Məhkəmə qərarları › İş №e-2(009)-126/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-126/2025

07.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-126/2025 07.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X5 Rüstəmlinin sədrliyi, Mələk Bəxtiyar qızı Hüseynovanın katibliyi İddiaçı və cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı - Cavabdeh qarşı «pul» tələbi barədə iddiası üzrə mülki işə 07 mart 2025-ci il tarixdə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 600,720 ABŞ dolları məbləğində pulun və 1300,61 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, cavabdeh 18 mart 2010-cü il tarixində mənə belə bir məzmunlu qəbz vermişdir. Mən Cavabdeh bu qəbzi verirəm İddiaçı ondan ötrü ki, ünvan 1 ünvanında yerləşən ("xxxx" firmasına məxsus) ümumi sahəsi 2002,4 kv.metr olan 4 mərtəbəli qeyri-yaşayış sahəsi və zirzəmidən ibarət ofis binasının mülkiyyətimə keçəcək olan ümumi sahəsi 1516,8 kv. metrdən ibarət hissəsinin (yəni ümumi sahəsi 264,7 kv.metr olan zirzəmi, ümumi sahəsi 417,1 kv.metr olan ikinci mərtəbə, ümumi sahəsi 414,2 kv.metr olan üçüncü mərtəbə və ümumi sahəsi 420,8 kv. metr olan dördüncü mərtəbədən ibarət sahə olmaqla) gələcəkdə götürüləcək kredit qarşılığında təminat kimi xeyrinə ipotekaya qoyulacaq "xxxx" ASC-nin mülkiyyətinə tam və ya qismən keçdiyi təqdirdə, həmin əmlakın 400,48 kv.metr (İddiaçı aid hesab olunan hisssə) hissəsinin dəyəri, yəni 1 kv.metr 1500 ABŞ dolları hesablanmaqla, ümumilikdə 600.720 (altı yüz min yeddi yüz iyimi) ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı tərəfimdən ödəniləcəkdir. Bu qəbz imzalandığı gün-18 mart 2010-cu il tarixdən hüquqi qüvvəyə minir və bu qəbz üzərimə götürdüyüm bütün öhdəliklər tam icra olunanadək yəni (icra edilmə müddətindən asılı olmayaraq ) qüvvədədir. Bu qəbzin verilməsinə aşağıdakılar səbəb olmuşdur. Cavabdeh ünvan 2 ünvanında yerləşən və vaxtilə “İnter Turan “ Elmi-İstehsal- Məlumat-Kommersiya Konserninin icarəsində olan ümumi sahəsi 5486,4 kv.m., torpaq sahəsi 3.02868 ha. dövlətə məxsus Əmlak Kompleksini fiziki şəxs olaraq öz adına özəlləşdirməkdən ötəri 1.5 milyon manat vəsait ödəməli idi. Pulu olmadığına görə "xxxx" ASC-yə kredit verilməsi üçün müraciət etmişdir, bankdan bildirilmişdir ki kreditin verilməsi üçün ipoteka əmlak qoyulmalıdır. Çıxış yolu kimi 20 may 1994-cü il tarixində təsisçilər Cavabdeh 55 faiz, X7 25 faiz və Əhməd (Əhmədov) Çingizxan İsax oğlu 20 faiz nizamnamə kapitalında payları olmaqla, 18 avqust 1994-cü il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq 15145 saylışəhadətnamə verilən "xxxx" firmasına məxsus ünvan 3 ünvanda yerləşən 4 mərtəbəli və zirzəmidən ibarət ofis binasının cəmi 2002.4 kvm.-dən 1516,8 kvm. sahəsini (2-ci, 3-cü, 4-cü və zirzəmisinin 75%) öz adına keçirməkdən ötəri ona köməklik etməyimi istəmişdir. Belə ki cavabdehin natəmiz əməllərindən bezən digər təsisçi X7 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək firmanın nizamnamə kapitalındakı 25 faiz payına mütənasib şəkildə payının natura şəklində ayırmasına müvəffəq olmuşdur, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 2-2672 2002 saylı qətnaməsi ilə iddia təmin edilərək 18 avqust 1994-cü il tarixdə 15145 № ilə dövlət qeydiyyatından keçmiş "xxxx" firmasının bütün əmlakının 25 faizi naturada ayrılaraq X3 verilməsi, Bakı şəhəri Tİ və MHQİ tərəfindən "xxxx" firmasınıa xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 25 faizinə ayrıca qeydiyyat vəsiqəsi vermək vəzifəsi həvalə olunması, "xxxx" firmasına məxsus bütün dəzgah və avadanlıqlar təyinatına zərər vurulmadan bütün kommunal və digər xidmətlərdən istifadə qaydaları ilə bərabər mütənasib şəkildə bölünərək 25 faizi X4 verilməsi qət edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. xx.xx.2003-cü il tarixində X7 25% paya ( 75% "xxxx" firmasına qalmaqla) dair qeydiyyat vəsiqəsi almışdır. Bakı şəhəri Nizami rayon MN və Mİ şöbəsinin məhkəmə icraçıları tərəfindən tərtib olunmuş xx.xx.2004-cü il tarixli akt-a əsasən "xxxx" firmasına məxsus mebel sexinin 2-ci giriş hissəsindən sağ tərəf 60X12,0 metr ölçüdə sahə, 4 mərtəbəli və zirzəmidən ibarət ofis binasının 1-ci mərtəbəsi və zirzəmisindən 25% olmaqla cəmi 485,6 kvm. sahə X3 təhvil verilmişdir. Bu səbəbdən cavabdeh X2 ona mane olacağından ehtiyyatlanırdı və məhkəmənin qərarı yalnız mənim mövqeyimdən asılı olacağını bildirirdi çünki cavabdehin fiziki şəxs kimi mülkiyyətinə veriləsi 1516,8 kvm. qeyriyaşayış sahəsinin 400,48 kvm. sahəsi nizamnaməyə əsasən mənə məxsusdur. "xxxx" firmasına məxsus ünvan 5 ünvanda yerləşən 4 mərtəbəli və zirzəmidən ibarət ofis binasının cəmi 2002.4 kvm.-dən 1516,8 kvm. sahəsinin (2-ci, 3-cü, 4-cü və zirzəmisinin75%)-nin ayrıca göstərilməsinə səbəb isə bundan əvvəlkiməhkəmə çəkişmələri olmuşdur. Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 18 iyun 2002-ci il tarixli, 1-124/xx-xx/2002 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" firmasının əmlakı hesabına “X12” şirkətinin xeyrinə 267.345 ABŞ dolları məbləğində əsas borc, 121.041 ABŞ dolları məbləğində zərər və 99.000 manat məbləğində vəsait ödənilməsi, cavabdeh "xxxx" firmasının əmlakı bəs etmədiyi halda əsas borcun 163.424 ABŞ dolları hissəsinin “İnterturan” Konserninin əmlakı hesabına ödənilməsi qət edilmiş, iddia tələbi 8.599 ABŞ, dolları məbləğində rədd edilmişdir. Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 16 iyun 2004-cü il tarixli, 1-124/xx-xx/2002 saylı qərardadı ilə Bakı şəhəri Nizami rayon MN və MİŞ-nin təqdimatı təmin edilərək “X12” şirkətinin xx.xx.2004-cü il tarixdə naturada təhvil aldığı “B” tikilisinin zirzəmisinin 264,7 kvm., 417,1 kvm. sahəsi olan ikinci mərtəbəsi, 414,2 kvm. sahəsi olan üçüncü mərtəbə, 420,8 kvm. sahəsi olan dördüncü mərtəbəyə dair mülkiyyət hüququnun tanınması və ayrıca qeydiyyat vəsiqəsinin verilməsi və qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası 2 saylı Bakı yerli İqtisad Məhkəməsinin 22 oktyabr 2007-ci il tarixli 1-124/xx-xx/2002 saylı qərardadı ilə ərizə təmin olunmuş, Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 16 iyun 2004-cü il tarixli, 1-124/xx-xx/2002 saylı qərardadından cavabdeh "xxxx" firması tərəfindən şikayət verilməsi üçün buraxılmış prosessualmüddət bərpa edilmişdir. Azərbaycan Respublikası 2 saylı Bakı yerli İqtisad Məhkəməsinin 07 noyabr 2007-ci il tarixli 1-124/xx-xx/2002 saylı qərardadı ilə şikayət təmin olunmuş, Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 16 iyun 2004-cü il tarixli, 1-124/xx-xx/2002 saylı qərardadı ləğv edilmiş, iddiaçı “X12” şirkətinin prezidenti X11 cavabdeh "xxxx" firmasının prezidenti Cavabdeh arasında bağlanmış 11 oktyabr 2007-ci il tarixli barışıq sazişi təsdiq edilmiş və iş üzrə Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 18 iyun 2002-cü il tarixli, 1-124/xx-xx/2002 saylı qətnaməsi üzrə icra icraatına xitam verilmişdir. Həmin qərardadla, Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 16 iyun 2004-cü il tarixli, 1-124/xx-xx/2002 saylı qərardadının icrasına dönüş edilmiş, "xxxx" firmasına məxsus olan Bakı şəhəri, Nəsimi küçəsi, 28 ünvanda yerləşən 4 mərtəbəli “B” tikilisinin zirzəmisinin 264,7 kvm., 417,1 kvm. sahəsi olan ikinci mərtəbəsi, 414,2 kvm. sahəsi olan üçüncü mərtəbə, 420,8 kvm. sahəsi olan dördüncü mərtəbəyə dair “X12” şirkətinin adına ayrıca verilmiş qeydiyyat vəsiqəsi ləşv edilmiş, Bakı şəhəri, Nəsimi küçəsi, 28 ünvanda yerləşən 4 mərtəbəli “B” tikilisinin zirzəmisinin 264,7 kvm., 417,1 kvm. sahəsi olan ikinci mərtəbəsi, 414,2 kvm. sahəsi olan üçüncü mərtəbə, 420,8 kvm. sahəsi olan dördüncü mərtəbəyə dair "xxxx" firmasının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi Azərbaycan Respublikası DƏDRX Bakı şəhər Ərazi İdarəsinə tapşırılmış,72.00ABŞ dolları məbləğində pulun iddiaçı“X12” şirkətinə ödənilməsi"xxxx" firmasının üzərinə qoyulmuşdur. Beləliklə ( cavabdehin səriştəsizidarəçiyi nəticəsində əldən çıxmış) "xxxx" firmasına məxsus əmlakdan iki təsisçinin, mənim və cavabdehin, (iki təsisçinin 20 % və 55% ) payına düşən 75%-ə daxil 4 mərtəbəli “B” tikilisinin zirzəmisinin 264,7 kvm., 417,1 kvm. sahəsi olan ikinci mərtəbəsi, 414,2 kvm. sahəsi olan üçüncü mərtəbə, 420,8 kvm. sahəsi olan dördüncü mərtəbədən ibarət əmlak geriyə "xxxx" firmasına qayıtmışdır və 2007-ci ilin noyabr ayından 2010-cu ilin dekabr ayına kimi "xxxx" firmasının mülkiyyətində omuşdur. Yuxarıda qeyd etdiyim kimi cavabdeh həmin, cəm şəklində 1516,8 kvm.-dən (4 mərtəbəli“B” tikilisinin zirzəmisinin 264,7 kvm., 417,1 kvm. sahəsi olan ikinci mərtəbəsi, 414,2 kvm. sahəsi olan üçüncü mərtəbə, 420,8 kvm. sahəsi olan dördüncü mərtəbə) ibarət əmlaka dolayı yollarla adına çıxarış alıb "xxxx"ASC-yə ipoteka qoyaraq 1.5 milyon manat kredit götürülməsini planlaşdırırdı və bunun üçün 2010-cü ilin fevral ayında Azərbaycan Republikası 2 saylı Bakı yerli İqtisad Məhkəməsinin 07 noyabr 2007-ci il tarixli 1-124/xx-xx/2002 saylı qərardadından ərizə verərəkAzərbaycan Respublikası 2 saylı Bakı yerli İqtisad Məhkəməsinin 07 noyabr 2007-ci il tarixli 1-124/xx-xx/2002 saylı qərardadında dəyişiklik edilməsini, qərardadda “ünvan 6 ünvanda yerləşən 4 mərtəbəli“B” tikilisinin zirzəmisinin 264,7 kvm., 417,1 kvm. sahəsi olan ikinci mərtəbəsi, 414,2 kvm. sahəsi olan üçüncü mərtəbə, 420,8 kvm. sahəsi olan dördüncü mərtəbəyə dair "xxxx" firmasının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi Azərbaycan Respublikası DƏDRX ünvan 7 ünvanda yerləşən 4 mərtəbəli “B” tikilisinin zirzəmisinin 264,7 kvm, 417,1 kvm. sahəsi olan ikinci mərtəbəsi, 414,2 kvm. sahəsi olan üçüncü mərtəbə, 420,8 kvm. sahəsi olan dördüncü mərtəbəyə dair Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi Azərbaycan Respublikası DƏDRX Bakışəhər Ərazi İdarəsinə tapşırılsın” ilə əvəzedilməsini və onun tərəfindən iddiaçı“X12” şirkətinə olan borc ödənildiyi üçün qərardaddan 72.000 ABŞ dolları məbləğində pulun iddiaçı “X12” şirkətinə ödənilməsi "xxxx" firmasının üzərinə qoyulsun“ hissəsinin çıxarılmasını xahiş etmişdir. xx.xx.2003-cü il tarixli, seriya QYM, № 001504 saylı Qeydiyyat vəsiqəsinə əsasən ünvan 8 ünvanında ki əmlakın 25% X3 75% "xxxx" firmasına ( 55% Cavabdeh, 20% İddiaçı ) məxsus olduğundan cavabdehin istəyinə uyğun "xxxx" firmasının “B” tikilisinidən (2002,4 kvm.-dən 25% yəni 485,6 kvm. X2, 20% yəni 400,48 kvm. İddiaçı və 55% yəni 1116,32 kvm. Cavabdeh payına aid sahələrdən ibarət əmlakdır, 1116,32 kvm. sahə isə 1.5 milyon manat kerdit götürülməsi üçün azdıq edirdi ) cəm şəkildə 1516,8 kvm. sahəyə dair onun adına çıxarış veriləndə mənə aid 20% yəni 400,48 kvm. sahədə onun mülkiyyətinə keçəcəyindən bunu nə iləsə əvəzləşdirməsini və ya zəmanət verməsinin istədim. Cavabdeh bildirdi ki, ünvan 9 ünvanında kiəmlakı özəlləşdirəndən sonra torpağın bir hissəsini satacaq və ipoteka qoyduğu əmlakı azad edərək mənə məxsus 400,48 kvm. sahəni notarial qaydada bağışlama müqaviləsinə əsasən adıma keçirəcək məndə həmin 400,48 kvm sahənin fizikişəxs kimimülkiyyətimdə olmasına dair çıxarış əldə edəcəm. İpoteka qoyulacaq “ünvan 6 ünvanda yerləşən 4 mərtəbəli“B” tikilisinin zirzəmisinin 264,7 kvm., 417,1 kvm. sahəsi olan ikinci mərtəbəsi, 414,2 kvm. sahəsi olan üçüncü mərtəbə, 420,8 kvm. sahəsi olan dördüncü mərtəbəni ipotekadan azad edə bilməsə (“X12” şirkəti ilə olan problmelər kimi) və əmlak yəni“Bakı şəhəri Nəsimi küçəsi, 28 ünvanda yerləşən 4 mərtəbəli binanın “B” tikilisinin zirzəmisinin 264,7 kvm., 417,1 kvm. sahəsi olan ikinci mərtəbəsi, 414,2 kvm. sahəsi olan üçüncü mərtəbə, 420,8 kvm. sahəsi olan dördüncü mərtəbə "xxxx" ASC-nin mülkiyyətinə keçsə cavabdeh mənə məxsus olmuş 400,48 kvm sahənin hər bir kvm. üçün şəxsi vəsaitindən 1500 (min beş yüz)ABŞ dolları olmaqla 600.720 ABŞ dolları məbləğində pul ödəyəcəyinə dair 18 mart 2010-cu il tarixli qəbzi verdi. Buna görə mən Azərbaycan Republikası 2 saylı Bakı yerli İqtisad Məhkəməsinin 19 mart 2010-cü il tarixində, 1-124/xx-xx/2002 saylı iş üzrə məhkəmə iclasında "xxxx" firmasının təsisçisi kimi iştirak edərək Cavabdeh ərizəsinin təmin olunmasına etiraz etmədim və faktiki olaraq mənə məxsus 400,48 kvm qeyri-yaşayış sahəsinin cavabdehin mülkiyyətinə keçməsinə (yuxarıda ki şərtlərlə) razılıq verdim. Azərbaycan Respublikası 2 saylı Bakı yerli İqtisad Məhkəməsinin 19 mart 2010-cü il tarixli qərardadı ilə Cavabdeh ərizəsi təmin edildi və məhkəmə qərar aldı; Azərbaycan Respublikası 2 saylı Bakı yerli İqtisad Məhkəməsinin 07 noyabr 2007-ci il tarixli 1- 124/xx-xx/2002 saylı qərardadında dəyişiklik edilsin. Qərardadda “Bakı şəhəri Nəsimi küçəsi, 28 ünvanda yerləşən 4 mərtəbəli“B” tikilisinin zirzəmisinin 264,7 kvm., 417,1 kvm. sahəsi olan ikinci mərtəbəsi, 414,2 kvm. sahəsi olan üçüncü mərtəbə, 420,8 kvm. sahəsi olan dördüncü mərtəbəyə dair "xxxx" firmasının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi Azərbaycan Respublikası DƏDRX Bakışəhər Ərazi İdarəsinə tapşırılsın” hissəsi dəyişdirilsin. “ Bakı şəhəri Nəsimi küçəsi, 28 ünvanda yerləşən 4 mərtəbəli “B” tikilisinin zirzəmisinin 264,7 kvm, 417,1 kvm. sahəsi olan ikinci mərtəbəsi, 414,2 kvm. sahəsi olan üçüncü mərtəbə, 420,8 kvm. sahəsi olan dördüncü mərtəbəyə dair Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi Azərbaycan Respublikası DƏDRX Bakı şəhər Ərazi İdarəsinə tapşırılsın” Qərardaddan 72.000 ABŞ dolları məbləğində pulun iddiaçı “X12” şirkətinə ödənilməsi "xxxx" firmasının üzərinə qoyulsun“ hissəsi çıxarılsın. Beləliklə cavabdeh xx.xx.2010-cu il tarixində ********** qeydiyyat nömrəsi ilə ünvan 10 ünvanı göstərilməklə, payı 75%-dən “B” tikilinin 2-ci,3-cü, 4-cü mərtəbələri (ü/s-1252,1 kv.m) və zirzəmisindən 264,7 kv.m ü/s qeyd olunmaqla Seriya MA, № ******* saylı çıxarışı aldı və xx.xx.2010-cu il tarixli 004 saylı ipoteka müqaviləsinə əsasən həmin əmlakı "xxxx"ASC-nin 1 saylı Xətai rayon filialında ipoteka qoydu, 1.5 milyon manat kredit götürüdü, ünvan 2 ünvanında yerləşən və vaxtilə “İnter Turan “ Elmi-İstehsal- MəlumatKommersiya Konserninin icarəsində olan ümumi sahəsi 5486,4 kv.m., torpaq sahəsi 3.02868 ha. dövlətə məxsus Əmlak Kompleksini fiziki şəxs kimi öz adına özəlləşdirərək mülkiyyətinə keçirdi. Lakin krediti vaxtında qaytarmadığına görə ipoteka qoyulmuş əmlakı "xxxx" ASC hərraca çıxardı və mənə məxsus 400,48 kvm qeyri-yaşayış sahəsidə cavabdehin təqsiri üzündən "xxxx" ASC-nin mülkiyyətinə keçdi bu barədə və xx.xx.2024-cü il tarixində ********** qeydiyyat nömrəli çıxarış alındı. Hesab edirəm ki,cavabdeh 18 mart 2010-cu il tarixli qəbzdə göstərilənlərə əməl etməli və mənə 600.720 ABŞ dollar məbləğində pul ödəməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Qarşı tərəfin vəkilinin onun cavabdehdən 300.000 manat pul tələb etməsi ilə bağlı qeyd etdiyinə münasibətdə bildirir ki, həmin dövrdə iddiaçı oğluna toy mərasimi etməyə hazırlaşırdı. Xərcləri çox olduğundan və cavabdehin ona qarşı etdiyi haqsızlıqlardan bezdiyindən və usandığından cavabdehə müraciət edib bildirmişdir ki, o, ona dəymiş zərərin əvəzi kimi 300.000 manat məbləğində pulun ona ödənilməsi müqabilində cavabdehə qarşı olan bütün iddialarından vaz keçəcək və hazırki qəbzi və digər borca aid olan bütün sənədləri də cavabdehə təhvil verəcəkdir. Lakin cavabdeh iddiaçının həmin müraciətindən sonra polisə iddiaçı barəsində şikayət etmiş və iddiaçının hədə-qorxu ilə ondan pul tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, iddiaçı cavabdehə qarşı qərəzli olduğu üçün ona qarşı iddia ərizələri ilə məhkəməyə müraciət edir. Ekspert qəbzdə olan imzanın cavabdehə məxsus olduğunu təsdiqləsə də, cavabdeh bunu qəbul etmir və bugün də həmin imzanın ona məxsus olmadığını bildirir. İddiaçı əvvəlki illərdə cavabdehə müaciət edərək, ondan 300.000 manat məbləğində pul ödənilməsini xahiş etmişdir. Əgər hazırki məbləğ barəsində tərəflər arasında həqiqətən real mübahisə olsa idi, iddiaçı həmin dövrdə məhz hazırki məbləği cavabdehdən tələb edərdi. İddiaçı eyni zamanda 14 il müddətdən keçdikdən sonra məhkəməyə müraciət etmiş və iddia müddətini də ötürmüşdür. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: 18 mart 2010-cu il tarixli qəbzdə qeyd edilir ki,” Mən Cavabdeh bu qəbzi verirəm İddiaçı ondan ötrü ki, ünvan 1 ünvanında yerləşən ("xxxx" firmasına məxsus) ümumi sahəsi 2002,4 kv.metr olan 4 mərtəbəli qeyri-yaşayış sahəsi və zirzəmidən ibarət ofis binasının mülkiyyətimə keçəcək olan ümumi sahəsi 1516,8 kv. metrdən ibarət hissəsinin (yəni ümumi sahəsi 264,7 kv.metr olan zirzəmi, ümumi sahəsi 417,1 kv.metr olan ikinci mərtəbə, ümumi sahəsi 414,2 kv.metr olan üçüncü mərtəbə və ümumi sahəsi 420,8 kv. metr olan dördüncü mərtəbədən ibarət sahə olmaqla) gələcəkdə götürüləcək kredit qarşılığında təminat kimi xeyrinə ipotekaya qoyulacaq "xxxx" ASC-nin mülkiyyətinə tam və ya qismən keçdiyi təqdirdə, həmin əmlakın 400,48 kv.metr (İddiaçı aid hesab olunan hisssə) hissəsinin dəyəri, yəni 1 kv.metr 1500 ABŞ dolları hesablanmaqla, ümumilikdə 600.720 (altı yüz min yeddi yüz iyimi) ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı tərəfimdən ödəniləcəkdir. Bu qəbz imzalandığı gün-18 mart 2010-cu il tarixdən hüquqi qüvvəyə minir və bu qəbz üzərimə götürdüyüm bütün öhdəliklər tam icra olunanadək yəni (icra edilmə müddətindən asılı olmayaraq ) qüvvədədir”. xx.xx.1992-ci il tarixli Sərəncamın surətindən görünür ki, həmin sərəncamla “Xarrat” kooperativinin 22 iyul 1992-ci il tarixli protokolu ilə kooperativ ləğv olunmuş və onun bazasında X15-İstehsalat informasiya kommersiya şirkətinin nəzdində "xxxx" Firması yaradılmışdır. Dövlət Vergi Xidmətinin 17 aprel 2023-cü il tarixli məktubunda qeyd edilir ki, "xxxx" Firması xx.xx.1994-cü ildə dövlət qeydiyyatına alınmışdır. Təsisçiləri 20 % pay hüququ ilə İddiaçı, 25 % pay hüququ ilə X7, 55 % pay hüququ ilə Cavabdeh olmuşdur. Nəsimi rayon Məhkəməsinin 16 sentyabr 2002-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, "xxxx" Firmasının bütün əmlakının 25 faizinin naturada ayrılaraq X3 verilməsi, Bakı şəhəri Tİ və MHQİ tərəfindən "xxxx" firmasına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 25 faizinə ayrıca qeydiyyat vəsiqəsinin verilməsi vəzifəsinin həvalə olunması, "xxxx" firmasına məxsus bütün dəzgah və avadanlıqların təyinatına zərər vurulmadan bütün kommunal və digər xidmətlərdən istifadə qaydaları ilə bərabər mütənasib şəkildə bölünərək 25 faizinin X3 verilməsi qət edilmişdir. 2 saylı Bakı yerli İqtisad Məhkəməsinin 19 mart 2010-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası 2 saylı Bakı yerli İqtisad Məhkəməsinin 07 noyabr 2007-ci il tarixli 1- 124/xx-xx/2002 saylı qərardadında dəyişiklik edilməsi, qərardadda “Bakı şəhəri Nəsimi küçəsi, 28 ünvanda yerləşən 4 mərtəbəli“B” tikilisinin zirzəmisinin 264,7 kvm., 417,1 kvm. sahəsi olan ikinci mərtəbəsi, 414,2 kvm. sahəsi olan üçüncü mərtəbə, 420,8 kvm. sahəsi olan dördüncü mərtəbəyə dair "xxxx" firmasının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi Azərbaycan Respublikası DƏDRX Bakışəhər Ərazi İdarəsinə tapşırılsın” hissəsi dəyişdirilsin. “ Bakı şəhəri Nəsimi küçəsi, 28 ünvanda yerləşən 4 mərtəbəli “B” tikilisinin zirzəmisinin 264,7 kvm, 417,1 kvm. sahəsi olan ikinci mərtəbəsi, 414,2 kvm. sahəsi olan üçüncü mərtəbə, 420,8 kvm. sahəsi olan dördüncü mərtəbəyə dair Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinin Azərbaycan Respublikası DƏDRX Bakı şəhər Ərazi İdarəsinə tapşırılması qərara alınmışdır. Həmin qərardadda eyni zaman qeyd edilir ki, məhkəmə iclasında "xxxx" firmasının digər təsisçisi İddiaçı firmanın borcunun Cavabdeh tərəfindən şəxsi vəsaiti hesabına ödənildiyi üçün ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2349/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh ("xxxx" firması, X9 və X10 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb olunmaqla) qarşı qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiası təmin edilərək, ünvan 11 ünvanda, 0.303 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının 75%-dən “B” tikilisinin 2-ci, 3-cü, 4cü mərtəbələrindən (ümumi sahəsi 1252.1 kv.m) və zirzəmisindən (264.7 kv.m) ibarət olan qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən boşaldılaraq iddiaçı "xxxx" ASC-yə təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, ilkin hərrac qiyməti 1.500.000 manat olan ünvan 11 ünvanda, 0.303 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının 75%-dən “B” tikilisinin 2-ci, 3-cü, 4-cü mərtəbələrindən (ümumi sahəsi 1252.1 kv.m) və zirzəmisindən (264.7 kv.m) ibarət olan qeyri-yaşayış binası keçirilmiş hərracda 956,250 manat qiymətə "xxxx" ASC tərəfindən əldə edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, "xxxx" Firması xx.xx.1994-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Firmanın təsisçiləri 20 % pay hüququ ilə İddiaçı, 25 % pay hüququ ilə X7, 55 % pay hüququ ilə Cavabdeh olmuşdur. X1 öz payını naturada ayırdıqdan sonra Firmanın və ona məxsus bütün dəzgah və avadanlıqların qalan 75 % hissəsi Cavabdeh ilə İddiaçı paylı mülkiyyətində qalmışdır. Daha sonra Cavabdeh müraciəti əsasında 2 saylı Bakı yerli İqtisad Məhkəməsinin 19 mart 2010-cu il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi küçəsi, 28 ünvanda yerləşən 4 mərtəbəli “B” tikilisinin zirzəmisinin 264,7 kvm, 417,1 kvm. sahəsi olan ikinci mərtəbəsi, 414,2 kvm. sahəsi olan üçüncü mərtəbə, 420,8 kvm. sahəsi olan dördüncü mərtəbəyə dair Bakı şəhəri Nəsimi küçəsi, 28 ünvanda yerləşən 4 mərtəbəli “B” tikilisinin zirzəmisinin 264,7 kvm, 417,1 kvm. sahəsi olan ikinci mərtəbəsi, 414,2 kvm. sahəsi olan üçüncü mərtəbə, 420,8 kvm. sahəsi olan dördüncü mərtəbəyə dair Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinin Azərbaycan Respublikası DƏDRX Bakı şəhər Ərazi İdarəsinə tapşırılması qərara alınmışdırnun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinin Azərbaycan Respublikası DƏDRX Bakı şəhər Ərazi İdarəsinə tapşırılması qərara alınmışdır. Bundan sonra Cavabdeh sözügedən əmlaka tam mülkiyyət hüquqlarının təsdiq edən Çıxarış əldə etmiş və ünvan 12 ünvanda, 0.303 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının 75%-dən “B” tikilisinin 2-ci, 3-cü, 4-cü mərtəbələrindən (ümumi sahəsi 1252.1 kv.m) və zirzəmisindən (264.7 kv.m) ibarət olan qeyri-yaşayış binasından ibarət əmlakı ipoteka ilə yüklü edərək, "xxxx" ASC-dən kredit götürmüşdür. Cavabdeh həmin əqd üzrə bank qarşısında öhdəliyini yerinə yetirmədiyindən bankın iddiası əsasında sözügedən əmlak hərraca çıxarılmış və bank tərəfindən dəyəri ödənilməklə əldə edilmişdir. AR Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 326-cı maddəsinə əsasən birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. Əqd başqa şəxslər üçün yalnız bu Məcəllədə və ya həmin şəxslərlə razılaşmada müəyyənləşdirilmiş hallarda vəzifələr yarada bilər. 328.1-ci maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 328.6-cı maddəsinə əsasən əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi gələcəkdə gözlənilən və ya naməlum hadisədən və ya artıq baş versə də, hələlik tərəflərə bəlli olmayan hadisədən asılı olduqda əqd təxirəsalıcı şərtlə bağlanmış sayılır. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Məhkəmə qeyd edir ki, İddiaçı ünvan 13 ünvanında yerləşən qeyri-yaşayış binasının öz payına düşən hissəsindən Cavabdeh xeyrinə imtina etməsi müqabilində Cavabdeh 18 mart 2010-cu il tarixdə tərtib etmiş olduğu qəbzlə öz üzərinə öhdəlik götürmüşdür ki, ünvan 1 ünvanında yerləşən ("xxxx" firmasına məxsus) ümumi sahəsi 2002,4 kv.metr olan 4 mərtəbəli qeyri-yaşayış sahəsi və zirzəmidən ibarət ofis binasının mülkiyyətimə keçəcək olan ümumi sahəsi 1516,8 kv. metrdən ibarət hissəsinin (yəni ümumi sahəsi 264,7 kv.metr olan zirzəmi, ümumi sahəsi 417,1 kv.metr olan ikinci mərtəbə, ümumi sahəsi 414,2 kv.metr olan üçüncü mərtəbə və ümumi sahəsi 420,8 kv. metr olan dördüncü mərtəbədən ibarət sahə olmaqla) gələcəkdə götürüləcək kredit qarşılığında təminat kimi xeyrinə ipotekaya qoyulacaq "xxxx" ASC-nin mülkiyyətinə tam və ya qismən keçdiyi təqdirdə, həmin əmlakın 400,48 kv.metr (İddiaçı aid hesab olunan hisssə) hissəsinin dəyəri, yəni 1 kv.metr 1500 ABŞ dolları hesablanmaqla, ümumilikdə 600.720 (altı yüz min yeddi yüz iyimi) ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı ödəyəcəkdir. Cavabdehin nümayəndəsi-vəkili əvvəlki məhkəmə iclaslarında bildirmişdir ki, sözügedən qəbzdə olan imza Cavabdeh məxsus deyildir. Bu səbəbdən məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası keçirilmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 dekabr 2024-cü il tarixli rəyində qeyd edilir ki, 18 mart 2010-cu il tarixli qəbzdə mətnin sonunda yerləşən imza Cavabdeh tərəfindən icra olunmuşdur. Mərkəzin 28 dekabr 2024-cü il tarixli rəyində isə qeyd edilir ki, 18 mart 2010-cu il tarixli qəbzin üzərində olan möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı qarşısında öz üzərinə öhdəlik götürmüşdür ki, ünvan 1 ünvanında yerləşən ("xxxx" firmasına məxsus) ümumi sahəsi 2002,4 kv.metr olan 4 mərtəbəli qeyri-yaşayış sahəsi və zirzəmidən ibarət ofis binasının mülkiyyətimə keçəcək olan ümumi sahəsi 1516,8 kv. metrdən ibarət hissəsinin (yəni ümumi sahəsi 264,7 kv.metr olan zirzəmi, ümumi sahəsi 417,1 kv.metr olan ikinci mərtəbə, ümumi sahəsi 414,2 kv.metr olan üçüncü mərtəbə və ümumi sahəsi 420,8 kv. metr olan dördüncü mərtəbədən ibarət sahə olmaqla) gələcəkdə götürüləcək kredit qarşılığında təminat kimi xeyrinə ipotekaya qoyulacaq "xxxx" ASC-nin mülkiyyətinə tam və ya qismən keçdiyi təqdirdə, həmin əmlakın 400,48 kv.metr (İddiaçı aid hesab olunan hisssə) hissəsinin dəyəri, yəni 1 kv.metr 1500 ABŞ dolları hesablanmaqla, ümumilikdə 600.720 (altı yüz min yeddi yüz iyimi) ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı ödəyəcəkdir. İş materiallarından görünür ki, Cavabdeh "xxxx" ASC qarşısında borc öhdəliyini yerinə yetirmədiyindən sözügedən əmlak ipoteka predmeti qismində borcun təminatı olaraq hərraca çıxarılmış və bank tərəfindən dəyəri ödənilməklə əldə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən tərtib edilmiş qəbzdə şərtləşdirilmiş hal artıq baş vermiş sayıldığından onun üzərinə götürmüş olduğu öhdəlik yerinə yetirilməli və 600,720 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdehə qarşı hazırki tələblə iddia müddətini ötürməməklə məhkəməyə müraciət etmişdir. Belə ki,iş materiallarında olan və cavabdeh tərəfindən imzalanmış 18 mart 2010-cu il tarixli qəbzdə qeyd edilir ki, bu qəbz imzalandığı gün – 18 mart 2010-cu il tarixdən hüquqi qüvvəyə minir və bu qəbz üzrə üzərimə götürdüyüm bütün öhdəliklər tam icra olunanadək yəni (icra edilmə müddətindən asılı olmayaraq) qüvvədədir. Məhkəmə qeyd edir ki, tərəflər arasında yazılı əqd bağlanarkən cavabdeh özü üzərinə götürmüş olduğu öhdəliklərin icrasını müddətdən azad etmiş, yəni ki, həmin öhdəliklərin icra edilmə müddətindən asılı olmayaraq tam icra olunanadək qüvvədə olacağı ilə bağlı iradə ifadəsini qəbzdə əks etdirmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, hazırki mübahisəyə iddia müddəti ilə bağlı tələblər şamil edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə eyni zamanda cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında borclu-kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul vəsaiti manatla ödənilməlidir. Belə ki, Konstitusiyanın 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası MM-nin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə həmçinin tələbin ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırki iddia təmin olunduğundan məhkəmə xərclərinə aid edilən dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 600,720 (altı yüz min yeddi yüz iyirmi) ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti Cavabdeh tutulub İddiaçı ödənilsin. 1300,61 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulsun. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməxətşünaslıq və sənədlərin məhkəmə texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 205 manat vəsait cavabdehdən tutulub dövlət büdcəsinə (hesab: Az.MEM VÖEN**********;AZ41NABZ********************, Dövlət XəzinədarlığıAgentliyi,KOD210005;VÖEN**********;MüxbirhesAz41NABZ**********0******** ** S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar