Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1243/2023 07.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X4 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, İddiaçının və onun nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, İddiaçı – cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ziyan” tələbinə dair mülki işə 07 iyul 2023-cü il tarixdə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 370,000 ABŞ dolları məbləğində pulun və 919 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh1 hərbi qulluqçu statusuna malik olan vəzifəli şəxs kimi Azərbaycan Respublikasının hazırda ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq baş idarəsinin rəisi vəzifəsində xidmət etdiyi dövrdə vəzifəli şəxs kimi özgələrin külli miqdarda əmlakını tələb etmiş, mütəşəkkil dəstə tərkibində qulluq mövqeyinə əsasən təqsirkara göstərilən etimaddan istifadə etməklə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları təkrarən saxtalaşdırmış, vəzifəli şəxs kimi mütəşəkkil dəstə tərkibində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) və qanunsuz hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində özü və üçüncü şəxslər olan mütəşəkkil dəstənin üzvləri üçün birbaşa və dolayı yolla, şəxsən və mütəşəkkil dəstənin digər üzvləri vasitəsilə təkrarən külli miqdarda maddi nemət olan pulu hədə-qorxu tətbiq etməklə rüşvət kimi istəyib almışdır. Belə ki, o, hərbi qulluqçu statusuna malik olan vəzifəli şəxs kimi hazırda ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi (MTN) üzrə xx.xx.2008-ci il tarixli 435 ŞH nömrəli əmrlə həmin Nazirliyin İstintaq baş idarəsinin rəisi vəzifəsinə təyin edilməklə 27 oktyabr 2015-ci il tarixədək həmin vəzifədə işləyərkən qanunsuz yolla külli miqdarda maddi sərvət əldə etmək məqsədilə yaradılmış tabeliyində olan İstintaq idarəsinin 2- ci şöbəsinin rəisi Cavabdeh2 və qeyrilərindən ibarət sabit cinayətkar qrupda - mütəşəkkil dəstədə birləşib mütəşəkkil dəstə tərkibində aparılmış bölgüyə uyğun üzərinə düşən vəzifələri yerinə yetirərək səlahiyyətlərinin icrası ilə əlaqədar 30 sentyabr 2008-ci il tarixdə qəbul etdiyi qərarla “Texnikabank” açıq səhmdar cəmiyyətinin Bakı filialının müdiri X5 və digərləri barəsində CM-nin 308.1 və 178.3.2-ci maddələri ilə 613 №-li cinayət işi başlamaqla işin ibtidai istintaqının aparılmasını, dəstənin üzvü Cavabdeh2 həvalə etdikdən və özünün göstərişi əsasında sonuncunun 03 oktyabr 2008-ci il tarixli qərarı ilə həmin filiala ayrı-ayrı şəxslər tərəfindən yerləşdirilmiş, Bundan başqa, o, qeyd edilən vəzifədə xidmət edərkən təkrarən ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq baş idarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi Cavabdeh2 və qeyrilərindən ibarət mütəşəkkil dəstə tərkibində aparılmış bölgüyə uyğun üzərinə düşən vəzifələri yerinə yetirərək səlahiyyətlərinin icrası ilə əlaqədar 2009-cu ilin əvvəllərindən etibarən özünün göstərişi əsasında dəstənin üzvü Cavabdeh2 vasitəsilə 613 №-li cinayət işi üzrə istintaqa dəvət edilən İddiaçı Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti, 14 ünvanında yerləşən MTN-nin inzibati binasında övladı İntiqam Sultanovun “Texnikabank” açıq səhmdar cəmiyyətinin Bakı filialından 01 oktyabr 2007-ci il tarixli müqavilə ilə 500.000 manat məbləğində kredit götürmək üçün sənədləri saxtalaşdırdığını, buna görə barəsində cinayət təqibi başlayacağı və həbs qətimkan tədbiri seçdirəcəyini bildirib hədəqorxu gəlməklə sonuncunun xeyrinə edəcəyi qanunsuz hərəkətlərin, yəni barəsində cinayət təqibinin başlanılmaması müqabilində İddiaçı 500.000 ABŞ dolları məbləğində maddi nemət olan külli miqdarda pulu birbaşa yolla rüşvət kimi istəmiş, İddiaçı həmin tələbi rədd etdikdə mütəşəkkil dəstənin məqsədlərinə nail olmaq üçün cinayət işi üzrə İntiqam Sultanovun CM-nın 179.3.1, 179.3.2 və 320.1 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair Cavabdeh2 tərəfindən 16 iyun 2009-cu tarixli qərar qəbul edilməsini təmin edib barəsində Bakı şəhəri Səbail rayon məhkəməsinin eyni tarixli qərarı əsasında həbs qətimkan tədbiri seçilməsinə nail olduqdan sonra sonuncunun həbsdə saxlanılacağı, habelə özünün də barəsində həbs qətimkan tədbiri seçdirəcəyini bildirib hədə-qorxu gəlməklə İntiqam Sultanovun xeyrinə edəcəyi qanunsuz hərəkətə görə, yəni cinayət prosessual qanunvericiliyi ilə əsas olmadığı halda həbsdən azad edilməsi müqabilində İddiaçı Cavabdeh2 vasitəsilə 370.000 ABŞ dolları məbləğində külli miqdarda nağd puldan ibarət rüşvəti birbaşa yolla tələb etmiş, bununla əlaqədar növbəti gün, yəni 17 iyun 2009cu il tarixdə MTN-nin inzibati binasında özünün xidməti otağında şəxsən İddiaçı qardaşı X1 və sonuncunun dostu X3 ilə görüşüb sonunculardan 360.000 ABŞ dolları həmin gün Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 8 saylı evin qarşısında Cavabdeh2 vasitəsilə İddiaçı 10.000 ABŞ dolları, cəmi həmin dövrün rəsmi məzənnəsinə görə 297.406 manata bərabər 370.000 ABŞ dolları məbləğində külli miqdarda rüşvətiqəbul edib əvvəlcədən razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun surətdə mütəşəkkil dəstənin üzvləri Cavabdeh2 və qeyriləri ilə aralarında bölərək, müdafiəçinin vəsatəti əsasında Bakı şəhəri Səbail rayon məhkəməsinin 01 iyul 2009-cu il tarixli qərarı ilə İntiqam Sultanovun barəsində “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” növündə qətimkan tədbiri ilə əvəz olunmasına nail olmaqla, vəzifəli şəxs kimi mütəşəkkil dəstə tərkibində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətin müqabilində özü və üçüncü şəxslər, yəni mütəşəkkil dəstənin digər üzvləri üçün birbaşa və dolayı yolla, şəxsən və vasitəçidən istifadə etməklə külli miqdarda rüşvəti təkrarən hədə-qorxu tətbiq etməklə istəyərək almış, vəzifəli şəxs kimi müntəzəm olaraq mütəşəkkil dəstə tərkibində təkrarən tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla Milli Təhlükəsizlik Nazirliyinin kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətlərini həyata keçirməsi ilə bağlı hüquq və qanuni mənafelərinə, habelə İddiaçı hüquqlarına və qanuni mənafelərinə sonuncunun və ailə üzvlərinin müflisləşməsi, psixi təsirlərə, külli miqdarda maddi və digər məhrumiyyətlərə məruz qalmasından ibarət ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur. Bakı Hərbi Məhkəməsinin 1-1(093)-9/2022 saylı xx.xx.2022ci il tarixli hökmünə əsasən Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM-nin) 182.3.1, 182.3.2, 294.3, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzalar qismən toplamaq yolu ilə Cavabdeh1 qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cavabdeh2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM-nin) 182.3.1, 182.3.2, 311.3.1, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CMnin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 10 (on) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi hökm olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini tam müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini tam müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin onlar və ya nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılması mümkün saymışdır. Məhkəmə iş üzrə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: Bakı Hərbi Məhkəməsinin 1-1(093)-9/22 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM-nin) 182.3.1, 182.3.2, 294.3, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini, X2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM-nin) 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Hökmlə müəyyən edilmişdir ki, Cavabdeh1 qeyd edilən vəzifədə xidmət edərkən təkrarən ləğv olunmuş MilliTəhlükəsizlik Nazirliyinin İstintaq baş idarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi Cavabdeh2 və qeyrilərindən ibarət mütəşəkkil dəstə tərkibində aparılmış bölgüyə uyğun üzərinə düşən vəzifələri yerinə yetirərək səlahiyyətlərinin icrası ilə əlaqədar 2009-cu ilin əvvəllərindən etibarən özünün göstərişi əsasında dəstənin üzvü Cavabdeh2 vasitəsilə 613 №-li cinayət işi üzrə istintaqa dəvət edilən İddiaçı Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti, 14 ünvanında yerləşən MTN-nin inzibati binasında övladı İntiqam Sultanovun “Texnikabank” açıq səhmdar cəmiyyətinin Bakı filialından 01 oktyabr 2007-ci il tarixli müqavilə ilə 500.000 manat məbləğində kredit götürmək üçün sənədləri saxtalaşdırdığını, buna görə barəsində cinayət təqibi başlayacağı və həbs qətimkan tədbiri seçdirəcəyini bildirib hədə- qorxu gəlməklə sonuncunun xeyrinə edəcəyi qanunsuz hərəkətlərin, yəni barəsində cinayət təqibinin başlanılmaması müqabilində İddiaçı 500.000 ABŞ dolları məbləğində maddi nemət olan külli miqdarda pulu birbaşa yolla rüşvət kimi istəmiş, İddiaçı həmin tələbi rədd etdikdə mütəşəkkil dəstənin məqsədlərinə nail olmaq üçün cinayət işi üzrə İntiqam Sultanovun CM-nın 179.3.1, 179.3.2 və 320.1 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair Cavabdeh2 tərəfindən 16 iyun 2009-cu tarixli qərar qəbul edilməsini təmin edib barəsində Bakı şəhəri Səbail rayon məhkəməsinin eyni tarixli qərarı əsasında həbs qətimkan tədbiri seçilməsinə nail olduqdan sonra sonuncunun həbsdə saxlanılacağı, habelə özünün də barəsində həbs qətimkan tədbiri seçdirəcəyini bildirib hədə-qorxu gəlməklə İntiqam Sultanovun xeyrinə edəcəyi qanunsuz hərəkətə görə, yəni cinayət prosessual qanunvericiliyi ilə əsas olmadığı halda həbsdən azad edilməsi müqabilində İddiaçı Cavabdeh2 vasitəsilə 370.000 ABŞ dolları məbləğində külli miqdarda nağd puldan ibarət rüşvəti birbaşa yolla tələb etmiş,bununla əlaqədar növbəti gün, yəni 17 iyun 2009cu il tarixdə MTN-nin inzibati binasında özünün xidməti otağında şəxsən İddiaçı qardaşı X1 və sonuncunundostu X3 ilə görüşüb sonunculardan 360.000 ABŞ dolları həmin gün Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 8 saylı evin qarşısında Cavabdeh2 vasitəsilə İddiaçı 10.000 ABŞ dolları, cəmi həmin dövrün rəsmi məzənnəsinə görə 297.406 manata bərabər 370.000 ABŞ dolları məbləğində külli miqdarda rüşvəti qəbul edib əvvəlcədən razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun surətdə mütəşəkkil dəstənin üzvləri Cavabdeh2 və qeyriləri ilə aralarında bölərək, müdafiəçinin vəsatəti əsasında Bakı şəhəri Səbail rayon məhkəməsinin 01 iyul 2009-cu il tarixli qərarı ilə İntiqam Sultanovun barəsində “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” növündə qətimkan tədbiri ilə əvəz olunmasına nail olmaqla, vəzifəli şəxs kimi mütəşəkkil dəstə tərkibində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətin müqabilində özü və üçüncü şəxslər, yəni mütəşəkkil dəstənindigər üzvləri üçün birbaşa və dolayı yolla, şəxsən və vasitəçidən istifadə etməklə külli miqdarda rüşvəti təkrarən hədə-qorxu tətbiq etməklə istəyərək almış, vəzifəli şəxs kimi müntəzəm olaraq mütəşəkkil dəstə tərkibində təkrarən tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla Milli Təhlükəsizlik Nazirliyinin kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətlərini həyata keçirməsi ilə bağlı hüquq və qanuni mənafelərinə, habelə İddiaçı hüquqlarına və qanuni mənafelərinə sonuncunun və ailə üzvlərinin müflisləşməsi, psixi təsirlərə, külli miqdarda maddi və digər məhrumiyyətlərə məruz qalmasından ibarət ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur. AR Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. AR Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin ünsürlərdən hər hansı birinin aşkar edilməməsi deliktə söykənən tələbin rədd edilməsi üçün əsasdır. Qanunvericiliyin göstərilən tələblərinə və iş materiallarında olan sübutlara əsasən məhkəmə qeyd edir ki, cavabdehlər hüquqazidd əməl ilə iddiaçıya ziyan vurmuşdurlar. Belə ki, onlar iddiaçı qarşısında mülki hüquq məsuliyyəti daşıyırlar. Bu səbəbdən iddiaçıya vurulmuş zərərin əvəzi zərərvuranlar tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə həmçinin hesab edir ki, MPM-nın 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırkı iddia tələbi təmin olunduğundan, ödənilmiş 155 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 297,406 (iki yüz doxsan yeddi min, dörd yüz altı) manat pul vəsaiti və ödənilmiş 919 manat dövlət rüsumunun 500 manat hissəsi Cavabdeh2 və Cavabdeh1 tutulub İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-1243/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1243/2023
07.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver