Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1227/2022 04.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2, iştirakları ilə, Cavabdeh4 BOKT QSC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı (3-cü şəxs qismində Cavabdeh1 işə cəlb olunmaqla) cavabdehlər "xxxx" ASC, Cavabdeh4 BOKT QSC və “X1 Mərkəzi” MMC-yə qarşı hərrac nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (3-cü şəxs qismində Cavabdeh1 işə cəlb olunmaqla) cavabdehlər "xxxx" ASC, Cavabdeh4 BOKT QSC və “X1 Mərkəzi” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1 Mərkəzi” MMC tərəfindən tərtib olunmuş hərracın yekunları barədə xx.xx.2021-ci il tarixli, 151 saylı Satış Protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 bildirdi ki, "xxxx" ASC-nin hüquqi ünvanı ünvan 1nə o əsasla verilmişdir ki, guya "xxxx" ASC-nin hüquqi ünvanı ünvan 2 birinin hüquqi ünvanı Səbail rayonu ərazisinə düşmür. Digər tərəfdən, hazırki iş üzrə həm "xxxx" ASC, həm də Cavabdeh4 BOKT QSC cavabdeh kimi göstərilmişdir, halbuki bankın hüquq və vəzifələri Cavabdeh4 BOKT QSCyə ötürüldüyü üçün "xxxx" ASC cavabdeh ola bilməz. Yəni iddiaçı tərəfindən mübahisələndirilən hərrac protokolu "xxxx" ASC ilə deyil, “X1 Mərkəzi” MMC ilə Cavabdeh4 BOKT QSC arasında bağlanmışdır ki, cavadehlərin hər ikisinin hüquqi ünvanı Yasamal rayonuna aiddir. Hesab edir ki, hazırki mülki iş aidiyyət qaydaları pozulmaqla verildiyindən aidiyyəti üzrə baxılması üçün cavabdehlərin hüquqi ünvanı üzrə müvafiq rayon məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında Cavabdeh4 BOKT QSC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 vəsatəti ilə razı olduğunu bildirdi və mülki işin aidiyyəti üzrə baxılması üçün cavabdehlərin hüquqi ünvanı üzrə müvafiq rayon məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 mülki işin aidiyyəti üzrə baxılması üçün cavabdehlər “X1 Mərkəzi” MMC ilə Cavabdeh4 BOKT QSCnin hüquqi ünvanı üzrə müvafiq rayon məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Vergi ödəyicilərin məlumatları elektron arayışdan görünür ki, “X1 Mərkəzi” MMC-nin hüquqi ünvanı ünvan 8 Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa başqa məhkəmədə baxılmağa verilir. Azərbaycan Respublikası MPM-nin 45-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 24-26, 35, 44.2.2, 263- 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı (3-cü şəxs qismində Cavabdeh1 işə cəlb olunmaqla) cavabdehlər "xxxx" ASC, Cavabdeh4 BOKT QSC və “X1 Mərkəzi” MMC-yə qarşı hərrac nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-1227/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1227/2022
04.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver