin məbləği ona qaytarmamışdır. Axır vaxtlar isə ümumiyyətlə həmin pulu qaytarmaqdan yayınır. Pulun qaytarılması ilə əlaqədar Cavabdeh 04 mart 2024-cü il tarixdə poçt vasitəsi ilə pretenzıya (xəbərdarlıq) göndərmişdir. Cavabdeh pretenziyanı 06 mart 2024-cü il tarixdə şəxsən almağına baxmayaraq, bu günə onun göndərdiyi pretenziyaya heç bir cavab verməmiş və ona həmin məbləğdən bir manat belə pul ödəməmişdir. Pretenziyada 15 gün müdətində onun təklifinə cavab vermədiyi halda iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyini ona bildirmişdir. Cavabdehin ondan 15000 ABŞ dolları almasını təsdiq edən telefon danışıqları var. Həmin audio diskləri məhkəmə prosesi zamanı təqdim edəcək. Cavabdeh, dəfələrlə tələb etməsinə baxmayaraq, ondan ev almaq adı ilə aldığı pulu qaytarmaqdan yayınır. Bu səbəbdən də, o, məhkəməyə müraciət etməyə məcbur olub. Bildirir ki, cavabdeh tərəfindən mülki hüquq pozuntusu delikt) törədilmişdir. Məhkəmə iclasında İddiaçı Nəsrəddı̇ n oğlu və onun nümayəndə və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək iddia tələbini təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək iddia tələbinin əsassız olduğundan rədd olunmasını xahiş etmiş və bildirmişdir ki, 2019-cu ildə onun oğlu ilə iddiaçının qızı ailə qurmuş, o, onlara möhtəşəm toy etmişdir. Həmin vaxt onun oğlu Kiprdə yaşayır və orada işləyirdi. İddiaçının qızı dedi ki, o, İstanbulda yaşamaq istəyir. O, onlar üçün İstanbulda 3 otaqlı kirayə ev tutdu və içini bəzədi. İddiaçının qızı onun oğlu ilə ailə quranda ancaq qab-qacaq və yataq dəsti gətirmişdi. Onlar boşanandan sonra qızın gətirdiklərini ona təhvil verdi və bu barədə video da var. İddiaçı ona ev almaq üçün pul verməyib və o da, iddiaçıdan pul istəməyib. 15000 dollara Türkiyədə ev yoxdur. Boşanmadan sonra iddiaçı uşağı onlara göstərməyib deyirdi ki, “pulu verin, uşağı göstərək”. İddiaçı ona ümumiyyətlə 15000 dollar pul verməyib. O, iddiaçının qızına 30000 dollarlıq qızıl vermişdir. İddiaçının pula ehtiyacı varsa, həmin qızılları satıb, pulunu götürsün. Həmin qızılların içərisində birgə nikah dövründə alınan qızıllar da olub, lakin o hamısını iddiaçının qızına verib. Onun Türkiyədə ev almaq fikri də olmayıb, çünki orada ev bahadır. İddiaçının dedikləri hamısı şər və böhtandır. Ona görə də, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndə və vəkili Nümayəndə2 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür. Ona görə də, iddia müddətinin ötürülməsi səbəbindən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakı əsaslara görə iddia əsaslıdır və iddia təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC-nin qəbzindən görünür ki, İddiaçı hüquqi yardıma görə 6 saylı hüquq məsləhətxanasının vəkili Nümayəndə1 320 manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı, xx.xx.1964-cü ildə Şəmkir rayonu Düyərli kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, cavabdehə borcun ödənilməsi, əks halda məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq edilmişdir. Təqdim olunmuş Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)- 1218/2021 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, X6 ilə X7 arasında Səadət Sarayı (Bakı nikah evi) tərəfindən qeydə alınmış 05 mart 2019-cu il tarixli, 124 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikahın pozulması, xx.xx.2019-cu il təvəllüdlü X3 anası X4 yanında qalmasının müəyyən edilməsi, X1 xx.xx.2021-ci il tarixdən başlayaraq, 25.12. 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməsi, X1 xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2019-cu il təvəllüdlü X8 3 yaşına çatanadək hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə, hazırkı iddiaya da sübutetmə aspektindən yanaşaraq bildirir ki, iddiaçı tələbinin faktiki əsası kimi telefon danışıqlarına istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Əsədovanın şikayəti üzrə” 12 aprel 2021-ci il tarixli qərarında izah etmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, tərəflərin övladları ailə həyatı qurduqdan sonra onların gedib yaşadıqalrı Türkiyə Respublikasında ev alınmasına kömək məqsədi ilə iddiaçı tərəfindən 2019-cu ilin mart ayında cavabdehə 15000 ABŞ dolları pul verilmişdir. Lakin tərəflərin övladlarının ailə həyatı baş tutmadığı üçün onlar arasında olan nikah 2021-ci ilin may ayında məhkəmə qaydasında pozulduğu və ev alınmadığı üçün iddiaçı cavabdehdən ona verilən 15000 ABŞ dolları pulun geri qaytarılmasını istəsə də, cavabdeh hər vəchlə pulu qaytarmaqdan imtina etmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş disk dinlənilərkən, orada olan telefon danışıqlarından cavabdehin iddiaçıdan 15000 ABŞ dolları pul aldığı, lakin həmin məbləği iddiaçıya geri qaytarmaqdan imtina etdiyi müəyyən olundu. Belə olan halda iddiaçı cavabdehdən 15000 ABŞ dolları pulu tələb etməkdə haqlıdır, çünkü cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının hesabına həmin məbləği əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Cavabdeh tərəfindən verilmiş hazırki iş üzrə iddia müddətinin tətbiqi barədə ərizəyə gəldikdə isə, həmin ərizə bunun üçün hüquqi əsaslar olmaması səbəbindən təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Vaqı̇ f qızından 15000 (on beş min) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), ödənilmiş 167 (yüz altmış yeddi) manat dövlət rüsumu və hüquqi yardıma görə vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat tutularaq İddiaçı Nəsrəddı̇ n oğluna ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar