Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1230/2022 18.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, Ərizəçi İddiaçı maraqlı şəxs 28 saylı Notariat kontoruna qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs 28 saylı Notariat kontoruna qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun atası X1 məxsus olmuş Bakı şəhəri, ünvan 1 ünvanlı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri ərizəçiyə geri qaytarır. MPM-nin 149.2.3-cü maddəsinin tələblərinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar təsdiq edən sübutları iddia ərizəsinə əlavə etməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Beləliklə ərizə bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilməməklə verildiyindən geri qaytarılmalıdır. Həmçinin qeyd olunur ki, elektron qaydada verilmiş ərizədə ərizəyə əlavə edilmiş sənədlərin siyahısı qeyd edilsə də, ərizəyə əlavə olunmamışdır. Şərh olunanlara əsasən və MPM-nin 263-264-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Ərizəçi İddiaçı maraqlı şəxs 28 saylı Notariat kontoruna qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüquqları vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №e-2(009)-1230/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1230/2022
18.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver