Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1181/2022 27.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması, aliment və əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə 26 sentyabr 2003-cü il tarixdə, Səadət Sarayı Bakı Nikah evində 2052 nömrəli nikahın pozulması, 24 avqust 2006-cı il təvəlüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat məbləğində alimentin tutulması, birgə gəlirləri hesabına, nikahda olduqları zaman əldə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən 13 iyun 2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəyli Qutqaşınlı küçəsi 85də yerləşən 370.1 kv.m olan qeyri yaşayış sahəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışa əsasən 12 yanvar 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi ev 15, mənzil 58-də yerləşən 118.70 kv.m mənzilin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışa əsasən 23 noyabr 2016-cı il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 1221A-da yerləşən 394.7 kv.m, 0,337 torpaq sahəsi olan bağ evinin aralarında bərabər şəkildə ½ paylara uyğun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 26 sentyabr 2003-cü il tarixdə Səadət Sarayı Bakı Nikah evində 2052 nömrəli nikah aktını rəsmiləşdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 18 aprel 2004-cü il təvəllüdlü X7 və 24 avqust 2006-cı il təvəlüdlü X5 anadan olmuşdur. Uzun müddət bir ailə kimi bir yerdə yaşadıqdan sonra aralarında tez-tez anlaşılmazlıq, söz-söhbətlər baş vermiş, bu da münasibətlərinin daha da kəskinləşməsinə səbəb olmuşdur. Hal-hazırda faktiki olaraq ailə münasibətləri pozulmuş və nikahları formal xarakter daşıyır, faktiki olaraq ər-arvad kimi yaşamırlar, artıq xeyli vaxtdır ki, birgə təsərrüfat aparmırlar. Hesab edir ki, bundan sonra ər-arvad kimi yaşamaqları və ailənin mövcudluğunu saxlamaq qeyri-mümkündür. Başqa sözlə, aralarındakı nikahın pozulması üçün ciddi əsaslar mövcuddur. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən, yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunan qanuna əsasən birgə nikahlarından olan 18 aprel 2004-cu il təvəllüdlü X3 18 yaşı tamam olduğundan, 24 avqust 2006-cı il təvəlüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat məbləğində alimentin tutulması qanuna uyğun hesab edir. Qeyd edir ki, Cavabdehilə birgə nikah dövründə birgə gəlirləri hesabına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən 13 iyun 2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ünvan 1 ünvanında yerləşən 370.1 kv.m olan qeyri-yaşayış sahəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışa əsasən 12 yanvar 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ünvan 2 ünvanında yerləşən 118.70 kv.m mənzilin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışa əsasən 23 noyabr 2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1221 A ünvanında yerləşən 394.7 kv.m, 0,337 torpaq sahəsi olan bağ evi əldə edilmişdir. Beləliklə, birgə nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, onların ümumi mülkiyyətidir və bu əmlakdakı paylar bərabər hesab edilir. Hazırda hesab edir ki, qeyd olunan birgə nikah dövrü birgə gəlirləri hesabına əldə edilmiş əmlaklar cavabdehlə aralarında bərabər şəkildə ½ payla bölünməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1181/2022 saylı, 02 iyun 2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması, aliment və əmlakın bölünməsi” tələblərindən “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbi ayrı icraata ayrılması və həmin tələbə ayrı icraatda baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəmə müraciət edərək alimentdən imtinanı nəzərə alaraq, 26 sentyabr 2003-cü il tarixdə Səadət Sarayı Bakı Nikah Evində bağlanmış 2052 nömrəli nikahın pozulması, 18 aprel 2004-cü il təvəllüdlü X7 və 24 avqust 2006-cı il təvəllüdlü X1 İddiaçı yanında saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəmə müraciət edərək iddiaçı ilə Cavabdeh arasında 26 sentyabr 2003-cü il tarixdə Səadət Sarayı Bakı Nikah evində bağlanmış 2052 nömrəli nikahın pozulması, birgə nikahdan 18 aprel 2004-cü il təvəllüdlü X7 və 24 avqust 2006-cı il təvəlüdlü X1 iddiaçının yanında saxlanılması, 24 avqust 2006-cı il təvəlüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş və ərizə təqdim edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Vəkil2 məhkəməyə ərizə ünvanlayaraq cavabdehin iddiaçı ilə bağlanmış nikahın pozulmasına razı olduğunu, iştirakı olmadan baxılaraq nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Səadət Sarayı (Bakı Nikah Evi) tərəfindən verilmiş AZ-İ seriyalı, 947712 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2003-cü il tarixdə nikah bağlanmış və həmin nikah 2052 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada “Mir-Qasımova” soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail Rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 875302 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, ərarvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ərarvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Məhkəmə hesab edir ki, tərəflərə barışıq üçün verilmiş 3 (üç) ay müddət keçməsinə baxmayaraq onlar arasında barışıq əldə edilmədiyindən, hazırda onların barışması ehtimalı istisna olunduğundan, tərəflər nikahın pozulmasında təkid etdiyindən tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Bundan başqa, məhkəmə hazırkı iddia tələbi barədə qətnamə çıxararkən həmçinin uşaqların valideynlərindən kimin yanında qalması və uşaqlar üçün alimentin hansı valideyndən hansı miqdarda tutulması məsələsinə də münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldıqlarını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən ər-arvad arasında saziş olmadıqda, eləcə də uşaqların və ya tərəflərdən birinin maraqlarını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən hansı miqdarda tutulmasını müəyyən etməlidir. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 7.1-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. ... Uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədəmüvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. ... Məhkəmələrə tövsiyə edilsin ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur.” Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Məhkəmə nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan uşağın valideynlərindən hansının yanında saxlanılması məsələsini həll edərkən qeyd olunan normaları tətbiq edərək, eləcə də uşağın üstün mənafelərini rəhbər tutaraq, uşağın yaşını, hal-hazırda da anasının yanında yaşamasını və cavabdehin də buna etiraz etməməsini nəzərə alaraq hesab edir ki, nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvvəlüdlü X5 iddiaçı (anası) İddiaçı yanında qalmalıdır. Məhkəmə tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatdığını nəzərə alaraq, onun nikah pozulduqdan sonra valideynlərdən kimin yanında (himayəsində) qalması məsələsinə məhkəmə tərəfindən münasibət bildirilməsini məqsədə müvafiq hesab etmir. Odur ki, iddia həmin hissədə təmin edilə bilməz. Məhkəmə tərəflərin uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin tutulması məsələsinə dair aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2021-ci il tarixli Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Alimentin miqdarını müəyyən edərkən məhkəmə uşağın mənafeyini, onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, respublikada 2022-ci il üçün uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləğini, eyni zamanda cavabdehin stabil qazancının və ya başqa gəlirinin olmasını təsdiq edən sübutların təqdim edilmədiyini nəzərə alaraq hesab edir ki, tərəflərin uşağı xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutulması uşağın mənafeyi baxımından məqsədəuyğundur. Məhkəmə, alimentin hansı vaxtdan tutulması ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə uyğun olaraq alimentin tutulmasının əvvəli məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında Səadət Sarayında (Bakı Nikah Evi) xx.xx.2003-cü il tarixdə bağlanmış və 2052 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmalı, yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü X5 iddiaçı (anası) İddiaçı yanında saxlanılmalı, xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Səadət Sarayında (Bakı Nikah Evi) xx.xx.2003-cü il tarixdə bağlanmış və 2052 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü X5 iddiaçı (anası) İddiaçı yanında saxlanılsın. xx.xx.2022-ci il tarixdən hesablanaraq xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamənin aliment tutulmasına dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi (elektron məhkəmə sistemi vasitəsilə) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1181/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1181/2022
27.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver