Məhkəmə qərarları › İş №e-2(009)-1239/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1239/2025

01.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1239/2025 01.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, Cavabdeh2 və 3-cü şəxs "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı – cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 ("xxxx" ASC-yə və Səbail rayon İcra Şöbəsi 3-cü şəxs qismində) qarşı «hərracın yekun nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 ("xxxx" ASC-yə və Səbail rayon İcra Şöbəsi 3-cü şəxs qismində) qarşı “hərracın nəticələri haqqında protokolun etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən qeyri-iş günü olan xx.xx.2025-ci il tarixdə keçirilmiş hərracın qanunsuz sayılması, hərrac yekunları barədə həmin tarixli Protokolun, MMC ilə Cavabdeh2 arasında Səbail rayonu, X6 küçəsi,ev 25, 3 otaqlı, ümumi sahəsi 72.1 kv.m olan 13 saylı mənzilimin satılmasına dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməкlə onların hüquqi nəticələrinin ləğv edilməsi və Səbail rayonu, X6 küçəsi,ev 25, 3 otaqlı, ümumisahəsi 72.1 kv.m olan 13 saylımənzilimə mülkiyyət hüquqlarımın bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9116/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən “Bank VTB (Azərbaycan)” ASC ilə X5 oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 120352-1- 10135 nömrəli “Girovlu istehlak krediti müqaviləsi”nin ləğv olunması, müqaviləyə əsasən xx.xx.2016-cı il tarixə ödənilməmiş 36.920 manat əsas, 2.384,10 manat faiz, 160 manat cərimə borcu olmaqla, cəmi 39.464,10 manat məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumu qismində ödənilmiş 10 manat və xidmət haqqı qismində ödənilmiş 20 manat, ümumilikdə 39.524,10 manat məbləğində pulun Qasım-X2 tutularaq “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi, tutmanın mənim tərəfimdən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi,ev 25, 3 otaqlı, ümumisahəsi 72.1 kv.m olan 13 saylımənzilə yönəldilməsi qət edilmişdir. Bildirmək istəyirəm ki, mənim tərəfimdən xx.xx.2025-ci il tarixdə borcun tam və nağd şəkildə ödənilməsiməqsədilə saat 17:10 radələrinndə “Bank VTB (Azərbaycan)” ASC-yə getdiм və tam şəkildə borcun bağlamaq niyyənimin olmasını bildirdiм. Bank əməkdaşları bildirdilər ki, bank sistemi 16:30-dək işlədiyinə görə və 12 gün respublikada qeyri iş günləri olduğuna görə ödənişi qəbuletməkdən imtina edilər. Bununla əlaqədar tərəfimdən xx.xx.2025-ci il tarixlərdə “Bank VTB (Azərbaycan)” ASC-yə olan borcu tam şəkildə digər bank vasitəsilə Səbail rayon İcra Şöbəsinin depozit hesabına ödədim və Səbail rayon İcra Şöbəsinə həmin günü ərizə ilə müraciət edərək qəbzi əlavə edərək ərizəmdə qeyd olunanları, yəni borcun tam şəkildə ödənilməsini nəzərə alaraq icra işinə xitam verilməsi barədə qərar qəbuledilməsini xahiş etdim. Lakin mənə təqdim edilmiş Səbail rayon İcra Şöbəsinin rəisi Anar Qocayevin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan aydın oldu ki, Şöbə tərəfindən qanunsuzluğa yol verilmişdir. Belə ki, sözügedən məktubda göstərilmişdir ki, Bakı şəhəriYasamal Rayon Məhkəməsinin 2(004)- 9116/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi xx.xx.2017-ci il tarixdə şöbənin icraatına daxil olmuş və qanunvericiliklə nəzərdə tutulmuş qaydada icraya yönəldilmişdir. "xxxx" MMC-nin **********3974912 saylı protokolunda Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi ev 25, 3 otaqlı mənzilin «İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun 43.5-ci maddəsinə əsasən X4 tərəfindən 115824.00 manata alması göstərilmişdir. Məktubda həmçinin göstərilmişdir ki, «İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun 42.8-cimaddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın xitam verilməsinə və yenimülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxiledilməsi üçün əsas hesab olunur. Bununla əlaqədar yuxarıda qeyd olunan icra sənədinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi ev 25, 3 otaqlı mənzilin Cavabdeh2 Yamin oğlunun adına rəsmiləşdirilməsi xahiş olunur. Məktuba icra vərəqəsi və hərrac protokolunun surəti əlavə edilmişdir. Hərrac protokolunun surətindən görünür ki, hərrac 23 mart 2025-ci ildə keçirilmişdir. Hesab edirəm ki, ipoteka predmeti olan mənim mülkiyyətim Bakışəhəri, Səbail rayonu, Neftçi QurbanAbbasov küçəsiev 25, 3 otaqlımənzilin X4 tərəfindən 115824.00 manata almasına dair "xxxx" MMC-nin əmlakın nəticələri ilə bağlı **********3974912 saylı protokolu qanunsuzdur. Belə ki, əvvəl hərrac xx.xx.2025–xx.xx.2025-ci il tarixlərdə respublikada qeyri-iş günləri olan müddətdə, yəni 23 mart 2025-ci ildə keçirilmişdir. Bu "xxxx" MMC-nin də iş fəaliyyətinə aiddir. Bu barədə 2025-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli qərarı qəbul edilmiş, orada martın 20–24, 30–31-i, daha sonra qərara düzəliş edilərək 12 gün, yəni 20.03.–xx.xx.2025-ci il tarixlərdə respublikada qeyri iş günləri olması qərara alınmışdır. Daha sonra, keçirilmiş hərracdan xəbərim olmamış, hərrac iştirakım olmadan keçirilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydiəsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. İcra məmuru "xxxx" MMC-yə sifariş verməmişdən qabaq həmin maddənin tələblərinə riayət etməli, hansı hərrac təşkilatına sifarişin göndərilməsi barədə qarşılıqlı razılıq əldə edilməli idi. 5 gün ərzində qarşılıqlı razılıq əldə edilmədiyi təqdirdə, icra məmuru həmin qanuna uyğun olaraq növbəti hərəkətləri həyata keçirməli idi. “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun 42.1-cimaddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişialdığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Mənə göndərilmiş bildirişin çatdırılması ilə bağlı qəbz ümumiyyətlə yoxdur. “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, hərrac təşkilatısifarişli poçt bildirişi göndərməlidir. “Poçt haqqında” Azərbaycan Respublikasının qanununun 1.0.10-cu maddəsinə əsasən, sifarişli poçt göndərişi göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Göründüyü kimi, ünvan sahibi kimi tərəfimdən hərracla bağlı bildirişlərin alınmasını təsdiq edən, imzam olan hər hansı poçt qəbzləri mövcud deyil. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi-vəkili məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 məhkəmə iclasının iddiaçının iştirak olmadan keçirilməsini və iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, elektron hərracda qeydiyyatdan keçdikdən sonra baxış keçirmək üçün hərraca çıxarılan mənzilə baxmağa getdi. Qapını bir xanım açdı və onu içəri buraxmadı. O, xanımdan evin hərraca çıxarılmasından məlumatlı olub-olmadığını soruşduqda xanım ona məlumatlı olduqlarını bildirdi. Birja qəzetinin buraxılışında mənzilin hərraca çıxarılması barədə elan da dərc edilmişdir. Məhkəmə iclasında iştirak etmiş 3-cü şəxsin nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki,elektron qaydada keçirilmiş hərrac xx.xx.2025-ci il tarixdə başlamış və xx.xx.2025-ci il tarixdə bitmişdir. İddiaçı isə 39.524,10 manat məbləğində pul vəsaitini 01 aprel 2025-ci il tarixdə icra şöbəsinin depozit hesabına köçürmüşdür. Bundan başqa hazırki əmlakla bağlı keçirilən hərrac bundan öncə bir dəfə də məhkəmə qaydasında araşdırılmışdır. İddiaçının 2016-cı il tarixli icra vərəqəsi əsasında hərracın keçirilməsi haqqında ikinci dəfə olaraq yenidən məlumatsız olmasını bildirməsi reallığı əks etdirmir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh və 3-cü şəxs nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədikləri üçün məhkəmə həmin təşkilatların nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı iddia tələbinin əsası kimi ipoteka predmeti olmuş Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi 2 saylı evin 13 saylı mənzili barəsində hərracın keçirilməsi haqqında ona məlumat verilməməsi və məhkəmə aktı ilə ondan tutulan borc məbləğinin icra şöbəsinin depozit hesabına köçürüldüyü hallarına istinad etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi 2 saylı evin 13 saylı mənzili 76.000 manat dəyərində qiymətləndirilmiş və keçirilən hərracda 115,824 manata Cavabdeh2 satılmışdır. İşin bu halları mübahisəsizdir və iş materiallarında olan xx.xx.2025-ci il tarixli əmlakın satışı ilə bağlı hərracın nəticələrinə dair protokolla təsdiqlənir. Məhkəmə iddiaçının məhkəmə aktı ilə ondan tutulan borc məbləğinin onun tərəfindən icra şöbəsinin depozit hesabına köçürülməsi əsasına münasibətdə qeyd edir ki, tələbin bu istinadı iddianın təmin olunmasına əsas vermir. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli əmlakın satışı ilə bağlı hərracın nəticələrinə dair protokoldan görünür ki, sözügedən hərrac 16 mart 2025-ci il tarixdə saat 16:51-də başlamış və 23 mart 2025-ci il tarixdə saat 17:45-də bitmişdir. İşdə olan ABB-yə məxsus ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 39524,1 manat məbləğində pul vəsaiti Səbail rayon İcra şöbəsinin depozit hesabına 01 aprel 2025-ci il tarixdə köçürülmüşdür. Halbuki ipoteka haqqında qanunvericiliyin tələbinə əsasən borclu o halda əsas borcu ödəyərək ipoteka predmetinin satışına xitam verə bilər ki, bu hərəkət hərracın nəticələri üzrə protokol imzalanana yaxud ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalanana kimi baş tutsun. Lakin işdə olan ödəniş tapşırığından görünür ki, xx.xx.2025-ci il tarixdə Cavabdeh2 tərəfindən banka ödənilməli olan 39,960 manat məbləğində iddiaçıdan məhkəmə qətnaməsi ilə tutulan borc məbləği Səbail rayon icra şöbəsinin depozit hesabına köçürülmüşdür. Göründüyü kimi, iddiaçı tərəfindən icra şöbəsinin depozit hesabına borc məbləği köçürülənə kimi artıq hərrac baş tutmuş və hərracın qalibi ilə hərracın nəticələri üzrə protokol imzalanmış və ödəniş edilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, tələbin bu əsası hərracın keçirilməsinin qanunsuzluğuna dəlalət etmir. “İpoteka haqqında” Qanunun 46.1-ci maddəsinə İpoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Məhkəmə iddiaçının iddia tələbinin hərracın keçirilməsindən məlumatsız olması əsasına münasibətdə qeyd edir ki, iddia tələbi bu istinada münasibətdə də əsassızdır. Belə ki, iş materiallarında olan 481609 və 481610 nömrəli mədaxil qəbzinin talonlarının surətindən görünür ki, cavabdehlər "xxxx" MMC tərəfindən mənzilin ilkin satış qiymətini və hərracın keçirilmə yerini və vaxtını göstərməklə müvafiq bildirişlər İddiaçı ünvanına poçt vasitəsi ilə göndərilmiş və xx.xx.2025-ci il tarixdə isə Mustafayev soyadlı şəxs tərəfindən imzalanmaqla qəbul edilmişdir. Bundan başqa Birja qəzetinin 24 fevral 2025-ci il tarixli buraxılışından görünür ki, hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı, hərracda iştirak üçün behin məbləği barədə elan da hərrac təşkilatı tərəfindən qəzetdə dərc edilmişdir. Burdan belə bir nəticəyə gəlinir ki, iddiaçı hərracın keçirilməsi, onun vaxtı və yeri barədə məlumatlı olmuşdur. “İpoteka haqqında” Qanunun: 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar