Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1253/2025 07.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ("xxxx" MMC üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh Bakı şəhəri 2 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri 2 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla 2 saylı Notariusun xx.xx.2025-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: 02 may 2018-ci il tarixdə o, "xxxx" MTK 02 may 2018-ci il tarixli yaşayış kompleksində mənzil alqı-satqısına dair № **-RP-*** nömrəli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən Bakı Ağ Şəhər lahiyəsi üzrə o, X8 Kompleksində Blok 11, mərtəbə 2, mənzil № 140 4 otaqlı, 169.71 kv m ibarət mənzili 169 710 manat dəyərinə almışdır. Hazırda həmin mənzil onun mülkiyyətində deyil, 2023-cü il tarixdən qeyd olunan mənzil 3-cü şəxsin xeyrinə özəlləşdirilərək, əmlak çıxarışı alınmışdır. Qeyd edir ki, 2023-cü ilədək mənzil onun mülkiyyətində olan dövrdə mənzildə hər hansı təmir-tikinti işləri aparılmamışdır və onun Retro Park MTK qarşısında kommunal xidmətlərə dair öhdəliyi yaranmamışdır. Bundan başqa xx.xx.2025-ci il tarixdə 02 saylı notariat ofisinin xüsusi notariusu X5 onun borclu olmağını təsdiq edən icra qeydi vermiş və Səbail İcra Şöbəsinə yönəltmişdir. xx.xx.2025-ci icra məmuru Eldar m onunla əlaqə saxlamış və borclu olduğu, notarius tərəfindən icra qeydin verilməsi barədə ona məlumat vermişdir. Həmin icra qeydində AZ1111, BAKİ ŞƏHƏRİ NƏSİMİ RAYONU, CAVAD XAN,ev 11 ünvanında yerləşən "xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN /VÖEN:**********/ BAKİ, BİNƏQƏDİ, C.XƏNDAN KÜÇ. 16 31 ünvanında qeydiyyatda olan X3N (AZE17297998, xx.xx.2017 00:00 - Asan1-2; FİN: 1KJZD7Q; d/t: xx.xx.1982) xeyrinə BAKİ, SƏBAİL S.MƏMMƏDOV KÜÇ 9 ünvanında qeydiyyatda olan İddiaçı (AZE16749966, xx.xx.2017 - Asan1-2; FİN: xxxxxxx; d/t: xx.xx.1982) 001 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 5888 manat 93 qəpik (beş min səkkiz yüz səksən səkkiz manat doxsan üç qəpik) tutulması nəzərdə tutulmuşdur. Qeyd edir ki, icra qeydinin verilməsinə dair hansı müqavilə olmasına dair heç bir məlumatı olmadığı üçün və icra qeydinin çıxarılmasından öncə bu barədə ona bildiriş gəlmədiyindən məsələni aydınlaşdırmaq üçün vəkili Vəkil adına mobil notariat vasitəsi ilə etibarnamə vermiş və vəkili xx.xx.2025-ci il tarixdə saat 15:20 radələrində 02 saylı notariat ofisinə yaxınlaşaraq, etibarnaməni, öz şəxsiyyət vəsiqəsini və notariusun icra qeydini təqdim edərək notariat işçisindən bu qeydin verilməsi üçün əsas olmuş alt sənədlərin verilməsini xahiş etmişdir. Notariusun işçisi onlarda alt sənədlərin olmadığını, onlar elektron informasiya sistemindən gələn sorğunu yoxlamadan yalnız düymə vasitəsi ilə təsdiqlədiklərini bildirmişlər. Vəkili qanunvericiliyin tələblərinə istinad edərək notarius qeydinin verilməsi üçün borcun mübahisəsiz halını təsdiq edən sənədləri notariusa təqdim edildikdən və tələbkar ərizə ilə müraciət edildikdən sonra notarius qeydin verilməsinin mümkün olduğunu bildirdikdə, notariusun işçisi ilk olaraq notarius qeydinə dair sorğunun Səbail İcra Şöbəsindən yönəldiyini (həmin an icra məmuru Eldar m 077 *** ** ** nömrəsi ilə telefon vasitəsi ilə əlaqə yaratmış və icra məmuru bildirmişdir ki, icra qeydi notariusdan ona daxil olmuş, o hər hansı sənədi icraya yönəltməmişdir. Daha sonra notarius işçisi icra qeydinin məhkəmədən yönəldiyini bildirmiş, halbuki buna cavab olaraq vəkili məhkəmənin qərarı olduğu halda notarius qeydinə nə ehtiyac var, məhkəmə birbaşa qərarı icraya yönəldə bilir cavab vermiş və belə olan halda məhkəmənin qərarını tələb etmişdir. Heç bir məhkəmə qərarı təqdim olunmamışdır. Notarius işçisi daha sonra icra qeydinin bank və ya mobil operator tərəfindən yönəldiyini bildirmiş və buna cavab olaraq vəkili notariusun icra qeydində hər hansı bank və ya mob operatorun adının sadalanmadığını və ümumiyyətlə hansı tarixli müqaviləyə əsasən icra qeydinin verilməsinin göstərilmədiyini bildirmişdir. Ən sonda notariusun işçisi notariusun özünə yaxınlaşıb aydınlaşdırmağı, lakin notariusun hazırda iş yerində olmadığını, saat 5-dən sonra olacağını bildirmiş. nümayəndəsi notariusu gözləyəcəyini söylədikdən sonra notariusun əmisinin rəhmətə getdiyini, rayonda olduğunu və ola bilsin bugün gəlib çıxa bilməyəcəyini söyləmişlər. Sabahsı gün xx.xx.2025-ci il tarixdə o özü 02 saylı notariat ofisinə yaxınlaşaraq xx.xx.2025-ci il tarixli notariusun icra qeydinin verilməsi üçün əsas olan alt sənədləri notariusun özündən tələb etmiş, lakin notarius sorğusu qarşısında aciz qalmış, sənədin gah icra məmuru tərəfindən yönləndirildiyini, gah məhkəmə qərarı əsasında təqdim edildiyini, gah da elektron sistemdən yönləndirildiyi üçün məlumatsız olduğunu qeyd etmişdir. Bu da notariusun qanunsuz və əsassız olaraq icra qeydi yönləndirdiyini deməyə əsas verir. Notariusun onun bütün suallarına cəmi 1 cavabı var idi, o, yalnız düymə ilə təsdiq vurur, vəssalam. Lakin, təsdiq düyməsini basmamışdan öncə işin mübahisəsinin halını yoxlayırmı, qanunvericiliklə nəzərdə tutulan prosedura riayət edirmi bundan notarius xəbərsiz idi. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Qeyd edilən icra qeydinin aparılması ilə bağlı tərəf olaraq ona hansısa bildiriş gəlməmişdir. Bu bildirişin olmamasına baxmayaraq notarius icra qeydini hazırlamış və hətta icraya yönləndirmişdir. Həmçinin Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının Xİİ fəslinin 161-ci maddəsinə əsasən Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Qərarın Xİİ fəslinin 162-ci maddəsinə əsasən icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. “Notariat haqqında” Azərbaycan Respublikasının 41-ci maddəsinə əsasən aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Bundan başqa o, iş üzrə cavabdeh olan "xxxx" MMC və X3 tanımamış, onlarla heç vaxt müqavilə bağlamamış və onların qarşısında öhdəliyi yaranmamışdır. Notariusun icra qeydindən hansı müqavilə əsasında verildiyi ona məlum olmadığından, o, həmin müqaviləni ümumi iddia qaydasında ayrıca mübahisələndirə bilmir. Hesab edir ki, 2 saylı notariusun verdiyi xx.xx.2025-ci il tarixli icra qeydi ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh Bakı şəhəri 2 saylı Notariat Ofisinin nümayəndəsi ərizə ilə müraciət edərək iştirakı olmadan işə baxılmasını xahiş etmiş, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəfin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - "xxxx" MMC ilə "xxxx" yaşayış kompleksi çoxmənzilli binanın sahə mülkiyyətçiləri adından Ümumi Yığıcağın xx.xx.2018-ci il tarixli protokoluna əsasən- sahə mülkiyyətçisi Kərimov Azər arasında bağlanmış 30 sentyabr 2018-ci il tarixli çoxmənzilli binanın idarə edilməsi üzrə xidmət müqaviləsindən görünür ki, idarəedici təşkilat Sahə Mülkiyyətçilərinin tapşırığı ilə razılaşdırılmış müddət ərzində ünvan 1 ünvanında yerləşən çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri üzrə xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, həmçinin həmin binanın sahə mülkiyyətçilərinə və binanın sahələrindən istifadə edən şəxslərə kommunal xidmətlər (blokların, pilləkən qəfəslərinin və həyətyanı sahələrin işıqlandırılması, binalarda və həyətyanı sahələrdə ümumi təmizlik işlərinin aparılması, liftlərə, qazanxanalar (əgər mövcuddursa), su nasosxanalarına qulluq və mənzillərə (qeyriyaşayış sahələrinə) su təminatının təşkili, binada mühafizənin təşkili (zəruri hallarda) və abadlıq işlərinin aparılması və s.) göstərməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürür. Sahə mülkiyyətçiləri isə göstərilmiş xidmətlərin müqabilində idarəedici təşkilata xidmət haqqı ödəməyi öz öhdəsinə götürür. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin çıxarışından görünür ki, X1 Bakı şəhəri, ünvan 2 ünvanına mülkiyyət hüququ 28 sentyabr 2023-cü il tarixində qeydiyyata alınmışdır. - 27 fevral 2025-ci il tarixli "xxxx" MMC-nin İddiaçı ünvanlanmış maliyyə arayışından görünür ki, ünvan 3 ünvanında yerləşən "xxxx" çoxmənzilli yaşayış kompleksinin 140 saylı mənzilinin sahə mülkiyyətçisidir və Sizin xx.xx.2025-ci il tarixinə kompleksin saxlanılması xidmətlərinə (kommunal) görə 5888.93 AZN borcu yaranmışdır. - 22 aprel 2025-ci il tarixli Bakı şəhəri 2 saylı Notariat Ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş icra qeydindən görünür ki, "xxxx" MMC-nin xeyrinə İddiaçı 001 nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş 5888 manat 93 qəpik, borcludan tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 5913 manat 93 qəpik pul tutulması qeyd edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 22 aprel 2025-ci il tarixli Bakı şəhəri 2 saylı Notariat Ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş icra qeydinə əsasən, "xxxx" MMC-nin xeyrinə İddiaçı 001 nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş (tələbkar tərəfindən xx.xx.2025-ci il tarixinə hesablanmış) 5888 manat 93 qəpik, borcludan tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 5913 manat 93 qəpik pul tutulmuşdur. Həmçinin müəyyən edilir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin çıxarışına əsasən, X1 Bakı şəhəri, ünvan 2 ünvanına mülkiyyət hüququ 28 sentyabr 2023-cü il tarixində qeydiyyata alınmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, icra qeydinin ləğv edilməsini xahiş etmişdir və tələbini icra qeydinin aparılması ilə bağlı tərəf olaraq ona hansısa bildiriş gəlməməsi, "xxxx" MMC və X3 tanımaması və onlarla heç vaxt müqavilə bağlamaması, eləcə də qeyd edilən mənzilin başqa şəxsin mülkiyyətində olması ilə əsaslandırmışdır. Məhkəmə ilk öncə hazırki iddianın məhkəməyə verilməsi müddəti ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 may 2025-ci il tarixli Qərarından görünür ki, Qanunverici orqan tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində nəzərdə tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilənədək məsələyə qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsində nəzərə tutulmuş 10 günlük müddət tətbiq edilsin. İş materialları ilə müəyyən edilir ki, iddiaçının nümayəndəsi ƏN-nin Qeydiyyat, notariat və reyestr baş idarəsinə xx.xx.2025-ci il tarixində şikayətlə müraciət etmiş və şikayətində icra qeydinin verilməsi barədə həmin tarixdə icra məmuru tərəfindən ona məlumat verildiyi göstərilmişdir. Bundan sonra o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(006)-3210/2025 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh X4 qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmış və ona Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etməsi izah edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-3210/2025 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh X4 qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmış və ona Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etməsi izah edilmişdir. Məhkəmə iddiaçının icra qeydinin verilməsindən məlumatlı olması vaxtını, məhkəməyə müraciət edtdikdən sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizənin geri qaytarılmasını, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müracət etməsini və həmin məhkəmə tərəfindən də xx.xx.2025-ci il tarixində ərizənin geri qaytarılmasını, bundan sonra xx.xx.2025-ci il tarixində hazırkı iddia ilə məhkəməyə müraciət etməsini nəzərə alaraq hesab edir ki, iddiaçı icra qeydini mübahisələndirmək hüququndan 10 günlük müddət daxilində istifadə etmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən, Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın: - 161-ci maddəsinin tələbinə görə Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron notariat” informasiya sistemində yaradılacaq fərdi kabinetləri vasitəsilə elektron müraciət əsasında icra qeydinin aparılması barədə müraciət edirlər. Fərdi kabineti olan korporativ məlumat mübadiləsinin istifadəçiləri “Elektron notariat” informasiya sistemində yerləşdirilmiş forma üzrə tərtib etdikləri ərizə-məlumatı həmin informasiya sistemi vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. Digər hüquqi, fiziki şəxslər və dövlət orqanları icra qeydinin aparılması üçün bu Təlimatla müəyyən edilən sənədləri skan edərək və ya elektron sənəd formasında ərizəyə qoşma şəklində əlavə edərək, “Elektron notariat” informasiya sistemində olan fərdi kabinetləri vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. “Elektron notariat” informasiya sistemində Fərdi kabinet formalaşdırılması üçün fiziki şəxsin şəxsiyyəti təsdiq edən sənədi, hüquqi şəxsin isə hüquq qabiliyyəti - qurumun adı və hüquqi ünvanı; təşkilati-hüquqi forması; kommersiya qurumları və publik hüquqi şəxslər üçün vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi; qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında; qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yerini müəyyən edən məlumatları, dövlət orqanının isə əsanaməsinə (nizamnaməsinə) uyğun tam adı tələb olunur. Fiziki və ya hüquqi şəxslər barədə qeyd olunan məlumatlar sırasında “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzanın alınması zamanı təqdim edilməli məlumatlar tələb edilmir. Digər məlumatlar isə “X2 Sistemi”nə inteqrasiya olunan qurumların informasiya sistemindən əldə edilməsi mümkün olmadıqda tələb edilir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıb-qaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. - 162-ci maddəsinə əsasən icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədi sayılır. Qanunvericiliyin tələbinə əsasən, notariat orqanı çoxmənzilli binanın idarə edilməsi üzrə xidmət müqaviləsi üzrə borclu tərəfindən öhdəliklər yerinə yetirilmədikdə və tələb olunan borc mübahisəsiz olduqda, tələbkarın ərizəsinə əsasən borcun tutulması barədə icra qeydi vermək səlahiyyətinə malikdir. Həmin icra qeydi icra sənədinə bərabərdir. Qanunun yuxarıda göstərilən tələblərinə əsasən notarius icra qeydini borcun mübahisəsiz olduğu, borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq etdiyi, həmçinin notarius vasitəsilə kreditorun ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildiriş borcluya göndərildiyi halda aparır. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar, yəni müvafiq icra qeydlərinin verilməsi zamanı qanunvericilik müddəalarının pozuntusu hallarının olduğu müəyyən edildiyindən iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, Bakı şəhəri, ünvan 2 ünvanının 28 sentyabr 2023-cü il tarixindən X1 mülkiyyətində olduğu halda, üçüncü şəxsin icra qeydinin xx.xx.2025-ci il tarixədək hesablanmış borc üzrə məhz iddiaçıya münasibətdə aparılması üçün notariat ofisinə müraciət etməsi anlaşılan olmamışdır. Beləliklə məhkəmə hesab edir ki, borclu tərəfindən borc məbləği mübahisələndirildiyindən (mənzilin onun mülkiyyətində olmaması ilə bağlı) notarius tərəfindən verilmiş icra qeydi ləğv edilməli, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdeh Bakı şəhəri 2 saylı Notariat Ofisindən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri 2 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən verilmiş 22 aprel 2025-ci il tarixli icra qeydi ləğv edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdeh Bakı şəhəri 2 saylı Notariat Ofisindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1253/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1253/2025
07.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver